Məhkəmə qərarları › İş №2(102)-692/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-692/2023

07.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-692/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mirasın qəbulu müddətinin üzrlü sayılaraq uzadılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov X31 (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5730/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavbdeh Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 07 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi: İşin halları xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X37 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş respirator çatmamazlığından vəfat etmişdir. xx.xx.2020-ci il tarixli öüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X37 xx.xx.2020-ci il tarixdə Covid 19-dan vəfat etmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X29, X9 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2010-cu ilin 23 dekabrında 508 nömrə ilə qeyd edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X29, X12 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2006-cı ilin aperiln 6-da 144 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 atası X29, anası isə X10r. Doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.2010cu il təvəllüdlü İddiaçı1 atası X29, anası isə X10r. İddiaçı1 adından Qanuni nümayəndə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, İddiaçı1 Bakı şəhəri,Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşamış 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş atası X19 qalmış miras əmlakını qəbul etdiyini, miras əmlakının 99KZ753 dövlət qeydiyyat nömrəli avtomaşından ibarət olduğunu bildirmişdir. İddiaçı2 adından Qanuni nümayəndə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən,, İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanın da yaşamış 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş atası X19 qalmış miras əmlakını qəbul etdiyini, miras əmlakının 99KZ753 dövlət qeydiyyat nömrəli avtomaşından ibarət olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş ərizəyə əsasən, Cavabdeh1 Bakı şəhəri,Yasamal rayonu, H.ünvan 2 ünvanında yaşamış 29 noyabr 2020-ci il tarixdə vəfat etmiş əri X19 qalmış miras əmlakını qəbul etdiyini, miras əmlakın 99KZ753 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət olduğunu, ondan başqa İddiaçı1 və İddiaçı2 da vərəsələri olduğunu bildirmişdir. X15 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, X15 xx.xx.2020-ci il tarixdə vəfat etmiş oğlu X19 miras qalmış əmlakdan ona düçən vərəsəlik payını qəbul etmədiyini və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar h eç bir məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. Cavabdeh1 tərəfindən 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X11 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, Cavabdeh1 2021-ci ilin iyul ayında onun müraciəti əsasında 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X19 miras qalmış birgə nikah dövründə alınmış Mitsubishi Pajero markalı 99KZ753 dövlət nömrə nişanlı avtomaşına dair vərəsəlik işi açıldığını, ərizəsində mərhumun iki övladı İddiaçı1 və İddiaçı2, mərhumun anası X də mərhumun vərəsələri olmasını göstərdiyini, lakin onların heç birinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada, nə də ki, faktiki miras əmlakı qəbul etmədiklərindən onl arın həmin əmlaka vərəsə tanınmalarına razı olmadığını, mərhum vəfat edən günədək onunla birlikdə yaşayan və miras əmlakı vəfat edən gündən qəbul edib idarə etdiyini bildirmiş, bu əsasla da mərhum X19 miras qalmış Mitsubishi Pajero markalı, 99KZ753 dövlət qeydiyyat nişanlı avtomaşına onu vərəsə tanımaqla adına vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən,, X29 ilə x arasında xx.xx.1991-ci il tarixdə 359 akt qeydi ilə nikah bağlanmışdır. Arvada X soyadı verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, **-KZ-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı nəqliyyat vasitəsi X22 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli Notarial hərəkətlərinin aparmaqdan imtina edilməsi haqqında qərara əs asən, Cavabdeh1 xx.xx.2021-ci il taixdə notariat ofisinə müraciət edərək 29 noyabr 2020-ci ildə vəfat etmiş əri X19 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Digər vərəsələr mərhumun azyaşlı övladları xx.xx.2006-cı ildə anadan olmuş oğlu İddiaçı2 və xx.xx.2010-cu ildə anadan olmuş qızı İddiaçı1 qanuni nümayəndələri-anaları Qanuni nümayəndə xx.xx.2021ci il tarixdə notariat ofisinə müraciət edərək 29 noyabr 2020-ci ildə vəfat etmiş X19 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin o qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxdığına vaxtı itirdiyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 03 saylı Bakı Asan Xidmət Mərkəzində Notairat ofisi tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əsasən, Bakı Asan Xidmət Mərkəzində Notairat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 azyaşlı övladları xx.xx.2006-cı ildə anadan olmuş oğlu İddiaçı2 və xx.xx.2010-cu ildə anadab olmuş qızı İddiaçı1 qanuni nümayəndləri-anaları Qanuni nümayəndə notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə qərar verilmişdir. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Cavabdeh1 adına Bakı şəhəri, Yasamal Rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 3, 5 saylı mənzil xx.xx.2003-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdir. X22 adına Respublika ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. X MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, Cavabdeh1 Bakı şəhəri, Yasamal Rayonu, H.Zərdabi pr. 78V ünvanında yerləşən 16A saylı mənzildə həyat yoldaşı mərhum X29 ilə birlikdə yaşamışdır. X7 adına olan həmin mənzilin kommunal xidməti borcları yoxdur. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən, X29 Bakı şəhəri, Yasamal, H.ünvan 4 ünvanında qediyyatdadır. xx.xx.2013-cü il tarixli AN-İ №0329098 seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, X25 öz mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi pr., yerləşən 78 V saylı evin 16 sayl ı mənzilini alıcı Cavabdeh1 101920 manata satmışdır. AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən,, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Daşınmaz əmlaka mülkiyyət hüququ xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 82,5 kv m, yaşayış sahəsi 42,6 kv m, yardımçı sahəsi 39,9 kv m olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə ona məxsus hissəni bacısının qızı hədiyyə alan Cavabdeh3 bağışlamışdır. X tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən, H.bəy Zərdabi prosp ekti 78V ünvanda yerləşən 16 A saylı mənzil, ilkin Qasımov Tahirə məxsus olub, hazırda isə Cavabdeh3 məxsusdur. AR ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. Daşınmaz əmlaka mülkiyyət hüququ xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Qeydiyyat Vəsiqəsinə əsasən,Yesenin küçəsindəki 76 saylı ev X5 xüsusi mülkiyyəti kimi xx.xx.1994-cü il tarixdə qeyddiyyatdan keçmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, ev

76. X5 xüsusi mülkiyyəti kimi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. AZ-İ №034225 seri ya nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X8 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. 22 fevral 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnaməyə əsasən, Cavabdeh1 16 yanvar 2003-cü ildə vəfat etmiş X5 vərəsəsidir. Şəhadətnamə verilən miras əmlak ev-Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, ev

76. ƏMDK yanında DƏDRX-nın kit.218, səh.20189, xx.xx.2013-cü il tarixli çıxarışa və 03/399 saylı, xx.xx.2013-cü il tarixli arayışa əsasən mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,4 kv m yaşayış sah. 66,3 kv m, yar. Sah. 75,1 kv m olan 4 otağa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX0135473 saylı çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, ev

76. Cavabdeh1 xüsusi mülkiyyəti kimi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. X23 tərəfindən xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, X23 tanışı olan Cavabdeh1 ona atasından miras qalan Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 7 ünvanını torpaq və evi almaq niyyəti olduğunu, Cavabdeh1 həmin ünvanı rəsmiləşdirəndən sonra adına keçirəcəyinə söz verdiyini, lakin ona təcili pul lazım olduğu üçün bəyəndiyi mənzili almaq məqsədilə ondan əvvəlcədən xx.xx.2013-cü il tarixdə müəyyən hissə pul aldığını, bu barədə aralarında sənəd imzaladıqlarını, Cavabdeh1 həqiqətən qeyd edilən ünvanı 2013cü iliin fevral ayının sonlarında öz adına rəsmiləşdirdiyini və həmin ilin mart ayında Cavabdeh1 ilə notariat ofisinə gedərək rəsmi alqı-satqı müqavi ləsi imzaladıqlarını və aldığı ünvanın dəyərini tam ödədiyini bildirmişdir. xx.xx.2013-cü il tarixli Cavabdeh1 tərəfindən X16 verilmiş ərizəyə əsasən, Cavabdeh1 onaatasından qalan miras payı Mərdəkan qəsəbəsində, Yesenin küçəsində ev 7-nin torpaqla bağ evini X1, sənədləşdirməni adına keçirəndən sonra onun adına keçirəcəyini, ehtiyac olduğuna görə 125000 manatı əvvəlcədən aldığını, qalan pulun notariusda satış aparılanda ona ödəniləcəyini bildirmişdir. X23 125000 manat pul veridiyini imzası ilə təsdiq etmişdir. xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, 767 saylı fərdi yaşayış evini mumi sahəsi 141,4 kv m yaşayış sah. 66,3 kv m, yardımçı sah. 75,1 kv m, 4 otağı və mülkiyyətin də olan 0,25 ha torpaq sahəsini alıcı X24 90.000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı miras əmlakında payların müəyyən olunması və buna müvafiq şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı X7 atalığını verdiyi övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2010-ci il təvəllüdlü qızları İddiaçı1 çatacaq miras əmlakında payların müəyyən olunması və buna müvafiq şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə vəfa t etmiş X19 miras qalmış əmlakın onun övladları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsini üzrlü hesab edərək, həmin müddətin məhkəmə qaydasında uzadılması, ataları mərhum X19 miras qalmış **-KZ-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı minik avtomobilinin üzərində onun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi və buna dair müvafiq “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin üzərinə qoyulması, ataları mərhum X29 ilə Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78 “V” ünvanında yerləşən 16 saylı mənzilin üzərində mərhumun övladları İddiaçı1 və İddiaçı2 hər birinə 1/6 hissədə payının müəyyən edilməsi və buna dair müvafiq “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi öhdəliyinin 3 saylı Bakı “ASAN Xidmət” mərkəsində Notariat Ofisinin üzərinə qoyulması, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzilin Cavabdeh3 bağışlanması haqqında xx.xx.2021-ci il tarixli, 4Ə-377 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və həmin mənzilə dair Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(004)196/2022 saylı qətnaməsi ilə (hakim F.Əyyubov) iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən miras əmlakın əldə edilməsinin qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. İddaçıların qanuni nümayəndəsi məhkəməyə verdiyi izahatında X7 dəfnində iştirak etdiyini bildirmişdir və mirasın qəbulu üçün vaxtında müraciət etməməsinin səbəbini mirasa vərəsəliyin açılmasını bilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar X7 vəfatından sonra 3 ay müddətində miras əmlakın qəbul edilməsi üçün müraciət etməmiş, mirasın açıldığı gündən 6 aylıq müddət ötürülmüş, həmçinin iddiaçılar tərəfindən mirasa faktiki sahiblik edilməmişdir, yəni mirası qoyan X22 vəfatından təxminən 8 ay sonra vərəsəlik üçün müraciət edilmişdir. Məhkəmə iddiaçınin miras əmlakın qəbulu müddətinin ötürülməsi ilə bağ lı gətirdiyi səbəbləri üzürlü hesab etməmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1146, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1321-ci maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(004)-196/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətində qeyd etmişlər ki, məhkəmə iddia tələblərinin, miras əmlakın əldə edilməsinin qanunla müəyyən edilmiş müddətin ötürülməsi hissəsinə qiymət vermiş, lakin tələbin Bakı şəhə ri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən 16 saylı mənzilin Cavabdeh3 bağışlanması haqda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-377 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və həmin mənzilə dair Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın ləğv edilməsi hissəsinə qiymət verməmişdir. Başqa sözlə iddia tam rədd olunsa da, qətnamənin əsaslandırıcı hissəsində tələbin bu hissəsinin nəyə görə rədd edilməli olması əsaslandırılmamışdır. Məhkəmənin iddianın digər hissəsi üzrə gəldiyi “iddiaçılar miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, həmçinin müddəti ötürülməsinin üzürlü səbəblərinin məhkəmə tərəfindən müəyyən edilməməsi” qənaəti faktiki olaraq iddiaçılar İd diaçı1 və İddiaçı2 X7 1-ci növbədə vərəsələri olmalarının təsdiqidir. Məhkəmə onların iddialarının əsassız olmasının əsası kimi anaları Qanuni nümayəndə X7 vəfatından sonra 3 ay müddətində miras əmlakın qəbul edilməsi üçün müraciət etməməsinə, mirasın açıldığı gündən 6 aylıq müddətin ötürülməsinə, həmçinin iddiaçılar tərəfindən mirasa faktiki sahiblik edilməməsinə, X22 vəfatından təxminən 8 ay sonra vərəsəlik üçün müraciət etməsinə istinad etmişdir. Lakin, məhkəmə bu halı nəzərə almamışdır ki, Qanuni nümayəndə mərhum X29 ilə birgə yaşamadığından onun adına hər hansı əmlakın olub-olmamasından tam xəbərsiz olub. İşin bu halını hətta cavabdeh tərəf özü də izahatında təsdiq etmişdir. Belə ki cavabdeh məhkəməyə verdiyi etirazında və izahatında mərhum əri X29 vəfat edən günədək sonuncu ilə birgə yaşayaraq ümumi təsərrüfat aparmalarını təsdiq etmişdir. İşin bu halı Qanuni nümayəndə məhkəməyə verdiyi izahatında göstərdiyi kimi mərhumla 9 ilə yaxın ünsiyyətinin olmamasının təsdiqidir. Məhkəmə, həmçinin Qanuni nümayəndə miras üçün qəbul müddətini cəmi 42 (qırx iki) gün ötürməsinin, daha doğrusu, onun necə və hansı şəraitdə notariat ofisinə gələrək ərizə ilə müraciət etməsinin səbəblərinə diqqət yetirməmiş və ya yetirmək istəməmişdir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 X19 miras qalmış 2012-ci ildə alınmış, 2002-ci ilin isdehsalı olan **-KZ-*** dövlət nömrə nişanlı “Mistubishi Pajero” markalı minik avtomaşınına dair 2021-ci ilin iyul ayında vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat ofisinə müraciət etdikdə, o miras qoyanın ondan başqa iki vərəsəsi də olduğunu bildirmişdir. Cavabdeh tərəf notariusun iddiaçıya cavabdehin müraciəti əsasında vərəsəliyin açılması ilə bağlı məlumat verməsini göstərsə də, işin faktiki halı ondan ibarətdir ki, bu məlumatı notarius deyil, mərhum X anası X iddiaçıya telefonla xəbər edərək gəlib notariatda mirasdan imtina barədə ərizə yazmalı olmasını bildirdikdən sonra miras, əmlak barədə məlumatlı olmuşdur. Məhz bu səbəbdən Qanuni nümayəndə həmin məlumatı aldıqdan sonra xx.xx.2021-ci il tarixdə, yəni mərhumun vəfatından 8 ay sonra, iki övladının mərhum X19 miras qalmış avtomaşına vərəsə tanınmasına dair ərizə ilə notariusa müraciət etmişdir. Göründüyü kimi, Qanuni nümayəndə X22 adına daşınar və ya daşınmaz əmlakların olmasını bilsə idi, o uşaqları x və X atalarının sağl ığında onun qayğısından və diqqətindən məhrum qaldığı halda onun ölümündən sonra uşaqlarının maddi şəraitini düzəltmək üçün miras payı barədə qanunla müəyyən edilmiş müddətdə müraciət etmək imkanından isdifadə edərdi. Məhkəmə isə onun bu müraciət müddətini həm bu əmlakların olmasını bilməməsi, həm də, bu barədə ona gec məlumat verilməsi kimi üzürlü səbəblərdən buraxmasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normasında nəzərdə tutulan gecikdirmənin səbəbini üzrlü sayılmamasının əsaslarını düzgün əsaslandırmamışdan əlavə, bu normanın ümumilikdə tələblərinə diqqət yetirməmiş, riayət etməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (Hakimlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, İ.S.Şirinov və C.A.Yusifov) 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5730/ 2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(004)-196/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilmiş, Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri, Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzilin bağışlanmasına dair xx.xx.2021-ci il tarixili bağışlama müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilə dair Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli Çıxarış ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, H Zərdabi prospekti, 78 V ünvanda yerləşən 16 saylı mənzilə və **-KZ-*** dö vlət qeydiyyat nişanlı “Mitsubihi Pajero” markalı minik avtomobilinə İddiaçı1 və İddiaçı2 6/1 hissədə, Cavabdeh1 6/4 hissədə pay hüququ müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, apellyasiya icraatı zamanı notariat ofisindən notariat işinin əsli götürülmüş və müəyyən edilmişdir ki, X7 arvadı Cavabdeh1 notariat ofisinə ərizə ilə müraciət edərək, ondan miras qalmış miras əmlakı qəbul etdiyini, həmçinin ondan başqa İddiaçı1 və İddiaçı2 da vərəsə olduğunu bildirmişdir. Buna baxmayaraq, notarius işindən görünür ki, digər vərəsələr barədə məlumat verilməsinə baxmayaraq on lara vərəsəlik işinin açılması ilə bağlı hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya vərəsəlik işinin açılması ilə bağlı notarius tərəfindən hər hansı məlumat verilmədiyindən, iddiaçıların qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməsi mümkün olmamışdır. Buna baxmayaraq, İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Bəbir qızı notariusa müraciətinə cavab olaraq müddətin ötürülməsi səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmçinin Qanuni nümayəndə miras üçün qəbul müddətini cəmi 42 (qırx iki) gün ötürməsinin, daha doğrusu, onun necə və hansı şəraitdə notariat ofisinə gələrək ərizə ilə müraciət etməsinin səbəblərinə diqqət yetirməmişdi r. Belə ki, mülki işin materiallarından görünür ki, Cavabdeh1 mərhum əri X19 miras qalmış 2012-ci ildə alınmış, 2002-ci ilin istehsalı olan ** KZ *** dövlət nömrə nişanlı “Mitsubişhi Pajero” minik markalı avtomaşına dair 2021-ci ilin iyul ayında vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı 3 saylı Bakı “Asan Xidmət” mərkəzindəki notariat ofisinə müraciət etdikdə, o mirasqoyanın ondan başqa iki vərəsəsiinin də olduğunu bildirmişdir. Cavabdeh tərəf notariusun iddiaçıya cavabdehin müraciəti əsasında vərəsəliyin açılması ilə bağlı məlumat verməsini göstərsə də, işin faktiki halları ondan ibarətdir ki, bu məlumatı notarius deyil, mərhum X anası X iddiaçıya telefonla xəbər verərək gedib notariatda mirasdan imtina barədə ərizə yazmalı olmasını bildirdikdən sonra miras əmlak barədə məlumatı olm uşdur. Məhkəmə kollegiyası cavabdehin miras əmlak barəsində məlumatın mənbəyi ilə bağlı izahatını inandırıcı saymışdır. Belə ki, məhz bu səbəbdən Qanuni nümayəndə həmin məlumatı aldıqdan sonra xx.xx.2021-ci il tarixdə, yəni X7 vəfatından 8 ay sonra, iki övladının mərhum X19 miras qalmış avtomobilə vərəsə tanınmasına dair ərizə ilə notariat ofisinə müraciət etmişdir. Cavabdeh1 mərhum əri X29 vəfat edən günədək onunla birlikdə yaşamasını, onun tərəfindən 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsinin məzmunu ilə də təsdiq olunur. Göründüyü kimi, iddiaçıların anası Qanuni nümayəndə mərhum X29 ilə ayrılıqda yaşadığından onun adına əmlaklar olub-olmadığını bilmirdi və bilə də bilməzdi. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan gecikdirmənin səbəbini üzrlü sayılmamanın əsaslarını düzgün əsaslandırmamış, bu normanın ümumilikdə tələblərinə diqqət yetirməmiş və onun tələblərinə riayət etməmişdir. Belə ki, qətnamədən və mülki iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 notariusa özü məlumat verib ki, mərhumun qeyri-rəsmi nikahından iki övladı vardır. Cavabdeh avtomobilə münasibətdə iddiaçının övladlarının payının müəyyən edilməsinə etiraz etməmişdir. Qeyd edilən hallara və yuxarıda istinad edilmiş hüquq normalarının tələblərinə əsasən, kollegiya hesab etmişdir ki, “Notariat haqqında” qanunun tələbləri pozulduğundan, iddiaçı tərəfindən ötürülmüş müddət üzrlü hesab edilməlidir. Məhkəmə kollegiyası vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair hissədə iddia tələbinə və apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, İddiaçı1 və İddiaçı2 X7 qanun üzrə vərəsələri olduğundan onların miras əmlaka pay hüququ müəyyən edilməlidir. Kollegiya bununla bağlı qeyd edir ki, Cavabdeh1 mərhumun rəsmi nikahda olduğu arvadı olduğundan və hazırda mübahisə predmeti olan miras əmlaklar onların birgə nikah dövründə əldə edildiyindən, iddiaçıların həmin əmlaklara vərəsəlik hüququ vardır. Kollegiya bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, “miras əmlak birgə nikah dövründə əldə edilsə də birgə vəsait hesabına əldə edilmədiyindən bölünməməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, H ünvan 10 ünvanda yerləşən 16 saylı mənzil və **-KZ-*** dövlət qeydiyyat nişanlı “Mitsubihi Pajero” markalı minik avtomobili Cavabdeh1 atası X3 miras qalmış Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 76 ünvanda yerləşən torpaq sahəsinin və bağ evinin satışından əldə edilmiş gəlir hesabına əldə edildiyindən bölünə bilməz.” Cavabdeh həmçinin mülki iş materiallarında olan X13 Cavabdeh1 125.000 manat pul verməsini göstərən əlyazmaya istinad etmişdir. Kollegiya hesab edir ki, həmin sənəd mötəbər sübut hesab edilə bilməz. Çünki, həmin sənəd notariat qaydasında imzalanmamaqla yanaşı, kollegiyada mənzilin alqısatqısı üçün notariusun depozit hesabına deyil, adi qaydada verilməsi kollegiyada sübhə yaratmışdır. “Nota riat haqqında” Qaunun 74-cü maddəsinə əsasən, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab etmişdir ki, həmin əlyazmadakı imzanın həqiqətən də Məmməd Şəfiyevə aid olması araşdırılmamış və sonuncu birinci instansiya məhkəməsində icraat zamanı işə cəlb edilərək, imzanın həqiqətən də ona aid olub-olmaması aydınlaşdırılmamışdır. Kollegiya daha sonra qeyd etmişdir ki, mübahisəli əmlakların cavabdehə miras qalmı ş mülkün satışından əldə edilən vəsait hesabına alınması mülki iş materialları ilə sübuta yetirilmir. Bundan başqa, avtomobilin cavabdehə miras qalmış əmlakların satışından əldə edilən vəsait hesabına alınması güman edilərsə, nəyə görə həmin avtomobilin mənzildə olduğu kimi Cavabdeh1 adına deyil, X adına olması halına cavabdeh tərəf kollegiya iclasında aydınlıq gətirə bilməmişdir. Başqa sözlə, Yasamal rayonu, H ünvan 10 ünvanda yerləşən 16 saylı mənzil kimi **-KZ-*** dövlət qeydiyyat nişanlı “Mitsubihi Pajero” markalı avtomobil də Cavabdeh1 adına eyni vaxtda rəsmiləşdirilməsi mümkün idi. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin Bakı şəhəri Yasamal rayonu, H ünvan 10 ünvanda yerləşən 16 saylı mənzil və **-KZ-*** dövlət qeydiyyat nişanlı “Mitsubihi Pajero” markalı minik avtomobili C avabdeh1 atası X3 miras qalmış Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 76 ünvanda yerləşən torpaq sahəsinin və bağ evinin satışından əldə edilmiş gəlir hesabına əldə edildiyindən bölünə bilməməsinə dair izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin, mübahisə predmeti olan əmlakların, atası X3 miras qalmış əmlakların satışından əldə edilmiş gəlir hesabına əldə edildiyindən bölünə bilməməsinə dair izahatı ilə onun nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsində maşınla bağlı iddiaçının övladlarının payının tanınmasına etiraz etməmələrinə dair verdiyi izahatın məzmunu ilə də uzlaşmır. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi X23 tərəfindən xx.xx.2022-ci il tarixli ər izəsini, xx.xx.2013-cü il tarixli Cavabdeh1 tərəfindən X16 verilmiş ərizəsini, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi, 767 saylı fərdi yaşayış evini mumi sahəsi 141,4 kv m yaşayış sah. 66,3 kv m, yardımçı sah. 75,1 kv m, 4 otağı və mülkiyyətində olan 0,25 ha torpaq sahəsini alıcı X24 90.000 manata satmasına dair xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsini qətnamədə əks etdirsə də, onları iddianın rədd edilməsi üçün əsas olaraq sübut kimi qiymətləndirməmiş, sadalamaqla kifayətlənmiş, başqa sözlə, bu sənədlərin sübut əhəmiyyətli olub-olmamasına ümumiyyətlə qiymət və əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya instansiyası məhkəməsinin iclasında sözügedən ərizə və alqı-satqı müqaviləsinə diqqət yetirilməsinin və bu əsasla da apellyasiya şikayətinin əsassız hesab olunmasına dair izahatlarına qiymət verərək onlara tənqidi yanaşmaqla yanaşı hesab etmişdir ki, bu dəlillərin təqdimatı İddiaçı1 və İddiaçı2nın X7 qanun üzrə vərəsələri kimi atalarından miras qalmış miras əmlaka, pay hüququ müəyyən edilməməsi üçün hesablanmışdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən cavabdeh tərəfin onlara qarşı olan iddianın birinci instansiya məhkəməsinin qətnaməsində rədd edilməsinə baxmayaraq iddianın rədd edilmə əsası kimi təqdim etdikləri sözügedən sənədlərə qətnamədə sübut kimi istinad və qəbul edilməməsinə ümumiyyətlə münasibət bildirməmələrini diqqətə almışdır. Kollegiya həmçinin qeyd etmişdir ki, mülki iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayonu, H ünvan 10 ünvanda yerləşən 16 saylı mənzil xx.xx.20 21-ci il tarixində Cavabdeh1 tərəfindən Cavabdeh3 hədiyyə edilmişdir. Kollegiya bildirmişdir qeyd edilən mənzil Cavabdeh1 ilə X22 birgə nikah dövründə əldə edildiyindən həmin əmlaka X22 vərəsələrinin miras hüququ vardır. Belə olan halda, həmin bağışlanma müqaviləsi etibarsız hesab edilməli və vərəsələrin həmin mənzilə miras hüququ müəyyən edilməlidir. Kollegiya öz mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4, 1248.1-ci maddələrinə, MPM-in 80-cı maddəsinə, “Notariat haqqında” Qanunun 55, 74-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5730/2022 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, miras əmlak birgə nikah dövründə əldə edilsədə Cavabdeh1 atasından miras qalmış əmlakların satılmasından əldə edildiyindən mirasın kütləsinə daxil deyildir. Belə ki, Yasamal rayonu H.ünvan 11 ünvanda yerləşən 16 saylı mənzil və **-KZ-*** dövlət qeydiyyat nişanlı “Mitsubişi Pajero” markalı minik avtomobili Cavabdeh1 atası X4 miras qalmış Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 76 ünvanda yerləşən torpaq sahəsinin və bağ evinin satışından əldə edilmiş gəlir hesabına əldə edildiyindən miras əmlak kimi bölünə bilməz. Kassator bildirmişdir ki, Yasamal rayonu H.ünvan 11 ünvanda yerləşən 16 saylı mənzili alqı-satqı yolu ilə əldə etmək üçün Cavabdeh1 ünvan 12 ünvanda yerləşən torpaq sahəsinin və bağ evinin satmaq qərarına gəlmiş və bunun üçün ünvan 13 ünvanda yaşayan X23 ilə razılaşmış xx.xx.2013-cü il tarixdə aralarında müqavilə bağlayaraq ondan 125.000 manat borc pul alaraq bağ evini və torpaq sahəsini ona satacağını vəd etmişdir. Borc pula Yasamal rayonu, H.ünvan 11 ünvanda yerləşən 16 saylı mənzili X14 xx.xx.2013cü ildə alqı-satqı yolu ilə əldə etmişdir. (Bu halları təsdiq edən xx.xx.2013-cü il tarixli borc müqaviləsi, həmin halı təsdiq edən notarial qaydada təsdiq edilmiş ərizə və xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi mülki iş materiallarına əlavə edilmişdir. Mənzili əldə etdikdən az müddət sonra, yəni xx.xx.2013-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında miras qalmış ünvan 12 ünvanda yerləşən torpaq sahəsini və bağ evini öz adına rəsmiləşdirmiş, xx.xx.2013-cü il tarixdə Dövlət Reyestrindən Çıxarış almış, aldığı pul müqabilində vərəsəlik yolu ilə əldə etdiyi həmin evi və torpaq sahəsini 18 mart 2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında xx.xx.2013-cü il tarixdə borc pul aldığı X2. Kassator daha sonra bildirmişdir ki, sözügedən bağ evinin və torpaq sahəsinin Cavabdeh1 atası X6 məxsus olmasını təsdiq edən Qeydiyyat Vəsiqəsinin surəti iş materiallarına əlavə edilmişdir. Əlavə edilən sənədlərdən də göründüyü kimi mübahisəli mənzil Cavabdeh1 miras qalmış əmlakın satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Digər tərəfdən ərizəyə əlavə edilmiş Əmək kitabçasının surətindən də görünür ki, onun və həyat yoldaşının əmlak əldə edə biləcək qədər gəlirləri olmamışdır. Kassasiya şikayətinə dair etiraz ərizəsinin dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləştirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibar sızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmçinin qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd gösdərdikləri v ə arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırla r. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Notariat haqqında” Qanun Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 03 mart 1991-ci il tarixdə X rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub və onların birgə nikahından övladları olmayıb. Həmçinin, X 2005-ci ildə x ilə faktiki nikah münasibətinə girib və onların faktiki ər-arvad münasibətindən xx xxxxxx 2006-cı ildə X, xx xxxxxx 2010-cu ildə X adlı iki uşaqları doğulub. Həmçinin işdən görünür ki, mirası qoyan X 29 noyabr 2020-ci il tarixdə ölüb və ondan Bakı şəhəri, Yasamal rayonu, H ünvan 10 ünvanda yerləşən 16 saylı mənzil və **-KZ-*** dövlət qeydiyyat nişanlı “Mitsubihi Pa jero” markalı minik avtomobili miras qalıb. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, apellyasiya icraatı zamanı notariat ofisindən notariat işinin əsli götürülmüş və müəyyən edilmişdir ki, mərhum X arvadı Cavabdeh1 notariat ofisinə ərizə ilə müraciət edərək, ondan miras qalmış miras əmlakı qəbul etdiyini, həmçinin ondan başqa mərhum x digər vərəsələrinin- övladları İddiaçı1 və İddiaçı2 vərəsə olduğunu bildirmişdir. Lakin, bu barədə notariusda məlumat olmasına baxmayaraq, digər vərəsələrə vərəsəlik işinin açılması barədə hər hansı məlumat verilməmiş və nəticədə iddiaçılar mərhum ataları X miras qalmış əmlakdan vərəsə kimi pay almaq hüququndan məhrum olmuşlar. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçılara vərəsəlik işinin açılması ilə bağlı notarius tərəfindən hər hansı məlumat verilmədiyi üçün, onlar qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməmişlər. Məhkəmə kollegiyası, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıların qanıni nümayəndəsi Qanuni nümayəndə mirası qəbulu müddətini cəmi 42 gün ötürməsinin, daha doğrusu, onun necə və hansı şəraitdə notariat ofisinə gələrək ərizə ilə müraciət etməsinin səbəblərinə diqqət yetirməmişdir. Belə ki, mülki iş materiallarından görünür ki, Cavabdeh1 mərhum əri X miras qalmış ** KZ *** dövlət nömrə nişanlı, “Mitsubişhi Pajero” markalı avtomobilə d air 2021-ci ilin iyul ayında vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı 3 saylı Bakı “Asan Xidmət” mərkəzindəki notariat ofisinə müraciət etdikdə, o mirasqoyanın ondan başqa iki vərəsəsinin olduğunu bildirmişdir. Cavabdeh, kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsində notariusun iddiaçıya cavabdehin müraciəti əsasında vərəsəliyin açılması ilə bağlı məlumat verdiyini göstərsə də, işin halları ondan ibarətdir ki, bu məlumatı notarius deyil, mərhum X anası X iddiaçıların qanıni nümayəndəsi Ellada Yelesiyevaya telefonla xəbər verərək gedib notariusda mirasdan imtina barədə ərizə yazmalı olmasını bildirdikdən sonra, o miras əmlak barəsində məlumat əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin miras əmlak barəsində məlumat mənbəyi ilə bağlı izahatını inandırı cı hesab etməkdə haqlı olmuşdur. Belə ki, məhz iddiaçıların qanıni nümayəndəsi Qanuni nümayəndə sözügedən məlumatı aldıqdan sonra xx.xx.2021-ci il tarixdə, yəni mərhum X ölümündən 8 ay sonra, iki övladının mərhum X miras qalmış avtomobilə vərəsə tanınmasına dair ərizə ilə notariat ofisinə müraciət etmişdir. Cavabdeh1 mərhum əri x vəfat edən günədək onunla birlikdə yaşamasını, onun tərəfindən 3 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsinin məzmunu ilə də təsdiq olunur. Göründüyü kimi, iddiaçıların anası Qanuni nümayəndə mərhum X birgə yaşamadığından, sonuncunun ölümü barədə vaxtında məlumatı olmayıb və ondan hər hansı əmlakın miras qaldığını bilməyib və bilə də bilməzdi. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qa nun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Notariat haqqında” Qanunun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notaria t orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Normanın mənasına görə, məhkəmə mirası qəbul etmək müddətini yalnız gecikdirmənin səbəbləri üzürlü olduqda uzada bilər. Gecikmiş vərəsənin miras payı qəbul etmək müddəti uzadıldıqda, onun miras payı almaq hüququ bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını, habelə mərhum x miras əmlaka vərəsəlik açılarkən birinci növbəli vərəsələrdən İddiaçı2 15 yaşında, İddiaçı1 isə 11 yaşında olmalarını nəzərə alıb qeyd etmişdir ki, cavabehlə yanaşı iddiaçılar da mərhum x birinci növbəli vərəsələri sayıldığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət, gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılmalı, miras əmlaklarda iddiaçıların hər birinin payı 1/6 hissədə, cavabdehin payı isə 4/6 hissədə müəyyən edilməlidir. “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinə dair hissədə iddia tələbinə və apellyasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mərhum X övladları, cavabdeh isə onun rəsmi nikahda olduğu arvadı olduğundan və mübahisə predmeti olan miras əmlaklar mərhum X cavabdehin birgə nikahı dövründə əldə edildiyindən, iddiaçıların həmin əmlaklara vərəsəlik hüquqları vardır. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-5730/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar