Məhkəmə qərarları › İş №2(102)-7033/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7033/2019

13.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7033/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, maraqlarına toxunulan şəxs Maraqlı şəxs1 və onun vəkili Vəkil iştirakları ilə Maraqlarına toxunulan şəxs Maraqlı şəxs1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli 2(0 08)4512/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri ******************* saylı fərdi yaşayış evinin miras əmlak kimi Ağayeva (Yusupova) İsmira Şeydayevna, Cavabdeh1,Cavabdeh3, M8, Cavabdeh4, A8 və X18 tərəfindən qəbul edilməsi müəyyən edilmiş, həmin yaşayış evindən İ8 1/4 (dörddə bir) pay, Cavabdeh1, Cavabdeh3, M8, Cavabdeh4 birlikdə 1/4 (dörddə bir) pay, Mövsümova (Yusupova) Ayxanum Şeydayevnaya 1/4 (dörddə bir) pay, X10 1/4 (dörddə bir) pay müəyyən edilərək tərəflərin mülkiyyətinə verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov, iş № 2(103)-8824/2018) apelyasiya şikayəri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu Ray on Məhkəməsinin 01 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 08 fevral 2019-cu il tarixli 2(102)-1077/19 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), X.Cəlilova və İ.Xəlilov, iş N 2(008)-4512/2014) iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Ağayeva (Yusupova) İsmira Şeydayevna cavabdehlər Cavabdeh1 Kərimxan qız ına, Mövsümova (Yusupova) Ayxanum Şeydayevnaya, M8na, Cavabdeh3, Cavabdeh4 və X10 qarşı mirasın vərəsə tərəfindən qəbul edilməmiş hesab edilməsi, mirasın qəbul edilməsi və mirasdan vərəsə paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 05.07.1994-cü il tarixində vəfat etmiş mərhum X7 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nərimanov küçəsində yerləşən iki otaqlı 38 saylı miras evin cavabdeh X8 tərəfindən qəbul edilməmiş hesab edilməsi, həmin mirasın onun, cavabdehlər Cavabdeh1 Kərimxan qızı, M8, Cavabdeh3 və Cavabdeh4 tərəfindən qəbul edilməsi, miras evin ½ hissəsinin qanun üzrə vərəsəlik payının müəyyən edilib iddiaçıya, ½ hissəsinin mərhum X13 vərəsəlik payının qanun üzrə vərəsələri Cavabdeh1, M8, Cavabdeh3 və Cavabdeh4 verilməsi barə də qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ***************** saylı ev mərhum atası Ş6 məxsusdur. Həmin ev 29 fevral 1968-ci il tarixindən xüsusi mülkiyyət kimi dövlət reyestrində atasının adına qeydə alınmışdır. X2 5 iyul 1994-cü il tarixində vəfat edib, anasi X9 isə 24 dekabr 1996-cı il tarixdə vəfat edib. Atasının vəfatından təxminən 1 ay qabaq iddiaçı uşaqları ilə birlikdə atasının evinə gəlmiş və orada yaşamışlar.Atası xəstə olduğundan ona qulluq etmişdir. Atasının iddiaçıdan başqa digər övladları da olmuşdur. Onlardan X21 03.11.1994-cü il tarixdə vəfat etmişdir, X19 17.09.2003-cü il tarixdə vəfat etmişdir, X16 12.05.2004-cü il tarixdə vəfat etmişdir, X20 23.07.2008-ci il tarixdə vəfat etmişdir.X3 sağdır və atasının vəfatınd an sonra mirası qəbul etməmişdir.Mərhum qardaşı X13 vəfatından sonra qanun üzrə 1-ci növbəli vərəsələri həyat yoldaşı Cavabdeh1 Kərimxan qızı, övladları X11, Cavabdeh3, Cavabdeh4 mirası faktiki qəbul ediblər və orada yaşayıblar.Onlar mirasdan X14 düşən paya vərəsədirlər.İddiaçı atasının sağlığında uşaqları ilə birlikdə həmin evə köçüb yaşamış və atasının vəfatından sonra miras evi faktiki qəbul edib idarə etmiş və indiyədək orada yaşayır.İddiaçı qanun üzrə vərəsə kimi atasının vəfatından sonra mirası faktiki qəbul edib idarə etdiyindən, miras açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin tələbinə görə miras vərəsəlik açıldığı vaxtdan iddiaçıya məxsus hesab olunur.Cavabdeh X3 atasının vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə mirası nə faktiki qəbul etməmişdir, n ə də bu barədə notariat orqanına müraciət etməmişdir.Miras açıldığı vaxtdan faktiki qəbul edib idarə edir və iddiaçı miras evdə yaşadığı hissə digər vərəsələr Cavabdeh1,övladları - M8, Cavabdeh3 və Cavabdeh4 yaşadığı hissədən faktiki ayrıdır. Lakin buna baxmayaraq indiyədək vərəsəliyi rəsmiləşdirə bilməmişlər.İddiaçı mirası faktiki qəbul edən vərəsə kimi 18.01.2014-cü il tarixində Bakı şəhəri 39 saylı notariat kontoruna məhrum atasından miras qalmış evə vərəsəlik şəhadətnaməsi verilməsi üçün ərizə ilə müraciət etsə də, lakin vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Ona görə də məhkəmədən hazırki, iş üzrə cavabdeh X5 tərəfindən 5 iyul 1994-cü il tarixində vəfat etmiş mərhum X7 qalan Bakı şəhəri, ******************* saylı miras evin qəbul edilməmiş hesab edilməsi, həmin miras evin iddiaçı və cavabdehlər Cavabdeh1, M8, Cavabdeh3, Cavabdeh4 tərəfindən qəbul edilməsi, miras evdən ½ hissəsi qanun üzrə vərəsəlik payının müəyyən edilib iddiaçıya ½ hissə mərhum X13 vərəsəlik payı qanun üzrə vərəsələri Cavabdeh1, M8, Cavabdeh3 və Cavabdeh4 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlarına toxunulan şəxs Maraqlı şəxs1 kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.2, 217.3, 217.4, 218.1, 220.4, 372.1, 372.6-cı maddə lərinin, AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli, 4 saylı qərarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 127.2-ci maddəsinin tələbləri pozulmaqla, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, bu iş üzrə Ali Məhkəmənin göstərişi araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Maraqlarına toxunulan şəxs Maraqlı şəxs1 və onun vəkili Vəkil kassasiya şikayətinin təmin edilməsini və Bakı Apelyasiya məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçı İ8, cavabdehlər Cavabdeh1 və A8 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM- in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubo lunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən araşdırılmış iş materiallarından görünür ki: -Bakı şəhəri Sabunçu rayonu ********************* saylı fərdi yaşayış evi mərhum X12 adına 29.02.1968-ci il tarixdə qeydiyyata alınmışdır. O, 1950-ci ildə X6 ilə nikaha daxil olmuş, onların birgə nikahlarından X15, X8, X20, X17, X21, X16, Maraqlı şəxs1 anadan olmuşdur. X23 1994-cü ildə, X21 1994-cü ildə, X9 1996-cı ildə, X20 2008-ci ildə, X17 2003-cü ildə, X16 2004-cü ildə ölmüşdür. Şahidlər də təsdiq edirlər ki, miras əmlak iddiaçı və cavabdehlər tərəfindən faktiki olaraq qəbul edilmişdir. Hazırki işin apellyasiya baxışında Maraqlı şəxs1 etiraf etmişdir ki, o, miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Maraqlı şəxs1 1991-ci ildən 2015-ci ilədək Azərbaycan Respublikasından kənarda yaşamış, 1994 və 1996-cı illərdə valideynlərini n vəfatı ilə əlaqədar qısa müddətə Azərbaycana gəlmiş, 2015-ci ildə daimi olaraq Azərbaycana qayıtdıqdan sonra mirasın qəbulu üçün faktiki olaraq heç bir hərəkət etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin: -552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mir asa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 554-cü maddəsinə görə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq qeyd etmişdir ki, mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin v asitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxl anması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki. hazırki iş üzrə vərəsəlik 1994-cü ildən açılmışdır. Maraqlı şəxs1 mərhum atası Ş6 miras qalmış əmlakı faktiki olaraq qəbul etməmişdir. Vərəsələrdən İ8 və A8 apelyasiya şikayətinin təmin edilməsinə etiraz etməsələr də, bu, Maraqlı şəxs1 tərəfindən mirasın qəbul edilmiş hesab edilməsi üçün kifayət deyildir, buna vərəsələrin yekdil razılığı lazımdır. X1 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılarkən mirası faktiki olaraq qəbul etdiyini apelyasiya şikayətində qeyd etsə də, məhkəmə kollegiyasının iclasında miras əmlakını qəbul etmədiyini, va lideynlərinin ölümündən əvvəl xarici ölkədə olduğunu, onların yas mərasimlərinə gəldiyini, bundan sonra da ölkədən çıxıb getdiyini bildirmişdir. Mirasdan payın ayrılması üçün faktiki qəbul şərtinə Maraqlı şəxs1 tərəfindən əməl etməyərək mirası qəbul etməmişdir. Belə halda apellyasiya qaydasında içə baxan məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara qiymət verərək nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar