Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6933/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Qaz İxrac İdarəsi Cavabdeh qarşı “qaz kəmərinin təhlükəsizlik zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli 2(107)-1581/2019 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin nümayəndəs i və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qaz İxrac İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən Balakən rayonu Katex kəndi ərazisində qanunsuz inşa edilmiş uzunluğu 11.30 m, eni 7.60 m ölçüdə olan ofis tipli tikilinin cavabdehin öz vəsaiti hesabına sökülərək diametri 325 mm-lik yüksək təzyiqli Yevlax-Balakən magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov) 25 yanvar 2019-cu il tarixli, 2(019)16/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, 50 manat ekspert tədqiqatının dəyəri iddiaçıya aid edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin (hakimlər Ə.Məcidov (sədrlik edən) M.Əsədli ( məruzəçi) İ.Quliyev) 20 iyun 2019-cu il tarixli, 2(107)-1581/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməyərək, Balakən rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli, 2(019)16/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli 2(107)-1581/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etməyərək maddi hüquq normalarının tətbiqində səhvə yol verib. Eyni zamanda kobud prosessual pozuntulara yol veril ib ki, bu da nəticədə düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olub. Qeyd edilənlər isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Çünki, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan məhkəmə kollegiyası iş üçün əhəmiyyətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslılığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan cavabdehin mövqeyini dəstəkləyən qərar qəbul edib. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2018-ci il tarixli 17597 saylı rəyində qeyd edilmişdir ki, Balakən rayonu, Katex kəndi ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş ofis tipli tikili ilə həmin ərazidən keçən diametri 530 mm-lik yüksək təzyiqli “Yevlax-Balakən” magistral qaz boru kəmərinin arasındakı məsafə 32 metrdir. Bu hal, həmin tikilidən istifadə edən şəxslərin həyatına ciddi təhlükə yaradır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi həmin təhlükəni nəzərə almır. Eyni zamanda, apellyasiya məhkəməsi qərarında bizə məlum olmayan səbəblərdən, qeyd edilən ekspert rəyinə münasibət bildirməyib. Cavabdehə aid tikili dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni Balakən rayonu, Katex kəndi ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikili “Qaz İxrac” İdarəsinin xxx Magistral qaz kəmərləri Sahəsinin balans və istismarında olan, diametri 530 mm-lik yüksək təzyiqli “Yevla x-Balakən” magistral qaz kəmərindən 32 metr məsafədə inşa edilmişdir. Balakən rayonu, Katex kəndi ərazisində cavabdeh tərəfindən inşa olunmuş ofis tipli tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikili özbaşına tikili hesab edilməli, tikili cavabdehin hesabına sökülməlidir. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahi yyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də həmin tikili sökülməlidir. Məhkəmələr iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. İnşa edilmiş tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikildiyi, oradan potensial istifadə edəcək şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığını müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza keçir ilmişdir. Ekspertiza rəyi ilə cavabdehin inşa etdiyi ofis tipli tikilinin magistral qaz kəmərinin mühafizə zonasına düşməsi müəyyən edilmişdir. Məhkəmə öz qətnaməsində iş üzrə keçirilmiş və iddiaçının iddiasını təsdiq edən ekspertiza rəyini niyə nəzərə almadığını, sübut növü kimi həmin rəyləri nə üçün qiymətləndirmədiyini əsaslandırmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyas ı Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, “xxxx” MMC tərəfindən 1986-cı ildə Balakən rayonunun Katex kəndi ərazisində uzunluğu 11,3 metr, eni 7,6 metr ölçüdə olan ofis tipli tikili tikilmiş və həmin tikilidən o vaxtdan da inzibati bina kimi istifadə olunur. Bina qum-çınqıl karxanasının adına verilmiş texniki pasporta əsasən daşınmaz əmlak olaraq qeydə alınmışdır. Həmin bina hazırda “xxxx” QSC-nin balansındadır. Mübahisəli bina inşa olunandan sonra həmin ərazidən «Qaz İxrac» İdarəsinin xxx magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqli kəmər inşa olunmuşdur. Kəmərin layihə smeta sənədləri tələb edilməsinə baxmayaraq iddiaçı tərəfindən təqdim edilmədiyindən qaz kəmərinin layihəyə uyğun inşa olunub-olunmamasını müəyyən etmək mümkün deyildir. Cavabdehə məxsus ofis tipli binanın inşa edilib istifadə olunduğu vaxtdan 32 il sonra iddiaçı Qaz İxrac İdarəsi məhkəməyə hazırki iddia tələbi ilə müraciət edərək Cavabdeh tərəfindən Balakən rayonu Katex kəndi ərazisində inşa olunmuş həmin ofis tipli tikilinin cavabdehin öz vəsaiti hesabına sökülərək diametri 325 mm-lik yüksək təzyiqli Yevlax-Balakən magistral qaz kəmərinin mühafizə zonasından çıx arılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2018-ci il tarixli 12062 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Balakən rayonu, Katex kəndi ərazisində inşa edilmiş uzunluğu 11.30 m, eni 7.60 m ölçüdə olan ofis tipli tikili “Qaz İxrac” İdarəsinin xxx magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan 325 mm- lik yüksək təzyiqli Yevlax-Balakən magistral qaz kəmərindən 32 metr aralıqda yerləşməklə kəmərin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2019-cu il tarixli 31467 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Balakən rayonu, Katex kəndi ərazisində inşa edilmiş uzunluğu 11.30 m, eni 7.60 m ölçüdə olan ofis tipli tikili “Qum-Çınqıl” karxanası üçün ayrılmış torpaq sahəsində yerləşir və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş əmlak kompleksinə dair texniki pasporta uyğun 1986-cı ildə inşa olunmuş, A Literli inzibati bina kimi qeydiyyata alınmışdır. «Qaz İxrac» İdarəsinin xxx magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqli Yevlax-Balakən magistral qaz kəmərinin çəkilməsinə dair layihə sənədləri əlavə olunmadığından həmin qaz xəttinin layihəyə uyğun çəkilibçəkilməməsini müəyyən etmək mümkün olmadı. Lakin iş materiallarına əlavə edilmiş qaz xəttinin çəkilməsinə dair texniki pasportda həmin qaz kəmərinin 1987-ci ildə istismara qəbul edildiyi göstərilmişdir. «Qaz İxrac» İd arəsinin xxx magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqlidir. Yevlax-Balakən magistral qaz kəmərinin çəkilməsinə dair layihə sənədləri mülki iş materialına əlavə olunmadığından həmin qaz xəttinin əvvəllər hansı ərazidən çəkildiyini müəyyən etmək mümkün olmadı. Lakin naturada baxış zamanı mübahisələndirilən qaz kəməri ilə Cavabdeh məxsus tikili arasındakı məsafə 28.0 m təşkil etdiyi müəyyən edildi. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh tərəfindən Balakən rayonu Katex kəndi ərazisində inşa edilmiş uzunluğu 11.30 m, eni 7.60 m ölçüdə olan ofis tipli tikilinin 1986-cı ildə qanunvericiliyin tələblərinə əməl edilməklə tikildiyi, «Qaz İxrac» İdarəsinin xxx magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan 325 mm-lik yü ksək təzyiqli YevlaxBalakən magistral qaz kəmərinin həmin tikilidən sonra inşa edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2019-cu il tarixli 31467 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən Balakən rayonu, Katex kəndi ərazisində inşa edilmiş uzunluğu 11.30 m, eni 7.60 m ölçüdə olan ofis tipli tikili “Qum- Çınqıl” karxanası üçün ayrılmış torpaq sahəsində yerləşir və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş əmlak kompleksinə dair texniki pasporta uyğun 1986-cı ildə inşa olunmuş, A Literli inzibati bina kimi qeydiyyata alınmışdır. «Qaz İxrac» İdarəsinin xxx magistral qaz kəmərləri sah əsinin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqli YevlaxBalakən magistral qaz kəmərinin çəkilməsinə dair layihə sənədləri əlavə olunmadığından həmin qaz xəttinin layihəyə uyğun çəkilib-çəkilməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iş materiallarına əlavə edilmiş qaz xəttinin çəkilməsinə dair texniki pasportda həmin qaz kəmərinin 1987-ci ildə istismara qəbul edildiyi göstərilmişdir. «Qaz İxrac» İdarəsinin xxx magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan 325 mm-lik yüksək təzyiqlidir. Yevlax-Balakən magistral qaz kəmərinin çəkilməsinə dair layihə sənədləri mülki iş materialına əlavə olunmadığından həmin qaz xəttinin əvvəllər hansı ərazidən çəkildiyini müəyyən etmək mümkün olmamışdır. Lakin naturada baxış zamanı mübahisələndirilən qaz kəməri ilə Cavabdeh mə xsus tikili arasındakı məsafə 28.0 m təşkil etdiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 240.1-ci maddəsinə əsasən torpa q sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. - 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Məhkəmə kollegiyası hesab edir ki, xxxx” QSC-nin “xxxx” MMC tərəfindən 1986-cı ildə qumçınqıl karxanasının torpaq sahəsində uzunluğu 11,3 metr, eni 7,6 metr ölçüdə olan ofis tipli tikili tikildiyindən, Balakən RİH Başçısının 08 saylı 01 fevral 2017-ci il tarixli Sərəncamı ilə Balakən rayonu, Katex kəndi ərazisindən 5.0 ha torpaq sahəsi “Qum-Çınqıl” karxanası üçün ayrıldığından, həmçinin cavabdeh kimi göstərilən Cavabdeh həmin müəssisənin direktoru olduğundan, cavabdehin həmin torpaq sahəsini zəbt edərək orada özbaşına tikinti işlərinin aparılması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirilmişdir. Torpaq sahəsi və üzərindəki tikintinin xxxx” QSC-nin “xxxx” MMC-nə məxsus olduğundan, onun üzərində hüquqlar qeydə alındığından, həmin tikili qanunsuz və özbaşına tikinti sayılmadığı ndan, torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından məhkəmə kollegiyası hesab edir ki, həmin tikili və altındakı torpaq sahəsinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks halda, bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq norması nın tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qaz İxrac İdarəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli 2(107)1581/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6933/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6933/2019
30.10.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver