Məhkəmə qərarları › İş №2(102)-69/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-69/2022

26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-69/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X11 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2114/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İB X1 keçmiş rəisi C avabdeh İsrayıl oğlunun 30 sentyabr 2010-cu il tarixdə hadisə yerinə gedərkən xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək rəisinin 27 dekabr 2020-cu il tarixli əmri ilə Təhqiqat komissiyası yaradılmış, Təhqiqat aktı, habelə “İZ” formasını əks etdirən İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında AKT tərtib olunmuşdur.

2. Cavabdehə bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə 07.07.2011-ci il tarixdə müavinət təyin olunmuş və 01.06.2017-ci il tarixdə həmin müavinət iddiaçı tərəfindən dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət e dərək, 56418,23 manat əsas pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, İddiaçı MMC-nin tabe strukturu olan X1 keçmiş rəisi Cavabdeh rəhbər vəzifədə çalışdığı dövrdə qanunsuz və əsassız olaraq özünün təsdiq etdiyi “Əmək vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət almış işçiyə dəymiş zərərin ödənilməsi barədə” 07 iyul 2011-ci il tarixli, 63 saylı əmrlə özünə 610,40 manat aylıq müavinət təyin etmişdir. Sonradan bu mbləğ 10 dekabr 2013-cü il tarixli, 114 nömrəli əmrlə 738,58 manat müəyyən edilmişdir. Cəlilabad TKQ-nin İddiaçı MMC-yə təqdim etdiyi hesabata əsasən Cavabdeh İddiaçı MMC-nin tabe qurumu Cəlilabad TKQ-dən ümumilikdə 56418, 23 manat pulu əsassız varlanma yolu ilə mənimsəmişdir. Cavabdeh 07 iyul 2011-ci il tarixli, 63 saylı əmrini 30 sentyabr 2010-cu il tarixində saat 12:30 radələrində Cəlilabad rayon Sərhədabad yolunun Koroğlu küçəsi ilə kəsişdiyi yerdə X6 məxsus “VAZ 2101” markalı, ** DZ *** dövlət nömrə nişanlı minik avtomobilində hərəkətdə olarkən baş vermiş nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətə görə 30 saylı X18 Komissiyasının SER.TES-01 nömrəli 13/257 müayinə aktından çıxarışa əsasən 2-ci qrup əlillik dərəcəsi alması ilə əsaslandırmışdır. Cavabdeh 07 iyul 2011-ci il tarixli, 63 saylı əmrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003cü il tarixli 03 saylı qərarına istinad etmişdir. Cavabdeh Cəlilabad TKQ-nin rəisi vəzifəsində işləməklə İddiaçı MMC-nin işçisi olmuşdur. Cəlilabad TK Q hüquqi şəxs olmamaqla onun rəhbəri də işə götürən hesab olunmur. Belə ki, belə əmrlə yalnız işəgötürən tərəfindən və ya onun bu barədə səlahiyyət verdiyi digər şəxs tərəfindən verilə bilərdi. Amma cavabdeh ona verilmiş səlahiyyətdən istifadə edərək həm də bunun öz xeyrinə etməklə Cəmiyyətə xeyli miqdarda zərər vurmaqla özgə əmlak hesabına əsassız varlanmışdır. Belə ki, qeyd olunan vəsaitin qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən 2 mənimsənilməsi faktları bununla məhdudlaşmır. Əlavə olaraq müayinə aktından müəyyən olur ki, 2-ci qrup əlillik ona ümumi xəstəliyə görə verilmişdir. Bütün bu kimi hallar onu təsdiq edir ki, cavabdeh heç bir qanuni əsas olmadan Cəmiyyətə məxsus vəsait hesabına əsassız varlanaraq ümumilikdə 48232 manat pul vəsaitini əldə etməklə mənimsəmişdir. Azərbaycan R espublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi ilə nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıdığı qeyd olunur. Lakin cavabdehin xəsarət alması əməyin mühafizə qaydalarının pozulması nəticəsində deyil, baş vermiş yol nəqliyyat qəzası nəticəsində olmuşdur. Həmin yol-nəqliyyat qəzasının törədilməsində təqsirkar olan X12 və X3 rayon məhkəməsinin 18 may 2011-ci il tarixli hökmünə əsasən CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum edilmişdir. Ona görə də aldığı xəsarətə görə Cavabdeh ay lıq ödənc müəssisədən deyil, tələb etdiyi halda hadisədə təqsirkar olan sürücülər X12 və X5 alınmalı idi. 10 saylı Region üzrə X10 30 sentyabr 2010-cu il tarixli bədbəxt hadisə ilə bağlı tərtib etdiyi təhqiqat aktının altıncı bölməsinin birinci abzasında qeyd edilir ki, təhqiqat aktının dördüncü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində Cəlilabad TKQ-nin vəzifəli şəxslərinin cavabdehliyi nəzərdə tutulmur. İşdə olan 27 fevral 2019-cu il tarixli, 2/367 nömrəli maliyyə arayışından da göründüyü kimi cavabdehə ümumilikdə 56418,23 manat qanunsuz ödənc olmuşdur.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Cəlilabad TKQ-nin 07 iyul 2011-ci il tarixli, 63 saylı əmri X10 iştirakı ilə hazırlanmış əmrin arxasında öz imzası və möhürü ilə təsd iqlənmişdir. Ona verilən müavinət o, işdən azad olunduqdan sonra İddiaçı İB-nin baş direktoru işləmiş M.Məmmədovun və Cəlilabad TKQ-nin keçmiş rəisi Z.Məmmədovun verdiyi rəsmi göstəriş əsasında həyata keçirilmiş və bütün ödənişlər keçmiş rəis Z.Məmmədovun imzası ilə aparılmışdır. Ödənişlərə Aztelekom İB-nin müvafiq şöbələri tərəfindən nəzarət olunmuşdur. Ona görə də həmin vaxtda bütün vəsaitlərin verilməsinə İddiaçı İB-nin razılığı olmadan aparmaq qeyri mümkün idi. Cəlilabad TKQ-nin keçmiş rəisi Z.Məmmədovun işlədiyi 01 dekabr 2011-ci il tarixdən 25 may 2017-ci il tarixə kimi həmin vaxt onun imzası ilə mütəmadi olaraq ödənilmiş və bu illər ərzində Aztelekom İB heç bir iradını bildirməmişdir. Lakin 16 may 2017-ci il tarixdə maliyyə pozuntularına görə onun işdən çıxarılması üçün ərizəsi alın mış və həmin vəsaitin ödənişi Z.Məmmədov tərəfindən təmin edilmiş, bundan sonra onun səlahiyyətlərinə xitam verilmişdir. Əlavə olaraq o vəzifə səlahiyyətlərini yerinə yetirərkən ağır yol qəzasına düşmüş və hadisə əmək müfəttişinin apardığı komissiyanın və Respublika Əmək Müfəttişliyinin qəbul etdiyi qərara əsasən bədbəxt hadisə kimi qeydə alınmışdır. Buna görə də ona X10 hazırladığı 07 iyul 2011-ci il tarixli, 63 saylı əmrlə və İddiaçı İB-nin razılığı ilə müavinət təyin edilmişdir. Hazırda yüksək təzyiq və ürək xəstəsidir. Aldığı xəsarətlərə görə dəfələrlə müalicə almışdır.

6. Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 24 oktyabr 2019-cu il tarixli, 2(073)1657/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçınə məxsus 56418,23 (əlli altı min dörd yüz on səkkiz man at iyirmi üç qəpik) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçınə verilməsi qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 1090-cı və 1091-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, X14 Xidməti tərəfindən tərtib edilmiş təhqiqat aktının 6-cı bəndinə əsasən Cavabdeh 30 sentyabr 2010-cu il tarixdə, saat 12:30-da baş vermiş, xəsarətlə nəticələnən bədbəxt hadisənin baş verməsində Cəlilabad TQK-nın vəzifəli şəxslərinin cavabdehliyi nəzərdə tutulmamış, lakin Cavabdeh 07 iyul 2011-ci il il tarixli, 63 saylı əmrlə hər ay zərərə görə cavabdeh tərəfindən özünə 610 manat ödəncin ödənilməsinə dair əsassız olaraq əmr vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və F.Sultanov) 17 avqust 2021-ci il tarixli, 2(106)-1077/20 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1657/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, 30 sentyabr 2010-cu il tarixdə, saat 12:30-da baş vermiş, Cavabdeh xəsarətlə nəticələnən bədbəxt hadisə nəticəsində cavabdeh rəis kimi özünə iş vaxtı avtoqəza nəticəsində xəsarət alması ilə əlaqədar olaraq müavinət təyin etsə də, həmin bədbəxt hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən tərtib edilmiş təhqiqat aktının 6- cı bəndinə əsasən Cavabdeh 30 sentyabr 2010-cu il tarixdə, saat 12:30-da baş vermiş, xəsarətlə nəticələnən bədbəxt hadisənin baş verməsində Cəlilabad TKQ-nin vəzifəli şəxslərinin cavabdehliyi nəzərdə tutulmamışdır. Bu isə Cəlilabad rayon Telekommunikasiya Qovşağının cavabdehliyi nəzərdə tutulmadığı halda onun tərəfindən 07 iyul 2011-ci il tarixli, 63 əmrlə hər ay zərərə görə cavabdeh tərəfindən özünə 610 manat ödəncin ödənilməsinə dair əsassız olaraq əmr verildiyini ehtiva edir. Belə olan halda həmin hadisə ilə əlaqədar cavabdeh tərəfindən barəsində müavinət təyin edilməsi və həmin əmr əsasında ona pul vəsaitinin ödənilməsi heç bir hüquqi əsas olmadan və iddiaçının hesabına öz əmlak vəziyyətini yaxşılaşdırılmasına yönəldilmiş hərəkət kimi dəyərləndirilməlidir. c) Kassasiya instansiyası məh kəməsindəki icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) 2(102)-1153/2021 nömrəli iş üzrə 16 mart 2021- cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1077/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi şərh olunan təhqiqat aktının məzmununa bütünlüklə qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1095-ci maddəsində “kəsici müddət” kimi təsbit olunmuş iki il müddətin keçməsini nəzərə almamışdır. Həmin maddəyə görə: “Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Allahyarov (sədrlik edən və məruzəçi), Z.Zeynalov və M.Həsənov) 06 iyul 2021-ci il tarixli, 2(106)-2114/21 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)1657/19 saylı, 24 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

13. Apellyasiya inst ansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı müavinətin təyin olunmasından məlumatlı olmuş, eyni zamanda X1 rəisi Z.Məmmədov 17.0.5.2017-ci il tarixli əmrinə əsasən müavinəti dayandırmış, lakin Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə 2019-cu ilin iyul ayının sonunda müraciət etmişdir. Bununla da iddiaçı 2 il müddətində hazırkı tələblə məhkəməyə müraciət etməməklə bu hüququna xitam vermişdir. Birinci instansiya məhkəməsi “kəsici müddət” kimi təsbit olunmuş iki il müddətin keçməsini nəzərə almamışdır.

14. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi istər təmsil etdiyi cəmiyyətin cavabdehə göndərdiyi 29.05.2019-cu il tarixli bildirişdə, istərsə də iddia ərizəsinin 2-ci səhifəsinin 5-ci abzasında Cavabdeh 48232(qırx səkkiz min iki yüz otuz iki) manat məbləğind ə pul vəsaitini əsassız varlanma yolu ilə mənimsədiyini göstərsə də iddia ərizəsinin sonunda 56418,23 (əlli altı min dörd yüz on səkkiz manat, iyirmi üç qəpik) manat tələb olunmasına aydınlıq gətirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabada TKQ-nin İddiaçı MMC-yə təqdim etdiyi hesaba əsasən Cavabdeh İddiaçı MMC-nin tabe qurumu Cəlilabad TKQ-dən ümumilikdə 6418.23 (əlli altı min dörd yüz on səkkiz manat 23 qəpik) manat pulu əsassız varlanma yolu ilə mənimsəmişdir. Cavabdeh 07.07.2011-ci il tarixli, 63 saylı əmri 30 sentyabr 2010-cu il tarixində saat 12:30 radələrində Cəlilabad rayonu Cəlilabad-Sərhədabad yolunun Koroğlu küçəsi ilə kəsişdiyi yerdə X7 məxsus VAZ -2101 markalı, ** DZ *** dövlət nömrə nişanlı minik maşınında hərəkətdə olarkən baş vermiş nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətə görə 30 saylı Zona Tibb Sosial Ekspert Komissiyasının SER.TES-01 nömrəli 13/257 müayinə aktından çıxarışa əsasən 2-ci qrup əlillik dərəcəsi alması ilə əsaslandırmışdır. Cavabdeh eyni zamanda 07.07.2011-ci il tarixli, 63 saylı əmrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 saylı “İstehsalatda qəzalı və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqq ında” qərarına istinad etmişdir. Cavabdeh Cəlilabad TKQ-nin rəisi vəzifəsində işləməklə İddiaçı MMC-nin işçisi olmuşdur. Cəlilabad TKQ hüquqi şəxs olmamaqla onun rəhbəri də işəgötürən hesab edilmir. Belə ki, belə əmrlər yalnız işəgötürən tərəfindən (İddiaçı MMC-nin baş direktoru) və ya onun bu barədə səlahiyyət verdiyi digər şəxs (müavinləri və s.) tərəfindən verilə bilərdi. Amma, cavabdeh ona verilməmiş səlahiyyətdən istifadə edərək, həm də bunu öz xeyrinə etməklə, Cəmiyyətə xeyli miqdarda zərər vurmaqla özgə əmlakı hesabına əsassız varlanmışdır. Belə ki, qeyd olunan vəsaitin qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən mənimsənilməsi faktları bununla məhdudlaşmır. Əlavə olaraq qeyd edilir ki, müayinə aktından da müəyyən olur ki, 2-ci qrup əlillik ona ümumi xəstəliyə görə təyin edilmi şdir. Bütün bu kimi hallar onu təsdiq, edir ki cavabdeh heç bir qanuni əsası olmadan Cəmiyyətə məxsus vəsait hesabına əsassız varlanaraq, ümumilikdə 48232 (qırx səkkiz min iki yüz otuz iki) manat pul vəsaitini əldə etməklə mənimsəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 03 nömrəli qərarının 1.1-ci bəndində işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıdığı qeyd edilir. Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq ödənclər verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası işçinin sağlamlığı və səhhətinə ziyan vurulduğu halda işəgötürən maddi məsuliyyət daşıyır. Lakin Cəlilabad TKQ-nin rəisi vəzifəsində işləmiş Cavabdeh xəsarət alması əməyin mühafizə qaydalarının pozulması nəticəsində deyil, baş vermiş yol nəqliyyat qəzası nəticəsində olmuşdur. Həmin yol nəqliyyat qəzasının törədilməsində təqsirkar olan X12 və X3 Rayon Məhkəməsinin 18 may 2011-ci il tarixli, 1(073)-75/2011 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 236.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum olunmuşdur. Ona görə də ald ığı xəsarətə görə Cavabdeh aylıq ödənc müəssisədən deyil, tələb etdiyi halda hadisədə təqsirkar olan sürücülər X8 və X5 alınmalı idi. 10 saylı Region üzrə X10 30 Sentyabr 2010-cu il tarixli bədbəxt hadisə ilə bağlı tərtib etdiyi təhqiqat aktının altıncı bölməsinin birinci abzasında qeyd edilir təhqiqat aktının dördüncü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində Cəlilabad TKQ-nin vəzifəli şəxslərinin cavabdehliyi nəzərdə tutulmur. İş materiallarına əlavə edilmiş Cavabdeh 30 sentyabr 2010-cu il tarixdə baş vermiş bədbəxt hadisəni təhqiq edən komissiyaya verdiyi 06.01.2011-ci il tarixli izahatında ona verilən “hadisə ilə bağlı kimləri təqsirkar hesab edirsən” sualına verdiyi “təqsirkar bizim yolun hərəkət istiqamətinə çıxan avtomaşının sürücüsünü hesab edirəm” cavabından görünür ki, bə dbəxt hadisə nəticəsində cavabdehə dəymiş ziyanda işəgötürənin, yəni İddiaçı MMC-nin tabe qurumu Cəlilabad TKQ-nin heç bir təqsiri yoxdur. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, 30 sentyabr 2010-cu ildə baş vermiş bədbəxt hadisə nəticəsində işəgötürən təqsirkar deyildir və cavabdehin özünün təsdiq etdiyi əmrlə özünə müavinət təyin etməsinin heç bir hüquqi əsası olmadığından əsassız varlanma hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xa hiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

20. Maddə 239, hissə

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi il ə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır

24. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

31. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 tərəfindən verilmiş 27 dekabr 2010-cu il tarixli, 236 T saylı əmrin surətindən görünür ki, İddiaçı İB X1 rəisi Cavabdeh İsrayıl oğlunun 30 sentyabr 2010-cu il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiq və edilməsi məqsədi ilə təhqiqat komissiyası yaradılmışdır.

32. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Rabitə və Texnologiyalar Nazirliyinin İddiaçı X4 Telekommunikasiya Qovşağı rəisi Cavabdeh 30 sentyabr 2010-cu il tarixdə, saat 12:30-da baş vermiş, xəsarətlə nəticələnən bədbəxt hadisənin təhqiqa t aktının 6-cı bəndindən görünür ki, hadisənin baş verməsində X1 vəzifəli şəxslərinin cavabdehliyi nəzərdə tutulmur. Cavabdeh xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiq və uçota alınması qaydaları”-nın 1,2-ci bəndinin birinci abzasına əsasən istehsalatda baş verən bədbəxt hadisə hesab olunması, İZ formalı akt ilə rəsmiləşdirilməsi, X2 uçota alınması, İZ formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsinin X1 rəhbərliyinə həvalə edilməsi, zərərə görə ödəncin verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 saylı qərarına əsasən həll edilməsi göstərilmişdir.

33. Həmin aktın 4-cü bənd indən görünür ki, avtoqəza ilə nəticələnmiş yol nəqliyyat hadisəsinin bədbəxt hadisə olması göstərilmişdir.

34. Azərbaycan Respublikası Rabitə və Texnologiyalar Nazirliyinin İddiaçı X4 Telekommunikasiya Qovşağı tərəfindən (rəis Cavabdeh imzası ilə) verilmiş 20 dekabr 2010-cu il tarixli məktubun surətindən görünür ki, Cavabdeh 30 sentyabr 2010-cu il tarixdə saat 12 radələrində iş vaxtı avtoqəza nəticəsində xəsarət alaraq 30 sentyabr 2010-cu il tarixdən 26 oktyabr 2010-cu il tarixədək Cəlilabad rayon xəstəxanasında yatmışdır.

35. Azərbaycan Respublikası Rabitə və Texnologiyalar Nazirliyinin İddiaçı X4 Telekommunikasiya Qovşağı tərəfindən (rəis Cavabdeh imzası ilə) verilmiş “Əmək vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət almış işçiyə dəyən zərərin ödənilməsi barədə” 07 i yul 2011ci il tarixli, 63 əmrdən görünür ki, həmin əmrlə Cavabdeh 30 sentyabr 2010-cu il tarixdən hər ay zərərə görə 610 manat ödəncin ödənilməsi əmr edilmişdir.

36. Azərbaycan Respublikası Rabitə və Texnologiyalar Nazirliyinin İddiaçı X4 Telekommunikasiya Qovşağı tərəfindən verilmiş 06 avqust 2012-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 10 sentyabr 2010-cu il tarixdə iş vaxtı ağır bədən xəsarəti aldığına görə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində X10 18 yanvar 2011-ci il, 07C/3-6-20(T) saylı rəyi əsasında ona ayrılmış 610,53 manat müavinəti 01 avqust 2010-cu il tarixə kimi ona tam ödənilmişdir.

37. Azərbaycan Respublikası Rabitə və Texnologiyalar Nazirliyinin İddiaçı X4 Telekommunikasiya Qovşağı tərəfindən (rəis Zaur Məmmədovun imzası ilə) verilmiş “Zərərə görə ay lıq ödəncin artırılması barədə” 10 dekabr 2013-cü il tarixli, 114 əmrdən görünür ki, həmin əmrlə Cavabdeh 30 sentyabr 2010-cu ildən zərərə görə təyin olunmuş 610 manat məbləğin 10 faiz artırılmasının nəzərə alınması, aparılmış hesablaşmaya uyğun olaraq 01 aprel 2013-cü il tarixdən 671,44 manat, 01 oktyabr 2013-cü il tarixdən 738,58 manat hesablanması əmr edilmişdir.

38. Azərbaycan Respublikası Rabitə və Texnologiyalar Nazirliyinin İddiaçı X4 Telekommunikasiya Qovşağı tərəfindən (rəis Zaur Məmmədovun imzası ilə) verilmiş “Cavabdeh əmək müqaviləsinə xitam verilməsi” barədə 17 may 2017-ci il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə Cavabdeh 17 may 2017-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xi tam verilməsi və son haqqhesabın ödənilməsi, eyni zamanda Cavabdeh öz özünə müavinət təyin etməsinin araşdırılmaq üçün baş idarəyə göndərilməsi, araşdırılmanın nəticəsi sona çatana kimi ona ödənilən müavinətin dayandırılması əmr edilmişdir.

39. Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon Şöbəsi tərəfindən verilmiş 26 aprel 2013-cü il tarixli, 79/7106 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən 10 iyul 2011-ci ildən 30 aprel 2013-cü ilə kimi İİ qrup əlil kimi 159,40 manat pensiya almışdır.

40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 30 sentyabr 2010-cu il tarixdə Cavabdeh İsrayıl oğlunun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək rəisinin 27 dekabr 2020-cu il tarix li əmri ilə istehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılmışdır. Sonuncu tərəfindən “Təhqiqat aktı” tərtib olunmuşdur. Həmin təhqiqat aktı məntiqi ardıcıllıqla aşağıdakı bəndlər üzrə tərtib olunmuşdur: 1.Zərərçəkən barədə məlumat. 2.Müəssisənin, sahənin, iş yerinin xarakteristikası. 3.Bədbəxt hadisənin şəraiti. 4.Bədbəxt hadisənin səbəbləri. 5.Bədbəxt hadisənin səbəblərinin aradan qaldırılması üzrə tədbirlər. 6.Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi. Təhqiqat aktının həmin bəndlərinə əsasən bədbəxt hadisənin baş verməsində X1 vəzifəli şəxslərinin cavabdehliyi nəzərdə tutulmasa da, qeyd olunan 1-5-ci bəndlərin məzmununa əsasən əməyin mühafizəsi qaydalarına əməl ol unmamasına görə işə götürənin təqsirinin olduğu müəyyən edilmişdir. Bundan əlavə həmin təhqiqat aktına əsasən “İZ” formasını əks etdirən İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında AKT tərtib olunmuşdur. 41. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəs inin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.

42. İddiaçı tələbinin qanuni əsası kimi həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2 və 1092.1-ci maddələrinə əsaslanmışdır.

43. Cavabdehə bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə 07.07.2011-ci il tarixdə müavinət təyin olunmuş və 01.06.2017-ci il tarixdə həmin müavinət iddiaçı tərəfindən dayandırılmışdır.

44. Göründüyü kimi, iddiaçı müavinətin təyin olunmasından məlumatlı olmuş, eyni zamanda X1 rəisi Z.Məmmədov 17.0.5.2017-ci il tarixli əmrinə əsasən müavinəti dayandırmış, lakin Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə 2019-cu ilin iyul ayının sonunda müraciət etmişdir. Bununla da iddiaçı 2 il müddətində hazırkı tələblə məhkəməyə müraciət etməməklə bu hüququna xitam vermişdir.

45. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşmır ona görə ki, cavabdehin xəsarət aldığı hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunması barədə sözügedən Təhqiqat aktı və İZ formalı akt qüvvəsində olduğu üçün cavabdehə edilmiş ödənişlər əsassız varlanma hesab edilə bilməz.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hall arının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2114/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar