Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-686/2022 12.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 tərəfindən Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(104)-1488/2021 saylı qərardadından verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı1 Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli 2(104)-1488/2021 nömrəli iş üzrə qərardadından kassasiya şikayəti vermişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qey rimümkün hesab edilməli və kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti İddiaçı1 tərəfindən 05.11.2021-ci il tarixdə poçt v asitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə ünvanlanmış və həmin məhkəməyə 15.11.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Ona görə də, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib e dilməmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1 Gəncə Apelyasiya Məhkəmə si mülki kollegiyasının 2(104)-1488/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-686/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-686/2022
12.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver