Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-685/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Əlmərdan qızına, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızına və Cavabdeh3 qarşı QƏRARİ (Açar sözlər: mənzil münasibətlərindən, habelə əmlakdan istifadə, sahiblik, mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, miras qalmış fərdi yaşayış evinə köçürmə və.s) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Əlmərdan qızına, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızına və Cavabdeh3 qarşı evə köçürül mə, evdən çıxarılma, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətlərindən istifadəyə maneənin aradan qaldırılması, ev və həyətyanı sahədə ümumi razılıq olmadan aparılmış tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)917/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 Əlmərdan qızı tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, X5 xx.xx.1998- ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin aprel ayının 18-də 09 nömrə ilə qeyd edilmişdir.
2. Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, X11 xx.xx.2007-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin mart ayının 08- də 05 nömrə ilə qeyd edilmişdir.
3. Ağsu Rayon İcra Hakimiyyəti başçısının X40 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı Ağsu rayonu, Bico kəndində qeydiyyatda olmaqla aşağıdakı tərkibdə ailə üzvləri vardır: yoldaşı-X22, qızı-X23, oğlu-X24, nəvəsi-X28, qardaşı-X6.
4. Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən, Ağsu Rayon Dövlət Arxivində saxlanılan Bico kənd ərazi bölgəsinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabın 123- 124-cü səhifələrindən müəyy ən olunmuşdur ki, İddiaçı təsərrüfatbaşçısı olmaqla adına yaşayış sahəsi 30 kv.metr olan yaşayış evi qeyd edilmişdir. 5. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, X11 və ailə üzvləri X9, X6, X18 və X3 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 14 yanvar tarixli, 01 nömrəli qərarı ilə 0,18 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək atası X4 miras qalmış Ağsu rayonu, Bico kəndində yerləşən fərdi yaşayış evinin ona aid olan hissəsinə onun və ailə üzvlərinin məcburi köçürülməsini, satınalınma kimi qeyri-qanuni yerləşdirilmiş Cavabdeh3 və uşaqlarının oradan məcburi çıxarılmasını, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidməti ndən istifadələrinə hər cür maneənin aradan qaldırılması, ev və həyətyanı sahədə ümumi razılıq olmadan aparılmış tikilinin cavabdehlərin hesabına sökülməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X4 Ağsu rayonunun Bico kəndində cəmi 57,3 m3 fərdi yaşayış evi və 0,16 ha. həyətyanı sahə miras olaraq qalmışdır. Ev iki otaqdan və bir əlavə yardımçı otaqdan ibarətdir. Otaqlar 13,5 və 12,5 kv.m-likdir. Bunu atasının adına olan həmin evin 1988-ci ilin dekabr ayında tərtib edilmiş texniki pasportu təsdiq edir. DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən alınan texniki pasportun təsdiq edilmiş surəti də təsdiq edir. Həmin texniki pasportun bir surəti özündə qeyd edildiyi kimi həmin idarənin arxivində saxlanılır. Həmin ev üzrə mülkiyyət hüququn a dair çıxarış əldə edilməmişdir. Həmçinin heç kim vərəsəlik şəhadətnaməsi almamışdır. Evə o və 4 nəfər ailə üzvləri qeydiyatdadır. Bunu da Ağsu RİHB-nin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 saylı xx.xx.2022-ci il tarixli arayış təsdiq edir. O, ailə üzvləri ilə birgə müvəqqəti olaraq qohum evində məskunlaşmışdır. Yaşayış üçün başqa evləri yoxdur. Ağsu RİH-nin Ağsu rayon dövlət arxivindən alınmış 106 saylı xx.xx.2022-ci il tarixli arxiv çıxarışına əsasən Bico kənd ərazi bölgəsinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabın 123-124-cü səhifəsindən müəyyən olunmuşdur ki, İddiaçı təsərrüfat başçısı olmaqla adına yaşayış sahəsi 30 kv.m olan yaşayış evi qeyd edilmişdir. Bu mübahisəli evə aiddir. Miras qalan həyətin də yarısı ona məxsusdur. Ondan başqa vərəs ələrdən heç kim o evdə qeydiyyatda deyillər. Onlardan sağ olanlar başqa-başqa ünvanlarda yaşayırlar. Başqa vərəsələr böyüdükcə ayrı ünvana köçmüşlər, yalnız həmin ev onun nəzarəti altında qalmışdır. Kənddə su, qaz olmadığından, yaşayış çətin olduğundan və o əlil arabasında gəzdiyindən müvəqqəti olaraq ailəsi ilə birlikdə məcbur olub yığışıb gedib Bakı şəhərində qohum evində məskunlaşmışdır. Lakin hər il taxıl əkib, beçərmə və biçin mövsümü ilə əlaqədar olaraq gəlib özünə aid olan evdə qalır və toxumluq taxılı da orada saxlayır. Son illər kənddə su, qaz çəkildiyindən, yəni yaşayış üçün həyat bərpa edildiyindən o, hətta ailə uşaqlarını da həmin evə köçürüb yaşamaq istəyir. Lakin, son ilin taxıl mövsümünün əvvəlində kənddəki evinə gələrkən cavabdehlər onu evə buraxmamışlar, sahədən götürdüyü taxılı elə sahədə satmış, toxumluq taxılı isə başqa həyətdə saxlamaq məcburiyyətində qalmışdır. Həyətinə-evinə gedəndə Cavabdeh1 onu təhqir etmiş, nalayiq sözlər işlətmiş, əlil olaraq gəzdiyi əlil arabasından onu aşırmış, ona kömək edəni də təhqir etmişdir. Onu “nəşə" bitkisi əkməkdə şərləyib polislərə həyəti axtartdırmışdır. O, cavabdehin bu hərəkətindən 4 dəfə “102" xidmətinə şikayət verməli olmuş, lakin polislər də işə baxmamışlar, ona bildirmişlər ki, bu mülki işdir. Cavabdehlər onu evinə-həyətinə buraxmırlar, o, bilmir ki, içəridə nə tikib, nə söküblər. Ancaq onu bilir ki, Cavabdeh2 mübahisəli miras həyətin bir hissəsindən 35 metr uzunluqda özlərinə yol yeri götürmüşdür. Cavabdehlər onsuz ona məxsus miras evi eyni məhlədə yaşayan Cavabdeh3 satmışlar. O da darvaza hasarını söküb, yenid ən tikinti işi aparmışdır. Darvaza açarı ona verilmir, darvaza onun üzünə bağlı edilmişdir, ona görə də içəri girə bilmir ki, görsün, daha nə dəyişiklik edilib. Onların bu qeyri-qanuni hərəkətlərindən o, keçən il taxıl əkib becərə bilməmiş, kəndin ərazisində onun 4,27 ha. əkin sahəsi vardır. Hər il oradan 7 - 8 ton taxıl əldə edirmişdir. Ən azı 2 (iki) min manatlıq maddi ziyan çəkmişdir. Kənddə 4,27 ha əkin sahəsinin olması barədə DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı təsdiq edir. Mübahisəli evin alqı-satqısının edilib-edilmədiyini müəyyən etmək üçün nümayəndəsi Ağsu rayon notariat ofisində yoxlatmış, lakin mərhum atasının adına olan ev üzrə sənədləşmə qaydasında heç bir alqı-satqı olmadığı bildirilmiş, lakin ofis rəsmi sənəd verməmişd ir.
8. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək tələbinin təmin olunmasını xahiş etmişdir. Həmiçinin, bildirmişdir ki, 1995-ci ildən Sulutəpə qəsəbəsində, 2005-ci ildən isə Müşfiqabad qəsəbəsində yaşayır. O, orda aliləsi ilə birlikdə qalır.
9. İddiaçının vəkili (nümayəndəsi) X19 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 10.Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, qardaşı Əziz müharibəyə gedib gələndən sonra Bakı şəhərinə köçüb ailəsi ilə birlikdə orada yaşamışdır. Anası 1997-ci ildə, atası isə 2003-cü ildə vəfat etmişdir. İddiaçı valideynlərinə baxmamış, onlara qulluq göstərməmişdir. 11.Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsi ilə iddia t ələbinin təmin edilməməsi qət edilmişdir. 12.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 1995-ci ildən daimi əsaslarla Sulutəpə qəsəbəsində, 2005-ci ildən isə Müşfiqabad qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 13.Məhkəmə qeyd etmişdir ki, tərəflərin izahatlarından və tədqiq edilmiş sübutlardan məlum olur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. 14.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı uzun illərdir ki, mübahisəli mənzildə yaşamır və onun qeydiyyatı formal xa rakter daşıyır. Ona görə də, iddia əsassız olduğundan təmin edilməməlidir. 15.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikаsı Kоnstitusiyаsının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.5-ci maddələrinə, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 54, 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məh kəməsində icraat 16.Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. 17.Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin bu qətnaməsi ilə razı deyildir ədalətsizdir, qanunsuzdur. Əvvəla göstərir ki, keçən əsrin 90-cı illərində təsərrüfatlar dağıldığından işsizlik yaranması oldu, çoxsaylı kəndlərdə olduğu kimi, dağ ətəyində yerləşən kəndlərinə də qaz verilməsi uzun illlər dayandırıldı, su əvvəldən olmamışdır, yolları bərbad halda olmuşdur. Bu səbəbdən də kənddə yaşamaq mümkün olmadığından ən axırıncı olaraq ata evindən o, məcbur olub Bakı şəhərinə gedib orada müfəqqəti yaşamalı olmuşdur. Lakin kənddə pay torpaq sahəsi olduğundan hər il gəlib əkin-biçin mövsümündə oradakı işini görüb bütün qardaş-bacılard an fərqli olaraq qeydiyyatda olduğu atasının adına olan evində qalmış, biçdiyi taxılı da oraya yığıb, sonradan gəlib satmış, toxumluq taxılı isə orada saxlamışdır. Orada uzun illər arı saxlamışdır. Yəni o, həmin evlə əlaqəni kəsməmişdir. Vəziyyət dəyişən ili kəndin çox sakinləri Sumqayıt və Bakı şəhərinə yığışıb getməli olmuşdur. Mübahisəli evdən onun çıxarılmasında mərhum valideynlərin hər hansı tələbi, iddiası olmamışdır. Hazırda arıları kənddə başqa adamın həyətində saxlamağa məcbur olmuşdur. Bir neçə ildir ki, kəndə qaz çəkilib. Kəndə su çəkilməsi ilə əlaqədar o, hətta Prezident Aparatına qədər gedib müraciət etmiş, bunu kəndin əvvəlki və hazırkı icra nümayəndələri təsdiq edə bilərlər. Məhkəmədən tələb etmişlər ki, bu xüsusatlar aydınlaşdırılması üçün hazırkı və sabiq kənd icra nümayən dələri dəvət edilib izahatları alınsın, lakin edilməmişdir. Cavabdeh1 Əlmərdan qızı məhkəmə iclasında etiraf etmişdir ki, həmin evi 2500 (iki min beş yüz) manata satıb və əlavə etmişdir ki, onun həmin evə köçürülməsi onun meyidi üzərindən edilə bilər, guya o, evi pis saxlamış, gəlib evdə onun içdiyi 1000 (min) dənə araq butulkasını daşıyıb çölə atıb. Guya o, çardağın dəmirlərini söküb satıb arağa xərcləmişdir. Bunu məhkəmə iclas katibi yazırdı, iclas protokoluna salıb-salmadığını bilməmişlər, yazmayıbsa düzgün etməmişdir. Cavabdeh1 bu öz izahatı da təsdiq edir ki, o, mütəmadi olaraq gəlib həmin evdə qalmışdır. O, bu yaşında artıq doğulub-böyüdüyü, evlənib bir müddət yaşadığı, kənddə dolanacağın mümkünsüz olduğundan başqa qohum evinə gedib orada müfəqqəti qalmasını, bütünqardaş bacılardan f ərqli olaraq ancaq onun qeydiyyatda olduğu evə, hansı ki, cavabdehin onu qanunsuz olaraq başqasına satdığı evə köçürülməyi ilə bağlı tələbini qanunsuz olaraq təmin etməmişdir. Məhkəmədə o, bildirmişdir ki, cavabdehlər mirasdan pay istəyirlərsə heç bir etirazı yoxdur, iddia qaldırıb həll edilsin. Ancaq məhkəmə onun qanuni tələbini qanunsuzcasına təmin etməmişdir. Məhkəmə yalnız cavabdeh olan Şərifənin uydurma və qərəzli izahatlarına əsaslanıb qanunsuz qərar qəbul etmişdir. İşin hallarının araşdırılması prinsipi pozulmuşdur. Həmin kəndin başqa sakinləri kimi məcbur olaraq başqalarından fərqli olaraq kənddən müfəqqəti başqa yerə getməyini obyektiv qiymətləndirilməmişdir. Kənddə su çəkilməsi ilə əlaqədar tələb etdiyi hazırkı və sabiq icra nümayəndələrinin, habelə, Cavabdeh2 öz oğlanları olan X 13 və X20 (onlardan biri məhkəmə iclasına dəvət edilsə də yarımçıq dinlənildi, hansı ki, hər ikisi iki dəfə məhkəmə iclası günü Sumqayıt şəhərindən izahat verməyə gəlmişdilər) dəvət edilib edilib ətraflı dinlənilməmiş, yuxarıda göstərdiyi işin faktiki halları ilə bağlı araşdırma aparılmamışdır. Onun heç bir yerdə şəxsi evinin olmaması, cavabdehlərin isə şəxsi evlərinin olmasını məhkəmə müvafıq təşkilata sorğu verməklə müəyyənləşdirib buna qiymət verməli idi. Məlumdur ki, başqasının əmlakı ilə əlaqədar onun sorğusuna cavab verilməyəcəkdir. Məhkəmənin qatnaməsi qanunsuz və əsassısdır. Cavabdeh qanunsuz olaraq evi başqasına satmaqla və onu evə buraxmamaqla, hər il əkinbiçin mövsümündə gəlib qaldığı və özü də yalnız onun qeydiyyatda olduğu, kəndin təsərrüfat başına kitabda da qeydiyatda olduğu evə köçürülməyini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-246/2023 saylı iş üzrə xx.xx.2023- cü il tarixli qətnaməsinin ləğv edilməsi, mərhum atası X4 miras qalmış Ağsu rayonunun Bico kəndində olan miras əmlakdan ona aid fərdi yaşayış evin otağına onun və ailə üzvlərinin həmin evə məcburi qaydada köçürülmələrinin təmin edilməsi, evin yardımçı və həyatyanı sahəsindən, kommunal xidmətindən istifadələrinə hər cür maneənin aradan qaldırılması və qeyri-qanuni evi almış Cavabdeh3 ev və həyətyanı sahədə ümimi razılıq olmadan aparılmış tikilinin cavabdehlərin hesabına sökülməsinin təmin edilməsinə, həyətdə şumlama işinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 18.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayət ini müdafiə edərək Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək onun iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 19.Cavabdeh1 Əlmərdan qızı (o həmçinin üçüncü şəxs X2 nümayəndəsidir) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. 20.Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X14 və X21) 2(107)-917/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 05 may 202 3-cü il tarixli, 2(016)-246/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Əlmərdan qızı, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 qarşı evə köçürülmə, evdən çıxarılma, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətlərindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Ağsu rayonu Bico kəndində yerləşən atası X4 miras qalmış və özünün təsərrüfatı ilə bitişik olmaqla eyni dam örtüyü altında yerləşən fərdi yaşayış evinə köçürülməsi, evin yardımçı və həyətyanı sahəsindən kommunal xidmətlərindən İddiaçı istifadəsinə cavabdehlər Cavabdeh1 Əlmərdan qızı, Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı və Cavabdeh3 tərəfindən edilən maneə aradan qaldırılması qət edilmiş, İddiaçı iddia sının qalan hissəsi təmin edilməmişdir. 21.Məhkəmə kollegiyası apellyasiya şikayətinin kənddə pay torpaq sahəsi olduğundan hər il gəlib əkin-biçin mövsümündə oradakı işini görüb bütün qardaş-bacılardan fərqli olaraq qeydiyyatda olduğu atasının adına olan evində qalması, biçdiyi taxılı da oraya yığıb, sonradan gəlib satması, toxumluq taxılı isə orada saxlaması, orada uzun illər arı saxlaması, yəni onun həmin evlə əlaqəni kəsməməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd etmişdir ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 03 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ümumibirgə mülkiyyətində JN 50 nömrəli dövlət aktına əsasən Ağsu rayonu Bico kəndində yerləşən 4,27 ha torpaq sahəsi vardır. 22.Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilib, iş materiall arına əlavə edilmiş Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli 5-34-22-1/2-1-4/2023 saylı arayışdan görünür ki, İddiaçı 1997-ci ildən Müşfiq qəsəbəsində yaşamasına baxmayaraq, ara-sıra atasının evinə gəlmiş, taxıl sahəsini biçdirib, atasından qalmış tövləyə yığmışdır. Həmçinin həmin və məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilib iş materiallarına əlavə edilmiş Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli 5-34-22/2-2-53/2023 saylı arayışdan görünür ki, İddiaçı təsərrüfatı 1990-cı ildən atası X7 təsərrüfatından ayrılsa da eyni həyətdə yerləşən 20 sot həyətyanı sahədə tikilmiş 77 kv/m evin 30 kv/m hissəsi İddiaçı məxsusdur. Yəni İddiaçı ilə X7 təsərrüfatları ayrı olsa da təsərrüfatbaşına kitabda İddiaçı məxsus 30 kv/m tikili, X8 məxsus 47 kv/m ev ilə bitişikdir və bir dam altında olmaqla ayrıayrı otaqlardan ibarətdir. X11 06 mart 2007-ci il tarixdə ölmüş və Əlmərdan Kərimovun mülkiyyəti 2009-cu ildə təsərrüfatbaşına kitabda İddiaçı adına yazılmışdır. Lakin iddiaçının qeydiyyatda olduğu atasının adına olan evində qalması, orada uzun illər arı saxlamasına dair dəlilləri iş materialları ilə təsdiq edilməmişdir. 23.Məhkəmə kollegiyası apellyasiya şikayətinin tələb etdiyi şəxslərin dəvət edilib ətraflı dinlənilməməsinə dair dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından, işdə olan məhkəmə iclas protokollarından iddiaçının məhkəməyə hər hansı bir şəxsin dindirilməs i ilə bağlı hər hansı bir vəsatət verməsi, iddiaçının vəsatəti üzrə kiminsə dindirilməsi, vəsatətinin nəzərə alınmamasına dair məhkəmə iclas protokoluna hər hansı bir qeyd verməsi halı müəyyən edilməmişdir. 24.Birinci instansiya məhkəməsi iddanı evə köçürülmə, evdən çıxarılma, evin yardımçı və həyətyanı sahəsindən, kommunal xidmətlərindən istifadəyə maneənin aradan qaldırılması hissəsində rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı uzun illərdir ki, mübahisəli mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. 25.Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı bütünlükdə rədd etməkdə haqlı olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğu n olmamış, eyni zamanda maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir. 26.Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının uzun illər ərzində fərdi yaşayış evində yaşamamasına istinad etsə də həmin ev üzərində iddiaçının mülkiyyət hüququ baxımından qanuni gözləntisinin olmasını, həmçinin eyni dam altında olan və atasından qalmış təsərrüfata münasibətdə mirasın qəbul edilməsi halları nəzərə alınmamışdır. Belə ki, məhkəmə kollegiyasının sorğusu ilə əldə edilmiş Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli 5-34-22/2-2-53/2023 sa ylı və 02 oktyabr 2023-cü il tarixli 5-34-22-1/2-1-4/2023 saylı arayışlardan iddiaçının təsərrüfatının həmin ünvanda və mərhum X7 təsərrüfatı ilə bitişik və bir dam altında olması, hətta 2009-cu ildə Əlmərdan Kərimovun təsərrüfatının İddiaçı adına keçməsi müəyyən edilmişdir. Bundan başqa iddiaçının birgə mülkiyyətində həmin kənddə yerləşən 4,27 ha torpaq sahəsi olmaqla iddiaçının hər il orada taxıl əkməsi, əkdiyi taxıl məhsulunu biçib həmin təsərrüfatda olan tövləyə yığması, beləliklə də taxıl biçini mövsümünün yay aylarına təsadüf etməsi, yığılmış taxıla isə istifadəyə və satışadək vaxtaşırı nəzarətin edilməli olması nəzərə alınaraq, İddiaçı həmçinin öz təsərrüfatına bitişik olan 06 mart 2007-ci il tarixdə vəfat etmiş atasının təsərrüfatında olan tövlədə taxıl saxlamaqla həmin təsərrüfata faktiki sahiblik etmişdir. 27.Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi 30.xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri mülkiyyətçinin, mülkiyyətə qanuni gözləntisi olan şəxslərin deyil, icarədarın və ya onun ailə üzvlərinin başqa yerə getdikləri halda onların istifadə hüquqlarının saxlanılması ilə bağlı münasibətləri tənzimləyir. Mülkiyyətə qanuni gözləntisi olan iddiaçının iddia tələbi ilə bağlı 30.xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad edilməsi doğru olmamışdır. 28.Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun heç bir yerdə şəxsi evinin olmaması, cavabdehlərin isə şəxsi evlərinin olmasının məhkəmə müvafıq təşkilata sorğu verməklə müəyyənləşd irib buna qiymət verməli olmasına dair dəlilinə münasibət bildirərək bildirmişdir ki, şəxsin hər hansı bir əmlaka qanuni gözləntisi olduğu halda bu halın onun əlavə əmlakının olub-olmaması ilə əlaqələndirilməsinə, şəxsin əlavə əmlakının olubolmamasının araşdırılmasına zərurət yoxdur. 29.Məhkəmə kollegiyası apellyasiya şikayətinin həyətdə şumlama işinin ləğv edilməsinə dair xahişinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində məhkəmə qarşısında belə bir tələb irəli sürülməmişdir. İddiada olmayan bir tələbin apellyasiya şikayəti ilə irəli sürülüb müzakirə edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. 30.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfin iddiaçını mübahisəli evə buraxmaması, mübahisəli fərdi yaşayış evinin digər Cavabdeh3 qeyri-rəsmi s atılmaqla iddiaçının əmlakdan istifadəsinə real maneələrin olması nəzərə alınaraq İddiaçı cavabdehlər tərəfindən evin yardımçı və həyətyanı sahəsindən kommunal xidmətlərindən onun istifadəsinə edilən maneənin aradan qaldırılmasını da tələb etməkdə haqlıdır. Lakin cavabdehlər Cavabdeh1 Əlmərdan qızının və Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızının da İddiaçı ilə yanaşı X7 birinci növbəli vərəsələri olmaları nəzərə alınaraq iddiaçı Kərimov İddiaçı Şərifə Əlmərdan qızı və Dadaşova (Kərimova) Zeynəb Əlmərdan qızı tərəfindən mübahisəli evə yerləşdirilmiş Cavabdeh3 və uşaqlarının oradan məcburi çıxarılmalarını tələb etməkdə haqlı olmamışdır. 31.Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 1133.1, 1134.1, 1145.1, 1151.1, 1243.2, 1143.3, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 32.Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-917/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. 33.Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, tər əflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Belə ki, iddiaçı uzun illərdir ki, mübahisəli mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Yəni, iddiaçı 1995-ci ildən daimi əsaslarla Sulutəpə qəsəbəsində, 2005-ci ildən isə Müşfiqabad qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu kimi faktiki hallar araşdırılmamış və bununla əlaqədar maddi hüquq normalar düzgün tətbiq edilməmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktiki başladıqda və bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş materiallarından göründüyü kimi sözügedən əmlaka dair iddiaçı tərəfindən ümumiyyətlə vərəsəlik işi açılmamış və həmin əmlak iddiaçının faktiki istifadəsində olmamış (kommunal və digər xərclər cavabdehlər tərəfindən çəkilmişdir), apelyasiya instansiya məhkəməsində iddiaçının həmin əmlaka münasibətə hər hansısa təsərrüfat işlərinin aparılmasına dair iddiaları formal mülahizələrə əsaslanmış və heç bir əsaslı dəlil ilə sübuta yetirilməmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsasları kimi hər hansı bir sübut təqdim edilməmiş, iddiaçının qeyd etdiyi məqamlar yalnız formal mülahizələrdən ibarətdir. Eyni zamanda, cavabdeh tərəfindən təqdim edilmi ş sübutlar (məlumatlar) apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 34.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 35.Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 36.Maddə 152.2 sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 37.Maddə 152.3 istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklind ə və başqa formalarda ola bilər. 38.Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 39.Maddə 1133.1 ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 40.Maddə 1134.1 qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 41.Maddə 1145 miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 42.Maddə 1151.1 mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 43.Maddə 1243.1 mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 44.Maddə 1243.2 vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 45.Maddə 1143.3 vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifad ə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi 46.Maddə 53 icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 47.Maddə 123 yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 48.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 50.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 51.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir. 52.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 53.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 54.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 55.Hazırki kassasiya şikayətində Cavabdeh1 məhkəmə aktını tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 56.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. 58.Belə ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli sahə daxilində iddiaçıya məxsus olan 30 kv.m olan yaşayış evi mövcuddur. Atasının vəfatından sonra isə mərhumun faktiki istifadəsində olan yaşayış sahəsinin digər hissəsi də məhz iddiaçıya aid olan təsərrüfatbaşına kitabda onun adına qeydə alınmışdır. Belə olan halda iddiaçının daimi olaraq mübahisəli ünvanda yaşayıb yaşamamasından asılı olmayaraq o, həmin əmlak üzərində sahiblik hüqu quna malik olan şəxsdir. Onun mübahisəli əmlakı mülkiyyətinə almaq imkanı vardır. 59.Apellyasiya instansiyası məhz 57-ci bənddə göstərilən faktiki halların nəticəsi olaraq iddiaçının gözləntiyə malik olan mülkiyyətçi olduğu nəticəsinə gələrək onun evə köçürülmə tələbini əsaslı hesab etmişdjir. 60.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır
61. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdı rılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 62.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 63.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Əlmərdan qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-917/ 2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.