Məhkəmə qərarları › İş №2(102)-6852/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6852/2019

21.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6852/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(051)432/2019, hakim Ə.M.Həsənov) İddiaçı cavabdehlər Ca vabdeh1 və Cavabdeh2 qarşı «notariat kontorundan verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, vərəsliyin tanınması, miras payının müəyyən edilməsi tələbinə» dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2029/2019, hakimlər A.A.Mahmudov, E.Ş.Hüseynov, V.İ.Məlikov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iiddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 14 dekabr 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X2 ölümü ilə əlaqədar verilən sığorta ödənişinə dair onun arvadı Cavabdeh1 və qızı Cavabdeh2 adına verilmiş 4C/128 reyestr nömrəli 17 avqust 1992-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılması, Cavabdeh1 və Cavabdeh2 ilə bərabər onun və əri X4 vərəsəliyinin tanınması, 1-ci növbə vərəsə kimi onların hər birinin ¼ hissə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi barədə notaria t kontorunun 02 dekabr 2018-ci il tarixli məktubu əlavə edilmişdir. Həmin ərizəyə məhkəmə qətnaməsində ümumiyyətlə istinad edilməmişdir, halbuki həmin məktubla təsdiq eidlir ki, iddiaçının vərəsəlik şəhadətnaməsindən məlumatı olmamışdır. Bu halda məhkəmənin iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə əsassızdır. İddiaçı şəhid ailəsi kimi imtiyazlardan hazırda da istifadə edir, sığorta pulundan cavabdehlərə verilməsinə də etirazı yoxdur, o sadəcə sığorta ödənişindən özünə və ərinə düşən hissədə pay tələb edir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlər və vəkilləri isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdak ı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X5 29 avqust 1970-ci ildə Mingəçevir şəhərində anadan olmuş, 31 iyul 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı həlak olmuşdur. 17 avqust 1992-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 50.000 manat sığorta pulunun alınması üçün 31 iyul 1992-ci ildə ölmüş X2 qanun üzrə vərəsələri kimi Cavabdeh1 və Cavabdeh2 tanınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanı əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçula rın vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. İddiaçı həmin Fərmanla verilməsi nəzərdə tutulmuş sığorta ödənişinin alınması üçün vərəsəlik hüququnu təsdiq edən sənədin verilməsinə dair notariat kontoruna müraciət etmiş, 02 dekabr 2018-ci il tarixdə notariat kontoru tərəfindən Cavabdeh1 və Cavabdeh2 X2 qanun üzrə vərəsələri kimi tanındığından, İddiaçı vərəsəlik hüququnu təsdiq edən sənədin verilməsindən imtina edilmişdir. İddiaçı 14 dekabr 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı şəhid Natiq Həsənovun anası, cavabdehlər isə arvadı və qızıdır. Hazırkı mübahisə də hər hansı miras əmlakdan pay tələbi ilə bağlı olmamaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanı əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Prezident Fərmanı əsasında ödənilən sığorta ödənişi ilə bağlıdır. Həmin Fərmanda göstərilmişdir ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11.000 manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanı əməkdaşlarının vərəsələrinə verilir. 19 aprel 2018-ci il tarixli həmin Fərmanda həmçinin göstərilmişdir ki, vərəsələr Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə Qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmiş, eyni zamanda həmin normada onların miras əmlkadan pay almaq növbəliliyi təsbit edilmişdir. Həmin maddənin tələblərinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göründüyü kimi, həmin normada ailə qanunvericiliyinin əsas prinsipləri əsas götürülməklə, yalnız ölənin ailə üzvləri birinci növbə vərəsələr hesab edilir. İddiaçının ölənin birinci növbə qanun üzrə vərəsəsi olması işin mübahisəsiz halıdır. Fərmanda birdəfəlik ödəmənin verilməsi üçün təqdim edil məli olan sənədlər sırasına daxil edilmiş vərəsəlik hüququnu təsdiq edən sənəd isə, məhz iddiaçının ölənin birinci növbə vərəsəsi olmasını təsdiq edən sənədi ehtiva edir. Yəni Fərmanın adından və məzmunundan da göründüyü kimi, həmin aktda nəzərdə tutulmuş vərəsə anlayışı, hərbi qulluqçu həlak olan vaxt ondan miras qalmış əmlakı qəbul edib-etməməsindən asılı olmayaraq, təminat verilən vaxt ölənin ailə üzvü hesab edilən şəxs anlayışını ehtiva edir. Əks yanaşma, yəni sığorta ödənişini almaq hüququnun hərbi qulluqçu öldüyü vaxt ondan miras əmlakı qəbul edib etməməsi ilə şərtləndirilməsi, qanunla müəyyən edilmiş 6 aylıq müddət ərzində vərəsəlik şəhadətnaməsi almamış ailə üzvlərinə sığorta ödənişinin ümumiyyətlə verilməməsi barədə absurd bir nəticəyə səbəb olardı. Beləliklə, Fərmanda sığorta ödə nişini almaq hüququ ölənin miras əmlakını qəbul edibedilməməsi ilə deyil, hazırda ailə üzvü kimi vərəsə olması ilə əlaqələndirilmişdir. Hazırda iddiaçı şəhidin ailə üzvü olduğuna görə müddətsiz prezident təqaüdü alır. Eyni zamanda iddiaçı ilə bərabər şəhidin arvadı və iki uşağı onun ailə üzvü kimi hazırki ödənişlə bağlı birinci növbə vərəsələr hesab edilirlər. Bu halda Fərmanın məzmunundan göründüyü kimi, hazırda iddiaçı ilə bərabər şəhidin arvadı və iki övladı da nəzərdə tutulmuş 11.000 manat sığorta ödənişini bərabər paylarla almaq hüququna malikdirlər. Lakin apellyasiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verməməklə, Fərmanda nəzərdə tutulmuş normaları səhv təfsir etməklə, mübahisə Fərman qəbul edilən vaxtdan sonra yarandığından, hazı rda qüvvədə olan maddi hüquq normalarına istinad etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tər əflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tari xli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar