Məhkəmə qərarları › İş №2(102)-6858/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6858/2019

21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6858/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, vəkili X5, cavabdeh X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-7581/2018, hakim V.İ.Həsənov) “xxxx” ASC-nin X3 qarş ı iddiası təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsinə xitam verilməsi, cavabdehdən 04 sentyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsi üzrə 14.350 manat əsas borcun alınaraq iddiaçının xeyrinə ödənilməsi, cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş “xxxx” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-7455/2019 Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov, E.Y.Şamayev) X2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə cavabdehdən 04 sentyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsi üzrə 14.350 manat əsas borcun alınaraq iddiaçının xeyrinə ödə nilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən müqavilə üzrə tutulmalı olan əsas borc məbləğinin 1.348 manat müəyyən edilməsi qət edilmiş, qətnamə iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsinə xitam verilməsi və cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmiş “xxxx” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissələrdə rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “ xxxx” ASC ilə X6 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən ASC tərəfindən ümumi dəyəri 30.000 manat olan “xxxx” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. 15 iyun 2017-ci il tarixdə “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla X6 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsinə xitam verilməsi, X1 04 sentyabr 2014-cü il tarixli daxili lizinq müqaviləsi üzrə 14.350 manat əsas borcun onun xeyrinə tutulması, X1 onun müvəqqəti sahiblik və istifadəsinə verilmiş “xxxx” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd oluna n məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini ümdafiə edəərk təmin edilməsini xahiş etmiş, cavabdeh isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədənsaxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını daxili lizinq müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunun tutulması, lizinq obyektinin geri qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdir ilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 748-1-ci maddəsi ilə lizinq müqaviləsi ilə lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri müəyyən edilmişdir. Göründüyü kimi. tərəflər arasında yazılı formada lizinq müqaviləsi bağlanılmış və onlar bu müqavilənin mühüm şərtlərində razılığa gəlmişlər. Bu müqavilənin bağlanılmasına iddiaçının iradə ifadəsi mövcud olmuşdur. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdən 20 dekabr 2013-cü il tarixli daxili lizinq müqaviləsi üzrə 14350 manat məbləğindı borcun tutulmasını xahiş etmişdir. İddiaçının tələb etdiyi borc məbləği 27 may 2019-cu il tarixə qədər olan lizinq borcu olmuşdur. Halbuki, 21 sentyabr 2015-ci il tarixli təhvil-təslim aktından mçüəyyən edilir ki, lizinq obyekti olan “xxxx” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən “xxxx” ASC-yə təhvil verilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, lizinq obyektinin təhvil verildiyi 21 sentyabr 2015-ci il tarixə lizinq məbləği üzrə əsas borc 1348 manat təşkil edir. Bu halda apellyasiya məhkəməsi tərəfindən cavabdehdən müqavilə üzrə tutulmalı olan əsas borc məbləğinin 1.348 manat müəyyən edilməsi barədə gəlinən nəticə qanuni və əsaslıdır. Eyni zamanda apellyasiya instansiya məhkəməsi iddianın lizinq obyektinin geri qaytarılması və lizinq müqaviləsinə xitam verilməsi tələblərinə münasibətdə hesab etmişdir ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin tələbinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyetini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxıtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarından görünü r ki, lizinq alan lizinq müqaviləsi üzrə lizinq ödənişlərini vaxında icra etmədiyindən lizinq verən yuxarıda göstərilən maddədəki səlahiyyətindən istifadə edərək lizinq müqaviləsi üzrə lizinq obyektini 21.09.2015-ci il tarixdə geri almış, bununla da lizinq müqaviləsindən birtərəfli qaydada imtina etmişdir. Belə olan halda lizinq verən təhvil-təslim aktı ilə təhvil aldığı avtomobili geri tələb etməkdə, eləcə də sözügedən müqaviləyə xitam verilməsini məhkəmə qaydasında tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar