Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6946/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı və onun vəkili Şahmarov Məzahir Turab oğlunun, cavabdeh Bakı şəhəri 53 saylı notariat kontorunun notariusu X11 vəkili X19 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)4807/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəm əsinin (hakim A.S.Məmmədov) 24 dekabr 2018-ci il tarixli, 2(004)-8640/2018 saylı qətnaməsi ilə, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev və H.Cavid küçəsinin kəsişməsi, 556-557-ci məhəllə,ev 81 ünvanında yerləşən miras əmlak olan 1 saylı mənzilə dair Cavabdeh2 və Cavabdeh1 vərəsəlik hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Eyvazov, F.Ş.Talışınski və Z.Ə.Əliyev) 27.05.2019-cu il tarixli, 2(103)-4807/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən salanılmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli qətnaməs indən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhər 53 saylı notariat kontorunun notariusu X17 qarşı «miras əmlakın qəbul olunmuş hesab edilməsi və həmin əmlaka vərəsəlik hüququnun tanınması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 81 saylı evin 1 nömrəli mənzilinin tam həcmdə İddiaçı tərəfindən vərəsəlik qaydasında qəbul edilmiş hesab edilməsi və onun həmin əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev və H.Cavid küçəsinin kəsişməsi, 556-557-ci məhəllə,ev 81 ünvanında yerləşən 1 saylı mənzil 2005-ci ildən doğma əmisi qızı mərhumə X3 istifadəsində olmuş və adına şə xsi mülkiyyət kimi qeydə alınmışdır. Zərnigar Ağakişiyevanın atası X20 ilə onun atası Güləliyev Əsgər Ağakişi oğlu dağma qardaş olmuşlar. Z.Ağakişiyevanın anası X21 olmuşdur. Fəti kişi Səadət ilə evlənərkən X25 adlı uşağı başqa kişidən olmuşdur. N.İsrafilov 1939-cu ildə anadan olmuş, atası Səməd İsrafilov, anası X22 olmuşdur. Fəti Güləliyevin arvadı Səadət 37 noyabr 1945-ci ildə Zərnigarı dünyaya gətirmişdir. Zərnigar xanım 06 fevral 2018-ci ildə vəfat etmişdir. Hazırda Zərnigarın ögey qardaşı uşaqları Cavabdeh1, Cavabdeh2 və X12 vardır. Onlardan Süleyman rəsmi müraciət edərək miras əmlaka hər hansı iddiası olmadığını bildirmişdir. Digər şəxslər isə illər boyu mərhumə Zərnigər xanımı yalnız efirdən gördükləri halda, ömürləri boyu Zərnigər xanımın evinin yolunu tanımadığı, aralarında neç bir əlaqənin olmadığı halda və heç zaman Zərnigər xanımın onları qohum kimi qəbul etmədiyi, əlaqə saxlamadığı, görmək belə istəmədiyi halda, bu yaxınlarda miras əmlakdan pay almaq arzusundadırlar. Ögey vərəsələr hətta dəfndə belə iştirak etməmiş, vərəsə, qohum kimi özlərini nümayiş etdirməmişlər. Cavabdehlər Elman və Fəxriyyə İsrafilovlar vaxtında mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etməmişlər, yalnız 21.08.2018-ci ildə, 6 aydan sonra müraciət olunmuşdur. Yeganə vərəsə olaraq vaxtında, yəni 21.02.2018-ci il tarixdə mirasın yerləşdiyi notariat kontoruna müraciət etmişdir. Eyni zamanda mərhumənin yeganə vərəsəsi o olmuş, layiqli vərəsə kimi ölümünə qədər onun qulluğunu, müalicəsini, evinin idarə olunmasını, ona baxılmasını, ehtiyyaclarının ödənilməsini, ölümündən sonra dəfni ni, müsəlman qaydalarına uyğun olaraq, ehsan və digər işləri o təşkil etmiş və hər zaman evi, bu gün isə mirası o idarə etmiş, faktiki sahiblik, yiyəlik o etmiş və onun nəzarəti altında olmuşdur. Cavabdehlər nəinki vərəsə kimi miras əmlak ilə bağlı vaxtında müraciət etməmiş, eyni zamanda əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişlər, belə bir istəkdə, təşəbbüsdə olmamışlar. Cavabdehlər mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan müddəti ötürmüşlər. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin göründüyü kimi, miras qoyan vəfat etdikdən sonra və həmin andan miras açılsa da, cavabdeh tərəfindən miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi üçün vaxtında hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən mirasın qəbulu üçün hər hansı bir hərəkət də edilməmişdir. Digər tərəfdən cavabdehlərə miras əmlakı qəbul etmək üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Cavabdehlər miras açıldığı vaxtdan miras əmlaka gəlməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı belə iradə iradəsini bildirməmişdir. Belə olan halda, cavabdehlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamışdır. Cavabdehlərin mirasın açılmasından xəbərləri olmuşdur, lakin mirasın qəbul edilməsi müddətini ötürmüş və bununla da, miras əmlakdan pay almaq hüququnu itimişlər. Cavabdehlər tərəfində n miras əmlak faktı olaraq da qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı Bakı şəhər 53 saylı Notariat Kontorunun notariusu X17 qarşı “vərəsəlik və mülkiyyət hüquqununtanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən miras əmlak olan 1 saylı mənzilə dair X4 və irafılov Elman Naseh oğlunun vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması, onlara vərəsəlik şəhadətnaməsinin və digər hüquqmüəyyənedici sənədin verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar iddianı onunla əsaslandırmışlar ki, onlar həmişə bibiləri ilə əlaqədə olmuş, onun yasında iştirak etmiş, miras əmlaka dair vərəsəlik hüququ nun tanınması barədə 21.02.2018-ci il tarixdə notariat kontoruna müraciət etmiş, notariat kontoruna bütün lazımi sənədləri təqdim etmişlər. Bildirdilər ki, xalq artisti X9 06.02.2018-ci il tarixdə ürək çatışmamazlığından ölmüşdür. Onun Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzili miras əmlak kimi qalmışdır. Belə ki, X9 onların bibisidir, onun övladı yoxdur, cəmi bir qardaşı, yəni ataları X26 olmuşdur. Belə ki, srafılov Naseh Səməd oğlu 06.03.1939-cu ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, onun atası X27, anası X23 olmuşdur. X27 1-ci dünya müharibəsinə getmiş, geri qayıtmamış, müharibədə ölmüşdür. Bundan sonra Nasehin anası X2 Fəti Ağakişi oğlu ilə yeni nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan 07.11.1945-ci ildə X9 doğulmuşdur. X26 02.12.1985-ci ildə vəfat etmiş, X21 19.11.1995-ci ildə vəfat etmişdir. X20 2001 -ci ildə vəfat etmişdir. X1 1-ci növbə vərəsəsi yoxdur. Onun 2-ci növbə yeganə vərəsələri X10, X28 və X8r. X13 27.02.2018-ci il tarixli ərizə ilə notariat kontoruna müraciət edərək, miras əmlakdan ona çatası paydan imtina etmişdir. Onlar 21.02.2018-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontoruna müraciət etmişlər və X3 21.02.2018- ci il tarixdə 8V/08 saylı vərəsəlik işi açılmışdır. Bakı şəhəri 53 saylı notariat kontorunun notariusu X29 27.08.2018-ci il tarixli məktubla ərizəçilərə müraciət edərək, mərhumun digər vərəsələri arasında mübahisə olduğundan, mərhuma məxsus olan əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, ərizəçilər məhkə məyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini, ilkin iddia tələbi təmin olunmasını, Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti, ev 81, 1 nömrəli mənzilin tam həcmdə İddiaçı Əsgər qızı tərəfindən vərəsəlik qaydasında qəbul edilmiş hesab edilməsini iddiaçının həmin əmlaka vərəsəlik hüquqlarım tanınmasını, Qətnamədə Qətnamə İddiaçı Əsgər qızma miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır - ifadələri qeyd olunmasını, Qarşılıqlı iddia üzrə Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid prospekti, ev 81,1 nömrəli mənzilə da ir X10 və X14 vərəsəlik hüququnun tanınmasına dair qarşılıqlı iddia tələbi təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, ünvan 4 ünvanında yerləşən 1 saylı mənzil 2005-ci ildən doğma əmisi qızı mərhumə X6 istifadəsində olmuş və adına şəxsi mülkiyyət kimi qeydiyyata alınmışdır. Z.Ağakişiyevanm atası X20 ilə onun atası X18 doğma qardaş olmuşlar. Z.Ağakişiyevanm anası X21 olmuşdur. Fəti kişi Səadət ilə evlənərkən X26 adlı uşağı başqa kişidən olmuşdur. N.İsrafılov 1939-cu ildə anadan olmuş, atası Səməd İsrafılov, anası X23 olmuşdur. Fəti Güləliyevin arvadı Səadət 07 noyabr 1945-ci ildə Zəmigarı dünyaya gətirmişdir. Zəmig ar xanım 06 fevral 2018-ci ildə vəfat etmişdir. Hazırda Zərnigarm ögey qardaşı uşaqları X28, X10 və X13 vardır. Onlardan Süleyman rəsmi müraciət edərək, vərəsə olaraq, miras əmlaka hər hansı iddiasının olmadığını bildirmişdir. Digər şəxslər isə illər boyu mərhumə Zərnigər xanımı yalnız efirdən gördükləri halda, ömürləri boyu Zərnigər xanımın evinin yolunu tanımadığı, aralarında heç bir əlaqənin olmadığı halda və heç zaman Zərnigər xanımın onları qohum kimi qəbul etmədiyi, əlaqə saxlamadığı, görmək belə istəmədiyi halda, bu yaxınlarda miras əmlakdan pay almaq arzusundadırlar. Ögey vərəsələr hətta dəfndə belə iştirak etməmiş, vərəsə, qohum kimi özlərini nümayiş etdirməmişlər. Cavabdehlər Elman və Fəxriyyə İsrafılovlar vaxtında mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etməmişlər, yalnız 21.08.2018-ci ildə, 6 (altı) aydan sonra müraciət olunmuşdur. Yeganə vərəsə olaraq vaxtında, yəni 21.02.2018-ci il tarixdə mirasın yerləşdiyi notariat kontoruna müraciət etmişəm. Eyni zamanda mərhumənin yeganə vərəsəsi özü olmuşdur, layiqli vərəsə kimi ölümünə qədər onun qulluğunu, müalicəsini, evinin idarə olunmasını, ona baxılmasını, ehtiyyaclarınm ödənilməsini, ölümündən sonra dəfnini, müsəlman qaydalarına uyğun olaraq ehsan və digər işləri mən təşkil etmişəm və hər zaman evi, bu gün isə mirası idarə etmiş faktiki sahiblik, yiyəliyi özü etmişdir və onun nəzarəti altında olmuşdur. Cavabdehlər nəinki vərəsə kimi miras əmlak ilə bağlı vaxtında müraciət etməmiş, eyni zamanda əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişlər, belə bir istəkdə, təşəbbüsdə olmamışlar. Cavabdehlər mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan müddəti ötürmüşlər. Odur ki, cavabdehlərin mübahisəli miras əmlaka dair vərəsəlik hüququnun itirilməsi və mirasın tərəfimdən qəbul olunmuş hesab edilməsi barədə iddia tələbi tam əsaslıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Şahmarov Məzahir Turab oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı şəhəri 53 saylı notariat kontorunun notariusu X11 vəkili X36 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər m əhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 27.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Bakı şəhəri 53 saylı notariat k ontorunun mövqeyinə görə, notariat kontoruna vərəsəliklə bağlı ilk müraciət edən İddiaçı olmuş, ondan bir neçə saat sonra isə Cavabdeh1 və Cavabdeh2 müraciət etmişlər. Sonuncuların müraciət ərizələrində 21.02.2018-ci il tarix yox, 21.08.2018-ci il tarix yazılması texniki səhv olmuşdur. Belə ki, notariat kontorunda vərəsəlik və s. kimi bir qədər mürəkkəb işlərə nəzarət edən işçi işdən çıxdığından, onu əvəz edən Nərmin xanım isə təcrübəsiz olduğundan o, səhvən müraciət tarixindən sonrakı 6 aylıq müddəti hesablayıb və tarixi 21.08.2018-ci il kimi qeyd etmişdir. Əslində isə Cavabdeh1 və Cavabdeh2 21.02.2018-ci il tarixdə müraciət etmişlər. Həmçinin, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»a dəyişikliklərin edilməsinə dair Nazirlər Kabinetinin 1 1 iyun 2018-ci il tarixli, 261 nömrəli Qərarına əsasən notariat hərəkətlərinin elektron reyestrinin aparılması nəzərdə tutulmuşdur. Yəni, həmin dəyişiklikdən sonra kontora daxil olan bütün ərizələr və s. elektron olaraq qeydiyyatdan da keçirilir. Əgər Cavabdeh1 və Cavabdeh2 iddiaçının iddia etdiyi kimi, həqiqətən də ci il tarixdə kontora müraciət etmiş olsaydılar, onların ərizələri elektron sistemdə olardı, lakin həmin ərizələr elektron sistemdə mövcud deyildir. 16 noyabr 2018-ci il tarixli aktdan (həmin akt Bakı şəhəri 53 saylı notariat ontorunun notariusu S.R.Ələkbərova, aparıcı mütəxəssis-kargüzar N.A.Ağayeva, vətəndaşlar Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi V.İ.İsrafilov srəfindən təsdiq olunmuşdur) görünür ki, 06.02.2018-ci il tarixdə vəfat etmiş Ağakişiyeva lərnigar Fəti qızın ın vərəsələrindən olan Cavabdeh1 və İsrafilova -Fəxriyyə Naseh qızı 21.02.2018-ci il tarixdə 53 saylı notariat kontoruna gəlmiş və vərəsəliyin qəbuluna dair ərizələri imzalamışlar. Bu fakt Cavabdeh1 və Cavabdeh2 əqdim etdikləri ərizələrin qəbul olunması zamanı surətinə kargüzar tərəfindən 21.02.2018- ci il tarixdə edilmiş qeydlə, eyni zamanda vərəsəlik işində Cavabdeh1 tərəfindən təqdim olunmuş 27.02.2018-ci il tarixdə təsdiq edilmiş X5 ərizəsi, Quba rayon qeydiyyat şöbəsinin 21.02.2018-ci il tarixli arayışı Cavabdeh1 imtina olaraq götürdüyü ərizənin surəti ilə öz təsdiqini tapır. Cavabdeh1 ərizəsindəki daxilolma tarixinin tərəflərindən mexaniki səhv olaraq qaralanıb, sonradan əvvəlki qaydada düzəldilməsini. Cavabdeh2 ərizəsində isə daxilolma tarixinin tərəflərindən səhvən «02» əvəzinə «08 » kimi qeyd olunmasını nəzərə alaraq vətəndaş Cavabdeh1 və Cavabdeh2 ilə yeni ərizə tərtib etməklə yeni ərizənin köhnə ərizə ilə eyniliyini təsdiq edirlər. Göründüyü kimi, Bakı şəhəri 53 saylı notariat kontoru Cavabdeh1 və Cavabdeh2 məhz 21 fevral 2018-ci il tarixdə mirasın qəbulu ilə bağlı müraciət etmələrini təsdiq edir və ərizələrdə 21.08.2018-ci il tarixinin qeyd olunmasını texniki səhv kimi qiymətləndirir. Bununla yanaşı, vərəsəlik işində olan digər sənədlərdən də Cavabdeh1 və Cavabdeh2 21.08.2018-ci il tarixdə deyil, daha əvvəl (21.02.2018) müraciət etmələri müəyyən olunur. Belə ki, vərəsəlik işində olan Cavabdeh1 və Cavabdeh2 qardaşı X7 mirasdan imtina barədə ərizəsindən görünür ki, həmin ərizə 27.02.2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuşdur. Bununla yanaşı, vərəsəl ik işində olan İsrafilovlara aid digər sənədlərdən (arayışlar və s.) görünür ki, onlar məhz 21.02.2018-ci il tarixdə 53 saylı notariat kontoruna təqdim olunmuşdur (həmin arayışların üzərində onların 53 saylı notariat kontoru tərəfindən məhz 21.02.2018-ci il tarixdə təsdiq olunması barədə qeyd vardır). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik Dİduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsəl ərinə keçir. İlkin olaraq qeyd edilməLmişdir ki, miras qoyan X3 06 fevral 2018-ci il tarixdə vəfat etməsi və bununla da mirasın açılması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1 Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 2 Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 3 Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar q anun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 4 Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 5 Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vax t miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1160-cı maddəsinin tələbinə görə isə əvvəlki növbənin vərəsələrindən, eç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İşin mübahisə olunmayan hallarına əsasən miras qoyanın birinci növbəli vərəsəsi mövcud deyildir. İlkin iddia üzrə iddiaçı isə beşinci növbəli vərəsə olduğunu b ildirir (miras qoyanın əmisi uşağı). Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçılar isə ikinci növbəli vərəsələrdir. Belə ki, onların atası, yəni miras qoyanın qardaşı X25 mirasın açıldığı vaxt sağ olmamış, hələ 02 dekabr 1985-ci ildə vəfat etmişdir. Bu səbəbdən də, qarşılıqlı iddia üzrə iddiaçılar MM-nin 1159.2-ci maddəsinə əsasən ikinci növbəli vərəsə sayılırlar. Həmçinin, qeyd edilimişdir ki, işdə olan vərəsəlik işinin təsdiq olunmuş surətindən görünür ki, ikinci növbədə vərəsə kateqoriyasına daxil olan X12 27 fevral 2018-ci il tarixdə miras payından notariat qaydasında imtina etmişdir. Eyni zamanda, apellyasiya instanisyası məhkəməsi ilk iddia üzrə iddiaçının «X15 (qarşılıqlı iddia üzrə iddiaçıların atası) miras qoyanın ögey qardaşı olmasına dair» etirazına haqlı olaraq qeyd etmişdir k i, miras qoyanla X15 ataları fərqli olsa da, anaları eyni şəxs X21 olmuşdur. Odur ki, onlara münasibətdə ögey bacı-qardaş ifadəsini işlətmək yanlışdır, onlar qan qohumluqları olan doğma bacı-qardaşdırlar. Beləliklə, apellyasiya instanisyası məhkəməsi işin faktiki hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsasən düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə İddiaçı münasibətdə əvvəlki növbənin vərəsələri olduğundan, sonrakı növbənin vərəsəliyi istisna edilir. İlkin iddia üzrə iddiaçı kassasiya şikayətində Cavabdeh1 və Cavabdeh2 tərəfindən mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş müddətin ötürülməsini (mirasın faktiki olaraq da qəbul olunmamasını) göstərmiş, bunu sonuncuların 6 ay müddət keçdikdən sonra, yəni 21 a vqust 2018-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontoruna mirasın qəbulu ilə bağlı ərizə vermələri ilə əsaslandırmışdır. Kassasiya kollegiyası apellyasiya instanisyası məhkəməsinin bu dəlillə bağlı verdiyi əsaslandırma ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi mirasın qəbul müddəti ilə bağlı maddi hüquq normaları baxımından işin faktiki hallarına qiymət verərək, belə hesab etmişdir ki, notariat kontoru tərəfindən yol verilmiş texniki səhv qarşılıqlı iddia üzrə iddiaçıların mirasın qəbulu müddətinin ötürülməsi anlamına gələ bilməz. Çünki, işdə olan və araşdırılmış sübutlarla Cavabdeh1 və Cavabdeh2 məhz 21.02.2018-ci il tarixdə mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmələri və bununla da qanunla nəzərdə tutulmuş müddəti ötürməmələri müəyyən edilməmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı yoxlama apararkən maddi və prosessual hüquq normalarının pozuntusu halını müəyyən etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində isti nad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq cavabdehlərin mirasın qəbulu ilə bağlı sübutlarına məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehlərin miras qoyanın sağlığında ona baxmaması və s. istinad edilən hallar qanunvericilikdə mirasdan məcburi pay alma hüququndan məhrum edilməmiş və yaxud ləyaqətsiz vərəsə elan edilməmiş vərəsələr tərəfindən mirasa dair vərəsəlik hüquqlarının tanınmasının qarşısını alan hal kimi nəzərədə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)-4807/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6946/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6946/2019
06.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver