Məhkəmə qərarları › İş №2(102)-7038/2017

Ali Məhkəmə Qərar — İş №2(102)-7038/2017

31.10.2017 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7038/2017 31.10.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 31 oktyabr 2017-ci il İŞ № 2(102)-7038/2017 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı1 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2017-ci il tarixli, 2(103)7453/2017 saylı qərardadından Cavabdeh və vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(005)4080/2017 saylı qərardadı ilə (sədrlik edən, hakim F.V.Abdıyev) İddiaçı1 ərizəsi qismən təmin edilərək, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh mülkiyyətində olan ünvannin və Bakı şəhəri, ünvan1nin üzərinə həbs qoyulması, qalan hissədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2017-ci il tarixli, 2(103)-7453/2017 saylı qərardadı ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, A.N.İmanov və F.Ş.Talışinski) şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov məhkəməsinin 08 may 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X qərardaddan kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdehin adına rəsmiləşdirilmiş ünvan 29.5 kv.metr ol an 17-ci mənzilinə və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/1049 saylı sahədə yerləşən, 0,075 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, 01 noyabr 2012-ci il və 18 aprel 2012-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxılma ərəfəsində, iddiaçı ərizə verərək iddianın təmini tədbiri kimi, ünvan 29.5 kv.metr olan 17-ci mənzilin və ünvan 1nin üzərinə həbs qoyulması, alqı-satqı müqaviləsinin bağlanmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instans iyası məhkəməsi iddianı təmin etmə tədbiri barədə iddiaçının ərizəsini təmin edərkən, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad çıxarmışdır. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı1 vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı1, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı1 vəkili X2un izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, iddiaçı cavabdehin adına rəsmiləşdirilmiş ünvan 29.5 kv.metr olan 17-ci mənzilinə və ünvan 1nə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, 01 noyabr 2012-ci il və 18 aprel 2012-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən, şikayəti təmin edilmədən saxlayarkən, qətnamənin gələcəkdə icrasını təmin etmək üçün iddianı təmin etmək barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın müvəqqəti xarakter daşımasına və işi qabaqcadan mahiyyəti üzrə həll etməməsinə, idd ianı təmin etmək haqqında ərizəni qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 157.1, 157.2, 158.1.1 və 398.0.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə məhkəmənin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla bağlı iddianı təmin etmə barədə tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin mənasına görə, məhkəmə tərəfindən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, a pellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə məhkəmənin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, eyni zamanda məhkəmənin iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus olan əmlak üzərinə həbs qoymaq; iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növündə tədbirlər görmək hüququ olduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmış və hazırkı mübahisəli məsələyə yuxarıda sadalanan pr osessual hüquq normalarının tələbləri baxımında düzgün hüquqi qiymət verilmişdir. Kassasiya instansiyası məhkəməsi şikayətlə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən, prosessual hüquq normalarının tələblərini pozması barədə göstərdiyi dəlilləri də əsassız hesab edir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan şikayətin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq hüquqi qiymət verildiyindən, həmin dəlillərin bir daha müzakirə olunmasına lüzum yoxdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını, sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan, işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələbləri ni rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2017-ci il tarixli, 2(103)-7453|2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərarqəbul edildiyiandan qüvvəyəminir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar