Məhkəmə qərarları › İş №2(102)-696/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-696/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-696/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 202 4-ci il tarixli, 2(106)-1723/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(073)-871/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt «Asan Xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək İddiaçı Bakı şəhəri 19 saylı notariat kontorunda verdiyi xx.xx.2014-cü il tarixli, 30080 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt «Asan Xidmət» mərkəzində notariat kontorunda Xaçmaz rayonunun Seyidli kəndyeri kəndində yerləşən 0.32 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 172.7 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt «Asan Xidmət» mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı çıxarışın ləğv edilməsi, Sumqayıt «Asan Xidmət» mərkəzində notariat kontorunda Xaçmaz rayonunun Seyidlikəndyeri kəndində yerləşən 0.32 ha torpaq sahəsinə v ə həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 172.7 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 ödənilmiş 60000 manat pulun Cavabdeh1 alınıb Cavabdeh2 qaytarılması qət edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(106)-2768/2018 nömrəli qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(073)-871/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3254/2019 nömrəli, 8 may 2019-cu il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2018-ci i l tarixli, 2(073)-871/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən xüsusi notarius Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 dekabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş 12 dekabr 2015-ci il tarixli, RX ******* saylı daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Seyidli kəndyeri kəndində yerləşən 0.32 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 172.2 kv.m ümumi sahəsi olan 4 otaqdan ibarət fərdi yaşayış evi, habelə köməkçi tikililər İddiaçı mülkiyyətində olmuşdur. Həmin əmlakların iddiaçının mülkiyyətində olmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarış verilmişdir. 18 noyabr 2014-cü ildə İddiaçı Cavabdeh1 Bakı şəhəri 19 saylı notariat kontorunda etibarnamə vermiş, sonradan məlum olmuşdur ki, Cavabdeh1 iddiaçıya məxsus əmlakı 07 dekabr 2015-ci il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunda notarius Cavabdeh3 ilə əlbir olub Cavabdeh2 satmışdır. Alğı-satqı müqaviləsini təsdiq edərkən notarius qanun pozuntusuna yol vermişdir. Belə ki, alğı-satqı müqaviləsi bağlanarkən mülkiyyətçiyə hər hansı şəkildə məlumat verilməmiş, mülkiyyətçinin sağ olub-olmadığı yoxlanılmamış və etibarnamənin bir ildən artıq müddətdən öncə verilməsi nəzərə alınmamışdır. Həmin tikililərin və torpaq sahəsinin faktiki bazar qiyməti 250-300 min manat olmasına baxmayaraq alğı-satqı müqaviləsində bu məbləğ 60000 manat göstərilmişdir. Müqavilədə 30000 manat beh verilməsi, bundan 16 dəqiqə sonra alğı-satqı müqaviləsinin bağlanması formaldır. Bu günə kimi hər hansı rəsmi ödəniş olmamışdır. İddiaçı müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin iddia tələbi rədd olunmuşdur.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı eyni tələb ilə hazırkı tərəflərə qarşı iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmələr tərəfindən iddiaçını iddia ərizəsinə baxılmış və iddia tələbi əsassız olduğundan təmin edilməmişdir.

7. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(050)-2252/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (X5)

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının vermiş olduğu etibarnamə əmlakın idarə edilməsi üçün deyil, məhz daşınmaz əmlaka sərəncam verilməsi (satılması) və həmin sərəncam ilə bağlı pulun alınması və digər tapşırıqlarla əlaqədar olmuşdur. Müqavilə etibarnamə əsasında bağlandığı üçün, müqavilənin tərəfləri etibarnamə verən İddiaçı və Cavabdeh2 hesab olunur. Bununla da satıcı İddiaçı daşınmaz əmlakı 60000 manat müqabilində alıcı Fazil Əliyevə satmış və müqavilə öhdəliyinin şərtlərinə görə Cavabdeh2 həmin məbləği etibarnamə üzrə Rafiq Mehdiyevə ödəməklə, əmlak ın dəyərini ödəmək öhdəliyini yerinə yetirmişdir.

9. Məhkəmə digər cavabdehlərə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisənin onlara ümumiyyətlə aidiyyəti yoxdur. Çünki iddia predmeti üzrə müqavilənin ləğv olunmasını tələb etmək hüququ müqavilənin tərəflərinə aid olduğu üçün, hazırkı tələb üzrə cavab verməli şəxs Cavabdeh2 hesab olunur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 152.1, 359, 362, 389, 421, 423, 424, 527, 567, 646-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106 )-1723/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(050)-2252/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

13. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetə dair iddia məhkəmə qətnamələri ilə həll edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verməli olduğu halda, iddiaya mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır.

14. Məhkəmə öz mövqeyini MPM-nin 261.0.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı i l tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1723/2024 xx.xx.2024-cü il il tarixli qərardadının ləğv edilməsi və şikayətin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, daha öncəki iş üzrə Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən əqdin etibarsızlığının əsasları müəyyən edilməmişdir, lakin bu qərar əqdin ləğv edilməsinə dair iddia qaldırılmasına maneə ola bilməz. Sırf bu səbəbdən də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumun xx.xx.2021-ci il tarixli Plenum Qərarından açıq-aşkar aydın olur ki, məhkəmə əqdin etibarsızlığı tələbini əqdin ləğv edilməsi və xitamı tələblərindən fərqləndirir və həmin tələblərin ayrı icraatlarda baxılmasını tələb edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin ed ilməməlidir.

22. Məhkəməyə müraciət etmək hüququ yalnız qanunda nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər. Bu əsaslardan biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə artıq baxılmış olmasıdır. Bu halda məhkəmənin həmin mübahisəyə yenidən baxması prosessual pozuntu olmaqla hüquqi müəyyənlik prinsipinə ziddir. Belə ki, hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı).

23. Prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu el ementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

24. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarı)

25. İddianın əsası dedikdə iddiaçının öz tələbini əsaslandığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM, m. 149.2.3), hüquqi əsasını isə göstərməkdə isə sərbəstdir.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda iddiaçı iddia ərizəsinin tələb hissəsini formal olaraq dəyişsə də, eyni cavabdehlərə qarşı faktiki olaraq eyni predmet və eyni əsaslar üzrə iddia qaldırmış, iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər (alqı-satqı müqaviləsinin bağlanmasına mülkiyyətçi kimi razılığının olmaması, təmsilçiyə bu barədə səlahiyyət verilməməsi, müqavilədə qiymətin aşağı göstərilməsi, alqı-satqı müqaviləsi üzrə ödənişin ona çatmaması) araşdırılmış, Şirvan Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli, 2(106)2768/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə artıq bu dəlillərə hüquqi qiymət verilmişdir.

27. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar)

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2024-ci il tarixli, 2(106)-1723/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar