Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6994/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh2 və vəkili Vəkil iştirakları ilə. Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim:M.K.Kərimova; 2(051)-520/2018) ilkin iddia qismən təmin edilmiş, Mingəçevir şəhəri, ********** mənzilin ikidə bir hissədə İddiaçı mülkiyyət payı müəyyən edilməsi, ilkin iddianın İddiaçı ilə Cavabdeh1 arasında 28 sentyabr 2017-ci ildə bağlanmış, Mingəçevir şəhər 1 saylı notariat kontorunda təsdiq edilmiş AN-1N: ******* saylı, reyestrdə ********** nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə rədd edilməsi, qarşılıqlı iddianın Mingəçevir şəhəri ********** mənzilə münasibətdə qismən təmin olunması, mənzilin ikidə bir hissəsi üzərində Cavabdeh2 mülkiyyət payının müəyyən edilməsi və qarşılıqlı iddianın Mingəçevir şəhəri **********mənzili üzərində mülkiyyət paylarının müəyyən edilməsi və 52000 (əlli iki min) ABŞ dollarının yarısının alınması tələbinə dair hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli 2(107)92/2019 nömrəli (Ə.T.Məcidov sədrlik (edən, hakimlər) M.A.Əsədli və İ.F.Quliyev) qətnaməsi ilə İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Mingəçevir Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdiilmədən saxlnılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la onun arasında bağlanmış 28 sentyabr 2017-ci il tarixli AN-1N;0628038 saylı, reyestrdə ********** N: ilə qeydə alınmış alqı - satqı müqaviləsinin etibarsız sayılması, Mingəçevir şəhəri ********** mənzili və **********mənzilin birgə nikah dövründə əldə edildiyinə görə Cavabdeh2 ilə aralarında ikidə bir hissədə bölünməsi tələbinə dair ilk iddia ilə, Cavab deh2 isə İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri ********** mənzilinin və **********mənzilin aralarında bölünməsi, hər bir mənzilə onun payının üçdə iki hissədə müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonra Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, həmçinin, birgə nikah dövründə qazandığı 52000 (əlli iki min) ABŞ dolların yarı hissəsini, 26000 (iyirmi altı min) ABŞ dolların İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1974-cü ildə Cavabdeh2 ilə rəsmi nigahı qeyd etdirməklə ailə qurmuşlar. Birgə nigahdan 3 uşaqları olmuşdur. Uşaqlar yetkinlik yaşına çatmış hər biri ailə qurmuş və onlardan ayrı yaşayırlar. Onlar birgə nigah müddətində- 2012-ci ildə Mingəçevir şəhəri ********** mənzili və 2005-ci ildə **********mənzilini almışlar. **********mənzilini 28 sentyabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satmış, alqı-satqı müqaviləsi Mingəçevir şəhəri 1 saylı Notariat kontorunda təsdiq edilmişdir. Həmin vaxt cavabdehlər onlara bildirmişlər ki, mənzil 12000 manata satılır. Ona görə də həmin mənzilin alqı-satqısına dair onunla Cavabdeh1 arasında 28 sentyabr 2017-ci ildə bağlanmış AN-İN ******* saylı, reyestrdə ********** N: ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh A.Akbarovla aralarındakı ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Münasibətləri pozulmuş və onlar ayrılmışlar. Birlikdə yaşamaqları mümkün deyil. Ona görə də birgə nikah müddətində əldə etdikləri Mingəçevir şəhəri **********mənzilin və ********** mənzilin onların aralarında bölünməsi hər birinin payının ikidə bir hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri ********** mənzilini birgə nikah müddətində əldə etməmişlər. Həmin mənzil dövlət fondu mənzili olmuş, mənzil onun istifadəsinə verilmiş, sonra qanuna uyğun olaraq bağışlanma yolu ilə onun mülkiyyətinə keçmişdir. İddiaçı-Cavabdeh2 həmin vaxt mənzilin istifadəçisi olmamış və yaxud orada qeydiyyatda olmamışdır. Ona görə də hesab edir ki, Cavabdeh2 həmin mənzildə mülkiyyət payı yoxdur. Bundan əlavə iddiaçı-cavabdehin tələb etdiyi 52000 ABŞ dolları da ona verilməmişdir. İddiaçı-cavabdehin qeyd etdiyi həmin pulla ********** mənzili, yəni hazırda mübahisələndirilən mənzil alınmışdır. İlkin iddianın əsaslı və qanuni olduğuna görə təmin olunmasını, qarşılıqlı iddianın isə əsassız olduğuna görə rədd olunmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh2 ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 1974-cü ildə ailə qurmuş, birgə nikah müddətində Mingəçevir şəhəri **********mənzilini, **********mənzilini alımışlar. O, 23 ildən çox Rusiya Federasiyasında dağ-mədəndə ağır şəraitdə işləmiş, mənzilləri də orada işləyib qazandığı pullarla alımış, həmçinin ailənin tələbatını ödəmək üçün cavabdeh İddiaçı mütəmadi olaraq pul göndərmişdir. Pensiya yaşı çatdıqdan sonra o, Mingəçevirə qayıtmışdır. Birgə nikahdan doğulmuş ü ç nəfər uşaqları böyüyərək yetkinlik yaşına çatmış, ailə qurmuş və hər biri onlardan ayrı yaşayırlar. Nəvələrindən biri onlarla birlikdə yaşayırdı. Nəvəsi ödənişli əsaslarla ali məktəbə qəbul oldu. Nəvəsinin təhsil haqqını ödəmək üçün cavabdeh-İddiaçı təklifi ilə razılaşaraq *********** küçəsindəki************** mənzilini satmaq qərarına gəldilər. Onu da bildirir ki, o, Rusiya Federasiyasında işlədiyi və orada yaşadığı üçün mənzillərin hamısı İddiaçı adına qeyd olunmuşdur. Mənzilin satılması ərəfəsində ailədə münasibətlər pozulmağa başladı. Nəvəsi onu nəinki baba kimi, bir insan kimi saymır, onunla kobud rəftar edirdi. Nəvəsinin hərəkətləri nəticəsində onunla arvadı arasında da münasibətlər pozuldu və onlar faktiki olaraq ayrıldılar. Nəvəsinin hərəkətlərinə görə onun təhsil haqqını ödəməkd ən imtina etdi. Ancaq İddiaçı mənzilin satılmasını tələb edirdi. İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən birgə mülkiyyətdə olmuş **********mənzilini İddiaçı Cavabdeh1 satmışdır. Mənzilin satılması ilə əlaqədar çəkilmiş bütün xərclər ümumi puldan çıxıldıqdan sonra qalan pulun yarısı ona, yarısı isə O8 verilmişdir. Mənzilin satılması ilə əlaqədar bütün proseslərdə O8 xahişi ilə, oğlu R6 da iştirak etmişdir. Hesab edir ki, mənzilin alqı- satqısı, müqavilənin bağlanması zamanı heç bir qanunsıızluğa yol verilməmişdir, aldatma halları olmamışdır. Ona görə də müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia əsassızdır. Bundan əlavə **********mənzili 1978-ci ildə iş yerindən onun istifadəsinə verilmişdir. Həmin mənzil sonra İddiaçı adına özəlləşdiril mişdir. Mübahisələndirilən mənzilin onların arasında bölünməsini, həmin mənzilin onun vəsaiti hesabına alınmasını nəzərə alaraq hər iki mənziilin –************ küçəsi ************ mənzili və ******************** mənzilinin üçdə iki hissəsinin onun, üçdə bir hissəsinin isə İddiaçı payının müəyyən olunmasını xahiş edir. Bundan əlavə o, Rusiya Federasiyasında işləyən zaman cavabdeh ailə üçün 52000(əlliiki mun) ABŞ dolları göndərmişdir. Həmin ABŞ dollarının da yarısının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X4 da əsassız olduğuna görə ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın işə təmin olunmasını xahiş etdi. İlkin iddia üzrə Cavabdeh1 iddinanın ona aid olan hissədə qəbul etməyərək izahatında bildirdi ki, özü və a iləsi üçün ev almaq məqsədilə pul yığmışdır. Ona məlum oldu ki, A6 X2 şəhəri ********************* mənzilini satır. O, İddiaçı və oğlu R6 görüşüb mənzilin alqı-satqısı üçün 28500(iyirmi səkkiz min beş yüz) manata razılaşdılar. Mənzilin alqı-satqısını rəsmiləşdirmək üçün birlikdə Mingəçevir şəhəri 1 saylı notariat kontoruna getdilər. Razılaşdılar ki, mənzilin qiyməti müqavilədə 12000 manat göstərilsin, həmin pul bank vasitəsi ilə alınsın, pulun qalan hissəsi isə əlbəəl ödəsin. Buna İddiaçı da razılaşmışdı. Alqı-satqı müqaviləsi notariat kontorunda təsdiqləndikdən sonra banka getdilər, o, 12000 manat pulu banka ödədi, İddiaçı da həmin pulu bankdan götürməsi ilə bağlı sənədi imzaladı. Pulun qalan hissəsini isə İddiaçı razılığı ilə R6 verdi. Müqavilə bağlanan zaman hər hansı bir aldatmağa yol verilməmişdir. İddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, və için yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13.1,17.4,24.2,71.1-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1, 37.1-ci maddələrinin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edil mişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа, Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikаyətin təmin еdilməsi barədə qərar qəbul edilməsini хаhiş еtdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalаrınа baxmayaraq, iddiçı, digər cavabdeh və 3-cü şəx heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququn un pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından o, cümlədən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* N-li Çıxarışdan görünür ki, Mingəçevir şəhəri ******************** mənzili 22 noyabr 2012-ci ildə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. ************ N-li 04 dekabr 1995-ci il tarixli orderin surətindən görünür ki, Mingəçevir şəhər İHB-nın *********** 30 noyabr 1995-ci il tarixli sərəncamı ilə Mingəçevir şəhəri **********mənzili Vəfa, Sevinc və Ramin adlı uşaqları ilə birlikdə İddiaçı istifadəsinə verilmişdir. Yevlax DRTİMHQİ-nin 03 sa ylı 15 yanvar 1996-cı il tarixli qərarından çıxarışdan görünür ki, "Dövlət mülkiyyətində olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin özəlləşdirilməsi haqqında" qanuna əsasən Mingəçevir şəhəri **********mənzili İddiaçı şəxsi mülkiyyətinə keçirilməsi qərara alınmışdır. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri **********mənzili şəxsi mülkiyyət hüququ ilə 30 yanvar 1996-cı ildə İddiaçı adına qeydə alınmışdır. Mingəçevir şəhəri ****************** mənzili dövlət fondu mənzili olmuş və həmin mənzil Mingəçevir şəhər İHB-nın ********, 30 noyabr 1995-ci il tarixli qərarı ilə V8, S8 və R6 adlı uşaqları ilə birlikdə İddiaçı istifadəsinə verilmiş, bununla bağlı ona 04 dekabr 1995-ci ildə ********** N-li order də verilmişdir. "Azərbaycan Respublikasında mənzil fondun un özəlləşdirilməsi haqqında" Qanuna əsasən Yevlax DRTİMHQİ-nin 15 yanvar 1996-cı il tarixli qərarı ilə həmin mənzil əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilmişdir. X1 ifadəsində bildirmişdir ki, o, İddiaçı və Cavabdeh2 oğludur. Anası İddiaçı təklifi ilə o da mənzilin alqı-satqısında iştirak etmişdir. Mənzil 28500 ( iyirmi səkkiz min beş yüz) manata razılaşdırılmışdır. Həmçinin tərəflər razılığa gəlmişlər ki, müqavilədə 12000 (on iki min) manat göstərilmiş, qalan pul əlbəəl verilmişdir. Müqavilə bağlandıqdan və notariat kontorunda təsdiq edildikdən sonra birlikdə banka getmişlər. Anası 12000 manat pulun alınması ilə bağlı bankda sənədə imza etmişdir. Alıcı Cavabdeh1 da pulun qalan hissəsini ona vermişdir. O, mənzilin alqısatqısı üçün çəkilmiş bütün xərcləri ödədikdən sonra, Bankdan alınmı ş 12000(on iki min) manat pulu və 1200(bir min iki yüz) manat pulu bacısının evində anası Ofelyaya, qalan hissəsini isə atasına vermişdir. Belə ki, tərəflər müqaviləni qarşılıqlı razılaşma əsasında bağlamış və tərəflərin razılığı ilə mənzilin qiyməti müqavilədə 12000 (on iki min) manat göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşın maz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmunu müəyyənləşdirilə bilərlər. - 32.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasında razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiy yətidir. - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. - 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. - 337.4-cü maddaəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. - 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikası Ailə Məcəllə sinin: - 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 36.4-cü maddəsinə əsasən məhkəmə ərarvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. - 34.1-c i maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı fəaliyyət qabiliyyətlidir, mülkiyyətində olmuş mənzilin alqı-satqısına dair müqavilədə mənzilin qiymətinin 12000 manat qeyd edildiyini bilmişdir. Əgər iddiaçı müqavilədə qeyd edilən qiymətlə razı olmasaydı, o, mənzilin dəyərini mübahisələndirər və müqaviləni imzalamazdı. Bundan başqa iddiaçı Mingəçevir şəhəri, **********mənzilin alqı-satqısı barədə 28 sentyabr 2017-ci ildə bağlanmış və Mingəçevir şəhəri 2 saylı notariat kontorunda re yestrdə ********** N: ilə qeydə alınmış AN-İN:*********** saylı müqavilənin etibarsızlığına dair sübutları məhkəmə kollegiyasına təqdim etmədiyinə görə, apelyasiya şikayəti həmin hissədə təmin olunmamalıdır. **********mənzili iddiaçının özü tərəfindən alqı-satqı yolu ilə özgəninkiləşdirildiyinə, başqasının mülkiyyətinə keçdiyinə görə həmin mənzil üzərində iddiaçının ümumi əmlak payının müəyyən edilməsi qanuna müvafiq deyil və iddia həmin hissədə də təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şikayət əsassızdır. Belə ki, Mingəçevir şəhəri **********mənzili dövlət fondu mənzili olmuş və həmin mənzil Mingəçevir şəhər İHB-nın ******* N-li, 30 noyabr 1995- ci il tarixli qərarı ilə V8, S8 və R6adlı uşaqları ilə birlikdə İddiaçı istifadəsinə verilmiş, bununla bağlı ona 04 dekabr 1995-ci ildə ******** N-li order də verilmişdir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanuna əsasən Yevlax DRTİMHQİ-nin 15 yanvar 1996-cı il tarixli qərarı ilə həmin mənzil əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* N-li Çıxarışdan görünür ki, Mingəçevir şəhəri ************** mənzili 22 noyabr 2012-ci ildə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Yevlax DRTİMHQİ-nin 03 saylı 15 yanvar 1996-cı il tarixli qərarından çıxarışdan görünür ki, "Dövlət mülkiyyətində olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin özəlləşdirilməsi haqqında" qanuna əsasən Mingəçevir şəhəri **********mənzili İddiaçı şəxsi mülkiyyətinə keçirilməsi qərara alınmışdır. Ona görə də işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Şikayətin hər bir mənzilə onun payının üçdə iki hissədə müəyyən olunması tələbi də əsassızdır. Belə ki, mənzillərdə onun payının üçdə iki hissədə müəyyən edilməsi üçün əsaslar yoxdur. Bundan əlavə 52000 ABŞ dollarının yarısının iddiaçıdan alınaraq ona verilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi ilə bağlı şikayətin dəlilinə münasibət bildirərək kollegiya hesab edir ki, şikayət həmin hissədə də təmin edilə bilməz. iddiaçı tərəfindən ailəsi üçün pul göndərmişdirsə bununla əlaqədar tərəflərin (ər-arvadın) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibəti nin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı ilə cavabdeh arasında evə pul göndərilməsi və onun hansı qaydada xərclənməsi ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Apellyaiya instansiysı məhkəməsi qənaətə gəlmişdir ki, müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Dig ər tərəfdən, pul evə göndərilən zaman tərəflər ər-arvad olub. Arvadın öz ərinə aid olan pulu xərcləyərkən müqavilə bağlaması ağlabatan deyil. Cavabdeh əsassız varalanmayıb. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Ər-arvad münasibətlərinin xoş olduğu dövrdə ailə maraqları naminə xərclənən pul ər-arvad münasibətlərinin korlanmasından sonra əsassız varlanma anlayışı ilə əhatə oluna bilməz. Əgər ər xərclənən pulu münasibətlərin korlanmasından sonra arvadından tələb edirsə, onda eyni məntiqlə arvad da ailə üçün çəkdiyi xərclərin əvəzini tələb etməlidir. Belə tələblər yolverilməzdir. Ailə münasibətlərinin xoş olduğu dövrdə ər-arvadın bir-birin in mənafeyi naminə çəkdiyi xərclər mənəvi-əxlaqi borcun icrası sayılır. Beləliklə, birinci instansiya məhkəməsi bu tələbi rədd etməklə düzgün nəticəyə gəlmşdir, həmin hissədə də qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qar şılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 26 aprel 2018-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzg ün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6994/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6994/2019
04.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver