Məhkəmə qərarları › İş №2(102)-7034/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7034/2021

15.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7034/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Sumqayıt Bələdiyyəsinə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-113/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 dekabr 2021-ci il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Sumqayıt şəhəri Saray bağları ərazisində yerləşən sahəsi 0,10 hektar olan B-3945 nömrəli bağ sahəsi Sumqayıt şəhər İK bağ sahələrinin verilməsi üzrə komissiyanın 14 avqust 1991-ci il tarixli 01 nömrəli qərarı və 05 mart 1993-cü il tarixli icarə müqaviləsi ilə Cavabdeh5 mülkiyyətinə, sahəsi 0,09 ha olan B-3943 nömrəli bağ sahəsi həmin komissiyanın 24 aprel 1995-cin il tarixli qərarı və 24 aprel 1995-ci il tarixli 2764 nömrəli icarə müqaviləsi ilə Cavabdeh2 mülkiyyətinə, sahəsi 0,09 ha olan 3943 nömrəli bağ sahəsi Sumqayıt şəhər XDS-nin 24 aprel 1993-cü il tarixli 10 nömrəli qərarı və 21 aprel 1995-ci il tarixli icarə müqaviləsi ilə X1 mülkiyyətinə, sahəsi 0,10 ha olan 3945 nömrəli bağ sahəsi yuxarıda gö stərilən komissiyanın 24 avqust 1991-ci il tarixli 01 nömrəli qərarı və 28 dekabr 2005-ci il tarixli 3945 nömrəli icarə müqaviləsi ilə Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin avqust ayında İddiaçı1 cavabdehlər Sumqayıt Bələdiyyəsi, Cavabdeh2, X3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda Məhərrəmovaların istifadəsində olan bağ sahələrinin Sumqayıt şəhər kərpic zavodunda işləməsi ilə əlaqədar mərhum atası X2 istifadəsinə verilməsini və orada onun tərəfindən taxtadan bağ evinin inşa edilməsini, atasının ölümündən sonra uzun müddət ərzində bağ sahəsinə getməməsini, atasından miras qalmış əmlaka vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyərkən atasına məxsus bağ sahəsinin dörd nəfərin arasında bölünməsinin ona məlum olmasını əsas göstərməklə cavabdehlərlə bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi və bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (İ.M.Mahmudov) iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən və onun mülkiyyət hüququnun pozulmaqla çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1315/2019 saylı, 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Ab asov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6524/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.K.Dəmirov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(105)-1315/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışd ır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-113/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8215/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı1 kassasiya şikayəti verərək atasından miras qalmış bağ sahəsinin qanunsuz olaraq cavabdehlərin istifadəsinə və mülkiyyətinə verilməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prose ssual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən t anınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, Sumqayıt şəhər XDS İK-nin 11 iyun 1965-ci il tarixli protokoluna görə iddiaçının atasına bağ evinin tikintisi məqsədi ilə Novxanı bağlar sahəsində 0,25 ha ölçüdə bağ sahəsi ayrılmış, 02 avqust 1993-cü il tarixdə iddiaçının atası vəfat etmişdir. İddiaçı tələbində həmin torpaq sahəsinin cavabdehlərin istifadəsinə verilməsinə əsaslanaraq onların adlarına verilmiş icarə müqavilələrinin etibarsız sayılmasını xahiş etmişdir. Halbuki, işdən göründüyü kimi, cavabdehlərin istifadəsinə və mülkiyyətinə verilmiş torpaq sahələri Novxanı bağlar sahəsində deyil, Saray bağlar sahəsində yerləşir. İddiaçının atasına ayrılmış torpaq sahəsinin koordinatları və sxemi olmadığından cavabdehlərə məhz həmin torpaq sahəsinin istifadəyə verilməsi barədə nəticəyə gəlmək üçün əsaslar yoxdur. İddia olunan torpaq sahəsi mərhum G.M.Nurməmmədovun mülkiyyətində olmasını və iddiaçı həmin torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə olunmasını sübuta yetirə bilməmişdir. Müəyyən olunduğu kimi, cavabdehlərə məxsus torpaq sahələri onların mülkiyyətində olmaqla onların bu hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdehlərin adlarına dövlət reyestrində aparılmış qeydiyyatın qeyri-dəqiqliyi sübuta yetirilmədiyi üçün icarə müqavilələrinin etibarsız sayılması üçün qanuni əsaslar yoxdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən ta nınan və qorunan hüququdur. İşin göstərilən halları və eləcə də apellyasiya instansiyası məhkəməsində istinad olunan digər hallar iddianın rədd edilməsi üçün tam əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-113/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar