Məhkəmə qərarları › İş №2(102)-6859/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6859/2019

28.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6859/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nin Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli 2(103)8240/2019 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK C avabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında xxx-ci mərtəbə, ümumi sahəsi 92,5 kv.m olan 44 №-li, 2 otaqlı mənzilinin pay kimi verilməsi barədə 27.01.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı MTK-nın direktoru X1 ilə Cavabdeh arasında xxx-ci mərtəbə, ümumi sahəsi 92,5 kv.m olan 44 №-li, 2 otaqlı mənzilinin pay kimi verilməsi barədə 27.01.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə görə mənzilin dəyəri bir kv.m sahə üçün 650 AZN, cəmi 92,5 kv.m sahə üçün 60125 manat təşkil etdiyi göstərilməklə, mənzilin qiymətinin 100% miqdarında, yəni 60125 manat məbləğində ödənildiyi qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən həmin mənzil ü çün MTK-ya heç bir ödəniş olmamışdır. Belə ki, MTK ilə işgüzar əlaqəsi olan yyy bildirmişdir ki, yyy onun dostudur, onu tanıyır. Onun Bakıxanov (yyy) qəsəbəsində sənədləşdirilməmiş villası var. yyyla birgə iş qurmaq istəyirlər, onlara pul lazımdır, amma onun villasının sənədi olmadığından onu girov kimi qoyub pul götürə bilmirlər, onlara 60- 70 min manat dəyəri olan bir mənzilin alqı-satqı müqaviləsini və maliyyə arayışı yazıb verilsin, onun əsasında kredit götürülsün, 3-4 ay müddətində onun villasını satıb mənzilin haqqını da, digər borcunu da qaytararlar. Onlar bununla razılaşdılar, yuxarıda göstərilən mənzillə bağlı Cavabdeh adına müqavilə bağladılar. Mart-aprel ayında MTK-ya mənzilin dəyəri ödənilməli olduğu halda, həmin şəxslər hal-hazıradək vədlərinə əməl etməyiblər, aldığı məlumata görə yyyın villası satılıb. Razılığın onlar tərəfindən pozulması, faktiki olaraq MTK-nın onlar qarşısında heç bir öhdəliyinin olmaması, bağlanmış müqavilənin də heç bir hüquqi qüvvəsinin olmamasını dəfələrlə həmin şəxslərə bildirmişlər. Cavabdehlə MTK arasında bağlanmış müqavilə üzrə heç bir ödəniş olmadığından, müqavilə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğundan mənzilin pay haqqı kimi cavabdehə verilməsi onun əsassız varlanmasına və MTKnın mülkiyyət hüququnun pozulmasına səbəb olacağından müqavilə məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin (hakim A.Mirzəzadə) 2(004)-6431/2018 saylı iş üzrə qəbul etdiyi 16 oktyabr 2018-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova - sədrlik edən və məruzəçi, M.Məmmədov, E.Şamayev) 10 iyun 2019-cu il tarixli 2(103)-8240/2019 nömrəli qətnaməsi ilə İddiaçı MTK-nin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-6431/2018 nömrəli, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli 2(103)-8240/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən heç b ir maddi hüquq normasına deyil, yalnız cavabdehin əsassız fikirlərinə istinad etmiş, tərəflər arasında bağlanılması güman edilən müqavilə üzrə münasibətlərin olub-olmamasını araşdırmamışdır. Belə ki, cavabdeh mənzil almaq üçün yyy danışıqlar aparmış və dediklərindən məlum olur ki, həmin pulu o, MTK-ya ödəməmişdir. Cavabdeh yyy şikayətçi olması buna sübutdur ki, onun MTK ilə müqavilə öhdəlikləri olmamış və MTK-ya ödəniş etməmişdir. Məhkəmələr işin faktiki hallarını tam araşdırmamış, iddiaçı ilə cavabdeh arasında İddiaçı MTK-nın yyy-ci mərtəbə, ümumi sahəsi 92,5 kv.m olan 44 nömrəli 2 otaqlı mənzili iddiaçıya verməyi öhdəsinə götürməsi və buna görə 60125 manat ödənilməsi barədə bağlanmış müqavilənin tərəflərin həqiqi iradə ifadəsi olub-olmamasını və tərəflərin iradə ifadəsini əks etdirməyən əqdin faktiki mövcudluğunu aydınlaşdırmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPMnin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yo xlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşdən müəyyən olunur ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı yyy-ci mərtəbə, ümumi sahəsi 92,5 kv.m olan 44 №-li, 2 otaqlı mənzili payçı Cavabdeh təhvil verməyi öhdəsinə götürmüşdür. 27 yanvar 2017-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri olan 60125 manatın vəsait Cavabdeh tərəfindən tam ödəmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6011/2018 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, eyni faktiki hallara əsaslanmaqla İddiaçı MTK Cavabdeh qarşı sözügedən mənzilin pay kimi verilməsi barədə 27.01.2017-ci il tarixli müqavilənin ləğvi ilə bağlı iddia qaldırmış, həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)1421/2018 saylı, 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6011/2018 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə həmi n qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı hər hansı sübut təqdim etmədiyindən müqavilənin etibarsızlığı üçün hüquqi əsas mövcud deyildir. iddiaçı eyni əsaslarla sözügedən müqavilənin ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, birinci və apellyasiya instansiya məhkəmələri sübutlar təqdim edilmədiyindən iddianı rədd etmişlər. Rayon Məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Məhkəmə kollegiyası məruzəçini, dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və tə qdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən təl əb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bu əqdin mənzil almaq niyyəti omadan, formal olaraq cavabdehin bankdan kredit götürməsi üçün təminat göstərilməsi məqsədi ilə bağlanması halını sübuta yetirməmiş, cavabdehin belə bir kredit alması, mənzilin girov qoyu lması və s barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamal ıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yyy şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbu l edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitus iya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə dü zgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli 2(103)8240/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar