Məhkəmə qərarları › İş №2(102)-6960/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6960/2019

30.10.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6960/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X29 oğlunun katibliyi, İddiaçının vəkili xxxoğlunun və Cavabdeh1 vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri, Yasamal rayonu, 19 nömrəli Kontorunun Xüsusi X7rşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, vərəsəlik qapının bağışlanmasının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il t arixli 2(103)-4717/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili xxxoğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri Yasamal rayonu, 19 nömrəli notariat kontorunun xüsusi X7rşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək 14.01.2016-cı il tarixdə qanuna zidd şəkildə 2V-04 reyestr nömrəsi ilə 19 saylı notariat kontorunun notariusu xxx tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tam ləğv edilməsi, həmin tarixdə 3M-18 reyestr nömrəsi ilə xxx tərəfindən verilən vərəsəlik payının bağışlanmasının tam ləğv edilməsi, 2V-04 reyestr nömrəli və 14.01,2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnaməsinə, 3M-18 reyestr nömrəli 14.01.2016-cı il tarixli b ağışlama sənədinə əsasən Cavabdeh1 adına 16.01.2016-cı il tarixdə verilən çıxarışın və texniki pasportun tamamilə ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 məhkəməyə yalan və qərəzli məlumatları, saxtakarlıqları məhkəmə tərəfindən araşdırılıb, onların bu əməllərinə qanuna əsasən hüquqi qiymət verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Xuraman Məhərrəmova) 2(004)6742/2018 saylı işi üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) 15 aprel 2019-cu il tarixli 2(103)-4717/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmi n edilməyərək iş üzrə Yasamal rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili xxxoğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-966/2014 saylı, 17 iyun 2014-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 anasından miras qalmış yyy saylı mənzilinə dair mirası qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2821/2015 saylı, 13 may 2015-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İlham Əsədov, digər hakimlər Azad İmanov və Fuad Talışinski) cavabdeh X12 (anası İddiaçı) apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 17 iyun 2014-cü il tarixli, 2(004)-966/2014 saylı tamamilə qanunsuz və əsassız olan qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən hakimin işə baxılmasına o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə işə baxılmasında iştirakına yol verilmir. Məhkəməyə müraciət edən iddiaçı hüququnu bilməsə belə, işə baxan hakim Fuad Talışinski özü-özünə etira z etməli idi. Bunun üçün kifayət qədər əsaslar var idi. Belə ki, iş materiallarından görünür ki, hazırki işə daha öncə baxılmış 2(103)-2821/2015 saylı mülki iş birbirilə sıx bağlı əlaqəli olan işlərdir. Əvvəlki iş üzrə çıxarılmış qanunsuz və ədalətsiz qətnamə hazırki işə preyudisial baxımdan bilavasitə öz təsirini göstərmişdir. İddiaçının 19 saylı Notariat Kontorunun Notariusu xxxnin və Yasamal rayon 32 saylı MKİS-nin rəisi S.Zalovun məhkəməyə çağırılması barədə vəsatəti təmin olunmamamış, bu vəsatətin nəyə görə təmin edilməməsinə apelyasiya instansiyası məhkəməsi hüquqi qiymət verməmişdir. Həmin vəsatətin təmin edilməsinin işin halları üçün çox mühüm əhəmiyyəti var idi. Apelyasiya instansiya məhkəməsi prosessual normalarının müddəalarına səthi yanaşmış və həmin normaların tələblərinə riay ət etməmişdir. Bütün ilkin hüquq müəyyənedici sənədlərdə “X16” əvəzinə, “X24” qeyd olunmuşdur. Sonrakı sənədlərdə isə “X16” qeyd olunmuşdur. Ancaq bu iki fərqli adın bir birini necə əvəz etməsi iş materiallarından görünmür. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 12 mart 2019-cu il tarixli, 2(103)-4717/2019 saylı qərardadından görünür ki, həmin qərardadda məhkəmənin möhürü yoxdur. Qanunvericiliyin və kargüzarlığın tələbinə görə ayrıca akt şəklində qəbul edilmiş məhkəmə qərarlarına möhür vurulmalıdır. İş materiallarında olan məhkəmə iclas protokollarında sədrlik edən hakim və katibin adları mövcud deyil. Birinci instansiya məhkəməsi öz qeyd etdiyi normalara düzgün istinad etməyərək ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını deyil, yalnız sonda qətnam əni qəbul edərkən və əsaslandırarkən bu nəticəyə gəlmişdir. Yasamal Rayon Məhkəməsinin hakimi Xuraman Məhərrəmova iddia ərizəsini geri qaytarmamış və iş üzrə mahiyyəti üzrə qətnamə qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsi isə bu hala da hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi tərəfindən kobud şəkildə pozulmasına hüquqi qiymət verməmişdir. Yasamal Rayon Məhkəməsinin hakimi Xuraman Məhərrəmova iddianı icraata qəbul etdikdən sonra iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına istinad edə bilməzdi. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində isə demək olar ki, əsaslandırıcı hissə olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən maddi normalarının düzgün tətbiq olunmadığını da müəyyən etməmişdir. İddiaçı Vaqif B ədəlovla 1977-ci ildə ailə həyatı qurmuş və 3 övladı olmuşdur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 27.06.1990-cı ildə Vaqif Bədəlov (iddiaçının həyat yoldaşı) öz anası X8 adına almışdır. İş materiallarından görünür ki, X8 3 vərəsəsi mövcuddur: X13, Cavabdeh1 və Cavabdeh2. xxx ölümündən sonra iki bacı Cavabdeh1 və Cavabdeh2 19 saylı notariat kontoruna müraciət edərək miras əmlakdan bərabər hissələrdə pay alaraq bunu 2V-04 Reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə rəsmiləşdirmiş, sonradan bacılardan biri, yəni, Cavabdeh2 Cavabdeh1 xeyrinə miras əmlakdan imtina etmişdir. Bacılar ölən qardaşının arvadı və uşaqlarının olduğunu gizlətmiş, 19 saylı Notariat Kontorunun Notariusu xxx xidməti vəzifəsi olmasına baxmayaraq vərəsələrin konkret dairəsini müəyyən etmədən qanunver iciliyin tələblərini kobud surətdə pozaraq müraciət edən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etmişdir. 17 iyun 2019-cu il tarixli, 2(004)-936/2014 saylı qətnamədən görünür ki, hətta özü də bilmədən Cavabdeh1 məhkəməyə yyy saylı mənzilin 1/3 hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddia ərizəsinə dəqiqləşmə verilmişdir. Göründüyü kimi Cavabdeh1 qardaşının ölümündən sonra 2014-cü ildə məhkəməyə müraciət edərkən miras əmlaka 2 yox, 3 və daha artıq vərəsə olduğunu çox yaxşı bilirdi. Məhz bu səbəbdən məhkəmədən anasından qalmış miras əmlakın 1/3-ni istəyirdi. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin 14.11.2017-ci il tarixli, **********79 saylı məktubundan görünür ki, ü nvan 2 ünvanda yerləşən fərdi yaşayış evi tam olaraq Cavabdeh1 mülkiyyətindədir. Vərəsəlik hüququ haqqında şəhadətnamə notarius tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun şəkildə verilmədiyinə görə həmin şəhadətnamənin ləğv olunması üçün kifayət qədər əsaslar var idi. Vaqif Bədəlovun özündən sonra 4 vərəsəsi var: həyat yoldaşı İddiaçı, oğlu yyy, qızları xxx, xxx. Belə olan halda Mülki Məcəllənin 1159-cu maddəsinin tələbləri kobud sürətdə pozularaq həmin normanın tətbiq edilməsində səhv buraxılmış, tətbiq edilməli olan qanun və ya digər normativ aktın tətbiq edilməməmiş, qanun səhv təfsir edilmişdir. V-179/2013 saylı ünvan 3 ünvanlanan Cavabdeh2 və Cavabdeh1 ərizələrindən görünür ki, qardaşları xxx ölümü və vərəsələri barədə həmin ərizədə qeydlər aparılmam ış, bacılar qardaşlarının ölümü və vərəsələr barədə notariusa məlumat verməmişlər, xxx vərəsələri faktiki olaraq vərəsəliyə çağırılmamışlar, iş materiallarında olan V- 179/2013 saylı ünvan 3 ünvanlanan həmin ərizədən görünür ki, hər iki bacı, yəni, Cavabdeh2 və Cavabdeh1 notariusa yalan məlumat vermişlər. Notarius isə verilən məlumatı araşdırmadan və vərəsələrin dairəsini tam müəyyən etmədən qanunsuz və əsassız olaraq Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Əhəmiyyətli hallardan biri də odur ki, ərizənin son hissəsində Cavabdeh2 və Cavabdeh1 hər ikisi bildirmişlər ki, “ərizədə göstərilənlərdən başqa heç bir vərəsə yoxdur. Əgər meydana başqa vərəsə çıxarsa onun payını qaytarmağa hazıram. Buna bütün məsuliyyəti öz üzərimə götürürəm” Yəni, onlar ərizədə özlərindən başqa d a vərəsələrin olduğunu qəbul etmişdir. Məhkəmə bu halların heç birinə hüquqi qiymət vermədən ümumiyyətlə tətbiq edilməli olan maddi hüquq normalarına istinad etməmişdir. Apelyasiya məhkəməsi işə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini ümumiyyətlə əsaslandırmadan köçürmüşdür. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. L akin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş materialları ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 27.06.1990-cı ildə X8 adına qeydiyyata alınmışdır. O, 18.12.2009-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: əri - X9, qızları - Cavabdeh1 və Cavabdeh2 və 1993-cü ildə vəfat etmiş oğlunu n övladları - X20, X21 və X10. X9 11.10.2013-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.06.2014-cü il tarixli 2(004)-936/2014 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X17 qarşı iddiası təmin edilərək Cavabdeh1 anasından miras qalmış yyy saylı evə dair mirası qəbul etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu xxx tərəfindən verilmiş 19.01.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 vərəsələri Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan (yyy saylı fərdi yaşayış evi) bərabər hissələrdə irs almalıdırlar. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 19 saylı notariat kont orunun xüsusi notariusu xxx tərəfindən təsdiq olunmuş vərəsəlik payının bağışlaması müqaviləsinə əsasən Cavabdeh2 19.01.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Məmmədzadə küçəsi 124A saylı fərdi yaşayış evinin özünə məxsus payını – bacısı Cavabdeh1 bağışlamışdır. Həmin sənədlər əsasında 16.01.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına müvafiq qeydiyyat aparılmış və həmin fərdi yaşayış evinin onun mülkiyyətində olması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.05.2016-cı il tarixli 2(004)-3864/2016 saylı qətnaməsi ilə iddiaçı X12 Cavabdeh1 qarşı miras ın qəbul edilməsi faktının və mirasdan payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 06.10.2016-cı il tarixi 2(103)6611/16 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.03.2017-ci il tarixli 2(102)-2200/17 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yasamal rayon Məhkəməsinin 2(004)-9472/2017 saylı, 05.12.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçılar X3 və X14 Cavabdeh1 qarşı vərəsəlik hüquqlarının bərpası və vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 saylı notariat kontoru tərəfindən 14.01.2016-cı il tarixdə 2V-04 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəha dətnamənin qismən, 3M-18 reyestr nömrəsi ilə verilmiş vərəsəlik payının bağışlanması haqqında müqavilənin tam, Cavabdeh1 adına verilmiş çıxarışın və texniki pasportun tam ləğv edilməsi, pozulmuş vərəsəlik hüquqlarının bərpa edilməsi və yyysaylı fərdi yaşayış evinə vərəsəlik paylarının müəyyən edilməsi barədə iddialarının təmin edilməməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2342/2018 saylı, 13.02.2018-ci il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçılar X15 və X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-9472/2017 saylı, 05.12.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinc i instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan aktlar kimi qəbul edilməli və həmin qətnamələr ilə müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirə bilməz və həmin halların təkrarən sübut edilməsi üçün zərurət yoxdur, miras əmlakla bağlı mübahisə etmək və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. İddiaçı mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Həmçinin İddiaçı mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində və onun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən mirasın qəbul ed ilməsi hallarına istinad etməmişlər, yalnız Cavabdeh1 iddiaçının oğlu X17 qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə mülki iş üzrə Yasamal rayon Məhkəməsinin 2(004)-936/2014 saylı 17.06.2014-cü il tarixli qətnaməsinə və həmin mülki iş üzrə Cavabdeh1 iddia ərizəsində, sənəd və arayışlarda məhkəməyə yalan və qərəzli məlumatlar verilməsinə istinad etmişlər. 18 dekabr 2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi sübut olmadığından, o, həmin miras əmlakla bağlı mübahisə etmək və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik deyildir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırdığından İddiaçı iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu i ddiaçıya aid edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən formal və subyektiv səciyyə daşıyan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı başqa qətnamələr ilə müəyyən edilmiş halları mübahisələndirmiş və özünün vərəsəlik hüquqlarını müəyyən edən sübutları təqdim etməmiş, habelə mirasın qəbulu və vərəsəlik hüquqlarının tanınması haqqında tələb iddia ərizəsində təsbit edilməmişdir. Saxtakarlıq əməllərinə isə mülki icraat qaydasında baxılması yolverilməzdir və bunlar cinayət təqibinin müzakirə predmeti ola bilər. Məhkəmələr hesab etmişdirlər ki, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə miras əmlakla bağlı mübahisə etmək və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. İddiaçı mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Həmçinin İddiaçı mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində və onun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən mirasın qəbul edilməsi hallarına istinad etməmişlər, yalnız Cavabdeh1 iddiaçının oğlu X17 qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə mülki iş üzr ə Yasamal rayon Məhkəməsinin 2(004)-936/2014 saylı 17.06.2014-cü il tarixli qətnaməsinə və həmin mülki iş üzrə Cavabdeh1 iddia ərizəsində, sənəd və arayışlarda məhkəməyə yalan və qərəzli məlumatlar verilməsinə istinad etmişlər. 18 dekabr 2009-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi sübut olmadığından, o, həmin miras əmlakla bağlı mübahisə etmək və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik deyildir. Qeyd olunanlara əsasən, iddia tələbi müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırdığından İddiaçı iddiası təmin edilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay almaq hüquqlu vərəsələrdir. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər mir as alırlar. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlak 18 dekabr 2009-cu il tarixdə vəfat etmiş X4 miras qaldığından və həmin vaxt onun vərəsəsi ola biləcək oğlu X1 olmadığından yalnız onun uşaqlarının MM-nin 1159.1.3-cü maddəsinə əsasən birinci növbə vərəsə kimi pay tələb etmək hüququ olmuşdur və həmin uşaqların, yəni X20, X2 və X14 miras əmlakla bağlı qaldırdığı iddiaları qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum X5 arvadı kimi qaynanasİndan miras qalmış əmlaka MM-nin 1159.1.3-cü maddəsinə əsasən heç bir hüququ mövcud olmadığından onun bu miras əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və onun nəticələrini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. “İ.Şabanovanın şikayəti ilə əl aqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqları nı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüqu qun tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçı miras əmlakdan vərəsə kimi pay almaq hüququna malik olmadığından onun həmin əmlaka dair vərəsəliklə bağlı aparılmış hərəkətləri mübahisələndirmək hüququ yoxdur, onun vərəsə ola biləcək övladlarının iddiaları isə məhkəmə baxışının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həmin mübahisələr onların ziyanına həll edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul etmiş, iddianın rədd edilməli olmasını müəyyən etməklə nə maddi, nə də prossesual hüquq normalarının tələblərinin pozulması hallarına yol verməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli 2(103)4717/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar