Məhkəmə qərarları › İş №2(102)-704/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-704/2022

15.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-704/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2847/2018 nömrəli iş üzrə 07 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 cavabdehlər Cavabdeh1 və X4 (3-cü şəxslər DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və Şamaxı rayon Notariat Kontoruna) qarşı “aldatma yolu ilə bağlanmış alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması, həmin torpaq üzərində mülkiyyət hüquqlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Notariat kontorunda Cavabdeh1 ilə X7 arasında bağlanmış 25.07.2017-ci il tarixli, 4Ə-776 reyestr saylı alğı- satqı müqaviləsinin etibarsız hesab olunması, onun əsasında verilmiş X3 adına olan çıxarışın ləğv olunması, həmin ev üzərində mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmə sində icraat İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun doğma qardaşıdır. Cavabdeh1, 2017-ci ilin iyun ayında ona bildirmişdir ki, Əngəxaran kəndində olan evlərini satmaq istəyir. Həmin evin ¼ hissəsi ona məxsus olduğu üçün ondan etibarnamə istəmiş, hətta ona demişdir ki, pul banka girəcək və pulunu oradan özü alacaq. O, əvvəl razılaşmaq istəməmişdir. Həmin ev onların ata yurdları olmuşdur. Əslində oranı heç satmaq fikri də olmamış, bu səbəbdən də bir pay götürmüşdür ki, M ondan xəbərsiz evi satmasın. Amma cavabdeh onu birtəhər yola gətirmişdir ki, neçəyə satsa yarı böləcəklər. Hətta demişdir ki, həmin pulu bankdan iddiaçının özü götürəcək. O da inanmışdır. Cavabdeh demişdir ki, 40000 manata razılaşıblar, 20000 manatı onundur. O da notariusa gedib razılıq vermişdir. Bir neçə gündən sonra Mi tapa bilməmişdir. Elə bilmişdir ki, ev hələ satılmayıb. Odur ki, evin satılması fikrindən daşınmışdır. 29 sentyabr 2017-ci il tarixdə notariusa gedib etibarnaməni ləğv etdirmişdir. Amma elə həmin gün də öyrənmişdir ki, gecikib. M 25 iyul 2017-ci il tarixdə evi ucuz qiymətə, 29000 manata Həsənov Vüqar adlı bir şəxsə satıb. Özü də aradan çıxıb. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20.04.2018-ci il tarixli, 2(074)-235/2018 saylı qətnaməsi ilə (hakim Etibar Mümbətov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş halların görünür ki, Şamaxı rayonu, Əngəxaran kəndində 0.11 hektar torpaq sahəsində yerləsən ümumi sahəsi 116 kv.m olan tərd i yaşayış evi paylı mülkiyyət hüququ üzrə 18.07.2017-ci il tarixdən ¼ hissə fərdi yaşayış evi və 0.048125 ha torpaq sahəsi İddiaçı1, ¾ hissə fərdi yaşayış evi və 0.061875 ha torpaq sahəsi Cavabdeh1 Məmmd oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində 20 saylı reyestr kitabının 62 saylı vərəqində qeydiyyata alımışdır. İddiaçı1 Şamaxı rayon notariat kontorunda 20.07.2017-ci il tarixdə verdiyi 7E-5768 reyestr saylı etibarnamə ilə Şamaxı rayonu, Əngəxaran kəndində 0.048125 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 116 kv.m olan yaşayış evinin ¼ hissəsini satmağı 3 ay müddətinə 20.10.2017-ci il tarixədək Cavabdeh1 etibar etmişdir. Həmin etibarnamə əsasında hərəkət edən Cavabdeh1 Şamaxı rayonu, Əngəxaran kəndində 0.11 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 116 kv.m ola n fərdi yaşayış evini Şamaxı rayon notariat kontorunda reyestrdə 4Ə-776 sayla edilmiş 25.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 29000 manata X1. İddiaçı etibarnamənin qüvvədə olması müddətinin bitməsinə 21 gün qalmış 29.09.2017-ci il tarixdə X2 20.07.2017-ci il tarixdə verdiyi 7E-5768 reyestr saylı etibarnaməsini ləğv etdirmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, İddiaçı1 mübahisələndirdiyi evi satmaq fikrində olmuş, ona görə də qardaşı Cavabdeh3lə evi boşaldaraq çıxmış və həmin evi alıcı-cavabdeh Ra təhvil vermişlər. İddiaçı tələbini evi heç satmaq fikri omadıdığını, lakin Cavabdeh1 onu bir təhər yola gətirib neçəyə satsa yarı böləcəklərini, həmin pulu bankdan iddiaçının özünün götürəcəyini deməsi, özünün də inanıb, notariusa gedib razılıq verməsi, sonradan evin sa tılması fikrindən daşınması və etibarnaməsini ləğv etdirməsi, evin ucuz qiymətə 29000 manata satılması ilə əsaslandırmışdır. İlk öncə, iddiaçının dəllərindən aydın olur ki, Cavabdeh1lə aralarındakı danışıqlar nəticəsində onun paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin satılmasına razılığı olmuş və o, bu məqsədlə zəruri olan hərəkətləri 3 ay müddətində etməsini Cavabdeh1 etibar elmişdir. Belə olan halda onun alqı-satqı müqaviləsi bağlandıqdan sonra fikrindən daşınması alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas ola bilməz. İddiaçı eyni zamanda fərdi yaşayış evinin aşağı qiymətə satılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, fərdi yaşayış evinin dəyərindən aşağı qiymətə satılması əqdin etibarsızlığı üçün o halda əsas ola bilər ki, müqavilə bir tərə fin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış olsun. İş üzrə olan sübutlarla isə mübahisəli əqdin cavabdehlərin pis niyyətlə razılığa gəlmələri nəticəsində bağlanması halı təsdiq edilməmişdir. Müqavilənin bir tərəfin nümayəndəsinin qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə zərər dəyməsi isə başqa hüquqi nəticələrə səbəb olmaqla, əqdin etibarsız sayılması üçün əsas deyil. Odur ki, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 331.1, 779.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı1 apelyasiya şikayəti verərək, bir inci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Aqil Abbasov, Telman Məmmədov) 07.09.2018-ci il tarixli, 2(105)-2847/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Şamaxı Rayon Məhkəməsinin 20.04.2018-ci il tarixli, 2(074)-235/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. İş materiallarından, eləcə də işin faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlakın alqı-satqısı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş, lazım olunan razılıqlar alınmış, müqavilə notarial qaydada təsdiq edilmiş, müəyyənləşdirilmiş pul məbləği bank vasitəsilə ödənilmişdir. Alıcı müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməklə öhdəliyini icra etmiş, satıcı müqavilədə şərtləşdirilmiş qaydada satılan əmlakı ona təhvil vermişdir. İddiaçı müqavilə bağlanarkən qardaşı tərəfində aldadıldığını bıldirir və bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. Əvvəla, iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, hətta iddiaçının dediyi kimi onun aldadılması faktı öz təsdiqini tapsaydı belə, bu hal mübahisələndirilən müqavilələrin etibarsızlığı üçün əsas vermir. Belə ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). İddiaçı cavabdeh tərəflər arasında bağlanmış əqdlərin etibarsızlığını tələb etsə də istinad olunan maddələrin dispozitiv şərtlərinə uyğun öz tələbini əsaslandıra bilməmiş, qeyd olunan m addələrin dispozisiyasında göstərilmiş halların mövcudluğunu təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, mübahisəli əmlakı alqı-satqı müqaviləsi ilə əldə etmiş cavabdeh V.Həsənov vicdanlı alıcıdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçının qardaşı öz adından və bacısının adından çıxış edərək onlara paylı mülkiyyət hüququ ilə məxsus olan mübahisəli əmlakıı alqı-satqı müqaviləsi əsasında 29000 manata Ra satmış, əmlakın dəyəri alıcı tərəfindən tam ödənilmiş və ev ona təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alıcı mübahisəli əmlakı almamışdan əvvəl iddiaçını tanımamışdır. Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edə nin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, R vicdanlı əldə edən olduğundan, onunla bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi V.Həsənov bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək ev və torpaq əldə etmişdir. Bununla da vicdanlı əldə edən kimi iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. İşin faktiki hallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsi qanuni hesab edildiyindən bu əqd nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın etibarsız hesab olunması, habelə əmlakın sahibliyə qaytarılması barədə tələb təmin oluna bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instan siya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının cavabdeh qardaşı tərəfindən aldadılaraq digər cavabdeh Rla qeyd edilən əmlakın alqı-satqısı ilə bağlı müqavilə imzaladığı zaman Ru tanımamış, onunla mənzilin ilkin qiyməti və ya son qiymət barədə barədə hər hansı bir sövdələşmə etməmiş, bununla bağlı Şamaxı rayon notariat kontorunun müvafiq vəzifəli şəxsi belə ona əmlakın neçəyə satılması ilə bağlı heç bir məlumat verməmişlər. Belə olan təqdirdə hesab edir ki, Azərbaycan Respublikasının MM-nin əqdələrin etibarsızlığı hissəsində etibarsız əqd olaraq Məcəllənin müvafiq bəndləri iddiaçının qeyd edilən epizodu hissəsində ona tövsif edilməlidir. Bir sözlə mübahisəli əmlaka 1/4 paya malik oduğu təqdirdə aldadılaraq əqdə imza atmaqla və indiki halda bunu mübahisələndirməklə iddiaçı ən azından özünə məxsus paya münasibətdə əqdin etibarsızlığını bərpa etməkdə haqlı olmuşdur. Təəssüflər olsun ki,məhkəmələr bunu nəzərə almadan ¼ nisbətinə ona çatası pulun belə kim təərfmdən götürüldüyünü araşdırmadan sadəcə iddiaçının əqdə imza atmaqla sanki hər şeyin bununla da sona yetdiyinə dair qəti qərar qəbul etməklə kifayətlənmişlər. Məhkəmələr işin yuxarıda qeyd edilən halları ilə bağlı MM-nin yalnız cavabdeh alıcıya aid olan hissəsi ilə əlaqəli konstitusiya məhkəməsinin müvafiq qərarlarını tövsif etməklə əslində iddiaçının xeyrinə tövsif edilə biləcək AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarını öz qətnamələrində qeyd etmirlər. Halbuki həmin qərarda qeyd edilən etibarsız əqlərlə bağlı konstitusiya məhkəməsinin tələbləri iddiaçıya aid olan hissədə onun xeyrinə həll edilməlidir. Əqdin iradə ifadəsindən başlayaraq nəticədə alqısatqı olaraq pulun iddiaçı tərəfindən çıxarılmamasına qədər olan epizodlar üzrə iddiaçının hüquqlarının kobud şəkildə pozulduğu açıq-aşkar göründüyü halda buna göz yumma q və bütün bu halları görməzdən gəlmək mümkün deyildir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar ol duğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi müba hisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitəl ər tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıqdan kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci m addələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd ed ilməlidir ki, iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı iddia tələbində və apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətini də aldadılması ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı qardaşı olan Cavabdeh1 onların paylı mülkiyyətində olan mübahisə predmeti olan fərdi yaşayış evinin satılması məqsədilə etibarnamə vermiş, həmin etibarnamə əsasında X7 25.07.2017-ci ildə fərdi yaşayış evini satın almış, iddiaçı isə həmin etibarnaməni müddətinin bitməsinə 21 gün qalmış, yəni 20.07.2017-ci ildə ləğv etdirmişdir. Göründüyü kimi, iddiaçı etibarnaməni fərdi yaşayış evinin satılması məqsədilə verilmişdir. Hazırki halda iddiaçı qardaşı tərəfindən aldadılmasını bildirmiş olsa da, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə o, özü də öz iradəsi ilə cavabdeh olan qardaşı Cavabdeh1 etibarnamə verməsini etiraf etmişdir. Kasasiya yoxlaması nəticəsində iddiaçının aldadılması ilə əlaqədar hal öz təsdiqini tapmadığına və hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyinə görə kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən veri lmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2847/2018 nömrəli iş üzrə 07 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar