Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6851/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, maraqlarına toxunan şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və vəkili X19 iştirakları ilə. İddiaçı İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 18 iyul 2018 -ci il tarixli qətnaməsi ilə (hakim: M.İ.Qarayev; 2(024)-344/2018) iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, JN-167 KOD ************** nömrəli Dövlət Aktına əsasən X7, Ş8, İddiaçı, X8, X3, X9 və X11 ümumi birgə mülkiyyətində olan Qax rayonu ******** kəndi ərazisində yerləşən 4.46 ha pay torpaq sahəsinin Qax rayonu ******** kəndində yaşayan Cavabdeh1 Cavabdeh2 notariat qaydasında satılmasına dair 10 dekabr 2001-ci il tarixli ******** reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli 2(107)-2394/2018 nömrəli (sədrlik edən G.Abbasov, hakimlər R.Rəfiyev və E.Hüseyn ov) qətnaməsinə əsasən maraqlarına toxunan şəxs “xxxx” MMC-nin direktoru X21 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tаrixli qətnaməsi qismən ləğv edilmiş, Qax Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tаrixli2(024)-344/2018 nömrəli qətnaməsi qismən, Cavabdeh2 rəsmiləşdirilmiş 10 dekabr 2001-ci il tarixli ******** reyestr nömrəli Torpaq alqı-satqı müqaviləsinin X12, Ş8, X16, X13, X17 və X14 münasibətdə etibarsız hesab edilməsinin təmin edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(102)-1982/2019 nömrəli qərarı ilə, üçüncü şəxs “xxxx” MMC-nin direktoru R6 və vək ili X19 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(107)- 2394/2018 saylı qətnaməsi qismən-iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən, İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilmədən saxlanılmış və iş ləğv edilmiş hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli (A.A.Mahmudov (sədrlik edən), hakimlər M.R.Hüseynov və Ə.S.Salmanov (107)2035/2019 saylı) qətnaməsinə əsasən maraqlarına toxunan şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin e dilmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 18 iyul 2018ci il tаrixli qətnaməsi “Cavabdeh2 rəsmiləşdirilmiş 10 dekabr 2001-ci il tarixli ******** reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinin X10 münasibətdə etibarsız hesab edilməsinin təmin edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi həmin hissədə təmin edilməmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu ******** kənd sakinləri X7, Ş8, İddiaçı, X4, X3, X9 və X11 xüsusi birgə mülkiyyətində olan Qax rayonu ******** kəndi ərazisində yerləşən 4.46 ha pay torpaq sahəsinin Qax rayonu ******** kəndində yaşayan Cavabdeh1 Cavabdeh2 notariat qaydasında satılmasına dair 10 dekabr 2001-ci il tarixli ******** reyestr nömrəli Torpaq alqısatqı müqaviləsinin qanunsuz olduğuna görə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qax Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra Qax Rayon AİK) 28 iyun 1998-ci il tarixli 07 saylı qərarı ilə onlara- 7 nəfər ailə tərkibi ilə-atası X12, anası Ş8, İddiaçı, X16, X13, X17 və X2 təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün birgə mülkiyyət hüququ əsasında Qax rayonu ******** kəndi ərazisində yerləşən 4.46 ha pay torpaq sahəsi verilmiş və torpaq sahəsi üzərində birgə mülkiyyət hüququna dair JN-167 KOD ************** nömrəli Dövlət Aktı tərtib edilərək mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı xx.xx.1992-ci ildə Qax rayonu ******** kəndində anadan olmuş və həmin pay torpaq sahəsi onların birgə mülkiyyətinə verilərkən onun altı yaşı tamam olmamışd ır. Lakin valideynləri birgə mülkiyyətlərində olan4.46 ha pay torpaq sahəsini 10 dekabr 2001-ci il tarixli ******** reyestr nömrəli Torpaq alqısatqı müqaviləsi əsasında Cavabdeh2 Qax rayon ******** kənd sakini Cavabdeh1 notariat qaydasında satmışlar. Torpaq sahəsi satılarkən onun 9 yaşı, digər birgə mülkiyyətçi qardaşı T6 14 yaşı olmuşdur. Torpaq alqı-satqı müqaviləsi notarius Z8 tərəfindən notariat qaydasında təsdiq olunarkən müqaviləni 7 nəfər birgə mülkiyyətçidən 5 nəfəri, yəni atası, anası, qardaşı A6, bacıları L8 və N8 imzalamışlar. Belə ki, yuxarıda qeyd etdiyi kimi onlar həmin vaxt azyaşlı olmuş, hüquqları müvafiq icra hakimiyyəti orqanı (qəyyumluq və himayəçilik orqanı) tərəfindən müdafiə olunmamışdır. Hesab etmişdir ki, Cavabdeh2 torpaq alqı-satqı müqaviləsini təsdiq edərkən onlar ın (onun və qardaşı T6) Azərbaycan Respublikasının Konstitusiyasında, Beynəlxalq Müqavilələrdə, Qanunlarda, eləcə də Ailə və Mülki Məcəllələrdə və digər qanunvericilik aktlarında təsbit olunmuş mülkiyyət hüquqları pozulmuş və nəticədə o və qardaşı T6 uşaq ikən birgə mülkiyyət hüququ ilə onlara məxsus olan pay torpaq sahəsindən hər birinə 0.637 ha olmaqla məhrum olmuşlar. Belə ki, qanunvericiliyin tələblərinə əsasən onun valideynləri Qəyyumluq və Himayəçilik Orqanının qabaqcadan icazəsini almadan torpaq sahəsindən onun və qardaşı T6in payına düşən hissəsinin özgəninkiləşdirilməsinə səbəb olan müqaviləni bağlamamalı idi. Göründüyü kimi, birgə mülkiyyətdə olan 4.46 ha torpaq sahəsi notariat qaydasında alqısatqı yolu ilə alıcı Cavabdeh1 özgəninkiləşdirilərkən azyaşlı kimi onun və qardaşı T6 əm lak hüquqları pozulmuş və qorunmamışdır. Yəni, qanunvericiliyin tələbləri pozularaq qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan dövlət notariat kontorunun notariusu Z8 qəyyumluq və himayəçilik orqanının rəsmi icazəsini tələb etmədən qanuna zidd olaraq müqaviləni təsdiq etməklə onu və qardaşı T6 uşaq yaşlarında torpaq mülkiyyət payından məhrum etmişdir.O, bu məsələni bu yaxınlarda, yəni 2018-ci ilin mart ayında torpaq alqı-satqı müqaviləsinin surətini görəndən sonra torpaq payından məhrum olmasını öyrənmişdir. Qardaşı T6 29.06.2004-cü ildə vəfat etmişdir. Torpaq sahəsi Cavabdeh1 notariat qaydasında alqı-satqı müqaviləsi yolu ilə satılsa da, həmin müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsində qeydə alınmamış, eləcə də Cavabdeh1 bu torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində reyestr kitabında qeydiyyata alınmamışdır. Yəni, hal-hazırda bu torpaq sahəsinin mülkiyyətçiləri JN-167 KOD *********** nömrəli Dövlət Aktına əsasən onlardır. Odur ki, Cavabdeh2 bağlanmış 10 dekabr 2001-ci il tarixli ******* reyestr nömrəli Torpaq alqı-satqı müqaviləsi qanunsuz olduğuna görə etibarsızdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 17.4,24.2,71.1ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.2,144.1,324,337,384cü maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1,51,55-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа,İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikаyətin təmin еdilməsini хаhiş еtdilər. Məhkəmə kоllеgiyаsının iclаsındа, maraqlarına toxunan şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və vəkili X19 şikayətini qəbul etməyərək, şikаyətin təmin еdilməməsini хаhiş еtdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalаrınа baxmayaraq, cavabd ehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib -etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan 06 oktyabr 1999-cu ildə tərtib edilmiş JN-167 KOD ************ ** saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1998-ci il tarixli 07 saylı qərarı ilə Qax rayonu ******** kəndi ərazisində yerləşən 4.46 ha pay torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X12, X15, İddiaçı, X16, X13, X17 və X14 məxsusdur. Cavabdeh2 təsdiq edilmiş ******** saylı 10.12.2001-ci tarixli Torpaq alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X12, X18, İddiaçı, X16, X13, X17 və X6 Rayon AİK-ın 28 iyun 1998-ci il tarixli 07 saylı qərarı ilə birgə mülkiyyət hüququ əsasında onlara məxsus olan Qax rayonu ******** kəndi ərazisində yerləşən 4.46 ha pay torpaq sahəsini 58000000 (əlli səkkiz milyon) manata Cavabdeh1 satmışlar. Həmin müqaviləyə torpağın digər birgə mülkiyyətçiləri İddiaçı və T6 Şainidze imza etməmişlər. DƏDRX-in 12 saylı Şəki Ərazi idarəsinin 13 aprel 2018-ci il tarixli **********42 saylı məktubundan görünür ki, JN-167 saylı mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş Qax rayonu ******** kəndində yerləşən 4.46 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair 12 saylı Şəki Ərazi idarəsinin arxiv materiallarında heç bir məlumat aşkar edilməmişdir. RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qax rayonu ******** kəndi ərazisində yerləşən 7.48 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında 06.06.2015-ci il tarixdə “xxxx” MMC-in mülkiyyətinə verilmişdir. AN seriyalı ******* nömrəli 12.02.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qax rayonu ******** kəndi ərazisində yerləşən 4.46 ha torpaq sahəsini Cavabdeh1 “xxxx” MMC-yə 5000 (beş min) manata satmışdır. JN-0407 KOD ************** nömrəli Dövlət Aktından görünür ki, Cavabdeh2 ******** saylı 10.12.2001-ci tarixli Torpaq alqı-satqı müqaviləsinə əsasən satılmış 4.46 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. DƏDRX-in 12 saylı Əraz İdarəsinin Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı 17 oktyabr 2018-ci il tarixli **********83 nömrəli məktubundan görünür ki, sözügedən çoxillik əkmə (4.46 ha) Cavabdeh2 ******** saylı 10.12.2001-ci tarixli alqı-satqı müqaviləsi əsasında alqı-satqı edilməsinə baxmayaraq, X1 torpaq sahəsinə verilmiş JN-167 KOD ************** saylı Dövlət Aktının itirilməsi ilə əlaqədar onun etibarsız hesab edilməsi barədə məlumatı əks etdirən “*******” qəzetinin 17 iyul 2018-ci il tarixli 14 nömrəli sayını, Qax Rayon Polis Şöbəsinin 21 iyul 2018-ci il tarixli 172-119301 saylı arayışını əlavə etməklə aldadıcı sənədlər təqdim edərək dövlət aktının dublikatının alınması üçün müraciət etmişdir. Ləğv edilmiş DTXK tərəfindən təhvil verilən arxiv materiallarında JN-167 KOD ************** saylı Dövlət Aktının alqı-satqı edilərək JN-0407 KOD ************** nömrəli Dövlət Aktının verilməsinə dair qeyd aparılmadığından və torpaq sahəsinin planı və ölçüsünün dublikatının verilməsi üçün əraziidarəsinə müraciət etmədiyindən, sözügedən torpaq sahəsinin alqı-satqı olunduğunu müəyyən etmək mümkün olmamış və texniki səhv olaraq İddiaçı, Ş8, X13, X12, X16, X20 və X5 adlarına ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır. X11 4.46 ha torpaq sahəsinə torpa q sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı 02 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsinin icrasından sözügedən torpaq sahəsi “xxxx” MMC-in mülkiyyətində olduğundan imtina olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli 2(102)-1982/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İddiaçı kassasiya şikayətində alqısatqı müqaviləsinin bağlanmasından yalnız 2018ci ilin mart ayında xəbər tutmasını göstərsə də, işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, 10 dekabr 2001- ci il tarixdən torpaq sahəsinin başqasının sahibliyində, istifadəsində olması mülki iş materialları ilə istisna olunmur və iddiaçının yetikinlik yaşına çatdığı 2010-cu ildən sonra bunu bilməməsi inandırıcı, ağlabatan görünmür və bütün bunlar iddiaçının hazırda mübahisələndirilən əqdin etibarsız sayılmasına əsas verən halları məhz 2018-ci il mart ayında bilməsi və ya bilməli olması qənaətinə gəlməyə əsas vermir. Nəzərə alın malıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, D6, Ş8, L8, N8 və A6, eləcə də yetikinlik yaşına çatmayan İddiaçı və T6 qanuni nümayəndəsi kimi ataları D6 mübahisəli 4,46 ha torpaq sahəsini 58.000.000 manata (AZM) Cavabdeh1 satdıqlarından və sonuncu həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşd irilmiş qeyd olunan pul vəsaitini onlara ödədiyindən, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, alqısatqı müqaviləsi onların paylarına, eləcə də mərhum T6 payna aid hissədə etibarsız sayıla bilməz. Kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən D6, Ş8, L8, N8 və A6 alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmamalarını, eləcə də iddiaçının mərhum T6 Şainidzenin pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasını da nəzərə alır və belə qənaətə gəlir ki, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının payına münasibətdə alqı-satqı müqaviləsinin bağlan ması zamanı qəyyumluq və himayəçilik orqanının razılığının alınmamasına gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesabedir ki, üçüncü şəxs “xxxx” MMC mübahisəli 4,46 ha torpaq sahəsini vicdanlı əldə etdiyindən, həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürdüyündən, bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli 4,46 ha torpaq sahəsinə münasibətdə üçüncü şəxs “xxxx” MMC-nin vicdanlı əldə edən olmasına diqqət yetirməmişdir. Halbuki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahi bin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır.” Kassasiya instansiyası məhkəməsi üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab etmişdir ki, iddiaçının torpaq sahəsinə qanunla qorunan hər hansı hüququ pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini vicdanlı əldə edən üçüncü şəxs “xxxx” MMC-nin hesabına kompensasiya edilə bilməz və iddiaçı, onun payını q əyyumluq və himayəçilik orqanının razılığı olmadan özgəninkiləşdirmiş atası D6 qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla ona dəymiş ziyanı tələb edə bilər. İddiaçı kassasiya şikayətində alqı-satqı müqaviləsinin bağlanmasından yalnız 2018-ci ilin mart ayında xəbər tutmasını göstərsə də, işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, 10 dekabr 2001-ci il tarixdən torpaq sahəsinin başqasının sahibliyində, istifadəsində olması mülki iş materialları ilə istisna olunmur və iddiaçının yetikinlik yaşına çatdığı 2010-cu ildən sonra bunu bilməməsi inandırıcı, ağlabatan görünmür və bütün bunlar iddiaçının hazırda mübahisələndirilən əqdin etibarsız sayılmasına əsas verən halları məhz 2018-ci il mart ayında bilməsi və ya bilməli olması qənaətinə gəlməyə əsas vermir”. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən hallarla bağlı, Ali Məhkəmənin tövsiyyə və göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, iş üzrə hərtərəfli araşdıraraq düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçünməsuliyyət daşıyır. - 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət mülkiyyət hüququnda mülkiyyətçilərin hər birin in payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdirlər. - 215.5-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 646.1-ci maddəsinə görə, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Beləliklə, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 28 iyun 1998-ci il tarixli 07 saylı qərarı ilə Qax rayonu ******** kəndi ərazisində yerləşən 4.46 ha pay torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X12, X15, İddiaçı, X16, X13, X17 və X14 verilmişdir. Həmin qərara əsasən, X12 və onun ailə üzvlərinin (X15, İddiaçı, X16, X13, X17 və X20) adına 06 oktyabr 1999-cu ildə JN-167 KOD ************** saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Cavabdeh2 təsdiq edilmiş ******** saylı 10.12.2001-ci tarixli alqı-satqı müqaviləsi ilə X12, X18, İddiaçı, X16, X13, X17 və X6 Rayon AİK-ın 28 iyun 1998-ci il tarixli 07 saylı qərarı ilə birgə mülkiyyət hüququ əsasında onlara məxsus Qax rayonu ******** kəndi ərazisində yerləşən 4.46 ha pay torpaq sahəsini 58000000 (əlli səkkiz milyon) manata Cavabdeh1 satmışlar. Həmin müqaviləyə torpağın digər birgə mülkiyyətçiləri İddiaçı və T6 Şainidze imza etməmişlər. Cavabdeh2 rəsmiləşdirilmiş ******** saylı 10.12.2001-ci tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış 4.46 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Cavabdeh1 isə sözügedən 4.46 ha torpaq sahəsini AN seriyalı ******* nömrəli 12.02.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında “xxxx” MMC-yə 5000 (beş min) manata satmışdır. İddiaçının payına münasibətdə alqı-satqı müqaviləsinin bağlanması zamanı qəyyumluq və himayəçilik orqanının razılığının alınmamasına gəlincə isə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs “xxxx” MMC mübahisəli qeyd olunan mübahisəli torpaq sahəsini vicdanlı əldə etdiyindən, həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürdüyündən, bu hissədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəli 4,46 ha torpaq sahəsinə münasibətdə üçüncü şəxs “xxxx” MMC-nin vicdanlı əldə edən olmasına, eləcə də iddiaçı tərəfindən kəsici müddətin ötürülüb-ötürülməməsinə diqqət yetirməmişdir. Halbuki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni ə saslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişləri baxımından üçüncü şəxs “xxxx” MMC-nin apellyasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab etmişdir ki, iddiaçının torpaq sahəsinə qanunl a qorunan hər hansı hüququ pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini vicdanlı əldə edən üçüncü şəxs “xxxx” MMC-nin hesabına kompensasiya edilə bilməz. İddiaçı onun payını qəyyumluq və himayəçilik orqanının razılığı olmadan özgəninkiləşdirmiş atası D6 qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla ona dəymiş ziyanı tələb edə bilər. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından 17 il sonra, yetikinlik yaşına çatdıqdan 8 il sonra (iddiaçı xx xxxxxx 1992-ci ildə doğulub) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan birillik kəsici müddəti də ötürmüşdür. Halbuki, qeyd olunan maddənin mənasına görə, həmin Məcəl lənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi ü çün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası haqlı olaraq qeyd etmişdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddiaçı tərəf izahatında alqı-satqı müqaviləsinin bağlanmasından yalnız 2018 - ci ildə xəbər tutmasını göstərsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bunu yalnız öz formal mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. Ona görə də iddiaçı tərəfin bu mülahizələri də məhkəmə tərəfindən inandırıcı və ağalbatan görünmür. Çünki məhkəmə tədqiq edilən sübutları sadalamaqla kifayətlənməməli, onlar əlaqəli şəkildə şərh edilməklə, məcmu halda qiymətləndirilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 o ktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılm alıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6851/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6851/2019
21.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver