Məhkəmə qərarları › İş №2(102)-698/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-698/2024

16.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-698/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarlması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7479/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verimiş kassasiya şikayətinə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, mənzil 180 (yeni qaydalarla: AZ 1122, ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli, 4ə-48 reyestr nömrəli Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 2016-cı ilin may ayında nikaha daxil olmuşdur. 16 mart 2021-ci il tarixdə nikah rəsmi olaraq pozulmuşdur. Birgə nikahdan övladları yoxdur. Birgə nikah dövründə Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 7-ci blok, 26-cı mərtəbədə yerləşən 2 otaqlı, 180 saylı mənzili əldə etmişlər. Hal-hazırda nikahları pozulsa da, qeyd edilən mənzil cavabdehin adına sənədləşdirilmişdir. Bundan sonra o, məhkəməyə müraciət edərək mübahisəli mənzilin ½ hissədə paylara bölünməsini xahiş etmişdir. Məhkəmə iclaslarında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 onun tərəfindən mənzilin mübahisələndirilməsinə dair iddianın məhkəməyə verilməsini bilmiş və tələsik olaraq qeyd edilən mənzilin anasının adına xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi ilə rəsmiləşdirilməsin ə nail olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilən mediasiya arayışı ilə müəyyən edilir ki, onun tərəfindən 2022-ci ilin dekabr ayında əmlak tələbi ilə bağlı mediasiya sessiyası keçirilmişdir. Sonradan tərəf gəlmədiyi üçün məhkəməyə müraciət etməklə bağlı arayış təqdim edilmişdir. Daha sonra o, məhkəməyə müraciət etmiş və müvafiq olaraq müvəqqəti təminat tədbiri barədə qərardad ilə mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Lakin qərardad icra edilənə qədər Cavabdeh2 mənzili bağışlama yolu ilə özgəninkiləşdirmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3710/2023 saylı 3 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. İddiaçı tərəfindən apellyasiya şikayə ti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7479/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 2(004)3710/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilərək mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş - Əlavə 2-də göstərilmiş Formasına (məzmun tamlığına, məğzinə və ardıcıllığına) riayət edilməmişdir.

7. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2” -də apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar müəyyən edilmişdir.

8. Apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktına münasibətdə şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar göstərilməli olduğu halda, şikayətdə yalnız işin (subyektiv mövqeyi mahiyyətcə əks etdirən) halları, prosessual pozuntuları, apellyasiya şikayəti verən şəxsin tələbi adlı qrafalar doldurulmuş, maddi və prosessual hüquq normaların pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe qeyd edilməmiş; Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına; Birinci instansiya məhkəməsi tərəfin dən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə; Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə; Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərə aid qrafaların məzmununu müəyyən edən əsaslar təsbit edilməmişdır.

9. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinə qanunla nəzərdə tutulmuş məbləğdə deyil, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizənin verilməsi əsası ilə 25.00 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (vəkil- Vəkil2) Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7474/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7479 saylı xx.xx.2023 tarixli qərardadının ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM ilə müəyyən edilmiş Əlavə 2-də göstərilmiş formasına riayət edilməklə göndərilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaların pozulmasına və düzgün tətbiq edilməməsinə dair mövqe lazımi qrafalarda qeyd edilmişdir.

12. İddia ərizəsinin birinci instansiya məhkəməsinə verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə qəbzdə 50 manat məbləğində pulun ödənilməsi göstərilmişdir və mediasiyanın keçirilməsi üçün 50 manat rüsumun ödənilməsi nəzərə alınmamışdır. Bu səbəbdən, mexaniki olaraq, apellyasiya şikayətinin verilməsi üçün 25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə iddiaçı verilmiş apellyasiya şikayəti üçün əlavə olaraq, 25 manat dövlət rüsumunu ödəyib və dövlət rüsumunun ödənilməsi barədə əlavə qəbzi kassasiya şikayətinə əlavə etmişdir. 363.4.-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.2-ci maddəsində göstərilən hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b) Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Dövlət rüsumu haqqında” Qanun:

13. Maddə 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir.

14. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllə:

15. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;

16. Maddə 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qəra rdadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası m əhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. 24 Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilmə klə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 25 Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 26 Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7479/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar