Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6868/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X3, onun vəkili Vəkil, Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə, onun vəkili X5, 3-cü şəxs X6 vəkili ***oğlunun və 3-cü şəxs X11 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)5337/2019 nömrəli qətnaməsindən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən ver ilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 12.11.2018-ci il tarixli 2(007)-3779/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “şəhadətnamənin, çıxarışın ləğvi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilərək, 09.10.2015-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə və ünvan 1 qeyri-yaşayış sahəsinin 1/5 hissəsinə dair Cavabdeh adına verilmiş vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, İddiaçı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payının ****mənzilinə ½ hissədə, ünvan 1 qeyri- yaşayış sahəsinin 1/5 hissədə payının ½ hissəsinin tanınması, hər iki mirasdan digər ½ hissədə payın Cavabdeh tərəfindən qəbul edilməsi üçün açıq saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 24.06.2019-cu il tarixli 2(103)-5337/2019 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Q.Qarayev prospektində 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə payların müəyyən olunmasına dair hissədə mülki işin hazırki 2(103)2019 saylı mülki işdən ayrıca icraata ayrılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 24.06.2019-cu il tarixli 2(103)-5337/2019 nömrəli qətnaməsi ilə Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə və 3-cü şəxs Azərbayca n Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DİDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12.11.2018-ci il tarixli 2(007)-3779/2018 nömrəli qətnaməsinin 09.10.2015ci il tarixdə vəfat etmiş X1 miras qalmış *** mənzilinə və ünvan 1 qeyri-yaşayış sahəsinin 1/5 hissəsinə dair Cavabdeh adına verilmiş vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, İddiaçı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payının ünvan 1 qeyriyaşayış sahəsinin 1/5 hissədə payının ½ hissəsinin tanınması, həmin qeyri-yaşayış sahəsinin digər ½ hissədə payın Cavabdeh tərəfindən qəbul edilməsi üçün açıq saxlanması dəyişdirilmədən saxla nması qət edilmişdir. Cavabdeh qanuni nümyəndəsi Qanuni nümayəndə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Cavabdeh, 3-cü şəxslər X13, AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 50 saylı Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.10.2015-ci il tarixdə vəfat etmiş oğlu X1 miras qalmış əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, bunların əsası nda verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 37 saylı evin 5 saylı mənzilinə və ünvan 1 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair Çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, 09.10.2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda vəfat etmiş oğlu X1 miras qalmış əmlakların qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, bunların əsasında verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 37 saylı evin 5 saylı mənzilinə və ünvan 1 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə dair Çıxarışların ləğv edilməsi, miras əmlakların ½ hissəsinə payın müəyyən edil məsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə və vəkili X10 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ərizəçinin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Bu pozuntu apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasında və düzgün tətbiq edilməməsində, tətbiq edilməli olan qanunun və ya digər normativ hüquqi aktın tətbiq edilməməsində və qanunun səhv təfsir edilməsində, prosessual hüquq normalarının pozuntusunda və düzgün tətbiq edilməməsində öz əksini tapmışdır. Belə ki, apellyasiya kollegiyası cavabdehin qanuni nümayəndəsinin dlillərini nəzərə almadan yalnız qarşı tərəfin təqdim etdiyi həqiqətə uyğun olmayan məlumata əsaslanmışdır. Birin ci instansiya məhkəməsinin hakimi F.Mirzəyev Qanuni nümayəndə özbaşına, həqiqətə uyğun olmayan və heç bir zaman vermədiyi izahata əsaslanmışdır. Lakin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 27.08.2010-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 37 saylı evin 5 saylı mənzili X2 mülkiyyətindədir. Həmin əmlak X19 Soltanovun birgə nikahda olduqları zaman alınmışdır. Həmin əmlakın yarı hissəsi Qanuni nümayəndə aiddir. Həmin hissə ümumiyyətlə miras əmlaka daxil edilməməli idi. Çünki həmin hissə Vəfanın əmlakıdır və onun mərhuma aidiyyəti yoxdur. O, Kamranın qanuni nümayəndəsi şəxsində mirası faktiki olaraq qəbul etmişdir. Eyni zamanda, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, 2(004)1148/2018 say lı qətnaməsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 51 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsində 4/5 hissədə X11 payı, 1/5 hissədə isə X2 payı müəyyən edilmişdir. Lakin həmin mülki işə baxılan zaman cavabdeh X7 artıq 3 il idi ki, vəfat etmişdi. İddiaçı mərhumun yaxın qohumu olması nəzərə alınsa, onun ölüm faktı ona məlum olmaya bilməzdi, başqa müddətin buraxılma səbəbi olmamışdır. Məhkəmə bu faktı da nəzərə almamışdır. Bundan əlavə iş materiallarından göründüyü kimi, Yasamal rayon Məhkəməsinin 2(004)-2225/2019 saylı, 02.05.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, 2(004)-1148/2018 saylı qətnaməsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 26 ünvanda yerləşən 55 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin paylı mül kiyyət hüququ üzrə 4/5 hissəsinin X11, 1/5 hissəsinin isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyatda 16.08.2018-ci il tarixdə aparılmış qeydiyyat yazısı və X11 adına verilmiş 16.08.2018-ci il tarixli, RX ******* nömrəli çıxarış ləğv edilmiş, göstərilən qeyri-yaşayış sahəsi X15 ilə X7 arasında paylar bərabər bölünüb, hər birinin payı ½ hissə olmaqla müəyyən edilmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)-5337/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxs lər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı prosessual hüquqi varisi X8, 3-cü şəxslər X12, DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinin və Bakı şəhəri 50 saylı Notariat Kontorunun səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə və vəkili X10 kassasiya şikayətini müdafiə edərək, məhjkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı prosessual hüquq varisi X9 və vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayət in təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)-5337/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X6 vəkili Hüseynov Kamandar Əbülfəz oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)-5337/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı prosessual hüquq varisi X9 və 3-cü şəxs X15 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X2 mülkiyyətində *** mənzili və ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 1/5 hisssəsi olmuşdur.09 oktyabr 2015-ci ildə öldükdən sonra anası İddiaçı ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 1/5 hisssəsini faktiki olaraq idarə etməyə başlamış, mərhum oğluna çatası 400 manatlıq pulu hər ay almış, həmin məbləğin 150 manatını hər ay digər birinci növbəli vərəsə Cavabdeh anası Qanuni nümayəndə vermiş, bununla da iddiaçı həmin əmlakdan mirası qəbul etdiyini şəksiz nümayi ş etdirmişdir. Apellyasiya kollegiyası apellyasiya baxışı ilə müəyyən etdiyi hallara əsaslanaraq hesab etmişdir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi 09.10.2015-ci il tarixində vəfat etmiş X1 miras qalmış Bakı şəhəri,Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə və Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 saylı qeyri yaşayış sahəsinin 1/5 hissəsinə dair Cavabdeh adına verilmiş vərəsəlik haqqında şəhadətnamələr və onların əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, İddiaçı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payı Bakı şəhəri Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 saylı qeyri yaşayış sahəsi ndən mərhumun 1/5 hissədə payının ½ hissəsinə tanınmaqla, həmin qeyri-yaşayış sahəsinin digər ½ hissədə payının isə Cavabdeh tərəfindən qəbul olunması üçün açıq saxlanılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qənaəti ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya kollegiyası ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə X2 payının Yasamal rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(004)1148/2018 saylı qətnaməsi ilə 1/5 hissədə payının müəyyən edilməsinə istinad etməklə mübahisəni həll etmiş və Bəhruz Soltanova məxsus hesab edilən 1/5 hissədə paya iddiaçının ½ hissədə payını tanımışdır. Lakin iş materiallarından görünür ki, X2 payının ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzr ə 1/5 hissədə müəyyən edilməsinə dair Bakı şəhər Yasamal rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(004)-1148/2018 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli, 2(103)-11904/2018 saylı qərardadı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmiş (səh 75), Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-963/19 saylı, 13.092.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli, 2(103)-11904/2018 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.07.2018-ci il tarixli RX ******* saylı və 09.08.2018-ci il tarixli RX ******* saylı çıxarışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X2 və X11 ümumi birgə mülkiyyətindədir. Qeyd edilən sübutlara əsasən, kassasiya kollegiyası belə qənaətə gəlir ki, İddiaçı və Cavabdeh mərhum X2 birinci dərəcəli vərəsələri olmaqla mirasdan bərabər pay əldə etməlidirlər. X2 payının ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə 1/5 hissədə müəyyən edilməsinə dair Bakı şəhər Yasamal rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(004)-1148/2018 saylı qətnaməsinin ləğv edilməsi və bununla bağlı qüvvədə olan məhkəmə qərardadı olması nəzərə alınaraq, ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə mərhum X2 payı ½ hissə hesab edilməlidir, çünki iş materialları ilə də müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X2 və X11 ümumi birgə mülkiyyətində olmuşdur. Odur ki, həmin daşınmaz əmlak bağlı X4 aid olan ½ hissəyə İddiaçı payı ½ hissədə müəyyən edilməli, Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsi üzrə ½ payı qəbul olunmaq üçün açıq saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfind ən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və qismən əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə qeyri-yaşayış sahəsinə payların müəyyən edilməsi hissəsində ləğv edilməli, qeyri-yaşayış sahəsinə X2 payı ½ hes ab edilməli və bu paya İddiaçı payı ½ hissə müəyyən edilməli, Cavabdeh ½ hissə payı isə qəbul olunmaq üçün açıq saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)-5337/2019 nömrəli qətnaməsi qeyri-yaşayış sahəsinə payların müəyyən edilməsi hissəsində ləğv edilsin. ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə X2 payı ½ hesab edilsin və bu paya İddiaçı payı ½ hissə müəyyən edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üz rə ½ hissə payı isə qəbul olunmaq üçün açıq saxlanılsın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)5337/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6868/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6868/2019
07.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver