Məhkəmə qərarları › İş №2(102)-6890/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6890/2019

28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6890/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, ilkin İddiaçı-nin vəkili X7 və ilkin iddia üzrə Cavabdeh2 vəkili X2 iştirakları ilə. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (haki m:K.Əmirxanova; 2(005)-321/2018)ilkin iddia qismən təmin edilmiş, Cavabdeh2 80 000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq ilkin İddiaçı-nin xeyrinə ödənilməsi və ilkin iddia üzrə Cavabdeh1 ilkin iddiaçı İddiaçı-yə və ilkin iddia üzrə Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” nə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlər:A.Hüseynov, A.İmanov, V.Sadıqov; 2(103)-3235/2019) Cavabdeh2apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə -ilkin iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissədində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İlkin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ona ödənilmiş 80000 manat, dəbbə pulu kimi hesablanmış 199200 manat, əldən çıxmış faydaya görə 26765 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, Cavabdeh2 əməlində dələduzluq cinayətinin tərkibinin olub-olmadığını müəyyən etmək üçün bu barədə prokurora məlumat verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh1 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə ilkin iddiadan imtina barəsində, habelə, “Caterpillar”xxxxİddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan 05 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İlkin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ilin iyul ayında cavabdehlər İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, mülkiyyətlərində olan “CaterPillar” markalı yükləyici ekskovatoru X1 istədiklərini, sonuncunun isə həmin texnikanı nəğd almaq üçün kifayət qədər vəsaiti olmadığını, həmin texnikanı yalnız lizinq şərtləri ilə əldə edə biləcəyini bildirmişlər. Cavabdehlərlə, eyni zamanda X6 ilə əldə edilmiş üçtərəfli razılaşmaya əsasən, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd edilən texnikanı cavabdehlərdən alıb, lizinq şərtləri ilə X3 istifadəsinə və sahibliyinə verməli idi. Beləliklə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 vasitəsilə təmsil olunan Cavabdeh1 arasında 05 avqust 2010-cu il tarixdə alqı-satqı müqaviləsi bağlandı. Həmin müqaviləyə görə, satıcı Cavabdeh1 mülkiyyətində olan “CaterPillar” markalı yükləyici ekskovatoru alıcının mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 80.000 manat ödəməli idi. İddiaçı eyni tarixdə üçüncü şəxs X6 ilə lizinq müqaviləsi bağlayaraq, nəğd şəkildə aldığı “CaterPillar” markalı yükləyici ekskovatoru 36 ay müddətinə 99.577 ABŞ dolları ödəmək şərtilə sonuncuya lizinqə vermişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 06 avqust 2010-cu ildə ödəniş tapşırığı təqdim edərək, Cavabdeh2 hesabına 80.000 manat məbləğində vəsait köçürmüşdür. Buna baxmayaraq, cavabdehlər bu günədək alınmış “CaterPillar” markalı yükləyici ekskovatoru iddiaçıya, o cümlədən lizinq alana təhvil verməmişlər. İddiaçı bu barədə yalnız 2016-cı ildə məlumat əldə etmişdir. Belə ki, əvvəlcə cavabdehlər və X6 iddiaçıya bildirmişlər ki, lizinq predmeti olan texnika artıq lizinq alana verilib və istifadə olunur. Lizinq alan X6 bir müddət hətta lizinq ödənişlərini həyata keçirib. Lakin, lizinq ödənişlərində gecikmələri nəzərə alan iddiaçı X4 qarşı 2014-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq müqaviləsinin ləğv edilməsini və lizinq obyektinin geri qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, lizinq alandan lizinq ödənişlərinin və dəymiş ziyanın tutulması qət edilmişdir. X3 apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin 01 mar t 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lizinq müqaviləsi bağlanmasına baxmayaraq, lizinq obyekti X4 təhvil verilməmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, əslində hazırkı iş üzrə cavabdehlərin və X3 əsl niyyəti heç də real lizinq münasibətləri yaratmaq olmayıb, əksinə, formal olaraq bu müqaviləni bağlayıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətini aldadaraq, ondan nəğd şəkildə 80.000 manat pul vəsaiti ələ keçirmək olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı hesab edir ki, 05 avqust 2010-cu il tarixli alğı-satqı müqaviləsi ləğv edilməli, cavabdehlərə ödənilmiş 80.000 manat məbləğində pul və dəbbə pulu kimi hesablanmış vəsait onlardan a lınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdehlərin müqavilə öhdəliklərini vaxtında icra etməməsi qanunsuzdur. Hazırkı işin materiallarından göründüyü kimi, iddiaçı 05 avqust 2010-cu il tarixli alğı-satqı müqaviləsinin şərtlərinə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdehlərə 80.000 manat məbləğində pul ödəmiş, cavabdehlər isə satdıqları texnikanı alğı-satqı müqaviləsinin 5.1-ci maddəsi ilə razılaşdırılmış 3 iş günü müddətində alıcıya təhvil vermək öhdəliyini icra etməmişdir. Belə ki, cavabdehlərlə bağlanmış 05 avqust 2010-cu il tarixli alğı-satqı müqaviləsinin 6.1-ci maddəsində qeyd edilmişdir ki, satıcı şərtləşdirilmiş vaxtda öz öhdəliklərini icra etməzsə, alıcının tələbi ilə hər gecikdirilmiş gün üçün alıcıya müqavilə dəyərinin 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. 2010-cu i lin avqust ayından bugünədək artıq 6 il 10 ay (2.490 gün) keçdiyini, hər gün üçün dəbbə pulunun 80 manat olmasını (80.000*0,1%=80) nəzərə alsaq, bu müddət üçün ümumi dəbbə pulunun 199.200 manat olması (2.490 gün*80 manat) qənaətinə gəlinmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehlər tərəfindən real zərər üzrə 80,000 manat, əldən çıxmış faydaya görə, dəbbə puluna görə isə 199.200 manat pul ödəməlidirlər. Bununla yanaşı, cavabdehlər bugünədək müqavilə öhdəliyini yerinə yetirməməklə, iddiaçıya əldən çıxmış fayda formasında maddi ziyan vurmuşlar. Belə ki, iddiaçı lizinq fəaliyyəti ilə məşğuldur, nəğd pul vəsaitini alğı-satqı prosesinə sərf etmiş, alınmış texnikanı üçüncü şəxslərin birinə izinqinə verməklə gəlir əldə edir. İddia ərizəsində qeyd edildiyi kimi, iddiaçı aldığı texnikanı X4 lizinqə verməklə. 26.765 ABŞ dolları gəlir əldə etməli idi. Məhz cavabdchlərin təqsirli hərəkəti nəticəsində qeyd edilən lizinq razılaşması pozulmuş və iddiaçı gəlirindən məhrum olmuşdur. Bunu nəzərə alaraq, əldən çıxmış faydanı 26,765 ABŞ dolları məbləğində qiymətləndirmişlər. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 05 avqust 2010-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının ödədiyi ilkin vəsait kimi 80.000 manat, dəbbə pulu kimi hesablanmış 199.200 manat, əldən çıxmış faydaya görə 26.765 ABŞ dolları, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulub İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən cavabdeh barədə xüsusi qərardad çıxarılmaqla prok urora məlumat verilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 05 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənilmiş 80.000 manat, 199.200 manat dəbbə pulu, əldən çıxmış faydaya görə 26.756 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, cavabdehlə 05 avqust 2010-cu il tarixli yükləyici ekskovatorun alqı-satqı müqaviləsi bağlamamışdır, Cavabdeh2 bu alqı-satqı ilə notarial qaydada etibarnamə verməmişdir. Belə bir etibarnamə möv cud deyil və ola da bilməz. Bu fakt, etibarnaməni təsdiq etdiyi iddia edilən Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilən cavab məktubundan da aydın görünür. Ümumiyyətlə, o, Cavabdeh2 2017-ci ilə qədər şəxs olaraq tanımamışdır. Beləliklə, əgər onun adından 05 avqust 2010cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışsa, bu müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmışdır, o, heç bir alqı-satqı əməliyyatı etməmiş, pul almamışdır (iddia ərizəsinə əsasən guya aparılmış alqı-satqıya görə pul mülkiyyətçi kimi ona yox, Cavabdeh2 bank hesabına köçürülmüşdür), mülkiyyətçi kimi sonradan müqaviləni bilməmiş və bəyənməmişdir, hətta son vaxtlara qədər bu barədə məlumatı olmamışdır. Odur ki, bu müqavilə etibarsızdır. Bundan başqa, əgər alqı-satqı müqaviləsi bağlanmışsa, bu qanunverici liyin tələbləri pozulmaqla bağlanmışdır. Belə ki, qanunvericiliyə əsasən müqavilə və nəqliyyat vasitəsinin alqı-satqısı faktı dövlət qeydiyyatına alınmalı və yeni qeydiyyat vəsiqələri verilməli idi. Lakin nə İddiaçı, nə də başqa şəxs ona bu barədə müraciət etməmiş, o bu alqı-satqı ilə bağlı qeydiyyat orqanına (Kənd Təsərrüfatı Nazirliyində) müraciət etməmişdir. Sonralar, 2013-cü ildə o tam hüquqlu mülkiyyətçi kimi nəqliyyat vasitəsi ilə bağlı əməliyyat apararkən bu nəqliyyat vasitəsi onun adına qeydiyyatda olmuşdur. Beləliklə, ilkin iddia tamamilə əsassız və qanunsuz olmaqla yanaşı, 05 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsi etibarsızdır. Bundan başqa, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti öz iddia tələblərində üç illik iddia müddətini buraxmışdır. Belə ki, iddia ərizəsindən də gör ündüyü kimi, 05 avqust 2010-cu il tarixli müqavilənin (bağlandığı ehtimal edilsə) şərtlərinə görə 5.1-ci maddə ilə razılaşdırılmış 3 iş günü müddətində alıcıya təhvil vermək öhdəliyini icra etməmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 avqust 2010-cu il tarixdən müqavilə öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti bu hüquqdan üç il ərzində istifadə etməmişdir. Odur ki, bu qarşılıqlı iddia ərizəsini təqdim etməklə məhkəmədən iddia müddətini tətbiq edərək, iddiadan imtina barəsində qərar çıxarılmasını xahiş edir. Hesab edir ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam təmin edilməsini aradan qaldırır, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnər. Beləliklə, iddia müddətini tətbiq edərək, ilkin iddiadan imtina barəsində, habelə, “CaterPillar”xxxxcavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan 05 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İlkin iddia üzrə Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci və 372. 7ci maddələrinin tələbləri pozulmuş, işin həqiqi hallarına əhəmiyyət verilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında ilkin iddia üzrə Cavabdeh2 vəkili X5 kassasiya şikayətinin təmin olunması, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahişetdi. İlkin İddiaçı-nin vəkili X7 kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzə Cavabdeh2 heç bir üzrlü səbəb gö stərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hü quqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işdə olan yazılı sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı 1 ədəd 2006-cı il buraxılışlı “Cate rpillar” markalı yükləyici ekskavatoru iddiaçıya satmağı, iddiaçı isə 80000 manat pulu alıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə Cavabdeh2 həmin əqdi əmlakın mülkiyyətçisi Cavabdeh1 verdiyi və 9 saylı notariat kontorunda təsdiq olunmuş 03.08.2010-cu il tarixli etibarnamə əsasında imzaladığı qeyd edilmişdir. Lakin işə baxılması zamanı notariat orqanına verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, 2010-cu il tarixdə 9 saylı notariat kontorunda Cavabdeh1 tərəfindən heç bir etibarnamə verilməmişdir.06 avqust 2010-cu il tarixdə müqavilənin dəyəri qismində 80000 manat pul iddiaçı tərəfindən Cavabdeh2 ödənilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində mübahisənin fak tiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Mülki qanunvericilik normalarından göründüyü kimi, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş üzrə toplanmış sübutları tədqiq edən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə idd ianın təmin olunması üçün iddiaçı cavabdehin onun əmlakı hesabına əsassız varlandığını sübut etməlidir. İş üzrə Cavabdeh2 alqı-satqı müqaviləsi bağlayarkən mülkiyyətçi Cavabdeh1 təmsil etmək, onun adından hərəkət etmək və ona çatası pulu almaq səlahiyyətləri olmamışdır. Eyni zamanda alqı-satqı müqavilə üzrə əmlakın dəyəri kimi ödənilmiş pulun məhz Cavabdeh2 ödənildiyi yazılı sübutlarla təsdiq olunur. Bu baxımdan iddiaçının 80000 manat pulu Cavabdeh2 tələb etmək hüququ vardır. Cavabdeh2 pulun qəbul edilməsi barədə kassa məxaric orderinin özü tərəfindən imzalandığını mübahisələndirməmişdir. Əksinə cavabdeh şikayətdə qeyd etmişdir ki, «xxxx» ASC-nin Nərimanov filialının daimi müştərisi olduğu üçün filial müdiri Bayram və onun şəriki kimi tanıdığı Rasim ona müraciət edərək, hesabına pul köçürü ləcəyini, sonra sadəcə qəbzə imza edəcəyini bildiriblər. Bundan sonra pul onun hesabına köçürülüb və müəyyən qəbzlərə imza etdikdən sonra pul almadan filialdan çıxıb. Belə olan halda pul məbləğinin aldığı barədə qəbzi imzalamış şəxsin həmin məbləği faktiki almadığı barədə halı sübut etmək yükü məhz həmin şəxsin öz üzərinə düşür. Lakin Cavabdeh2 bununla bağlı birinci instansiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Belə vəziyyətdə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüq uq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar