Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6880/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: cərimənin silinməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6792/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri, NN ünvanında yerləşən üç otaqlı yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla həmin mənzil 27 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə əsasən X1 27 yanvar 2030-cu il tarixə kimi icarəyə verilmişdir. 29 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən həmin ünvanda sayğacdan kənar xəttdən istifadə olunması faktının aşkar olunması barədə akt tərtib olunmuş və bununla əlaqədar İddiaçı 3989,34 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin yanvar ayında İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək icarəçi tərəfindən "xxxx" kimi istifadə olunan ona məxsus sahədə ASC-nin əməkdaşları tərəfindən dəfələrlə yoxlama aparılmasını, lakin yoxlamalar zamanı hər hansı bir nöqsanın aşkar olunmamasını, 29 oktyabr 2020-ci il tarixli aktın tərtibi zamanı ASC-nin əməkdaşlarından başqa heç kimin iştirak etməməsini, “gözəllik salonunun” karantin rejiminin tətbiqi ilə əlaqədar təxminən üç ay fəaliyyət göstərməsini, elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktın qanun pozuntusu ilə - onun və hal şahidlərinin iştirakı olmadan tərtib edilməsini, həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə uyğun olmamasını, aktda göstərilənlərin həqiqətə uyğun olmamasını və s. əsas göstərməklə 29 oktyabr 2020-ci il tarixli akt əsasında hesablanmış 3989,34 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2093/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: F.E.Hətəmzadə) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməsini, 3989,34 manat məbləğində borcun hesablanmasına səbəb olmuş 29 oktyabr 2020-ci il tarixli aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə uyğun olmasına hüquqi qiymət verilməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(103)-6792/2021 saylı, 07 iyul 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2093/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiy a şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 7.11-ci bənd Yaşayış binalarının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış, mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindən plombların qorunmasına və işçi və ziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır”. 8.33-cü bənd Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidlərinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya məxsus sayğac küçədə quraşdırılmış, sayğacdan kənar xəttə qoşulma barədə 29 oktyabr 2020-ci il tarixli akt hal şahidlərinin iştirakı olmadan tərtib edilmiş, abonent İddiaçı isə aktı imzalamaqdan imtina etməsi barədə aktda qeydiyyat aparılmışdır. Halbuki iddiaçı aktın onun iştirakı ilə tərtib olunmasını və aktı imzalamaqdan imtina etməsini qəti inkar etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2025-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarını n 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.. Həmin qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatl ar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçıya cərimə hesablanmasına səbəb olmuş akt yuxarıda göstərilən qanun pozuntuları ilə tərtib olunduğundan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, qanunun tələblərinə əməl edilməklə çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiy a QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6792/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6880/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6880/2021
01.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver