Məhkəmə qərarları › İş №2(102)-6881/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6881/2019

06.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6881/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli 2(103)8166/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Z.Əliyev, iş № 2(001)-2204/2019) İddiaçı Cavabdeh qarşı onlar arasında bağlanmış 21 iyun 2017-ci il tarixli kredit müqaviləsin in yalan əqd olduğu üçün etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 21 iyun 2017-ci il tarixdə Bakı şəhərinin 11 saylı Notariat Kontorunda Cavabdeh tərəfindən İddiaçı 40.000 manat məbləğində borcun verilməsi barədə kredit müqaviləsi bağlanmış və müqavilədə borcun 21 iyun 2018-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. 2019-cu ilin yanvar ayında kredit müqaviləsi üzrə borcalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinin on unla bağlanmasına baxmayaraq Cavabdeh tərəfindən ona hər hansı məbləğdə pul verilməməsini, həmin məbləğin cavabdeh tərəfindən əslində X2 verilməsini, sonuncunun da borcu almasını etiraf edərək onun hazırda cavabdehə 14.000 manat məbləğində borcunun qalmasını bildirməklə kredit müqaviləsinin yalan əqd kimi etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən verdiyi kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı 21 iyun 2017-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş pul məbləğini almasını inkar etsə də, işin 6-cı səhifəsində ola n həmin müqavilənin məzmunundan görünür ki, Cavabdeh tərəfindən ona 1 il müddətinə qaytarmaq şərti ilə 40.000 manat məbləğində borc verilmiş və o, müqaviləni imzalayarkən öz xətti ilə müqavilənin onun iradəsinə uyğun bağlanması və pulu alması barədə qeydiyyat aparmışdır. Göstərilən vəziyyətdə müqavilənin borc alanın iradəsinə uyğun bağlanmaması və borc məbləğinin ona deyil, başqasına verilməsi barədə nəticəyə gəlmək üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növl ü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqaviləni bağlayarkən iddiaçı borcu 1 il müddətinə qaytarmaq barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq öhdəliyini icra etməmiş və yalnız 2019-cu ilin yanvar ayında müqavilənin etibarsız olması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçıya görə onlar arasında yalan əqd bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşdən görünür ki, kredit müqaviləsi tərəflərin bilavasitə iştirakı ilə bağlanmaqla imzalanmış və müqavilədə tərəflərin öhdəlikləri müəyyən olunmaql a notariatda təsdiq olunmuşdur. İddia ərizəsində və izahatlarında iddiaçı borcun başqasına verildiyi halda müqavilənin onunla bağlanmasının səbəblərini izah edə bilməmiş və müqavilənin yalan əqd olmasını sübuta yetirə bilməmişdir. Bundan başqa, iddiaçı müqavilənin etibarsız sayılması üçün qanunda müəyyən olunmuş 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bild iyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) Qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar