Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6886/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli 2(103)3625/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 20.11.2017-ci il tarixli, 2(004)-9917/2017 saylı qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanunsuz verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(004)-9917/2017 saylı mülki işin İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(004)-9349/2017 saylı mülki işlə birgə baxılmasından ötrü Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 15.03.2018-ci il tarixli 2(004)-528/2018 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3, 2 saylı Bakı "ASAN xidmət" mərkəzinə və 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə, habelə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, cavabdeh 12 saylı Notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 28.04.2010-cu il tarixli və 15.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 saylı evdə yerləşən 66 saylı mənzilə dair 5 saylı Bakı "ASAN xidmət" mərkəzində bağlanmış 14.06.2016-cı il tarixli, ünvan 4i rayonu, Tofiq Abbasov küçəsi, 77 saylı evdə yerləşən 11 saylı mənzilə dair 2 saylı Bakı "ASAN xidmət" mərkəzində bağlanmış 02.06.2017-ci il tarixli və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1270b ünvanında yerləşən bağ evinə dair 2 saylı Bakı "ASAN xidmət" mərkəzində bağlanmış 02.06.2017-ci il tarixli bağışlama müqavilələrin etibarsız hesab edilməsi, bağışlama müqavilələri əsasında Cavabdeh3 adına verilmiş çıxarışların ləğv edilməsi, *******rayonu, Tofiq Abbasov küçəsi, 77 saylı evdə yerləşən 11 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1270b ünvanında yerləşən bağ evinə onun “vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbinə” dair iddianın və İddiaçı2 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhər 12 saylı Notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanunsuz v erilmiş vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab olunması, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair” iddiaların təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) 28.08.2018-ci il tarixli 2(103)-7177/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin qismən təmin olunması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsi, ev 251, 66 saylı mənzilə dair 12 saylı DNK-nın 28.04.2010-cu il tarixli 2V-01-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab olunm ası, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, 5 saylı Cavabdeh4 notariusu tərəfindən həmin mənzilə dair bağlanmış 14.06.2016-cı il tarixli 46-523 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə dair Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 4i rayonu, T.Abbasov küçəsi, ev 77, 11 saylı mənzilə dair 15 saylı DNK-nın 15.08.2016-cı il tarixli 2V-79 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, 2 saylı Cavabdeh4 notariusu tərəfindən həmin mənzilə dair bağlanmış 02.06.2017-ci il tarixli 461100 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə dair Cavabdeh3 adına verilmiş Çıxarışın ləğv edilməsi, Bakı şə həri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivi, 1270b nömrəli bağ sahəsinə dair 12 saylı DNK-nın 15.08.2016-cı il tarixli 2V-97 reyestr nömrəli ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, həmin bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, 2 saylı Bakı Cavabdeh4 notariusu tərəfindən həmin bağ sahəsinə dair bağlanmış 02.06.2017-ci il tarixli 46-1101 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən mənzilə, ünvan V saylı mənzilə və F evinə Cavabdeh1 5/8 hissədə, Cavabdeh3 1/8 hissədə, İddiaçı1 1/8 hissədə və X3 1/8 hissədə miras paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiya sının (hakimlər S.Hacıyev, Q.Əsgərov və E.Vəliyeva) 07.01.2019-cu il tarixli 2(102)-342/2019 saylı qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.08.2018-ci il tarixli, 2(103)-7177/2018 nömrəli qətnaməsinin iddiaların təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, A.İmanov, E.Həsənov) 13.05.2019-cuiltarixli 2(103)-3625/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli 2(004)-528/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cuil tarixli 2(103)-3625/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhər 12 saylı Notariat kontoruna və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə 09.10.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh 12 saylı Notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 28.04.2010-cu il tarixli və 15.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqı nda şəhadətnamələrin etibarsız hesab olunması, qeyd olunan şəhadətnamələr əsasında *******rayonu, Tofiq Abbasov küçəsi, 77 saylı evdə yerləşən 11 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1270b ünvanında yerləşən bağ evinə dair verilmiş çıxarışların ləğv edilməsi və həmin əmlaklara onun vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 cavabdeh qismində Cavabdeh3, 2 saylı Bakı "ASAN xidmət" mərkəzi və 5 saylı Bakı "ASAN xidmət" mərkəzini, habelə AR ƏMDK yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsini də əlavə olaraq göstərməklə iddia ərizəsinə əlavə verərək, cavabdeh 12 saylı Notari at kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 28.04.2010-cu il tarixli və 15.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 saylı evdə yerləşən 66 saylı mənzilə dair 5 saylı Bakı "ASAN xidmət" mərkəzində bağlanmış 14.06.2016-cı il tarixli, ünvan 4i rayonu, Tofiq Abbasov küçəsi, 77 saylı evdə yerləşən 11 saylı mənzilə dair 2 saylı Bakı "ASAN xidmət" mərkəzində bağlanmış 02.06.2017-ci il tarixli və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1270b ünvanında yerləşən bağ evinə dair 2 saylı Bakı "ASAN xidmət" mərkəzində bağlanmış 02.06.2017-ci il tarixli bağışlama müqavilələrin etibarsız hesab edilməsi, bağışlama müqavilələri əsasında Cavabdeh3 adına verilmiş çıxarışların ləğv edilməsi, həmin əmlaklara onun vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhər 12 saylı Notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanunsuz verilmiş vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab olunması, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 tərəfindən verilmiş 30.08.2008-ci il tarixli, 28.04.2010-cu il tarixli və 15.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən ləğv edilməsi və X2 mülkiyyətində olmuş “Hyundai Sonata” markalı, **-UT-*** dövl ət nömrə nişanlı avtomobilin, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251, 66 saylı mənzilinin, ünvan 4i rayonu, Tofiq Abbasov küçəsi, ev 77, 11 saylı mənzilinin və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1270b ünvanında yerləşən bağ evinin 1/3 hissəsinə 11.03.2005-ci il təvəllüdlü X4 vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1və vəkili Hacıyev Bəxtiyar Yusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Kamilin mərhum atası X6 28.09.2007-ci il tarixdə vəfat e tmişdir. Atasının vəfatından sonra sonuncudan "Hyundai Sonata" markalı **-UT-*** dövlət nömrə nişanlı avtomobil, *******rayonu, V mənzil və F evi miras əmlak kimi qalmışdır. Atasının dörd birinci növbəli vərəsələri qalmışdır. Kamil, anası Cavabdeh1, bacısı X5 və babası İddiaçı1 Temir oğlu. Bakı şəhəri Cavabdeh2 tərəfindən verilmiş 30.08.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında "Hyundai Sonata" markalı **-UT-*** dövlət nömrə nişanlı avtomaşın miras əmlak kimi onun mülkiyyətinə keçmişdir. Notariat kontorunda digər vərəsələr - anası Cavabdeh1, bacısı X5 və babası İddiaçı1 Temir oğlu ərizə verərək, mirası qəbul etmədiklərini bildirmişlər. Cavabdeh1 qanunsuz olaraq 2010-cu ildə Bakı şəhəri Cavabdeh2na müraciət etmiş və 28.04.2010-cu il tarixli qanun üzrə və rəsəlik hüququ haqqında şəhadətnamə əsasında S 2016-cı ildə həmin notariat kontoruna müraciət etmiş və 15.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 4i rayonu, Tofiq Abbasov küçəsi, 77 saylı evdə yerləşən 11 saylı mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1270b ünvanında yerləşən bağ evini mülkiyyətinə keçirmişdir. ünvan 6rəfindən 28.04.2010-cu il tarixli və 15.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunsuz verildiyindən etibarsız hesab olunmalı və həmin şəhadətnamələr əsasında alınmış çıxarışlar ləğv edilməlidir. Kamil mərhum atası X1 miras qalmış "Hyundai Sonata" markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomaşını qəbul etdiyindən, miras kütləsinə daxil olaraq digər əmlakları, yəni ******* rayonu, V saylı mənzil və F bağ evini də qəbul etmişdir. Digər tərəfdən, atasının vəfatından sonra qalmış birinci növbəli vərəsələr mirası qəbul etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Göründüyü kimi, Cavabdeh1 miras kütləsinə daxil olan avtomaşını qəbul etmədiyindən digər əmlakları, yəni mirası qismən qəbul edə bilməzdi. Daşınmaz əmlaklar Cavabdeh1 tərəfindən “ASAN xidmət” mərkəzlərində Cavabdeh3 qanunsuz olaraq bağışlanmışdır. Odur ki, onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli, 2(103)-3625/2019 saylı qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya məhkəməsi nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı2 və vəkili İsmayılzadə Qulam Azər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının X6 ilə faktiki nikah münasibətlərindən 11.03.2005-ci il təvəllüdlü X7 adlı bir övladları anadan olmuşdur. X6 28 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, X2 digər vərəsələri övladının olmasını gizlədərək mərhumun bütün əmlaklarına yiyələnmişlər. Belə ki, 12 saylı Notariat kontoruna cavabdehlər İddiaçı1 və Cavabdeh1 ayrı-ayrı vaxtlarda müraciət edərək, mərhum X2 mülkiyyətində olan “Hyundai Sonata” markalı **-UT-*** dövlət nömrə nişan lı avtomaşına, S saylı mənzilə və Z ünvanında yerləşən bağ evinə mülkiyyət hüququ əldə etmişlər. Bakı şəhəri Cavabdeh2 tərəfindən bu barədə 30.08.2008-ci il tarixli, 28.04.2010-cu il tarixli və 15.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hesab edirlər ki, 11.03.2005-ci il təvəllüdlü X7 miras qoyan X2 birinci növbəli vərəsəsi olduğundan, onun da vərəsəlik və mülkiyyət hüququ vardır. Bundan əlavə, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verməmiş, nəticədə o, hüquqlarını həyata keçirə bilməmişdir. Bununla da çəkişmə prinsipinə əməl edilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli, 2(103)-3625/2019 saylı qətnaməsinin ləğv edilməsini və apellyasiya ins tansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı1, vəkili Hacıyev Bəxtiyar Yusif oğlu, İddiaçı2, vəkili İsmayılzadə Qulam Azər oğlu, cavabdehlər Cavabdeh3, ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin və 5 saylı Bakı Asan Xidmətinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər ünvan 8 ünvanlayaraq, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cava bdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, miras qoyan X6 Cavabdeh1 ilə rəsmi nikahda olmuş və həmin nikahdan onların birinci dərəcə vərəsə hesab olunan Kamil (iddiaçı) və Nigar (cavabdeh) adlı iki uşaqları vardır. Bununla belə, Ənvər İsmayılov təxminən 2003-cü ildən İddiaçı2 (iddiaçı) ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmuş və həmin münasibətlərindən onların 11.0 3.2005-ci il təvəllüdlü Emil adlı bir uşaqları vardır. Ənvər İsmayılov 28 sentyabr 2007ci il tarixdə ölmüş və ondan aşağıdakı əmlaklar miras qalmışdır: “Hyundai Sonata” markalı **-UT-*** dövlət nömrə nişanlı avtomobil; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 saylı evin 66-cı mənzili; ünvan 4i rayonu, Tofiq Abbasov küçəsi, 77 saylı evin 11-ci mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1270b ünvanında yerləşən bağ evi. İşdə olan notariat işlərindən müəyyən olunmuşdur ki, İddiaçı1 30.08.2008-ci il tarixdə ərizə ilə Cavabdeh2na müraciət edərək, mərhum atasından miras qalmış avtomobilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, eyni zamanda birinci dərəcəli vərəsələr – Cavabdeh1, Nigar İsmayılova və Kamal İsmayılov ayrı-ayrılıqd a ərizə verərək, avtomobildən onlara düşən payı qəbul etmədiklərini və İddiaçı1 vərəsəlik üzrə şəhadətnamə verilməsinə etirazları olmadığını, gələcəkdə heç bir iddialarının olmayacağını bildirmişlər. Notarius tərəfindən İddiaçı1 avtomobilə dair 30.08.2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa, Cavabdeh1 16.04.2010-cu il tarixdə ərizə ilə Cavabdeh2na müraciət edərək, mərhum ərindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 saylı evin 66-cı mənzilinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, eyni zamanda birinci dərəcəli vərəsələr –Nigar İsmayılova və İddiaçı1 ayrı-ayrılıqda ərizə verərək, həmin mənzildən onlara düşən payı qəbul etmədiklərini və gələcəkdə pay tələbi ilə əlaqədar məhkə məyə müraciət etməyəcəklərini bildirmişlər. Notarius tərəfindən Cavabdeh1 adıçəkilən mənzilə dair 28.04.2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa, Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri 12 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən Ənvər İsmayılovdan qalmış ünvan 4i rayonu, Tofiq Abbasov küçəsi, 77 saylı evin 11-ci mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1270b ünvanında yerləşən bağ evindən ibarət mirasa Cavabdeh1 vərəsəlik hüquqları müəyyən edilərək, həmin əmlaklara dair ona 15.08.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu zaman mərhumun birinci dərəcəli vərəsələri olan Nigar İsmayılova və İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 251 saylı ev in 66-cı mənzilindən ibarət mirası qəbul etmədiklərinə dair, müvafiq olaraq 17.04.2010-cu il və 20.04.2010-cu il tarixli ərizələri nəzərə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19 fevral 2018-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 251, 66 saylı mənzil 12 saylı DNK-nın 28.04.2010-cu il tarixli 2V-01113 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən sözügedən mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 5 saylı Cavabdeh4 notariusu tərəfindən bağlanmış 14.06.2016-cı il tarixli, 46- 523 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 4i rayonu, T.Abbasov küçəsi, ev 77, 11 saylı mənzil 15 saylı DNK-nın 15.08.2016-cı il tarixli 2V-79 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən sözügedən mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 2 saylı Cavabdeh4 notariusu tərəfindən bağlanmış 02.06.2017-ci il tarixli 46-1100 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 (Albalılıq-1) bağ massivi, 1270b nömrəli bağ sahəsi 12 saylı DNK-nın 15.08.2016-cı il tarixli 2V-97 reyestr nömrəli ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 1270b nömrəli bağ evi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 2 saylı Bakı Cavabdeh4 notariusu tərəfindən bağlanmış 02.06.2017-ci il tarixli 46-1101 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən sözügedən bağ evi Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilik mirasın qəbulu üçün iki qayda müəyyən etmişdir: «notariat kontoruna mirasın qəbulu barədə ərizə vermək» və ya «əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirası qəbul edildiyini şəksiz nümayiş etdirmək». Eyni zamanda, mirasın qəbulu üçün müddət də müəyyən olunmuşdur. Belə ki, vərəsə mirası üç ay ərzində qəbul edə bilər, altı ay keçdikdən sonra isə mirasın qəbuluna yol verilmir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, mərhum Ənvər İsmayılovdan təkcə hazırki işdə keçən əmlaklar m iras qalmamışdır. İddiaçı1, özünün də qismən etiraf etdiyi kimi, «Vorovski» adlanan yerdə fərdi yaşayış evi, Buzovna qəsəbəsində 3 otaqlı mənzil, 0,12 ha torpaq sahəsi, mağaza və ferma qalmışdır. Yaşayış evini 2003-cü ildə özü alması barədə İddiaçı1 dəlillərinə qiymət verən kollegiya qeyd edir ki, həmin vaxt onun cəmi 18 yaşı olmuşdur və bu yaşda müstəqil qazanc hesabına şəhərin ən bahalı ərazisindən yaşayış evi, habelə yuxarıda sadalanan digər əmlakları almaq imkanına malik olması kollegiyada ciddi şübhə doğurur. Kollegiya hesab edir ki, məhz bu səbəbdən, yəni kifayət qədər mülkə sahib çıxması səbəbindən İddiaçı1 mərhum atasından qalmış digər əmlakların (hazırki işdə iki mənzil və bağ evi) anası və bacısına qalmasına razı olmuş və bu razılığa uyğun olaraq, həm 2010-cu ildə Z saylı evin 66 -cı mənzilinə dair anasının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etməmiş, həm də həmin mənzil, habelə digər mənzil və bağ evi ilə bağlı hər hansı aktiv hərəkətlər etməyərək, hazırki iddianı mirasın açıldığı vaxtdan 10 il sonra vermişdir. Həmçinin nəzərə almaq lazımdır ki, İddiaçı1 yiyələndiyi "Hyundai Sonata" markalı **-UT-*** dövlət nömrə nişanlı avtomobil 2007-ci il buraxılışlı olmaqla X8 ölümündən cəmi 4 ay öncə «xxxx» ASC-dən götürülmüş kredit vəsaiti hesabına alınaraq, həmin bankda girovda olmuşdur. Həmin avtomobil X8 adına alınsa da, faktiki olaraq İddiaçı1 məxsus olmuşdur, Ənvər İsmayılovun idarə etdiyi «Mercedes Benz S klass» markalı başqa avtomobili olmuşdur. Bu isə o deməkdir ki, İddiaçı1 həmin avtomobil hesabına zənginləşmək yox, bank-kredit məsələsini yoluna qoymaq məqsədini güdmüş, həmin məsələni yoluna qoyduqdan sonra isə avtomobili başqa şəxsə satmışdır. Ona görə də İddiaçı1 avtomobili qəbul etməsini digər miras əmlaklarını da qəbul etməsi kimi qəiymətləndirmək düzgün olmazdı. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Qərarında aşağıdakılar göstərilmiş: «Məhz göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara (iddiaçı G.Atamova tərəfindən mirasın qəbul edilməsi barədə ərizənin verilməməsinə, əmlaka sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına) hüquqi qiymət verərək və Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrini tətbiq edərək, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçı G.Atamovanın apellyasiya şikayətində irəli sürdüyü dəlillərə, yəni miras qoyan İ.İsayevə məxsus olan əşyaların (palaz, taxt-çarpayı və yataq ləvazimatları) iddiaçının anası tərəfindən ona verilməsinə, mübahisəli evin bir hissəsinin kirayə verilməsinə, bununla da miras əmlakın qəbul edilməsinə əsaslanaraq və Mülki Məcəllənin 1243.2 və 1243.3-cü maddələrini rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir… Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətin in açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun… Beləliklə, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müə yyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların G.Atamovaya anası tərəfindən verilməsi məqamının apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə G.Qəhrəmanovanın Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olmuşdur.» Göründüyü kimi, Konstitusiya Məhkəməsinin şərhinə görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tə rəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsullarını ehtiva edir. Birinci halda vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Faktiki idarəçilikdə isə vərəsə tərəfindən adətən mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olduğu hərəkətlərin edilməsində ifadə olunur. Əgər vərəsə mirasın faktik qəbulu üçün yuxarıda qeyd olunan aktiv hərəkətlər etməmişdirsə, onda mirasın faktik qəbulundan da söhbət gedə bilməz. Qeyd olunduğu kimi, İddiaçı1 iki mənzil və bağ evi ilə bağlı heç bir aktiv hərəkətlər etməmişdir, yəni həmin əmlakları faktiki cəhətdən ələ keçirməmiş və onlara sahib durmamışdır. Onun mirası qəbu l etmək niyyətinin olması müəyyən olunmur. O, bağ evini təmir etdiyini göstərsə də, bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, işin faktiki hallarından görünür ki, mənzillər və bağ evi Cavabdeh1 faktiki sahibliyində və istifadəsində olmuşdur. Qeyd olunanlar onu göstərir ki, həqiqətən tərəflər arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq olmuşdur. İddiaçı1 atasından qalan əmlakların nədən ibarət olmasını bilmişdir və həmin əmlakların anasına qalmasına heç bir etirazı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi İddiaçı1 iddiasını rədd etməkdə haqlı olmuşdur. İddiaçı2 iddiasına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı2 (azyaşlı oğlunun qanuni nümayəndəsi) mərhum Ənvər İsmayılovdan qalmış qızıl qol saatı və sonuncu ilə birgə yaşadıqları ünvan 4 i rayonu, Tofiq Abbasov küçəsi, 77 saylı evin 11-ci mənzilini faktiki qəbul etməsi qənaətindədir və bu əsasla mirasın tam şəkildə bölüşdürülməsini iddia edir. X8 İddiaçı2 ilə birgə yaşadıqları vaxt ölməsi (bu hal Cavabdeh1 tərəfindən də təsdiq olunmuşdur) ona məxsus olmuş qızıl qol saatı, əl çantası və s. şəxsi istifadə əşyalarının uşağı Emilə qalması məhkəmə kollegiyasında şübhə doğurmasa da, Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında formalaşmış mövqeyinə görə, təkcə miras qoyanın ölümündən sonra sonuncudan qalmış hər hansı əşyaya sahib çıxmaq özüözlüyündə mirasın faktik qəbulu kimi qiymətləndirilə bilməz. Əgər vərəsə mirasın faktik qəbulu üçün yuxarıda qeyd olunan aktiv hərəkətlər etməmişdirsə, onda mirasın faktik qəbulundan söhbət gedə bilməz. Ona görə də kollegiya adı çəkilən əşyalara sahibliyin mirasın faktiki qəbulu kimi qiymətləndirmir. İddiaçı2 ilə X8 ünvan 4i rayonu, Tofiq Abbasov küçəsi, 77 saylı evin 11-ci mənzilində birgə yaşaması, sonuncunun həmin mənzildə ölməsi, ölümündən sonra da mənzilin İddiaçı2 faktiki sahibliyində və istifadəsində olması və yalnız 2017-ci ildə həmin mənzildən qanunsuz olaraq polis tərəfindən çıxarılması ilə bağlı isə kollegiya qeyd edir ki, sonuncu bununla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə heç bir sübut təqdim edə bilməmişdir. Nə İddiaçı2 və İddiaçı1 iddia ərizəsində bu barədə heç nə göstərilməmiş, nə onlar bu barədə birinci instansiya məhkəməsində işə baxılarkən heç nə deməmiş, nə də hər ikisinin də apellyasiya şikayətində bununla bağlı hər hansı fikir söylənilməmişdir. Həmin faktl arın İddiaçı1 tərəfindən qəbul edilməsinə gəldikdə isə kollegiya qeyd etmişdir ki, onların hər ikisi də iddiaçıdır və eyni maraqları güdürlər. İşdən aşkar şəkildə görünür ki, hər iki iddia və apellyasiya şikayətləri eyni üslubda tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf pro tokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. İstinad edilən prosessual hüquq normalarından göründüyü kimi, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası İddiaçı2 ilə eyni mövqedən çıxış edən İddiaçı1 mirasın İddiaçı2 tərəfindən faktiki qəbulu ilə bağlı verdiyi izahatı etiraf edərək qəbul etməsinə tənqidi y anaşmış və göstərmişdir ki, bu etiraf başqa obyektiv sübutlarla təsdiq edilmir. Kollegiya hesab etmişdir ki, mübahisəsi gedən miras əmlakları İddiaçı2 (qanuni nümayəndə kimi) tərəfindən faktiki qəbul edilməmişdir, ona görə də onun iddiasını rədd etməkdə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Eləcə də nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələbinə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə üzrə qanunla iki aylıq kəsici müddət (mübahisə ləndirmə müddəti) müəyyən olunmuşdur. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Kollegiya hesab etmişdir ki, hər iki iddiaçı hazırki iddialarla məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışlar (həmin hüququ itirmişlər). Mövcud olmayan hüquqların müdafiəsi isə mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, və rəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Apellyasiya kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək onları formal hesab etmiş və birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiy ası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya kollegiyasının qeyd etdiyi kimi, hər iki iddiaçı hazırki iddialarla məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışlar (həmin hüququ itirmişlər). Mövcud olmayan hüquqların müdafiəsi isə mümkün deyildir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.05.2019-cu il tarixli, 2(103)-6886/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6886/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6886/2019
13.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver