Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6838/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borc tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5661/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 24 iyun 2017-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh 14.750 ABŞ dolları məbləğində (25.075 manat) pul məbləğinin borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsində borcun 24 iyul 2017-ci il tarixədək qaytarılması müəyyən olunmuş, müqavilə Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 24 iyul 2017-ci il tarixə kimi qaytarmaq şərti ilə 14.750 ABŞ dolları məbləğində (25.075 manat) borc verməsini, borcun qaytarılmasını dəfələrlə tələb etsə də cavabdehin borcu qaytarmaqdan imtina etməsini əsas göstərməklə Azərb aycan Respublikası Mülki Məcəlləsinin 739, 460, 462.1-ci maddələrinin tələbinə müvafiq olaraq cavabdehdən 14.750 ABŞ dolları məbləğində borcun və borcun gecikdirilmiş hər ilinə görə borcun 10 faizi məbləğində dəbbə pulunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh iddia tələbinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək 2017-ci ilin may ayında həyat yoldaşı X2 İddiaçı ilə mənzil dəyişmə müqaviləsinin bağlanması barədə razılığa gəlməsini, iddiaçıya məxsus mənzilin 215.000 manat dəyərində, onlara (atasına) məxsus mənzilin isə 130.000 manat dəyərində qiymətləndirmələrini, iddiaçıya məxsus mənzilin "xxxx" ASC-də ipotekada olduğundan mənzilin yüklülükdən azad edilməsi üçün 02 iyun 2017-ci il tarixdə banka əvvəlcə 40.000 ABŞ dolları, s onra isə iddiaçıya 10.000 ABŞ dolları ödəmələrini, lakin iddiaçının həyat yoldaşının onların təklif etdiyi mənzili bəyənmədiyi üçün iddiaçıya başqa mənzil təklif etmələrini və bununla əlaqədar İddiaçı onlardan əlavə olaraq 15.000 ABŞ dolları tələb etməsini və həmin pulu müqavilədən sonra hissə-hissə ödəmək barədə razılaşmalarını, 24 iyun 2017-ci il tarixdə dəyişmə müqaviləsi bağladıqdan sonra iddiaçının xahişi ilə ona 250 ABŞ dolları ödəməsini, bundan sonra iddiaçının xahişi ilə onların arasında mübahisəli borc müqaviləsinin bağlanmasını və həmin məbləği ümumi razılıq əsasında hissə-hissə ödəməsini, bundan sonra dəyişdirilmiş mənzilləri sənədləşdirdikdən sonra uşağının evin yanındakı məktəbdə oxuması ilə əlaqədar iddiaçının həmin mənzildə daha bir il yaşamasını ondan xahiş etməsini, bir mü ddətdən sonra iddiaçı dəyişmə nəticəsində əldə etdiyi mənzili başqasından götürdüyü borcun müqabilində ipoteka qoymasını və həmin mənzilin hərracda satılmaq ərəfəsində olmasını, onların tələbi ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı və həyat yoldaşı Elza Həsənovanın dəyişmə nəticəsində əldə etdikləri mənzildən çıxarılmaları, İddiaçı və Elza Həsənovanın onun həyat yoldaşı Nya qarşı 80.000 manat məbləğində borcun ödənilməsi barədə qarşılıqlı tələbinin rədd olunmasını, yalnız bundan sonra İddiaçı ona qarşı borcun qaytarılması barədə hazırkı tələbi irəli sürməsini əsas göstərməklə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-415/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: S.R.Mustafayeva) iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 13.950 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsinə qarşı verdiyi etirazın dəlillərinə uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5661/2021 saylı 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Kazımov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nə simi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək onunla iddiaçı arasında borc münasibətinin deyil, dəyişmə müqaviləsindən əmələ gələn münasibət olmasını, onların arasında faktiki olaraq borcun etirafı barədə müqavilə bağlanmaqla həmin borcu ödəməsini, qətnamənin işin həqiqi hallarına və işdə olan sübutlara düzgün qiymət verilmədən çıxarılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilm əmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıql ar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (404.2) Maddə 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya inst ansiyası məhkəməsi iddia tələbinin qismən təmin olunmasını əsaslı sayarkən cavabdehin borc müqaviləsinin əhəmiyyətsiz əqd olmasını sübuta yetirə bilməməklə həmin müqaviləni mübahisələndirməməsini və eləcə də məhkəməyə borcun qaytarılmasını təsdiq edən heç bir sübut təqdim etməməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanılmadan, onlara müvafiq qoymət verilmədən, qanunun tələblərinə uyğun əsaslandırılmadan çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin apellyasiya instansiyası məhkəməsində icraatı müəyyən edən 41-ci fəslinin müddəalarına görə apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş şikayətlər üzrə b axır və bu zaman apellyasiyanın mümkünlüyünü yoxlayır, apellyasiya şikayətində irəli sürünmüş dəlilləri yoxlayıb onlara qanunun tələblərinə uyğun hüquqi qiymət verməklə MPM-nin 384-cü maddəsində müəyyən olunmuş səlahiyyətlərinə uyğun olaraq orada nəzərdə tutulmuş qərarlardan birini qəbul edir. Apellyasiya instansiyası məhkəməsi bütün hallarda apellyasiya şikayətinin dəlillərini yoxlamaqla şikayətin əsaslı və yaxud əsassız olması barədə nəticəyə gəlməlidir. İşdən görünür ki, tərəflər arasında eyni gündə - 24 iyun 2017-ci il tarixdə həm dəyişmə müqaviləsi, həm də kredit müqaviləsi bağlanmışdır. İş üzrə mübahisəsiz müəyyən olunmuşdur ki, İddiaçı dəyişmə müqaviləsinin bağlanmasına o şərtlə razılıq vermişdir ki, Cavabdeh tərəfindən ona əlavə pul məbləği ödənilsin. Cavabdeh görə razılaşılmış pul məbləği İddiaçı ödənildikdən sonra o, əlavə olaraq daha 15.000 ABŞ dolları məbləğində ona pul ödənilməsini tələb etmiş və həmin məbləğin 250 ABŞ dollarını verdikdən sonra qalan 14.750 ABŞ dollarını müqavilədən sonra hissə-hissə ödənilməsi barədə razılığa gəlmiş və onların arasında dəyişmə müqaviləsi imzalanmışdır. Lakin İddiaçı xahişi əsasında onların arasında kredit müqaviləsi bağlanmış və kredit müqaviləsində göstərilmiş pul məbləğini qaytarmışdır. Göründüyü kimi Cavabdeh İddiaçı borcu olduğu vəziyyətdə sonuncunun Cavabdeh borc verməsi inandırıcı görsənmir. İddiaçı dəyişmə müqaviləsindən sonra mənzildə daha bir il yaşamasını xahiş etməsi, dəyişdiyi mənzili adına sənədləşdirib onu başqasından götürdüyü borcun müqabilində ipoteka qoyması, 1 ay müddətinə verdiyi borcu (24 iyun 2017-ci il tarixdə) 3 ilə yaxın müddət keçdikdən sonra (17 iyun 2020-ci il tarixdə) tələb etməsi bağlanmış kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 14.750 ABŞ dolları verilməsinin həqiqiliyinə olan şübhəni daha da artırır. İddiaçı verdiyi borcu tələb etmək əvəzinə dəyişdiyi mənzili başqasından götürdüyü borca görə ipoteka ilə yüklü etməsi də dəyişmə müqaviləsindən yaranma borcun qaytarılmaması barədə İddiaçı göstərdiklərini şübhə altına alır. İşdən həmçinin görünür ki, 2019-cu ildə X1 Ədalət Valeh oğlu və X3 qarşı mənzildən çıxarma barədə məhkəmədə iddia qaldırmış, İddiaçı və N isə aralarında dəyişmə müqaviləsinin bağlanması zamanı Nlərin onları aldadaraq 80.000 manatdan artıq pul məbləğini onlara verilməməsini əsas göstərməklə həmin məbləğin Paşayevlərdən onların xeyrinə tutulmasına dair qarşılı qlı tələb irəli sürmüşlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə Paşayevlərin iddiası təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı cə N apellyasiya şikayəti versələr də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yalnız bundan sonra, işdən göründüyü kimi, İddiaçı 17 iyun 2020-ci il tarixdə borcun qaytarıl ması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, İddiaçı 24 iyun 2017-ci il tarixli kredit müqaviləsində göstərilən borcu deyil, Paşayevlərdən dəyişmə müqaviləsinin bağlanılması ilə əlaqədar aldadılaraq ona verilməmiş 80.000 manatın cavabdehlərdən tutulmasını tələb etmişdir. Kredit müqaviləsində göstərilən 14.750 ABŞ dolların həmin iş üzrə tələb olunan 80.000 manata daxil olması işdən görünmür. Həmin iş üzrə İddiaçı ondan sonra tələb etdiyi 14.750 ABŞ dollarının mövcudluğu barədə susması və həmin məbləği tələb etməməsi anlaşılan deyildir. Əgər göstərilən məbləğ həmin iş üzrə tələb olunan 80.000 manata daxildirsə, onda belə qənaət hasil olur ki, həmin iş üzrə eyni zamanda 14.750 ABŞ dolları məbləğində pul tələbi də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Bundan başqa, 24 iyun 2017-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş borc məbləğinin notariat kontorunun depozit hesabına köçürülməsi barədə də işdə hər hansı sübut yoxdur. İşin göstərilən halları Nlərin dəyişmə müqaviləsinin bağlanması ilə əlaqədar İddiaçı ödəməli olduqları 14.750 ABŞ dollarını ona qaytarmaları məsələsi üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə kollegiyası tərəfindən həmin hallar ümumiyyətlə nəzərə alınmamış və onlara müvafiq hüquqi qiymət verilməmişdir. İşin göstərilən hallarını nəzərə alınmadan yalnız kredit müqaviləsinin mövcudluğunun və onun Nlər tərəfindən mübahisələndirilməməsinin iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilməsi qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5661/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6838/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6838/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver