Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6833/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Cavabdeh “xxxx” ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1413/2019 nömrəli iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Yevlax rayon məhkəməsinin (hakim Toğrul Əliyev) 28 sentyabr 2018-ci il tarixli 2 (039)266/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 tərəfindən “xxxx” ASC-yə, aralarında bağlanmış 11 iyul 2014-cü il tarixli, 115.LN.2004.110714.00001 nömrəli kredit müqaviləsi üzrə 226,14 manat əsas, 3,20 manat faiz borcu, cəmi 229,34 manat ödənilməklə həmin kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi, “xxxx” ASC ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 11 iyul 2014-cü il tarixli, 115.CL.110714.00001/h saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməklə İddiaçı2 məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı ümumi sahəsi 91,3 kvadrat metr olan fərdi yaşayış evi və 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,3 kvadrat metr olan iki yaşayış evinin, habelə həmin ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin ipotekadan azad edilməsi, ipoteka yüklülüyü haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın ləğv edilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” ASC-nin аpellyasiya şikayəti təmin edilməmiş, Yevlax rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax rayon məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” ASC ilə aralarında imzalanmış 11 iyul 2014-cü il tarixli, 115.CL.110714.00001/h saylı kredit müqaviləsinin icraatına xitam verilməsi və ipoteka predmeti kimi gi rov qoyulduğu evin girovdan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC ilə aralarında imzalanmış 11 iyul 2014-cü il tarixli 115.CL.110714.00001/h saylı kredit müqaviləsinə əsasən 3 il müddətinə 15000 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyi tam yerinə yetirmişdir. Bütün ödəniş çeklərini əlavə etmişdir. Lakin buna baxmayaraq cavabdeh onun banka 2157 manat borcu olduğunu əsas gətirərək ona təmizlik kağızı və evinin ipotekadan azad edilməsi barədə məktub verməkdən imtina edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mülkiyyət hüququ var və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadıqda heç kəs mülkiyyət hüququndan məhrum edilə bilməz. İş üzrə yuxarıda göstərilən məh kəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini m üdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfin dən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“xxxx” ASC-nin Yevlax filialı ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 11 iyul 2014-cü il tarixli, 115.LN.2004.110714.00001h nömrəli ipoteka müqaviləsinə əsasən “xxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış 11 iyul 2014-cü il tarixli, 115.LN.2004.110714.00001 nömrəli kredit müqaviləsi əsasında ona 36 ay müddətinə, illik 6 % ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı2 özünə məxsus ünvan 2 ünvanında yerləşən iki fərdi yaşayış evini və 0,06 ha torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etdirmişdir. İşdə olan maliyyə arayışına görə, həmin kredit müqaviləsi üzrə 01.12.2017-ci tarixə 2676,74 manat əsas, 168,40 manat faiz borcu, 168,41 artırılmış faiz borcu, cəmi 3013,55 manat borc yaranmışdır. İşdə olan ekspert rəyinə əsasən, “xxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış 11 iyul 2014-cü il tarixli, 115.LN.2004.110714.00001 nömrəli kredit müqaviləsi üzrə İddiaçı1 maliyyə arayışı müddətinə 226,14 manat əsas, 3,20 manat faiz borcu mövcuddur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 311.3, 319.1, 385.1, 442, 528 və 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekay a xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iş tirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməsi nəticəsində borcun yaranması təsdiq olunur və həmin borcun cəmi 3013,55 manat təşkil etməsi barədə cavabdeh “xxxx” ASC tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən və ekspert rəyinin əsassızlığına dair hər hans ı hal müəyyən edilmədiyindən həmin məbləğ cəmi 229,34 manat məbləğində qəbul edilməlidir. “xxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış 11 iyul 2014-cü il tarixli, 115.LN.2004.110714.00001 nömrəli kredit müqaviləsinin müddəti bitdiyindən məhkəmə hesab etmişdir ki, iddiaçıların həmin müqavilə üzrə öhdəliyə və ipotekaya xitam verilməsini tələb etmək hüququ mövcuddur. Lakin, həmin kredit müqaviləsi üzrə borcun mövcudluğu müəyyən edildiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin öhdəliyə və ipotekaya yalnız borc ödənilməklə xitam verilə bilər. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdeh İddiaçı1 tərəfindən 229,34 manat ödənilməklə kredit müqaviləsi üzrə öhdəliyə və ipotekaya xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı qismə n təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətində və məhkəmə kollegiyasına ünvanladığı teleqramlarda təkrar mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etm əsi ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin müraciətlərdə ekspertizanın keçirilməsinin nə üçün lazım olduğu, təkrar ekspertiza nəticəsində hansı qeyrimüəyyənliyin aradan qaldırılacağı ilə nəticələnəcəyi və birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının gəldiyi nəticənin nəyə görə düzgün olmaması ilə bağlı heç bir sübut və dəlil məhkəməyə təqdim edilmədiyindən hər-hansı bir ekspertizanın keçirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübu t etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazını n əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara alır: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1413/2019 nömrəli iş üzrə 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6833/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6833/2019
04.11.2019 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver