Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-705/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-3763/2019, hakim İ.N.Abbasova) İddiaçı Cavabdeh İB-nə qarşı iddiası təmin edilmiş, iddiaçının mülkiyyətində olan XXX, ünvan 1 ünvanı ilə bağlı hesabl anmış 20.822 manat məbləğini silmək vəzifəsinin Cavabdeh İB-nə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-9343/2019, hakimlər E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki işin mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı verdiyi kassasiya şikayətində qərardadın ləğv edilib mülki işin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şika yəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyət qaydalarına əməl edilsə də, apellyasiya məhkəməsi tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməməklə işin aidiyyəti üzrə inzibati-iqtisad məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdeh müəssisəyə qarşı onun abonent hesabına hesablanmış borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı həmin ünvanda istixana quraşdırmaqla tərəvəz yetişdirilməsi ilə məşğul olur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsindən təqdim olunan məlumata əsasən İddiaçı Bakı şəhəri X4 Departamentində fiziki şəxs kimi vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin mübahisələrin məhkəməyə aidiyyətinin əsaslarını mü əyyən edən 24-cü maddəsinin tələblərinə görə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisad məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaranmış mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, məhkəmə aidiyyəti müəyyən edilərkən üç əsas xüsusiyyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibi (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakteri (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlanılmalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, m ənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisə lər üzrə işlər mülki icraat qaydasında inzibatiiqtisadi məhkəməyə aiddir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirir və cavabdeh müəssisə ilə aralarında yaranan hazırkı mübahisə məhz onun bu fəaliyyətindən irəli gəlir. Bu halda, hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması aidiyyət qaydalarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şər h edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-705/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-705/2020
06.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver