Məhkəmə qərarları › İş №2(102)-691/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-691/2024

01.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-691/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı nın cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X2 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı nın cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı "hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4847/2023 nömrəli, 17 oktyabr 20 23-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 1 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)2688/2021 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 16 dekabr 2014cü il tarixli kredit müqaviləsi üzrə 23942,92 ABŞ dolları əsas, 37067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1197,15 ABŞ dolları məbləğində çıxmış fayda olmaqla, cəmi 62590 (altmış iki min beş yüz doxsan) ABŞ dolları məbləğində borcun məzənnə üzrə manatla tutulması, tutmanın İddiaçı mül kiyyətində olan ünvan 1ənzil ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzilin ilkin satış qiymətinin 89.550 (səksən doqquz min beş yüz əlli) manat müəyyən edilməsi, satışdan əldə olunan pul vəsaiti hesabına borc məbləğinin iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi və həmin vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh İddiaçı ümumi qaydada tutulması, daşınmaz əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 16.3.2022-ci il tarixli 2(103)-1519/2022 saylı qətnaməsinə əsasən tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Binəqəd i Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsi cavabdeh İddiaçı “Yelo Bank" ASC-nin xeyrinə 16 dekabr 2014-cü il tarıxli kredit müqaviləsi üzrə 37067,87 ABŞ dolları faiz, 382,06 ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilməsi və cavabdeh İddiaçı ndan tutulacaq faiz borcunun məbləği 5358,48 ABŞ dolları, cərimə borcunun məbləği isə 1500 ABŞ dolları müəyyən edilməsi qət edilmişdir.

3. Cavabdeh1 xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 saylı məktubu ilə hərracın keçirilməsi haqqında sifariş Azərbaycan Respublikası Ədliyyə nazirliyi İcra Baş İdarəsinə, "xxxx" ASC, "xxxx" MMC və borclu İddiaçı na göndərilmişdir

4. X1 Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 18 noyabr 2022-ci il tarixli protokola əsasən Bakı şəhəri Binəqədi Rayo n Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-135263-16 saylı sifarişi üzrə tələbkar "xxxx" ASC tərəfindən yüklü edilmiş İddiaçı na məxsus Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 18 noyabr 2022-ci il tarixə saat 11:00-ə təyin edilmişdir. Göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” internet informasiya ehtiyatında eləcə də, "xxxx" MMC-nin rəsmi internet saytında elan verilməklə maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 18 noyabr 2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. O dur ki, 18 noyabr 2022-ci il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.

5. Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı na və "xxxx" ASC-yə göndərilən təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərrac 06 dekabr 2022-ci il tarixdə saat 11:00-da keçirilməsi nəzərdə tutulmuşdur. X1 Əmlak Hərrac Mərkəzi tərəfindən hərracın baş tutmamasına dair 6 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 6 dekabr 2022-ci il tarixə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.

6. Cavabdeh2 MMC tərəfindən "xxxx" ASC-yə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-2688/2021 saylı icra vərəqəsinə əsasən Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixl i 17/68135263-16 nömrəli sifarişi üzrə ipoteka ilə yüklü edilmiş İddiaçı na məxsus Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinin təkrar hərracdakı satış qiyməti olan 76117,5 manatın 25% az olmayan qiyməti 57088 manat təşkil edir. Həmçinin Azərbaycan Respublikası Əmlak Hərrac Mərkəzi tərəfindən "xxxx" ASC-yə verilmiş təklif İddiaçı və Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.

7. Cavabdeh2 MMC-nin Hərracın nəticələri haqqında 276-22 nömrəli protokolunun surətindən görünür ki, Binəqədi rayon İcra şöbəsinin sifarişi, Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il tarixdə İddiaçı na məxsus Ba kı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin 64 saylı təkrar hərracdakı satış qiymətinə 25 faiz endirimlə 57088,13 manata alıcı-ipoteka saxlayan Cavabdeh3 ASC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin 64 saylı yeganə mənzilinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinə dair Cavabdeh3 ASC-nin hüquqlarının dövlət qeydiyyatının ləğv olunması və mənzi lin onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddiaçı Cavabdeh3 ASC-nin qanunsuz iddia tələbini icraata götürməklə, ədalətsiz olaraq, bankın mənafeyi baxımından araşdırma aparılaraq bu müddət ərzində ödənişlərinin olmasını, yalnız devalvasiyadan sonra iş yerlərinin bağlanması nəticəsində gecikmələrinin yaranmasını, bu mənzilin yeganə mülkiyyətindəki mənzil olması kimi amilləri heçə sayaraq Cavabdeh3 ASC-nin qanunsuz iddia tələbini 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə qismən təmin etmişdir. Halbuki bankın sifarişi ilə dəfələrlə ekspertiza keçirilmiş, bankın şişirdərək tələbində yazdığı rəqəmlərə heç bir dəyişiklik etmədən qətnamə qəbul etmişdir. Həmin qətnamə üzrə ümumilikdə 6 2590 ABŞ dolları məbləğində borcun, ödənilmiş məhkəmə xərclərinin 55,60 manat hissəsinin tutulması, tutmanın mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Məhkəmə iddia tələbinə bu cür qanunsuz və ədalətsiz yanaşmaqla onsuz da ağır olan vəziyyəti daha acınacaqlı olmuş, həmin qətnamə ilə həm ödədiyi pullar əlindən çıxmış, həm də övladlarının, hazırda hərbi xidmətdə olan oğlunun və onun təmir etdirdiyi yeganə yaşadığı mənzildən məhrum edilmə təhlükəsi ilə üz-üzə qalmışdır. Həmin qətnamədən narazı qaldığından apellyasiya şikayəti verərək sözügedən qanunsuz və ədalətsiz qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(103)-1519/2022 saylı qətnaməsi il ə 16 dekabr 2014-cü il tarixli Cavabdeh3 ASC-nin onu borclandırdığı 37067,87 ABŞ dolları faiz borcu, 5358,48 ABŞ dollarına endirilərək, cərimə yazılmış 382,06 ABŞ Dolları 1500 ABŞ dolları müəyyən etməklə qətnamədə dəyişikliklər etmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almış və Cavabdeh1nə icra olunması üçün göndərilmişdir. Bütün bu müddət ərzində baxmayarq ki, Cavabdeh3 ASC qərəzlilik nümayiş etdirərək onu məhkəməyə vermiş, artıq faizlər və dəbbə pulları üzərinə yazmış, bütün bunlara baxmayaraq həmin müddətdə az da olsa ödənişlər edib, borcunu minimuma endirməyə çalışmışdır. Cavabdeh3 ASC-ni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilini hərraca çıxaracağı, ailə üzvlərini küçəyə atacağı kimi təzyiqlər edərək, hazırda isə icra məmurları və hərrac mərkəzi adından zənglər edərək ona və ailə üzvlərinə evi boşaltmaq və evdən çıxmaq üçün müxtəlif təzyiqlər edirlər. Cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 ASC-nin rəhbərliyi və əməkdaşları onun xəbəri olmadan 2022-ci ilin dekabr ayında keçirdikləri hərracın yekunları barədə protokol və alqı-satqı barədə sənədləşmələrdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilini 57088,13 manat dəyəndirərək satıb, Cavabdeh3 ASC-nin mülkiyyətinə keçməsinə razılıqlarını ifadə edərək onun əvvəlcə ödədiyi 54000 manat, məhkəmələr müddətində ödədikləri pulları havaya sovuraraq əsassız varlanmaqla ona və ailə üzvlərinə qarşı düşmən kimi davranaraq mənzili mənimsəmək üçün bütün vasitələrdən istifadə etmişlər. Onun mülkiyyətində olan və ona məxs us Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilinin real satış qiyməti, təmiri də daxil olmaqla 130000 manat olsa da, hərracı keçirən hərracın təşkilatçısı Cavabdeh2 MMC rəhbərliyinin direktoru Vidadi Nuriyev cavabdehlərin sifarişi ilə keçirdiyi hərrac barədə ona ümumiyyətlə məlumat verməmişdir. Hətta Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 16 ünvanında yerləşən 64 nömrəli mənzilinə dair hərracın keçiriləcəyi gün barədə belə xəbərdar edilməmişdir. Hətta məhkəmə mübahisələri davam etdiyindən gələcəkdə keçirilə biləcək hərrac gününün təxirə salınaraq ona keçiriləcəyi gün barədə məlumat verilməsini xahiş etmişdir. Bu səbəblərdən cavabdehlərin sifarişləri və bir-birləri ilə əlbir olmaları səbəblərindən hərracda iştirak etmək hüququndan dol ayı yolla məhrum edilmişdir. Hərrac keçirilərkən mülkiyyətindəki mənzilin müxtəlif qanunsuzluqlara yol verilməklə onu məlumatlandırmadan, mənzilin mülkiyyətçisi olaraq ona və ailə üzvlərinə təklif edilmədən mənimsənilməsi və yeganə təmirli mənzilin satış qiymətinin bazar dəyərindən ən azı 3 dəfə aşağı qiymətləndirilmişdir. Əmlak qiymətləndirərkən cavabdeh "xxxx" ASC-nin rəhbərliyinin maraqları nəzərə alınaraq həddin artıq aşağı qiymət yazılmış, Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinin satış qiyməti Cavabdeh2 MMC rəhbərliyinin direktoru tərəfindən həddindən artıq ucuz qiymət olan 57088,13 manat kimi yazılması və evin "xxxx" ASC tərəfindən çox ucuz qiymətə satın alınması Cavabdeh2 MMC rəhbərliyinin direktoru, Cavabdeh1 və "xxxx" ASC-nin rəhbərliyi tərəfindən xəbəri olm adan əlindən alınması azmış kimi, indi də aillə üzvlərinin evdən çıxarılmasına təzyiqlər göstərilməsi ədslətsiz və qanunsuzdur. Cavabdehlərin bu günədək Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinə görə ödədiyi pullar nəzərə alınmayıb. Ən azından cavabdeh "xxxx" ASC-nin ona şişirdilmiş faiz və dəbbə pulu yükləməsi yeganə mənzilini mənimsəmək arzusunda olmasıdır.

10. Cavabdeh2 MMC iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, hazırki etiraz mülahizələrinə əlavə еdilən Bakı şhəri Вinəqədi rayon iсrа şöbəsindən "Əmlаk Нərrас Мərkəzi" ММС-уə ünvanlanmış 17/68-13 526З-16 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rауоn məhkəməsinin 2(001)-2688/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 89.55 0 manata olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Вinəqədi şosesi ünvanında yerləşən 16 nömrəli evin 64 saylı mənzilinin açıq hərrасdа satılması "xxxx" ММС-уə sifariş olunmuşdur. Sözügedən hərrас sifarişi üzrə ilkin hərracın kеçirilməsi 18 nоуаbr 2022-ci il, saat 11:00 təуin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, о cümlədən borclu Əliyeva Хurаmаna, eləcə də tələbkar "xxxx" ASC-yə bildirş göndərilmişdir. ilkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet informasiya Ehtiyatında dərc olunmuş və həmin elan eyni zamanda hərrас təşkiatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Hazırkı etiraza əlavə еdilən hərracın baş tutmamasına dair 18 nоуаbr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıd a göstərilən tаriхə təуin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 18 nоуаbr 2022-ci il tаriхinə təyin edilmiş hərrас baş tutmadığından həmin mənzil ilkin satış qiуmətindən 15% aşağı qiуmətə, yəni 76.117,5 manata olmaqla, 06 dekabr 2022-ci il tarixə, saat 11:00-ə təkrаr açıq hərrаса çıxarılmış və təkrаr hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet infоrmаsiуа ehtiyatında dərс olunmuş və həmin elan həmçinin hərrас təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tаriхə təyin edilmiş ilkin hərrас hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-ə təyin edilmiş hərracın baş tutmaması barədə məlumаt "Birjanyus" internet informasiya Ehtiyatında və hərracın təşikatlçısının rəsmi internet səhifəsində də dərс olunmuşdur. Hazırkı etiraza əlavə edilən "təkrаr hərracın kеçirilməsinə dair', xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, təkrаr hərrас barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hazırkı etiraza əlavə edilən "hərracın baş tutmamasına dair'' 06 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 06 dekabr 2022-ci il tаriхinə təyin edilmiş təkrar açıq hərrас da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Тəkrаr hərracın baş tutmamasına dair məlumаt xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərrасın təşikatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdi r. Hazırkı etiraza əlavə edilən xx.xx.2022-ci il tarixli, ******* saylı "ipoteka predmetinin əldə olunmasına dair" təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun оlаrаq təkrаr hərracdakı satış qiymətindən 25 faiz aşağı qiуmətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC 08 dekabr 2022-ci il tarixli, KBD 13094 nömrəli məktubla ipoteka predmetini təklif еdilən 57088,13 manat məbləğində əldə еdilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən "X1" nəzdində "xxxx" MMC tərəfindən 1З.12.2022-сi il tarixli, 276/22 saylı "Açıq hərracın Yekunları barədə Protokol" tərtiЬ еdilərək təsdiq olunmuş və həmin рrоtоkоl növbəti tədbirlərin təmin edilməsi məqsədilə "xxxx" MMC-nin ******* sa ylı, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə sifarişçi iсrа şöbəsinə göndərilmişdir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1569/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Süleymanov) iddia tələbi rədd edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinə dair hərracın keçirilməsinin tarixi və yeri barədə İddiaçı na məlumat göndərilmiş, həmçinin kütləvi informasiya vasitəsi statusu olan “Birjanyus” internet informasiya ehtiyatında eləcə də, "xxxx" MMC-nin rəsmi internet saytında elan verilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılmaması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə h eç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada ipoteka qoyana təqdim olunması təsdiq edilmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 416.1; Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin, 64 saylı yeganə mənzilinin hazırda real bazar qiymətinin müəyyən edilməsi üçün yenidən qiymətləndirmə keçirilməsi barədə qərardad çıxarılması, bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edərək, özünün pozulmuş konstitusion və prosessual hüquqlarının müdafiəsini tələb etdiyi halda məhkəmə işə birtərəfli qaydada baxaraq ədalətsiz nəticəyə gəlmiş, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək əvəzinə verdiyi vəsatətləri rədd etməklə onsuz çətin durumunu daha da ağırlaşdırmışdır. Cavabdeh "xxxx" MMC digər cavabdehlərin sifarişi ilə onun hüquqlarını pozmaqla hərrac keçirib, mülkiyyətindəki mənzili dəyər dəyməzinə qiymətləndirməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının qanunla qorunan hüquqları nın həyata keçirməsinə maneə, cavabdehlərin isə sifarişli hərrac keçirməklə iş üzrə keçən cavabdeh bankın əsassız varlanmasına şərait yaratmışdır. Ona görə də sözügedən qətnamə dəyişdirilməli və iddiaçının iddia tələbləri təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi cavabdeh "xxxx" MMC internet məlumatlarına müraciət etməklə və sairə maddi hüquq normalarına əməl etdiyini qətnamədə yazsa da, onun müasir baxışlı insan olmadığı, elm, texnikanın inkişafını izləyəcək sürətdə insan olmadığı, üstəlik övladının hərbi xidmətdə olduğu, bir vətəndaş olaraq valideynlik hissləri bir kənarda, cavabdehlərin isə varlanmaq xülyalarına düşüb ona qarşı sirafişli əsaslarla birləşmələri kimi amilləri nəzərə alıb, bu mülki iş üzrə ən azından onun yenidən qiymətləndirmənin keçirilməsi ilə bağlı iş üz rə rəy alındıqdan sonra bu işə nəticə verilməsi daha əhəmiyyətlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmaqla qətnamə qəbul etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4847/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(001)-2688/2021 saylı qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)1519/2022 saylı qətnaməsindən göründüyü kimi İddiaçı verdiyi apelyasiya şikayətində ipoteka predmeti olan əmlakın ilkin satış qiymətindən narazı olduğunu bildirməmişdir.

18. İş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlmək olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 16 saylı evin 64 saylı mənzilinin satılmasına dair keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlil lər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir.

19. Məhkəmə göstərmişdir ki, iddia üzrə digər tələblərin yuxarıda əsaslığı müzakirə olunan iddianın “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi üzrə məhkəmənin gəldiyi nəticədən aslılığının mövcudluğu aşkardır. Belə olan halda məhkəmə kollegiyası iddianın qalan hissəsinə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddia tələbini rədd etməklə iddiaçının məhkəməyə müraciət etmək hüququna formal yanaşmaqla, məhkəmədən ədalətli mövqe gözləntisinə kölgə salmaqla bərabər, tələb və xahiş etdiyi normaları araşdırmayaraq, bu norma tələblərini pozmaqla mülki iddiaya və şikayətlərinə ədalətsiz yanaşmışdır.

22. İddiaçı hesab etmişdir ki, tələbi əsaslı olduğundan, hazırkı kassasiya şikayəti təmin edilməlidir. Cavabdehlər bütün mərhələlərdə ondan əsas, faiz, dəbbə pullarını ABŞ dolları ilə tələb edib, özləri isə mənzilə dəyər dəyməzinə və manat ilə qiymət qoyub əsassız varlanmaq yo lunu seçərək yeganə mənzilimi əlimdən çıxarmağa cəhd etməkdədirlər. Cavabdehlərin birləşərək tənha qadına, ailəni yeganə dolandıran şəxsə qarşı belə davranmaları nə insanlıqqdan, nə ədalətdən, nə də qanundan xəbər vermir. Cavabdehlərin qanunsuz hərəkətlərini bütün bu sadalanan halları mülki iş materiallarına baxılmaqla görmək olar. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdı r.

26. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

27. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidi r.

28. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.

29. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müdd ətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

30. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

31. Maddə 416.1 və 416.2. Bu Məcəllədə müəyyənləşdi rilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun

32. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respubl ikasının Qanununa uyğun olaraq verir.

33. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

34. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetini n yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

35. Maddə 43.3, 43.4, 43.5, 43.6 və 43.7. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutma dıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

36. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 8

8. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. İddiaçının və cavabdehin kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası b u qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Məhkəmələr haqlı olaraq iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsini tətbiq etməklə iddianı rədd etmişdir.

50. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MP M-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək d üzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4847/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar