Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6899/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil İsgəndər oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7764/2019 nömrəli iş üzrə 04.06.2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil İsgəndər oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İdd iaçı Cavabdeh2 qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 onun xeyrinə 10000 manat məbləğində dəymiş mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) 2(004)-182/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova, - sədrlik edən və məruzəçi Elnur Həsənov, Fuad Babayev) 2(103)-7764/19 saylı, 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-182/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. İddiaçı və vəkili Vəkil İsgəndər oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(103)-7764/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi iş üzrə təqdim olunmuş və toplanmış materialları, sənədləri verilən izahatları hərtərəfli və obyektiv araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 391.2, “İnsan Hüquqlarının və əsas X1 Konvensiyasının” 41-ci maddələrinin tələblərini pozmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının tələblərini səhv təsvir etmişdir. Hər iki instansiya məhkəməsi iddiaçı tərəfindən həm iddia ərizəsində və apellyasiya şikayətində göstərdikləri faktlara hər hansı bir münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Məhkəmə, yalnız maddi və normativ hüquqlara istinad etməklə kifayətlənmişdir. Məhkəmədə qeyd edilən prosessual qanunvericiliyə istinad etsə də ancaq, özü apellyasiya şikayətini hansı səbəbə, əsasa görə təmin etməməsini nəinki əsaslandırmamışdır, hətta hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə tərəfindən apellyasiya şikayətində göstərilən faktlara hüquqi qiymət verməməsi, onlara münasibət bildirməməsi bir daha onunla sübut olunur ki, apellyasiya şikayətinin əsasını cavabdehin iddiaçıya qar şı hərəkətləri icra məmurları tərəfindən məhkəmə qərarı icra edilərkən cavabdeh tərəfindən yük maşınının və fəhlələrin gətirilməsi, habelə cavabdehin icra məmurlarından iddiaçının evdən çıxarılmasını tələb etməsindən ibarət olması yox, məhkəmə qərarı icra edilərkən icra məmurları tərəfindən icra haqqında qanunun tələblərini pozaraq, onunla kobud rəftar, fiziki güc tətbiq etmələri, onların insanlığa sığmayan yaşlı qadını qonşuların, qohum əqrəbanın və ailə üzvlərinin, nəvələrinin gözü qarşısında təhqir etməkləri, tələbkar Cavabdeh2 iddiaçıya borclu olduğu 17040 manat məbləğində pulu ödəmədiyini, qətnamələrin eyni vaxtda icra edilməsini, icraata başlamaq haqqında icra məmurunun qərarının ona verilməməsinə görə icranın dayandırılması tələbi olmuşdur. Bunlara sübut kimi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21(81)- 1722/2017-ci il tarixli qərarını göstərmək olar. Həmin qərarla “icraata başlamaq haqqında” qərarının surətinin iş üzrə İddiaçı qızma təqdim edilmədən icra hərəkətlərini qanunsuz sayılıb. Məhkəmələr tərəfindən işin başdansovdu, məsuliyyətsiz araşdırılması bir daha onunla sübut olunur ki, iddiaçı iddia ərizəsində 4 nəfər cavabdehə qarşı icra şöbəsinin rəisi xxx, icra şöbəsinin icra məmurları xxx, xxx və tələbkar Cavabdeh2 qarşı hər birindən 10000 manat mənəvi zərərə görə pul tələb etsə də birinci instansiya məhkəməsi yalnız Cavabdeh2 qarşı mənəvi zərər tələbinə dair münasibət bildirərək rədd etmişdir. Digər cavabdehlərin isə cavabdehlik daşıyıb-daşımaması barədə qətnamənin nə əsaslandırıcı hissəsində nə də qətnamənin nəticə hissəsində münasibət bildirilməyib. Bi rinci instansiya məhkəməsinin buraxdığı bu kobud səhvə Apellyasiya Məhkəməsində əhəmiyyət verməmişdir. Ən azından Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, yeni qətnamə qəbul etməli idi. Yəni, iddia 4 nəfərə qarşı verildiyinə görə iddia təmin və ya təmin edilməməsi barədə qətnamə çıxarmalı idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayət təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, arzu olunmaz vəziyyətə düşmüş, xüsusilə qanuni hüquqları və mənafeyimin pozulması nəticəsində ona həm mənəvi, həm də fiziki iztirablar formasında mənəvi zərər dəymişdir. Ona görə də, cavabdeh və tələbkar Cavabdeh2 tərəfindən ona dəymiş mənəvi zərəri 10.000 dəyərində qiymətləndirir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları ondan ibarətdir ki, cavabdehin iddiaçıya qarşı hərəkətləri icra məmurları tərəfin dən məhkəmə qərarı icra edilərkən cavabdeh tərəfindən yük maşının və fəhlələrin gətirilməsi, habelə cavabdehin icra məmurlarından iddiaçının evdən çıxarılmasını tələb etməsindən ibarət olmuşdur. Həmin hərəkətlər isə şəxsin şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iş üzrə apellya siya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndl ərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlər ində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş «zərər» anlayışının şərh olunması ilə əlaqədar 31 may 2002-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əsas hüquq və azadıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizələrindən asılıdır». Cavabdehin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən, onun şərəf və ləyaqətini ləkələyən, həmçinin ona mənəvi ziyan vurulmasına əsas verən hər hansı bir hərəkətlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplan ması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddiaçının ona məxsus evdən çıxarılması barədə icra vərəqəsi üzrə tələbkar olması və icra məmurlarından məhkəmə qərarının icra edilməsini tələb etməsi, sahənin boşaldılması üçün maşın və fəhlə gətirməsi qanunsuz və şəxsin şərəf və ləyaqətini alçaldan hərəkətlər deyil. Bu na görə də, iddiaçının buna görə mənəvi ziyan tələb etmək hüququ yoxdur. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası iddia ərizəsində icra şöbəsinin rəisi xxx, icra şöbəsinin icra məmurları xxx, xxx qarşı da mənəvi zərərə g örə pul tələb etməsinə baxmayaraq qətnamədə iddia tələbinin bu hissəsinə münasibət bildirilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, iş üzrə Yasamal rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli qərardadı ilə iddiaçının iddia ərizəsinin həmin şəxslərə qarşı mənəvi ziyan tələbinə dair hissəsinin icraata qəbulundan imtina edilmiş və iddiaçıya bu tələblərlə bağlı inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququ izah edilmiş, həmin qərardaddan iddiaçının verdiyi apellyasiya şikayəti isə təmin edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7764/19 saylı, 04 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6899/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6899/2019
30.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver