Məhkəmə qərarları › İş №2(102)-6932/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-6932/2022

30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6932/2022 30.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(105)-1608/2022 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfin dən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-3220/2020 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, 04 aprel 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 334 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh MMC, habelə qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(105)-1608/ 2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(012)-3220/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hazırki kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, cavabdeh kassasiya şikayətini bunun üçün qanunla müəyyən olunmuş müddəti ötürməklə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki iş lər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 408.1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış m üddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zə rurətlə əlaqədar haqlı ola bilər. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi elektron imza ilə təsdiq edilməklə, 07 oktyabr 2022-ci il tarixdə üçüncü şəxs Maraqlı şəxs2 etibarnamə əsasında nümayəndəsi, Vəkil1 (etibarnamə və order cil 1, i.v. 160-161) Elektron Məhkəmə İnformasiya Sistemində olan elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin müəyyən olunur ki, poçt vasitəsi ilə göndərilən qətnamənin surəti 17 oktyabr 2022-ci il tarixdə üçüncü şəxs Maraqlı şəxs2 verilmişdir. Bundan əlavə müəyyən olunur ki, üçüncü şəxs Maraqlı şəxs2 digər nümayəndəsi, vəkili Vəkil4 imzaladığı hazırki kassasiya şikayəti MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun 15 dekabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Beləliklə, mü əyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxsin səlahiyyətli nümayəndəsinə 07 oktyabr 2022-ci il tarixdə təqdim edildiyi halda, qanunla nəzərdə tutulan formada və qaydada tərtib edilən kassasiya şikayəti MPMin 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, 15 dekabr 2022-ci il tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə ilə məhkəməyə müraciət olunmamışdır. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilm əz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(105)-1608/2022 nömrəli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar