Məhkəmə qərarları › İş №2(102)-693/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-693/2025

28.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-693/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X2, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əziza ğa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5692/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi-Vəkil2 kassasiya şikayətinin mümkünlüyünə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ona və ailə üzvlərinə ayrılan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,40 ha təşkil edən torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağl anılan 18 mart 2013-cü il tarixli ANİ № ******* saylı alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanılan 05 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh6 və Cavabdeh7 arasında bağlanılan 24 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh8 arasında bağlanılan 31 yanvar 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh9 arasında bağlanılan 06 noyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh10 və X3 arasında bağlanılan 14 fevral 2015-ci il tarixli AN- İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh12 arasında bağlanılan 03 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqa viləsi, Cavabdeh5 ilə Cavabdeh14 arasında bağlanılan 22 sentyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə X2 arasında bağlanılan 19 dekabr 2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh13 arasında bağlanılan 16 aprel 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh15 Bəhaləddin oğlu araında 0,02 ha torpaq sahəsinə dair bağlanılan 2021-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh12 ilə Cavabdeh16 arasında 0,04 ha torpaq sahəsinə dair bağlanılan 14 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh10 ilə Cavabdeh17 arasında 0,02 ha torpaq sahəsinə dair bağlanılan 22 noyabr 2021-ci il tarixli AN-İ №1004804 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torp aq sahəsi üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsinin Cavabdeh3 aid hissəsinin icraata qəbul edilməsindən imtina edilmişdir (Cavabdeh3 xx.xx.2013-cü ildə vəfat etdiyindən).

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2915/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İlkin Əliyev)

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5692/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Vahid Sadıqov)

6. Apellyasiya instansiyası məhkəməsinin qətn aməsi 24 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 elekton kabinetinə yerləşdirilmişdir.

7. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən elektron kabinet vasitəsilə 28 dekabr 2024-cü il tarixdə kassasiya şikayəti təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. İllərlə, aylarla və ya gün lərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən s onra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kass asiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Azərbаycа n Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qayd aların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsi olan Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 24 oktyabr 2024-cü il tarixdə yerləşdirilmişdir.

9. İddiaçının nümayəndəsi olan Vəkil2 tərəfindən tərtib edilmiş kassasiya şikayəti 28 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.

10. Mülki-Prosessual Məcəlləni n 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

11. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

12. Qeyd olunan qanunvericilik normalarının tələbinə görə məhkəmə qətnaməsinin iddiaçının elektron kabinetinə 24 oktyabr 2024-cü il tarixində yerləşdirilməsi nəzərə alı narsa, qətnamədən kassasiya şikayəti vermə müddətinin sonu 24 dekabr 2024-cü ildir. Müddətin son gününün qeyri-iş gününə düşməsi də baş verməyib. Belə olan halda, iddiaçı şikayəti ən geci 24 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməli idi. Buna baxmayaraq, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçı şikayəti 28 dekabr 2024-cü il tarixdə sistemə yükləmişdir. Bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət 4 gün ötürülmüşdür. Eyni zamanda iddiaçı müddətin bərpası barədə vəsatət də verməmişdir.

13. Göründüyü kimi, iddiaçı kassasiya şikayətini 2 aylıq müddət ərzində verməmiş, müddətin bərpası ilə bağlı müraciət etməmiş, apellyasiya məhkəməsi də müddətin ötübötməməsinə qiymət verməmişdir. Nəti cədə prosessual müddət ötürülməklə verilən kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir.

14. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

15. Məhkəmə kollegiyası onu da izah edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir.

16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

17. Şikayət verən şəxs Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqs anları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

18. Göstərilənləri və MPM-in 404-1.2, 407, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5692/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar