Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6863/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil, Cavabdeh və vəkili Vəkil iştirakları ilə. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim: S.B.Mehrəliyev; 2(004)-5877/2018) iddiaçılar İddiaçı1, İddiaçı2nın və “xxxx” MMCnin cаvаbdеh Cavabdeh qаrşı «qanunsuz hərəkətlərə son qoyulması və dəymiş zərərin ödənilməsi» tələbinə dаir ilkin iddiası və cаvаbdеh “xxxx” MMC-nin və Cavabdeh oğlunun iddiaçılar İddiaçı1, İddiaçı2 qarşı qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov; 2(103)-873/2019), ) iddiaçılar İddiaçı1, İddiaçı2nın Cavabdeh oğlunun аpellyasiya şikayəti təmin edilməmiş, “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi xammalın qaytarılması tələbinin təmin olu nmayan hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmuş, 21199 (iyirmi bir min yüz doxsan doqquz) ABŞ dolları 46 (qırx altı) sent dəyərində rezin stehsalı üçün xammal (20582 kq karbon) iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq İddiaçı3nə verilməsi qət edilmiş, qətnamə qalan hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və “xxxx” MMC Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması və dəymiş zərərin ödənilməsi tələbinə dair” ilkin iddia və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2016-cı ildən bu günədək şirkətin fəaliyyəti ilə bağlı “xxxx” MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə 500000 (beş yüz min) manat dividend tutulması, cavabdeh tərəfındən iddiçıların hüquq və qanuni mənafelərini pozan qanunsuz hərəkətlə rinə son qoyulması, cavabdehdən qanunsuz hərəkətləri nəticəsində “xxxx” MMC-yə dəymiş ******* manat miqdarında maddi ziyanın iddiaçıların xeyrinə tutulması, cavabdeh tərəfındən “xxxx” MMC-nin istehsal yerinin dəyişdirilməsi barədə bağladığı yeni icarə müqaviləsinin etibarrsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı3 22.02.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. Şirkətin təsisçiləri Türkiyə Respublikasının vətəndaşları İddiaçı1, İddiaçı2 və Azərbaycan Respublikasının vətəndaşı Cavabdehdur. Təsisçilərin ümumi yığıncağının qəıarı ilə icra orqanı kollegial olaraq yaradılmış və hər üç təsisçi kollegial formada icra orqanı fımksiyalannı icra etmişdir. Cəmiyyətin əsas fəaliyyət istiqaməti kauçuk istehsalıdır. Təxminən iki ılə yaxındır ki, şirkət fəaliyyət göstərir və əsas təsisçilər olan İddiaçı1 və İddiaçı2 Türkiyədən əsas xammalın təchiz edilməsi, avadanlıqların alınıb verilməsi və ixrac məsələlərini həll etmişlər, Cavabdeh isə müəssisədə icraçı direktor kimi qalmış və idarəçilik ona həvalə edilmişdir. Bu ilin iyun ayının əvvəlində Cavabdeh iddiaçılarla əlaqə saxlayaraq şirkətdən ayrılmaq istədiyini və artıq icraçı direktor olmaq istəmədiyini bildirmişdir. İddiaçılar Azərbaycana - Bakıya gəlmişlər. Görüş zamanı şirkətin balansının çıxarılması və son haqq hesabın audit aparılması qərara alınmışdır. Lakin şirkətin maliyyə sənədlərini Cavabdeh gizlətmiş, bəzi sənədləri evində saxlamış, bəzi sənədləri isə mühasibatçı kimi işə götürdüyü şəxsin evində olduğunu bildirmişdir. Araşdırma zamanı məlum o lmuşdur ki, Cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, şirkətin əsas istehsal yerini mülkiyyətçi ilə əvvəlcədən razılaşaraq “xxxx” MMC-in ziyanına dəyişmiş, icra müqaviləsinin müddətini qısaltmış, daha sonra direktor vəzifəsindən azad edilməsinə və təhvil-təslim aktı ilə möhürü və ASAN imzanı təhvil verməsinə baxmayaraq özbaşına şirkətin avadanlıqlarını dediyinə görə oradan başqa bir yerə köçürmüşdür. Onun belə qanunsuz və özbaşına hərəkətləri nəticəsində təsisçilərin əmlakları oğurlanmış və mənimsənilmişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh şirkətin saytında da dəyişikliklər edərək “Haqsız rəqabət Haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını qəsdən pozaraq şiıkəti və onun təsisçilərini müflis vəziyyətə salmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsin in 49.3-cü maddəsinin müddəaları cavabdeh tərəfindən pozulmuş və bunun nəticəsində müəssisənin fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. Cavabdeh tərəfındən edimiş qanunsuz hərəkətlər aşağıdakı kimidir: 1. 08.05.2018-ci il tarixdə təsisçilərdən xəbərsiz, gizli olaraq birgə təsis edilmiş “xxxx” MMC-nin həm hüquqi iinvanı, həm də faktiki istehsal yeri olan Abşeron rayonu, *************************** ünvanında özü 100 faiz təsisçi və direktor olmaqla yeni bir şirkət -“xxxx” MMC-ni yaratmış və “xxxx” MMC-yə məxsus avadanlıq və xammaldan istifadə etməklə məhsul istehsal edib qanunsuz satışını təşkil edir;
2. İddiaçıları “xxxx” MMC-nin hüquqi ünvanı və fakıiki ünvanı olan Abşeron rayonu, ******************** ünvanında yerləşən istehsal müəssisəsinə buraxmır, müəssisənin miıhafızəçisinə qəti şəkild ə tapşırıq verərək təsisçilərin və onların nümayəndələrinin içəri daxil olmasına mane olur. Bununla da təsisçilər artıq müəssisədə onlara məxsus avadanlıq və xammalın taleyindən xəbərsizdirlər. Görünən odur ki. Cavabdeh həmin xammalı və hazır məhsulu mənimsəyir;
3. Cavabdeh AR Mülki Məcəlləsinin 49-cu maddəsinə əsasən şirkətin mənafeyi ziddinə və özünün gizli yaratdığı şirkətin mənafeyinə uyğ un olaraq istehsal müəsissəsinin yerləşdiyi əraziyə dair əvvəllər bağlanmış icra müqaviləsini ərazinin mülkiyyətçisi ilə əlbir olub dəyişdirmiş, “xxxx” MMC-ni yeni icarə müqaviləsi ilə başqa yerə köçürmüş, lakin “xxxx” MMC-nin işçiləri, xammalı və avadanlıqlarından qanunsuz istifadə etməklə öz şəxsi mənfəəti üçün onlara naməlum qalan miqdarda məhsul istehsal edib satmışdır;
4. Cavabdeh təsisçilərin tə yin etdiyi auditin müəssisəyə daxil olmasına və audit aparmasına mane olur, içəri heç kəsi buraxmır;
5. Cavabdeh digər təsisçilərdən və direktorlardan şirkətin maliyyə sənədlərini, hesabatlarını və digər mühim sənədləri gizlədir, təsisçilərin kassaya baxış keçirməsinə mane olur. Bütün bunları nəzərə alaraq, Cavabdeh qanunsuz hərəkntləri nəticəsində təsisçilərə dəymiş maddi ziyanın məbləği 500000 manatdan artıqdır.Şirkətin bank hesabından çıxarışa və mühasibatçı Ə6 verdiyi balansa baxdıqda məlum olur ki, şirkət 2016-cı ildən gəlirlə işləmişdir. Təxminən 200000 manatdan çox dövriyyə olmuşdur. Lakin iddiaçılar təsisçi olmalarına baxmayaraq onlara bu günədək heç bir dividend ödənilməmişdir. Qeyd edilməlidir ki, “xxxx” MMC-nin dövlət reyestrindən çıxarışına əsasən təsisçilər İddiaçı1 və Çoşku n Fahrinin şirkətdə hər birinin 33% payı vardır.Hesab edirlər ki, bank hesablarına görə dividendlər hesablanmalı və təsisçilərə dividend ödənməlidir. Cavabdeh Cavabdeh və “xxxx” MMC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-yə vurulmuş 49569,53 ABŞ dolları, 4240,54 manat maddi ziyanın və işgüzar nüfuzuna vurulmuş 50000 manat ziyanın cavabdehlərdən tutularaq “xxxx” MMC-yə ödənilməsi, 21199,46 ABŞ dolları dəyərində xammalın cavabdehlərdən alınaraq “xxxx” MMC-yə təhvil verilməsi, 10000 manat maddi, 50000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlər Türkiyə Respublikasının vətəndaşları İddiaçı1 və İddiaçı2, o, cümlədən özünü direktor təyin edən Fuad Muxtarovun əməllərinə hüquqi qiymət verilməsi barədə xüsusi qərardad çıxarılaraq Prokurorluğa göndərilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, 22 fevral 2016-cı il tarixdə Türkiyə Respublikasının vətəndaşları İddiaçı1 və İddiaçı2 ilə birgə “xxxx” MMC-ni birgə təsis ettmişdirlər. Cəmiyyət təsis edilərkən İddiaçı1, İddiaçı2 xammalı öz qiymətinə alıb şirkətə verəcəkləri, istehsal olunan malları Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya, İran və sair dövlətlərə satışlarını təşkil edəcəkləri, şirkətə bərabər əsaslarla investisiya qoyacaqları barədə vədlər vermişlər. Razılaşmaya əsasən Cavabdeh təsisçi olaraq bərabər əsaslarla investisiya qoymalı, icraçı direktor olaraq istehsal prosesini həyata keçirməli, işçi heyətiformalaşdırmalı, onları öyrətməli, ölkə daxili satışları təşkil etməli və şirkəti dövlət orqanlarında və təşkilatlarda təmsil etməli idi. Lakin müəssisəyə avadanlıq almaq prosesinə başlayanda cavabdehlər vəsaitlərinin olmadığını bildirməklə ilkin olaraq Cavabdeh tərəfındən vəsait qoyulmasını, növbəti ehtiyaclarda isə investisiya onlar tərəfındən qoyulacağını bildirmişdirlər. Tərəfındən şirkətə 22.02.2016-cı il tarixdə 30100 manat, 14.03.2016-cı il tarixdə 28085 ABŞ dolları, 18.03.2016-cı iltarixdə 2530 ABŞ dolları, 31.03.2016-cı il tarixdə 6900 manat, 12.04.2016cı il tarixdə 5485 manat, 10.05.2016-cı il tarixdə 20000 manat, 05.08.2017-ci il tarixdə 10000 manat investisiya qoyulmuşdur. Həm öz avadanlıqlarını balansa qoymadan şirkətin istifadəsinə vermiş, həm də pul formasında i nvestisiya qoymuşdur. Cavabdehlər isə onun qoyduğu investisiya hesabına Türkiyədəki şirkətlərində istismarda olan 20 metrəlik "İsti hava tuneli" adlı dəzgahı yenisinin dəyəri 14000 ABŞ dolları olduğu halda “xxxx” MMC-yə 20000 ABŞ dollarına satmış, bu əməliyyat üzrə 6000 ABŞ dolları zərər vurulmaqla işlənmiş avadanlıq təqdim etmişlər. Bundan başqa cavabdehlər Türkiyyədən aldıqları xammalı bir başa mənbədən almağa imkan verməmiş, xammalın hər tonunun üzərinə təxminən 10- 12% qoymaqla “xxxx” MMC-yə satmışlar. Bu barədə onlara məlumat verəndə “biz sənə vadəli veririk o üzdən bahalıdır” deyə cavab vermələri onu narahat etmişdir. “xxxx” MMC-yə investisiya qoymayan, şirkətin fəaliyyətinə kömək etməyən cavabdehlər qazanclarını xammalın alışı zamanı təmin etməklə şirkətin qazancının azalmasına səbə b olmuşlar. 2016-cı ilin fevral ayından “xxxx” MMC-nin icraçı direktoru olduğu halda 07.06.2018-ci il tarixdə həmtəsisçilər İddiaçı2, İddiaçı1 və onların yanında auditor adı altında gələn O6, X4 rayonu, ********************** ünvanında yerləşən “xxxx” MMC-nin fəaliyyət göstərdiyi obyektə gələrək ona hədə qorxu gəlməklə, şirkətin möhürünü və asan imzanı ondan almışdırlar. Daha sonra şikayət ərizəsi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir və hazırda təhqiqat aparılmaqdadır. “xxxx” MMC dəyəri öncədən ödənilməklə Rusiya Federasiyasından kauçuk sifariş etmişdi. 30.06.2018-ci il tarixdə yükü gətirən sürücü C6 ona zəng edərək Fuad adlı şəxsin 21199,46 ABŞ dolları dəyərində malları Qaradağ rayon ərazisində yerləşən gömrük məntəqəsindən çıxartdığını, yükü ********** qəsəbəsi tərəfə apar acaqlarını bildirməklə yükün pulunu istəmişdir. Bir neçə saat sonra isə zəng vuraraq fıkirlərini dəyişdiklərini yükü “xxxx” MMC-nin ünvaınna gətirmək istədiklərini və bu məqsədlə 01.07.2018-ci il tarixdə F6 vəkillə birlikdə gələcəklərini bildirmişdirlər. 01.07.2018-ci il tarixdə F6 adlı şəxs F7 adlı vəkillə şirkətin yerləşdiyi ünvana gələrək ondan malların təhvil alınma sənədinə imza atmasını tələb etmişdir. Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin elektron informasiya sisteminə daxil olarkən X2 07.06.2018-ci il tarixdən “xxxx” MMC-nin direktoru kimi qeyd olunduğunu görmüşdür. “xxxx” MMC-nin nizamnaməsinə əsasən direktor təssisçilərin yekdil qərarı əsasında təyin edilməli, qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanlarında qeydiyyatdan keçməklə elektron informasiya sistemi nə qeydiyyata alınmalıdır. Lakin təssisçilərin ümumi yığıncağı keçirilməmiş, özü təssisçi olaraq belə bir qərara imza atmamışdır. İlkin məlumatlara əsasən cavabdehlər 17059,05 ABŞ dolları xammalın üzərindən, 6000 ABŞ dolları avadanlığa görə, 21199.46 ABŞ dolları oğurlanmış mallara görə, ümumilikdə 44258,5 ABŞ dolları zərər vurmuşlar. Azərbaycan Respublikası Mərkəzi Bankı bank uçot dərəcəsini 12% müəyyənləşdirmişdır. Sənədlər üzrə maddi zərər 44258.51 ABŞ dolları + 12% = 49569,53 ABŞ dolları təşkil edir. Cavabdehlər şirkətə borclu olan hüquqi şəxslərlə əlaqə saxlayaraq borcların ödənilməməsini, şirkətin bağlandığını, şirkətdən mall alınmaması barədə məlumatlar verməklə, şirkətin fəaliyyətini iflic etməklə şirkətə külli miqdarda zərər vurmuşlar. Belə ki, şirkətin aylıq satışı ortalama 63608 manat olmaqla rentabeilik 2120.27 manat təşkil edir ki, bu da 2 ay ərzində 4240.54 manat təşkil edir. Hesab edir ki, 49569.53 ABŞ dolları ilə yanaşı, 4240.54 manat əldən çıxmış fayda və 50000 manat şirkətin işgüzar nüfuzuna vurulmuş zərər cavabdehlərdən tələb edilməlidir. Bundan başqa cavabdehlər “xxxx” MMC-yə zərər vurmaqla təsisçi kimi onun payına düşəcək gəlirlərə zərər vurmuş, vəzifəsinmi icra etməyə imkan verməmiş, onların əvəzinə ödədiyi nizamnamə kapitalını qaytarmamış, onu aldadıb şirkətə yatırdığı külli miqdarda vəsaitin bəhrəsinə şərik olmaq istəyirlər, onu aldadıb şəxsi avadanlıqlarını istismara cəlb ediblər, avadanlıqları amartizasiyaya uğrayıb. Hesab edir ki, cavabdehlər ona 10000 manat dəyərində maddi, 50000 manat dəyərində mənəvi zərər vurmuşlar. Cavabdehlər “xxxx” MMC-yə və təsisçi olaraq ona maddi və mənəvi ziyan vurmaqla yanaşı, ciddi hüquq pozuntularına yol vermişlər. Hesabedir ki, onların əməllərinə Prokurorluq orqanları tərəflndən hüquqi qiymət verilməlidir. Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilikin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1,77.1,88-ci maddələrinin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikаyətin təmin еdilməsini хаhiş еtdi. Məhkəmə kоllеgiyаsının iclаsındа, Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək, şikаyətin təmin еdilməməsini хаhiş еtdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalаrınа baxmayaraq, iddiaçılar heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “xxxx” MMC-nin təsisçiləri Cavabdeh, İddiaçı1 və İddiaçı2 tərəfindən təsdiq edilmiş, kapitalı 90 manat olmaqla 3 paydan ibarət Cəmiyyətin nizamnaməsi Vergilər Nazirliyi Bakı Vergilər departamenti X1 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 23.02.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyatdan keçmişdir. Təsisçilər cəmiyyətin nizamnamə kapitalında 1 payı vardır. Cəmiyyətin ali idarəetmə orqanı azı ildə 1 dəfə çağırılan təsisçilərin ümumi yığıncağıdır. Cəmiyyətin fəaliyyətinə rəhbərlik 3 üzvdən ibarət kollegial icraedici orqan tərəfindən həyata keçirilir. Üzvlər direktor adlanır. Hər bir direktor cəmiyyəti fərdi təmsil etməklə yanaşı ayrı- ayrılıqda qanuni təmsilçilik fəaliyyətinə malikdirlər. Direktorlardan hər hansı birinin imzası ilə təsdiqlənən sənədlər hüquqi qüvvəyə malikdir. Cavabdeh, İddiaçı1 və İddiaçı2 “xxxx” MMC-nin qanuni təmsilçiləridir. “xxxx” MMC-nin adına Rusiya Federasiyasından idxal olunmuş 21199,46 ABŞ dolları dəyərində 20582 kq karbon (rezin istehsalı üçün xammal) 25.06.2018-ci il tarixdə cəmi 7437,53 manat gömrük ödənişləri ödənilməklə Azərbaycan Respublikasına buraxılmışdır Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməməklə m ahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, hüquqi şəxslərin dövlət qedydiyyatı idarəsinə verilmiş sorğuya cavab olaraq həmin İdarənin 03.01.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, “xxxx” MMC-nin 3 direktordan ibarət kollegial icra orqanının təsisçilərinin 19.02.2016-cı il tarixli qərarına əsasən Cavabdeh, İddiaçı2 və İddiaçı1 direktor təyin edilmişlər və həmin şəxslər halhazıradək Cəmiyyətin qanuni təmsilçiləridir. Bu səbəbdən hər üç şəxsin digərlərinin razılığı olmadan hüquqi şəxsi təmsil etmək səlahiyyətləri olduğundan baxılan iş üzrə bir hüquqi şəxsin eyni zamanda həm iddiaçı, həm də qarşılıqlı iddiaçı kimi çıxış etməsi mümkün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. - 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 91-2.1-ci maddə sinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, yuxarıda qeyd olunmalı hüquq normalarının mənasından göründüyü kimi hər hansı iş üzrə zərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşagıdakı əsaslar müəyyən edilməlidir zərərin mövcud olması, zərərin qanunsu z hərəkət və yaxud hərəkətsizlik ticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli aqənin olması, zərər vuran şəxsin təqsirli olması. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il arixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad nüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Baxılan iş üzrə ilkin iddia tələbləri aşağıdakılardan ibarətdir: 1) Cavabdeh İddiaçı1 və İddiaçı2 xeyrinə 500000 manat dividend tutulması; 2) cavabdeh tərəfindən iddiçıların hüquq və qanuni mənafelərini pozan qanunsuz hərəkətlərə son qoyulması; 3) 1000000 manat maddi ziyanın iddiaçıların xeyrinə tutulması; 4) “xxxx” MMC-nin istehsal yerinin dəyişdirilmə si barədə bağladığı yeni icarə müqaviləsinin etibarsız hesab edilməsi Birinci tələbdə hüquqi şəxsin təsisçisi olan iddiaçılar digər təsisçi olan cavabdehdən divident tələb edirlər. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1 -ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin maddə, həmçinin məhdud məsuliyyətli cəmiyyətin mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul etmək səlahiyyətlərini məhdudlaşdıran halları da nəzərdə tutur. Göründüyü kimi mülki qanunvericiliyə əsasən məhdud məsuliyyətli cəmiyyətin üzvləri dividenti məhz hüquqi şəxsdən tələb edə bilərlər və bunun ödənilməsinin qanunla müəyyən edilmiş qaydası mövcuddur. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, təsisçilərdən ikisinin üçüncü təsisçidən divident tələb etmələrinin hüquqi əsası yoxdur. ilkin iddiaçıların ikinci tələbi qeyri-müəyyən olmaqla iddiaçıların hüquq və qanuni mənafelərini pozan hansı qanunsuz hərəkətlərə son qoyulmasını, həmin hərəkətlərin konkret nədə ifadə ol unmasını, həmçinin cavabdehin üzərinə bununla bağlı hansı vəzifələrin qoyulmasının tələb olunduğunu müəyyən etməyə imkan vermir. iddiaçılar üçüncü tələblərində cavadehdən 1000000 manat pulun tutulmasını tələb etsələr də, həmin məbləğin necə hesablandığını əsastandırmamış və zərərin vurulduğunu təsdiq edən konkret sübutlarını məhkəməyə təqdim etməmişlər. Dördüncü tələbə münasibətdə qeyd olunmalıdır ki, MMC-nin nizamnaməsinə əsasən hər bir direktor cəmiyyəti fərdi təmsil etməklə yanaşı, ayrı-ayrılıqda qanuni təmsilçilik fəaliyyətinə malik olduqlarından, direktorlardan hər hansı birinin imzası ilə təsdiqlənən sənədlər hüquqi qüvvəyə malikdir. Bu baxımdan Cavabdeh digər təsisçilərin razılığı olmadan “xxxx” MMC-nin istehsal yerinin dəyişdirilməsi barədə yeni icarə aviləsi bağlamaqda səlahiyyətl i olmuş, bununla bağlı digər təsisçilərin razılığının olması tələb edilməmişdir. Eyni zamanda iddiaçılar icarə müqaviəsinin etibarsızlığını təsdiq hər hansı digər hallara istinad etməmiş və sübutları təqdim etməmişlər. Qarşılıqlı iddia tələbi ondan ibarətdir ki, İddiaçı1 və İddiaçı2: 5) “xxxx” MMC-yə vurulmuş 49569,53 ABŞ dolları, maddi ziyana görə 40,54 manat və işgüzar nüfuzuna vurulmuş ziyana görə 50000 manat pulun tutularaq şkun Kauçuk” MMC-yə ödənilməli; 6) 21199,46 ABŞ dolları dəyərində xammalın alınaraq “xxxx” MMC-yə təhvil verməli; 7) 10000 manat maddi, 50000 manat mənəvi zərər tutularaq Cavabdeh ənilməlidir. Qarşılıqlı iddiaçılar həmin iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 «xxxx” MMCyə maddi və işgüzar nüfuzu ləkələyən ziyan, habelə Cavabdeh " maddi və mənəvi ziyan vurulması barədə mötəbər sübutlar təqdim etmədiklərindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci nstansiya məhkəməsi qarşılıqlı iddianı həmin hissələrdə təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi 21199,46 ABŞ dollları dəyərində xammalın qaytarılması tələbinin təmin olunmaması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin bununla bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM 157.2-cı maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ba xılan iş üzrə “xxxx” MMC-nin adından tələb olunan 21199,46 ABŞ dolları dəyərində rezin istehsalı üçün xammalın (20582 kq karbon) Azərbaycan Respublikasına məhz həmin cəmiyyətin adına daxil olduğu, gömrükdən İddiaçı2 tapşırığı əsasında X3 təhvil verildiyi işdə olan yazılı sübutlarla təsdiq olunur və mübahisələndirilmir. Eyni zamanda apellyasiya baxışı zamanı iddiaçı tərəf həmin malın gömrükdən qəbul edildikdən sonra A6 tərəfindən onun İddiaçı2la birgə kirayələdikləri anbara aparılaraq orada saxladıqlarını etiraf etmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən əsaslarla cəmiyyətin təsisçilərindən hər birinin onun adına daxil olmuş malı gömrükdən qəbul etmək səlahiyyəti olmuşdur. Lakin qanuni təmsilçi bu səlahiyyəti yalnız təmsil etdiyi hüquqi şəxsin adından həyata keçirməli və qəbul etd iyi malı məhz həmin hüquqi şəxsə təhvil verməli idi. Lakin gömrükdən qəbul edilmiş mal “xxxx” MMC-yə təhvil verilməmişdir və sonuncu hazırda əmlakın ona təhvil verilməsini tələb edir. Hüquqi şəxsin tələbi ilə onun əmlakının qanuni təmsilçi tərəfindən ona təhvil veriməməsi həmin əmlaka sahibliyi qanunsuz edir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “xxxx” MMCnin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə xammalın qaytarılması tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.