Məhkəmə qərarları › İş №2(102)-6922/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6922/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6922/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə, 3-cü şəxslər "xxxx" ASC-yə və Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6612/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaç ı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xətai Rayon İcra və Probasiya şöbəsi və "xxxx" ASC cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Hərracın yekunları barədə 12/02 №-li protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ona və həyat yoldaşı X2 qarşı birinci instansiya məhkəməsində borc tələbi və tutma nın ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırmış, Xətai Rayon Məhkəməsinin 2(011)-277/2019 saylı 14 mart 2019-cu il tarixli qətnaməsinə əsasən (hakim Sərdar Mehrəliyev) iddiaçı "xxxx" İKB ASC-nin iddia tələbi aşağıdakı şəkildə qismən təmin olunmuşdur: cavabdeh İddiaçı 24.10.2014-cü il tarixli, 6-MG- 4-0-2111-14 saylı kredit müqaviləsi ü/.rə 99666.88 ABŞ dolları əsas, 46230.08 ABŞ dolları faiz borcu, 35.35 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 145932.31 ABŞ dolları məbləğində borc və 55.20 (əlli beş manat iyirmi qəpik) manat məhkəmə xərcləri "xxxx" İKB ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, cavabdeh X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 3 otaqlı, 80,41 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət 136A nömrəli evin 177 saylı mənzili nə yönəldilərək ilkin satış qiyməti 170000 manat müəyyən edilməklə açıq satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada cavabdeh İddiaçı tutulsun. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 3 otaqlı, 80.41 kv.m ümumi sahəsi, 56 kv.m yaşayış sahəsindən ibarət 136A nömrəli evin 177 saylı mənzilinə tutma yönəldildikdə və o, satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdeh X3 mənzildən çıxarılsın və mənzil boşaldılsın."xxxx" İKB ilə İddiaçı arasında bağlanmış 24.10.2014-cü il tarixli, 6-MG-40-2111-14 saylı kredit müqaviləsi ləğv edilsin. İddia tələbi “tutmaya yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdeh X1 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissələrində təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 110.40 manat hissəsi cavabdeh İddiaçı 9.60 manat hissəsi iddiaçı "xxxx" İKB ASC-dən tutulub dövlət büdcəsinə keçirilsin. Həmin qətnamədən narazı qaldığı üçün 30 aprel 2019-cu il tarixdə verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8168/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2(011)-277/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan tərəfindən Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qətnamədən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiy asının 06.11.2019-cu il tarixli, 2(102)-6898/2019 saylı qərarına əsasən, tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli, 2(103)-8168/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həyat yoldaşı X1 mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq, Xətai Rayon İcra və Probasiya şöbəsi onun qanunla qorunan mülkiyyət hüququnu kobudcasına pozaraq, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 136A nömrəli evin 177 saylı mənzilinin qiymətlədirilməsini cavabdeh "xxxx" MMC-nə tapşırmışdır. Cavabdeh "xxxx" MMC onların xəbəri, iştirakı olmadan əmlakı təkrar hərracda 144500 manat məbləğində qiymətləndirmişdir. Sonda isə tələbkar "xxxx" ASC mənzili bazar q iymətindən də çox aşağı qiymətə, 108375 manata əldə etmişdir. Hesab edir ki, əmlakın qiymətləndirilməsinin nəticələri barədə cavabdeh ‘‘Daşınar və Daşınmaz Əmlakların Qiymətlədirilməsi Xidməti” MMC-nin yekun hərrac protokolu tam əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2048/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus daşınmaz əmlakın həqiqi qiymətindən xeyli aşağı qiymətləndirilərkən açıq hərraça çıxarılmasını iddia etsə də, iş materiallarından göründüyü kimi, əmlaka ilki satış qiyməti qüvvəyə minmiş məhkəmə qətnaməs i ilə müəyyən edilmişdir. Məlum olduğu kimi, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx"MMC-ə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xəai Rayon İcra və Probasiya şöbəsi və "xxxx" ASC cəlb edilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 119.1, 217.3-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Namiq Cəfərov, İlham Kərimli) 2(103)-6612/2021 saylı, 26 iyu l 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2048/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, mübahisəli mənzilin qiymətləndirilməsi həmin işdə keçirilmiş və ilkin satış qiyməti 170000 manat müəyyən edilmişdir. İddiaçı bu qiymətdən yaxud digər hallardan narazı idisə həmin işdə bunu mübahisələndirə bilərdi, lakin mübahisələndirməmiş, hazırki yeni iddia ilə, yəni bu dəfə hərracın yekunları barədə protokolu mübahisələndirərək məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə aktı ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Çünki, mübahisələndirilən mənzilin ilkin satış qiymətinin qanuniliyi həmin məhkəmə aktı ilə təsdiq olunmuşdur. İkincisi, mübahisəli mənzilin ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə, yəni 144500 manata təkrar hərraca çıxarılması, təkrar hərracın baş tutmamasına görə isə, təkrar hərracda olan qiymətdən 25 faiz aşağı qiymətə banka təklif edilməsi və sonuncunun da bu mənzili 108375 manata əldə etməsi “İpoteka haqqında” qanunun tələblərinə uyğun olmuşdur. Buna görə də yekun hərrac protokolunun əsassız və qanunsuz olması dəlilləri əsaslı hesab edilə bilməz və protokolun ləğv yaxud etibarsızlığı üçün də əsas mövcud deyil. Buna görə də hərrac yolu ilə mənzilin özgəninkiləşdilirməsi iddiaçının mənafeyinə zidd hal və mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktı ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni qiymətləndirmənin etibarlı olması, həmin qiymətləndirmə rəyində göstərilən qiymətlə mənzilin hərraca çıxarılmalı və tutmanın ipoteka predmetinə yönəldilməli olduğu və s. hallar qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bu baxımdan hərracın yekunları protokolunun ləğv edilməsi tələbi də açıq-aşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, yaxud iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın qiymətləndirilməsinin nəticələri barədə cavabdeh "xxxx" MMC-nin yekun hərrac protokolu tam əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, mülkiyyət hüququ ilə ailəsinə məxsus olan əmlakın onların xəbəri, icazəsi, razılığı olmadan qiymətləndirilməsi və sonradan hərrac yolu ilə özgəninkiləşdirilməsi mənafelərinə ziddir, mülkiyyət hüquqlarının kobud surətdə pozulmasıdır. Heç bir araşdırma aparılmadan həmin vaxt mənzilin real bazar qiymətini müəyyənləşdirmədən qiymətləndirmə aparılmışdır. Halbuki mənzilin təmirinə, yerinə görə bazar qiyməti qiymətləndirilən dəyərdən qat-qat üstündür. Bundan başqa, elə mübahisəli hüquq münasibətləri var ki, onları yalnız xüsusi biliyə malik həmin sahə üzrə ixtisaslaşdırılmış ekspertlər tərəfindən verilən rəy əsasında həll etmək olar. Qiymətləndirmə zamanı onların məlumatının olmaması, əmlakın qiymətləndirmə hesabatında reallığın əks etdirilməməsi qiymətləndirilmənin ədalətli və obyektiv aparılmadığını təsdiq edir. Ona görə də hesab edir ki, əmlakın qiymətləndirilməsinin nəticələri ləğv edilməli və qiymətləndirmə üzrə ekspertiza təyin olunmalıdır. Məhkəmə yalnız əmlakın qiymətləndirilməsi üzrə ekspertiza təyin etməklə mübahisənin qanuni və əd alətli həllini təmin edə bilər. Hesab edir ki, apelyasiya instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmamış, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan, əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, cavabdeh "xxxx" MMC-nin, 3-cü şəxslər "xxxx" ASC-nin və Xətai rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəm ə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublika sının Mülki Məcəlləsi: Maddə

416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana veril məsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Maddə 43.4. İpoteka predmet inin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğ vi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də iddiaçı ailəsinin mülkiyyət hüququnun pozulması, mənzil dəyərinin yüksək olması, hərrac təşkilatı tərəfindən əmlakının düzgün qiymətləndirilməməsi kimi dəlillərini göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti hazırda qüvvədə olan məhkəmə qərarı əsasında müəyyən edilmiş, hərrac təşkilatı məhkəmə qərarı ilə müəyyən edilmiş qiymətlə ipoteka predmetini hərraca çıxarmış, mənzil ilkin hərrac keçirildiyi zaman satılmadığından sonradan 25% aşağı qiymətlə (qanunvericiliyin tələblərinə uyğun olaraq) tələbkara təşklif edilmiş və təklif qəbul edilmişdir. Beləliklə, hərracın təşkili, keçirilməsi qaydsı və proseduru ilə bağlı hərrac təşkilatı tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Odur ki, iddiaçının dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6612/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar