Məhkəmə qərarları › İş №2(102)-7036/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7036/2019

18.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7036/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı4 və cavabdeh “X1 CO LTD” MMM-nin vəkili Məmmədov Asəf Sahib oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)6719/2019 nömrəli qətnaməsindən iddiaçı cavabdeh “X1 CO LTD” MMM tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (ha kim S.Mehrəliyev) 01 noyabr 2018-ci il tarixli, 2(004)-7717/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehlər “X1 Co LTD” MMM-yə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeyri-yaşayış sahəsinə dair cavabdeh “X1 Co LTD” MMM-nin adına verilmiş RX seriyalı ******* saylı, 04.10.2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeyri-yaşayış sahəsi cavabdeh “X1 Co LTD” MMM-nin qeyriqa nuni sahibliyindən alınaraq İddiaçı1nə qaytarılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 07 noyabr 2018-ci il tarixli, 2(004)-7717/2018 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(004)-7717/2018 saylı qətnaməsinin nəticə hissəsində 2-ci abzasın “AR ƏMDK yanında DƏDRX tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeyriyaşayış sahəsinə dair cavabdeh “X1 Co LTD” MMM-nin adına verilmiş RX seriyalı ******* nömrəli, 04.10.2016-cı il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 27 may 2019-cu il tarixli, 2(10 3)-6719/2019 saylı, qətnaməsi ilə cavabdeh “X1 CO LTD” MMM tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(004)-7717/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh “X1 CO LTD” MMM iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)-6719/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehlər “X1 Co LTD” MMM-yə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 14.09.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, ünva n 1 ünvanı üzrə qeyri-yaşayış sahəsinin qanunsuz sahib “X1 Co LTD” MMMdən geri alınması, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin “X1 Co LTD” MMM-yə verdiyi RX seriyalı ******* nömrəli, 04.10.2016-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “X1 CO LTD” MMM-nin vəkili Məmmədov Asəf Sahib oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki işdən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin tərkib hissəsi olduğu yaşayış binası bötünlüklə bir hüquqi şəxsin- “Turanlılar Co LTD” şirkətinin mülkiyyətində olmuş, sonra bütünlüklə başqa hüquqi şəxsin, yəni hazırki cavabdehin mülkiyyətinə keçmişdir. Bundan sonra binanın zirzəmisində yerləşən avtomobil dayanacaq yerləri və bütün mənzilləri mülkiyyətçi olan hazırki cavabdeh tərəfindən ayrı-ayrı şəxslərə özgəninkiləşdirilmiş, binanın ümumi istifadə üçün nəzərdə tutulmuş sahələri bina sakinlərinin ümumi istifadəsinə verilmiş, o cümlədən binanın kürsü mərtəbəsinin ümumi istifadə üçün nəzərdə tutulmuş hissəsi, yəni ümumi girişdən liftlərə və pilləkən qəfəsinə qədər olan dəhliz, lift şaxtaları da bina sakinlərinin ümumi istifadəsinə verilmnişdir. Lakin bu zaman kürsü mərtəbəsinin qalan, yəni ümumi girişdən solda və sağda yerləşməklə təcrid olunmuş ayrıca otaqlardan və açıq sahədən ibarət olan ümumi sahəsi 189.9 kv.m təşkil edən hissəsi mülkiyyətçilərin mül kiyyətində saxlanılmaqla, təcrid olunmuş otaqlar yalnız mülkiyyətçinin, açıq olan sahə mülkiyyətçinin razılığı ilə həm də bina sakinləri tərəfindən istifadə olunmuşdur. Bu o demək deyildir ki, kimsə, o cümlədən bina sakinləri və ya sakinlərin yaratdıqları MMMC mülkiyyətçinin iradəsi ziddinə kürsü mərtəbəsini zəbt edə, hətta məhkəmə yolu ilə ora “sahiblənə” bilər. Məhkəmələr mülkiyyətçinin mülkiyyətinin alınaraq iddiaçılara verilməsini hansı əsasla etdiklərini əsaslandıra bilməmişlər. Apellyasiya kollegiyası hesab etmişdir ki, mübahisəli qeyriyaşayış sahəsi “Turanlılar Co LTD” ilə cavabdeh arasında bağlanmış 04.08.2000-ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Əgər belədirsə, belə çıxır ki, mübahisəli qeyri-yaşayış sahəsi “Turanlılar Co LTD” şirkətinin mülkiyyətindədir. Be lə olan halda isə “Turanlılar Co LTD” şirkəti mütləq işə cəlb edilməli, onun məhkəmə iclasında hüquqlarının qorunmasına imkan yaradılmalı, bundan sonra qətnamə qəbul edilməli idi. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli, 2(103)-6719/2019 nömrəliqətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı1 MMMC-nin səlahiyyətli nümayəndəsi və İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlum at verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X1 CO LTD” MMM-nin vəkili Məmmədov Asəf Sahib oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı4 Abbaas oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası iş materiallarını qeyd etmə klə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1, 35.1, 35.2, 119.1, 123.0.7, 123.0.8 və Mülki Məcəllənin 19-cu maddəsinə istinad etməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gəlmiş və qeyd etmişdir ki, “Turanlılar COLTD” şirkətinə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-489-cu məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisinə torpaq sahəsi ayrılmışdır. “Turanlılar CO LTD” şirkəti Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi (indiki İ.Qutqaşınlı) küçəsi, 5, 488-489-cu məhəllədə yerləşən yaşayış binasının ümumi sahəsi 9308 kv.m olan zirzəmisini, 1-45 saylı mənzillərini və çardaq mərtəbəsini “X1 Co LTD” MMC-nə satmışdır. “X1 Co LTD" MMC-nin 27.09.2016-cı il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haq qında yerdə qalan hissənin rəsmiləşdirilməsi barəsində ərizəsi ilə Bakı səhəri, Yasamal rayonu, Qurban Xəlilov kücəsi, 5, kürsü mərtəbə, qapı 1 ünvanında verləsən qeyri-yaşayış sahəsi (189,8 kv.m) 051263 nömrəli, 06.09.2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında "X1 Co LTD" MMM-nin adına dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin apellyasiya kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanı üzrə qeyri-yaşayış sahəsi həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt siyahısına aiddir və çoxmənzilli binanın ümumi əmlakı ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Ona görə də, Cavabdeh “X1 Co LTD” MMM-nin adına RX seriyalı ******* saylı, 04.10.2018-ci il qeydiyyat tari xli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş olsa da, qeyd olunan çıxarış etibarsız hesab edilməli, Bakı şəhəri, ünvan 1 ünvanı üzrə qeyri-yaşayış sahəsi cavabdeh “X1 Co LTD” MMM-nin qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı1nə qaytarılmalıdır. Apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi “Turanlılar Ko LTD” ilə “X1 Co LTD" MMM arasında bağlanmış 04.08.2000-ci il tarixli alqısatqı müqaviləsinin predmeti olmamışdır. Belə ki, iş materiallarında olan “Turanlılar CO LTD” şirkəti ilə “X1 Co LTD” MMM arasında bağlanmış 04.08.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, “Turanlılar CO LTD” şirkəti Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi (indiki Qurban Xəlilov) küçəsi, 5, 488-489-cu məhəllədə yerləşən yaşayış binasının ümumi sahəsi 9308 kv.m olan zirzəmisini, 1-45 saylı mənzillərini və çardaq mərtəbəsini “X1 Co LTD” MMC-nə satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 01.10.2018-ci il tarixli, **********80 saylı məktubundan görünür ki, 26.11.1999-cu il tarixdə “Turanlılar Ko LTD”-nin adına dövlət reyestrində ilkin qeydiyyata alınmış ünvan 4 ünvanında verləsən əmlakın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, l, 34, 35, 36, 37, 38, 40, 41, 42, 43, 44, 45 sayı mənzilləri 42 saylı DNK-nın 3M-545 yestr nömrəli, 04.08.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasında “X1 Co LTD" MMM-nin adına dövlət reyestrində qeydiyyata alınmışdır və sözügedən əml aklara dair seriya nömrəsi 051263, qeydiyyat tarixi 06.09.2000-ci il olan qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Həmçinin, sözügedən əmlaklardan bir neçəsı istisna olmaqla digərləri ayrı-ayrı vaxtlarda fiziki və hüquqi şəxslər tərəfindən özgəninkiləşdirilmişdir. “X1 Co LTD" MMM-nin 27.09.2016-cı il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında yerdə qalan hissənin rəsmiləşdirilməsi barəsində ərizəsi ilə Bakı səhəri, Yasamal rayonu, Qurban Xəlilov kücəsi, 5, kürsü mərtəbə, qapı 1 ünvanında verləsən qeyri-yaşayış sahəsi (189,8 kv.m) 051263 nömrəli, 06.09.2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında "X1 Co LTD" MMM-nin adına dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaş ayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştə rək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 123.0.7 və 123.0.8-ci maddələrinə görə isə sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya kollegiyası iddianın təmin edilməli olması ilə bağlı düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Belə ki, iş materiallarından da aydın olur ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi “Turanlılar CO LTD” şirkəti ilə “X1 Co LTD” MMM arasında bağlanmış 04.08.2000-ci il tarixli müqavilənin predmeti olmamış, ilə “X1 Co LTD” MMM-nin 27.09.2016-cı il tarixli müraciətindən sonra adına çıxarış verilməklə mülkiyyətinə verilmişdir. Nəticə olaraq, apellyasiya kollegiyası tərəfindən q ətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “X1 CO LTD” MMM tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)-6719/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar