Məhkəmə qərarları › İş №2(102)-69/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-69/2021

04.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-69/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, qeyri yaşayış sahələrinin istifadə və sahibliyə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12924/2019 nömrəli iş üzrə 21 noyabr 2019-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə da ir işə 04 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İcraçı Cavabdeh1 MMC ilə sifarişçi İddiaçı arasında bağlanılmış 21 oktyabr 2016-cı il tarixli, 03-02-2017 nömrəli müqaviləyə əsasən icraçı Cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m olan qeyri-yaşayış sahəsini sifarişçi İddiaçı təhvil verməyi, sifarişçi İddiaçı isə bunun müqabilində icraçıya müqavilə ilə müəyyən edilmiş 204.400 manat məbləğində pul vəsaitini ödəməyi barədə öhdəlik götürmüşdür;

2. Cavabdeh1 MMC-nin 21.10.2016-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri qismində İddiaçı tərəfindən 204.400 manat pul ödənilmişdir; 3. 03.02.2017 nömrəli, 21 oktyabr 2016-cı il tarixli orderin surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 204.400 manat məbləğində pul ödənilmişdir;

4. İcraçı Cavabdeh1 MMC ilə sifarişçi İddiaçı arasında bağlanılmış 21 oktyabr 2016cı il tarixli, 03-03-2017 nömrəli müqavilənin surətinə əsasən icraçı Cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 3 saylı 68 kv.m ola qeyri-yaşayış sahəsini sif arişçi İddiaçı təhvil verməyi, sifarişçi İddiaçı isə bunun müqabilində icraçıya müqavilə ilə müəyyən edilmiş 190.400 manat məbləğində pul vəsaitini ödəməyi barədə öhdəlik götürmüşdür; Cavabdeh1 MMC-nin 21.10.2016-cı il tarixli maliyyə arayışına əsasən 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 3 saylı 68 kv.m ola qeyri-yaşayış sahəsinin dəyəri qismində İddiaçı tərəfindən 190.400 manat pul ödənilmişdir; 5. 03.03.2017 nömrəli, 21 oktyabr 2016-cı il tarixli orderin surətinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 190.400 manat məbləğində pul ödənilmişdir;

6. Cavabdeh1 MMC təsisçilərin növbədən kənar iclasının 21 oktyabr 2016-cı il tarixli protokolundan çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məh əllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m ola qeyri-yaşayış sahələrinin İddiaçı satılması, bununla bağlı müavilənin rəsmiləşdirilməsinin Cavabdeh1 MMC-nin direktoru X3 həvalə edilmişdir;

7. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış mülkiyyət dəyişdirilməsi barədə 01 sentyabr 2017-ci il tarixli aktın surətinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyri-yaşayış sahələri Cavabdeh2 mülkiyyətinə verir və əvəzində Şamaxı rayonu, Pirqulu qəsəbəsində inşa edilmiş və təmirə başlanmış 2 mərtəbəli yaşayış həyətyanı evini öz mülkiyyətinə götürür; Cavabdeh2 Şamaxı rayonu, Pirqulu qəsəbəsində inşa edilmiş və təmirə başlanmış 2 mərtəbəli yaşayış həyətyanı evini 01 mart 2018-ci il tarixinə qədər tam təmirli vəziyyətdə təhvil verilməsinə zəmanət verir;

8. İcraçı Cavabdeh1 MMC ilə sifarişçi Cavabdeh3 arasında bağlanılmış 18 sentyabr 2017-ci il tarixli, 03-02-2017 nömrəli müqavilənin surətinə əsasən icraçı Cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m olan qeyri-yaşayış sahəsini sifarişçi Cavabdeh3 təhvil verməyi, sifarişçi Cavabdeh3 isə bunun müqabilində icraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi vəmüqavilə ilə nəzərdə tutulmuş işləri y erinə yetirməyi barədə öhdəlik götürmüşdür;

9. İcraçı Cavabdeh1 MMC ilə sifarişçi Cavabdeh3 arasında bağlanılmış 18 sentyabr 2017-ci il tarixli, 03-03-2017 nömrəli müqavilənin surətinə əsasən icraçı Cavabdeh1 MMC Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 3 saylı 68 kv.m ola qeyri-yaşayış sahəsini sifarişçi Cavabdeh3 təhvil verməyi, sifarişçi Cavabdeh3 isə bunun müqabilində icraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi barədə öhdəlik götürmüşdür;

10. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış mülkiyyət dəyişdirilməsi üzrə 02 mart 2018-ci il tarixli aktdan görünür ki, 01 sentya br 2017ci il tarixli akt əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyriyaşayış sahələri Cavabdeh2 mülkiyyətinə verilib və əvəzində Şamaxı rayonu, Pirqulu qəsəbəsində inşa edilmiş və təmirə başlanılmış 2 mərtəbəli yaşayış həyətyanı evinin 01 mart 2018-ci il tarixinə qədər tam təmirli vəziyyətdə təhvil verilməsinə zəmanət vermiş, görülən təmir və bərpa işlərinin yubanması nəticəsində qeyd olunan evin təmiri bitməmiş və nəticə olaraq İddiaçı istifadəsinə təqdim edilə bilməyib, bu səbədən 01 sentyabr 2017-ci il tarixi aktın etibarsız hesab edilmiş və bu akt üzrə bağlanmış bütün alğı-satqı müqv ilələr etibarsız hesab edilmişdir;

11. Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 ünvanlanmış məlumata əsasən Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasında adına rəsmiləşdirilmiş 73 kv.m və 68 kv.m ola qeyriyaşayış sahələrinin müqavilələri birtərəfli olaraq ləğv edildiyi bildirilmişdir;

12. Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş ərizənin surətinə əsasən Cavabdeh3 Cavabdeh1 MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yaşayış kompleksində adına olan A bloku, 2-ci mərtəbə, ümumi sahəsi 73 kv.m olan 2 nömrəli qeyri-yaşayış sahəsinin ləğv edilməsinə və həmin qeyri-yaşayış sahəsinə dair yeni müqavilənin İddiaçı adına rəsmiləşdirilməsinə razıdır, həmin mənzillə əlaqədar heç bir iddia tələbi yoxdur;

13. Tərtər Rayon Məhkəmə sinin 2(061)_2151/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 cavabdeh İddiaçı qarşı “öhdəliyin icrasına məcburetmə və qeyri-yaşayış sahlərinin mülkiyyətinə keçirilməsi” tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı İddiaçı Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 3 saylı 68 kv.m ola qeyri-yaşayış sahələrinə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 21.10.2016-cı il tarixli 0302 saylı və 21.10.2016-cı il tarixli, 03.03 saylı müvafiq alğı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi, qarşılıqlı iddi a tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir;

14. Gəncə Apellyasiya Məhkəməsinin 2(001)-985/2019 saylı, 06 fevral 2019-cu il tarixli qəraradadına əsasən maraqlı şəxs Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(061)-2151/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin baxılması üçüçn aiddiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır;

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2201/20119 saylı, 15.05.2019- cu il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh2 cavab İddiaçı qarşı “öhdəliyin icrasına məcburetmə və qeyri-yaşayış sahələrinin mülkiyyətinə keçirilməsi” tələbinə dair ilk, İddiaçı Cavabdeh2 qarşı “pul, qeyri-yaşayış sahələrinə dair alğısatqı müqavilələr inin bağlanmış hesab edilməsi və həmin obyektlər üzrə onun mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizələri, əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılmışdır;

16. Cavabdeh1 MMC tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış məktuba əsasən 21.10.2016-cı il tarixli,03-02 saylı və 21.10.2016-cı il tarixli, 03-03 saylı alğı-satqı müqavilələrinə əsasən Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 3 saylı 68 kv.m olan qeyri-yaşayış sahələri alğı-satqı müqavilələri bağlandığı andan İddiaçı istifadəsində və sahibliyindədir; İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 17 İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavab dehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyriyaşayış sahələrinin alğı-satqısına dair bağlanmış 18.09.2017-ci il tarixli, 03.02.2017 saylı və 18.09.2017-ci il tarixli, 03.03.2017 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv. metr və 3 saylı 68 kv.metr olan qeyri-yaşayış sahələri nin Cavabdeh3 Səlahəddinə satmışdır. Onlar bu barədə 18.09.2017-ci il tarixli, 03.02.2017 saylı və 18.09.2017-ci il tarixli, 03.03.2017 saylı alqısatqı müqavilələri bağlamışlar. Qeyd olunmuş qeyri-yaşayış sahələri ilə bağlı onunla Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 arasında 21.10.2016-cı il tarixli, 03-02 saylı və 21.10.2016-cı il tarixli, 03-03 saylı müqavilələr vardır. Belə ki, aralarında olan 21.10.2016-cı il tarixli, 03-02 saylı müqaviləyə əsasən o, Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi 204.400 manata və 21.10.2016-cı il tarixli, 03-03 saylı müqaviləyə əsasən həminbinada yerləşən 3 saylı 68 kv. metr olan qeyri-yaşayış sahəsi 190.400 manata ona satılmasına dair müqavilə bağlamış və tərəfindən hər iki obyektin dəyəri “xxxx” MMC-yə tam ödənilmişdir. Cavabdeh2 sonradan ona təklif etmişdir ki, həmin iki obyekti ona versin və o, əvəzində Şamaxı rayonunun, Şiş kəndində inşa edilmiş fərdi yaşayış evini (villa) tam təmirli şəkildə onun mülkiyyətinə verəcəkdir. Onlar razılaşmış və bununla bağlı aralarında 01.09.2017-ci il tarixli akt tərtib etmişlər. Lakin, Cavabdeh2 bu razılaşmanı yerinə yetirməmişdir. Bununla bağlı məhkəmə mübahisəsi olmuş və Tərtər Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq qeyri-yaşayış sahələri ilə bağlı alğısatqı müqavilələri bağlanmış hesab edilmişdir. Cavabdeh2 Cavabdeh3lə müqavilə bağlayarkə n qeyri-yaşayış sahələri sahibliyində olmuşdur. Onlar müqavilə bağlayarkən bunu nəzərə almamış və sahibliyində olan əmlak barədə qərar qəbul etmişlər. Eyni zamanda müqavilələrdə obyektin dəyəri göstərilməmiş, məbləğ ödənilməmiş və ödəniş çeki olmamışdır. Buna görə də həmin müqavilələr etibarsız hesab edilməlidir

19. Daha sonra İddiaçı iddiaya əlavə təqdim edərək, ilk tələbi ilə yanaşı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m ola qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun tanınması və həmin qeyriyaşayış sahələrinin istifadə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 əsl Cavabdeh1 MMC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatəti əsasında Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 əsl Cavabdeh1 MMC ilə əvəz etmişdir

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 iyun 2019-cu il tarixli, 2(001)-1437/2019 saylı qətnaməsi ilə (hakim F.Abdiyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli, 03-02-2017 saylı və 18 sentyabr 2017-ci il tarixli, 03-03-2017saylı müqavilələr qismən, müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyri-yaşayış sahələrinin təhvil verilməsinə aid hissədə etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m ola qeyri-yaşayış sahələri İddiaçı istifadə və sahibliyinə verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “Cavabdeh1 MMC, mübahisəli qeyri-yaşayış sahələrini ilk dəfə 21.10.2016-cı il tarixdə İddiaçı sahibliyinə verilmiş və sonuncu, bu əmlaklara həm müqavilə müddəti, həm də faktiki baxımdan ilk olaraq yiyələnməklə onu əldə etmişdir. Başqa sözlə, mübahisəli əmlaklar həmin vaxtdan məhz İddiaçı mülkiyyətinə keçmişdir. Ona görə də hesab etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyri-yaşayış sahələri İddiaçı istifadə və sahibliyinə verilməlidir.

22. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisəli əmlaklar İddiaçı verildiyindən Cavabdeh1 MMC-nin məhz həmin əmlakları Cavabdeh3 vermək imkanı obyektiv səbəbdən mümkünsüz olmuşdur. Çünki, MMC-nin, özündə olmayan və İddiaçı məxsus mənzilə sərəncam vermək hüququ yox idi.

23. Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış müqavilələrin mübahisəli olan əmlaklara aid hissəsinin etibarsız sayılması, həmin əqdin digər hissələrinin də (bütövlükdə) etibarsız hesab edilməsi və Cavabd eh1 MMC-nin Cavabdeh3 qarşısındakı öhdəlikdən azad olması üçün əsas deyil. Ona görə ki, bu tərəflər arasındakı münasibət Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyri-yaşayış sahələrinin alğı-satqısı ilə bağlı yaranmışdır. “Cavabdeh1 MMC 18.09.2017-ci il tarixli müqavilə ilə həmin göstəricilərdə olan əmlakları Cavabdeh3 verməyi, sonuncu isə mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Başqa sözlə, Cavabdeh3 müqaviləni bağlayarkən təmin etmək istədiyi mənafe sözügedən binada sahəsi 73 kv.m və 68 kv.m olan qeyriyaşayış sahələrini almaq olmuşdur. Bütün bunlar onu göstərir ki, həmin müqavilə mənzilin nömrəsi barəd ə məlumat daxil edilməsəydi belə, bağlana bilərdi. Odur ki, Cavabdeh1 MMC-nin yuxarıda göstərilən obyektiv mümkünsüzlük səbəbindən məhz 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyri-yaşayış sahələrini verməsinin mümkün olmaması, müqavilənin bütövlükdə etibarsız sayılmasına, MMC-nin Cavabdeh3 müqavilədəki göstəricilərə uyğun mənzil vermək öhdəliyinin aradan qalxmasına səbəb ola bilməzdi.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 337.1, 352, 385.1, 399.1., 425.1, 427.4, 442, 443.5, 448.1, 452.1, 556.1, 752.1-ci maddələri, Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

26. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-12924/2019 nömrəli iş üzrə 21 noyabr 2019cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(001)-1437/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin olunaraq Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli 03-02-2017 saylı və 18 sentyabr 2017-ci il tarixli 03-03-2017 saylı müqavilələrin qismən, müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 sayl ı 73 kv.m və 3 saylı 68 kv.m qeyri-yaşayış sahələrinin təhvil verilməsinə aid hissədə etibarsız hesab olunması, həmin qeyri-yaşayış sahələrinin İddiaçı istifadəsinə və sahibliyinə verilməsi hissələrində ləğv edilərək, iddia tələbləri həmin hissələrdə də təmin olunmamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Nəzərə alınmalıdır ki, Cavabdeh3 tərəfindən iddiaçının istinad etdiyi müqavilələrin artıq ləğv olunduğu və məhz bundan sonra onunla müqavilələr bağlandığı irəli sürüldüyündən sözügedən sənədlərin əsli həm İddiaçı, həm də Cavabdeh1 MMC-dən tələb edilmiş, lakin onların məhkəməyə təqdi m edilməsi təmin olunmamışdır.

28. Apellyasiya instansiyas məhkəməsi hesab etmişdir ki, hətta müvafiq müqavilələrin əsli təqdim edilsəydi belə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşdığı qənaətinə gəlmək mümkün olmazdı; belə ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 MMC və onun təsisçisi Cavabdeh2 ilə İddiaçı arasında 01 sentyabr 2017-ci il tarixdə mülkiyyətin dəyişdirilməsi barədə akt” tərtib edilmiş, həmin akta əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 1 girişli A bloku hesab edilən 2-ci mərtəbəsində yerləşən 2 saylı 73 kv.m və 3 saylı 68 kv.m olan qeyri-yaşayış sahələrini Cavabdeh2 verməyi, əvəzində Şamaxı rayonunun Pirqulu qəsəbəsində inşa edilmiş və təmirə başlanmış 2 mərtəbəli həyətyanı evi öz mülkiyyətinə qəbul etməyi öhdəsinə götürmüş, Cavabdeh2 Pirqulu qəsəbəsindəki sözügedən evi 01 mart 2018-ci il tarixinə qədər tam təmirli vəziyyətdə ona təhvil verməyə zəmanət vermiş, 18 sentyabr 2017-ci il tarixdə isə mübahisəsi gedən qeyri-yaşayış sahələrinin Cavabdeh3 satılması barədə MMC ilə sonuncu arasında müqavilələr bağlanmışdır. Göründüyü kimi, hətta iddiaçı ilə müvafiq müqavilələrin həqiqətən də bağlanmış olduğu qəbul edilsə belə, onların sonradan qarşılıqlı razılıq əsasında ləğv edildiyi və bundan sonra əmlakların Cavabdeh3 satıldığı nəticəsinə gəlinməlidir; bu isə o deməkdir ki, İddiaçı hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürməyə subyektiv hüquq sahibi deyildir – çü nkü Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir (maddə 531.1). Başqa sözlə, 01.09.2017-ci il traixindən etibarən İddiaçıla MMC arasında tamamilə yeni öhdəlik münasibətləri yaranmış, mübahisəsi gedən qeyri-yaşayış sahələrinə münasibətdə onun hər hansı hüququ qalmamışdır. Bu qənaətə gələrkən kollegiya xüsusilə nəzərə alır ki, iş materiallarından iddiaçı ilə MMC arasında tərtib olunmuş 01 sentyabr 2017-ci il tarixli aktın MMC-nin adı çəkilən təsisçisinin müvafiq öhdəliyini (Şamaxı rayonunun Pirqulu qəsəbəsində inşa edilmiş və təmirə başlanılmış 2 mərtəbəli yaşayış evinin 01 mart 2018-ci il t arixinə qədər tam təmirli vəziyyətdə təhvil verilməsi öhdəliyini) yerinə yetirməməsi səbəbindən 02 mart 2018-ci il tarixdə onların öz aralarındakı növbəti razılaşma əsasında ləğv edildiyi aydın olur; Cavabdeh3lə müqavilələr isə məhz 01 sentyabr 2017-ci il tarixli aktın qüvvədə olduğu, yəni iddiaçının istinad etdiyi müqavilələrin artıq ləğv edildiyi dövrdə bağlanmaqla, MMC-nin (yaxud onun təsisçisinin) İddiaçı qarşısında yaranmış yeni öhdəliyini icra etməmiş olması, sonuncuya, Cavabdeh3lə bağlanmış müqavilələri mübahisələndirmək hüququ vermir. Digər tərəfdən qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verildiyindən, tətbiq edilməli olan hüququn tətbiq edilməməsi, tətbiq edilməli olmayan hüququn səhv təhv təfsir edilərək tətbiq edilməsi nəticəsində düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmi şdir. Kassasiya baxışının hədləri

33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

34. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəm ə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 38. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 39. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 40. 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 41. 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı o nun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi; 42. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 43. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Mülki Prossesual Məcəllə 44.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1) 46 Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) 47.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2) Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 41 6) 48 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi 49 Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 50 Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarını tətbiq etmişdir. 51 Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 52 Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12924/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar