Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-708/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıxanım Hacıbaba qızının cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X15, Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs3) iş üzrə QƏRARİ (Açar sözlər: iddianın ona cavab verməli olan şəxsə qarşı qaldırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6211/2023 nömrəli 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Miras qoyan X16 5 dekabr 1994-cü il tarixdə ölmüşdür.
3. X5 birinci növbə vərəsələri - arvadı X10, oğulları Maraqlı şəxs3, X17, qızları İddiaçıxanım Hacıbaba qızı, Maraqlı şəxs5, X2, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs2dır.
4. X10 xx.xx.1999-cu il tarixdə, X17 xx.xx.2020-ci il tarixdə, X2 xx.xx.2011-ci il tarixdə ölmüşdür.
5. Miras əmlakı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahə si 0.064020 ha olan torpaq sahəsindən ibarətdir. 6. xx.xx.2021-ci il tarixli 2V-206 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 miras qalmış əmlaka X6 tam miras payı müəyyən edilmişdir.
7. Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evi və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin X6 mülkiyyətinə keçməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçıxanım Hacıbaba qızı (bundan sonra – iddiaçı) Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı (bundan sonra - cavabdeh və ya Notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X5 mülkiyyətində olan ünvan 1 ünvanında 10 sot torpaq sahəsinə və bu torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 100 kv.m olan daşınmaz əmlak (mənzil) üzrə tam hissə ilə X11 verilmiş xx.xx.2021-ci il tarixli 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin daşınmaz əmlaka X6 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası vəfat edərkən onunla birlikdə ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzildə o, həyat yoldaşı X23, oğlu X30, qızı X20 yaşamışlar. Onlar bu mənzildə anası X3 vəfatından sonra 2015-ci ilədək yaşamışlar. Bu faktı bütün qohumlar v ə qonşular təsdiq edirlər. Eyni zamanda, bütün kommunal ödənişlər onlar tərəfindən həyata keçirilmişdir. Anası bütün qızıl-zinət əşyalarını ona bağışlamışdır. 2022-ci il tarixdə mirasın faktiki qəbulu ilə bağlı ərizə ilə Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisinin 25 iyul 2022-ci il tarixli cavab məktubunda irsi transmissiya üzrə, yəni xx.xx.1994-cü il tarixdə ölmüş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən mərhumun nəvəsi olan X11 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, vərəsə X6 “vərəsələr” barəsində notariat ofisinə məlumat vermədiyi üçün, həmçinin “Elektron Notariat Avtomatlaşdırılmış” İn formasiya sistemindən “vərəsələr” barəsində məlumat əldə edilmədiyi üçün, 8 övlad, bir ananın adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Notariat ofisinin notariusu X18 xüsusi qərəzlilik göstərərək bilərəkdən müvafiq arayışı əldə etməmiş, notariusun özünün də qeyd etdiyi kimi mirasa heç bir haqqı çatmayan nəvənin varislər barədə heç bir məlumat verməməsinə əsaslanaraq 6 bacı, 2 qardaşın mirasını aidiyyəti olmayan şəxsin sərəncamına vermişdir. Notariat ofisinin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Müvafiq iş üzrə isə vərəsəlik vərəsələr müraciət etdikdən sonra açıla bilərdi. İşin hallarından gör ünür ki, o, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Hesab edir ki, hazırkı iş üzrə predmeti təşkil edən əmlak xx.xx.1994-cü ildə vəfat etmiş X5 ölümü və müvafiq əmlaka iddiaçının sahiblik etməsi ilə vərəsəlik hüququ onun yaxın qohumları tərəfindən tanınmışdır. O, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etmişdir.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən verilmiş iddia tələbinə etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbinin hazırkı vəziyyətdə məhkəmə icraatının mümkün hesab edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Belə ki, işdən görünür ki, iddiaçı iddianın əsaslarına dair ilkin zəruri sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Mübahisələndirilən çıxarış işin sonrakı mərhələsində üçüncü şəxs tərəfindən təqdim edilmişdir. Əgər iddiaçı hər hansı sənədin ləğvini və yaxud etibarsızlığını tələb edirsə, ilk növbədə həmin sənədin mövcudluğuna dair məhkəməyə sübut təqdim etməlidir. Digər tərəfdən, iddiaçı notariat hərəkətlərini, daha doğrusu notariat ofisi tərəfindən verilmiş şəhadətnaməni mübahisələndirirsə, bu zaman hər hansı fiziki şəxsi deyil, konkret olaraq notariat ofisini cavabdeh kimi təqdim etməli idi. Qanuna və notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara əsasən mübahisə üzrə notarius deyil, notariat orqanı tərəf kimi çıxış edir. Ancaq iddia ərizəsindən görünür ki. iddiaçı notariat ofisini deyil, fiziki şəxs kimi notariusu cavabdeh kimi təqdim etməklə, cavabdehi düzgün müəyyən etməmişdir. İddiaçının adı girişdə və sonda fərqlidir. Belə çıxır ki, iki şəxs mövcuddur. Bu hər nə qədər texniki məsələ kimi görünsə də sonra xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, iddia ərizəsində göstərilən 10 sot və 100 kv.m evin ümumilikdə heç olmaması gələcəkdə iddia tələbinin təmin olunduğu təqdirdə qətnamənin icrasını qeyri-mümkün hala salır. İddiaçı vərəsəlik şəhadətnaməsini və çıxarışı mübahisələndirir, ancaq həmin sənədlərin sahibini məhkəmədən və konkret olaraq mübahisədən kənarda saxlamaq üçün iş üzrə üçüncü səxs qismində cəlb etmir və məhkəmə də buna cəhd etmir. Üçüncü şəxs təsadüfən əmlakının üzərinə qoyulmuş müvəqqəti təminat tədbiri barədə qərardaddan daha sonra xəbər tutur, özü ərizə verib prosesə qoşulur. Halbuki iddiaçı mənzil sahibini birbaşa cavabdeh qismində cəlb etməli idi. Bundan başqa prosesə heç qoşulmayan bir şəxsin və məhkəmə qarşısında iddia qaldırmaq hüququnu tanıtmayan bir şəxsin ərizəsinə əsasən onun mülkiyyətçi hüquqlarının məhdudlaşdırılması barədə çıxarılmış qərardad MPM-in tələblərinə ziddir. Onun üçüncü şəxs qismində işə qoşulması cavabdeh kimi prosessual hüquqların bir qismindən istifadə etməsinə imkan vermir. Bu da qəsdən onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Məhkəmə bu ərizəni icraatına qəbul etməklə onun hüquqlarının məhdudlaşdırılmasına şərait yaratmışdır. Beləliklə, yuxarıda qeyd edilən pozuntular iddianın məhkəmə icraatının mümkünlüyünə birbaşa təsir edən amillər olmaqla MPM-in 151-ci maddəsinin tələbləri baxımından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qa ytarılması üçün əsasdır. İddiaçı bildirir ki, o, guya 1994-cü ildən 2015-ci ilədək əmlaka sahiblik etmişdir. İddiaçının öz təsdiqini tapmayan versiyası nəzərə alınsa belə, iddianın maddi hüquqi əsası kimi yalnız hazırkı Mülki Məcəllə deyil, 1999-cu ildə qüvvədən düşmüş Azərbaycan SSR-in Mülki Məcəlləsinin müvafiq normalarına istinad olunmalı idi. Göründüyü kimi, iddiaçı MPM-in tələblərinə uyğun olaraq hüquq münasibətinin yarandığı dövr üzrə maddi hüquq normasına istinad etməmişdir. Dolayısı ilə iddianın hüquqi əsası belə qəsdən düzgün müəyyən edilməmişdir. İddiaçı öz iddiasını təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının izahatı iddia ərizəsində göstərilənlər, həmçinin, cinayət işi üzrə digər orqanlarda verilmiş izahatlarla üstüstə düşməməklə, bir-biri ilə ziddiyy ətlidir. İddiaçı bildirir ki, guya o, miras kütləsinə daxil olan əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin işin materillarında bunu təsdiq edəcək mötəbər və tutarlı sübut yoxdur. İddiaçı tərəfindən təqdim edilən sübutlar kommunal xidmətlər üzrə qəbzlər və digər sənədlər, həmin evdən iddiaçının istifadəsini təsdiq etmir. Həmin qəbzlər iddiaçının valideynlərinin yaşadığı dövrə təsadüf edir. Uzun müddət evdən istifadə edən iddiaçı kommunal xidmətlərə dair öz adına hansı səbəblə müqavilə bağlamadığını hər hansı formada əsaslandırmamışdır. Həmin qəbzlərin iddiaçıda olması da xüsusi əhəmiyyət kəsb etmir və miras əmlakın faktiki qəbulunda nəzərə alına bilməz. İddiaçı valideynlərinə, xüsusilə də anasına məxsus əşyaların onda olmasına istinad edərək bildirir ki, valideynləri həm evi, həm də əşy alarını onun istifadəsinə veriblər. Mülki dövriyyədən çıxarılmış və xatirə mahiyyətində olub, başqa hər hansı əhəmiyyəti olmayan həmin əşyaların iddiaçıya hansı formada ötürülməsi məlum deyil, üstəlik bu əşyaların iddiaçıda olması da əmlakın faktiki qəbulunu şərtləndirmir. Həmin lazımsız əşyaları iddiaçı öz istəyi ilə götürə bilər və yaxud həqiqətən də o, əşyaları verə bilərdilər. Digər tərəfdən, əşyaların məsuliyyəti müəyyən olunmadığından, həmin əşyaların iddiaçının valideynlərinə məxsus olması da öz təsdiqini tapmır. Dolayısı ilə sübut kimi təqdim edilmiş həmin əşyalar birbaşa və mötəbər sübut kimi qəbul edilə bilməz və həmin sübutlar işin həllində nəzərə alınmamalıdır. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin subyektiv tərkibi həmin şa hidlərin obyektivliyinə ciddi şəkildə şübhə altına alır. Şahidlər iddiaçının ailə üzvləri və şəxsən münasibətdə olduqları adamlardır. Üstəlik onda olan məlumata görə iddiaçı onlara işin müsbət həlli müqabilində müəyyən vədlər vermişdir. Bütün bunlardan əlavə, şahidlərin verdikləri ifadələr bir-birinə uyğunluq təşkil etməməklə ziddiyyətlidir və işin həllində rol oynaya bilməz. İddiaçının yaxınlarının onun mənafeyinə uyğun və ziddiyyətli ifadələri əsasında iddianın təmin edilməsi qanunsuz qətnamənin çıxarılması ilə nəticələnə bilərdi. Məhkəmədə şahid kimi gələn iddiaçının əmisi qızı X7 öz ifadəsində bildirmişdir ki, iddiaçının evinin arxasında bir neçə tin uzaqda yaşayır, həm qohum, həm də onlara qonşudur. İddiaçının 2015-ci ilə kimi orada daimi yaşadığını və 2019-cu ilə kimi isə arada gedib -gəldiyini bildirmişdir. İddiaçının orada yaşadığı dövrdə Babayev Abgülün o evə gəlib-getdiyini görməsi barədə sualına cavab olaraq bildirmişdir ki, yadında deyil. Şahidə verilən suallardan olan iddiaçının ərinin nə zaman vəfat etməsi barədə sualına belə həm qonşu, həm də qohum olan Babayeva Şəlalə cavab olaraq yenidən yadında olmadığını bildirmişdir. Çoxsaylı çaşdırıcı suallar arasında Babayevin Abgülün həmin evə gəlib-getdiyini təsdiq etmiş və mübahisəli evin bölünməsinə dair bacı-qardaşlar arasında problem olduğunu bildirmişdir. Bundan başqa, o, həyətdə olan yanğının onun tərəfindən söndürüldüyünü iddia etmişdir. Belə ki, digər şahid X13 isə bunun əksi olaraq öz ifadəsində həyətin yanğınını ilkin olaraq qonşular, daha sonra isə FHN tərəfindən söndürüldüyü bildirmişdir. Həyətin yanğınını söndürən Babayeva isə yanğının hansı ayda baş verməsi sualına belə cavab verə bilməmişdir. Müəyyən vədlər müqabilində məhkəmədə şahidlik edən Babayeva bəlli bir kontekstdən kənara çıxmamaqla çətin suallar qarşısında isə yadında olmadığını deməklə kifayətlənmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, evin arxasında yerləşən və bir neçə tin uzaqda yaşayan yaxın qohum necə ola bilər, yaxud da nə cür xəbər tuta bilər ki, onun qohumu 2015-ci ilə kimi hər gün evə gəlir və 2019-cu ildən sonra isə ara bir evə gəlib-gedib. Məhkəmədə 2-ci şahid kimi dindirilən X13 öz ifadəsində iddiaçının oğlu ilə yaxın dost olduğunu bildirmişdir. Mübahisəli evdən bir neçə tin aşağıda qapı-pəncərə sexində işləyən İbrahimov Bəhruz da Babayeva Şəlalənin ifadəsinin eyni ilə qismən təkrarlamış, Babayevanın 2015- ci ilə kimi daimi,, 2019-cu ildən sonra isə arada bir gedibgəldiyini bildirmişdir. X8rşısında daha yaxşı ifadə verdiyini göstərmək üçün o, ona əzbər edilmiş mətndən kənara çıxaraq 2015-ci ildən sonra həyətə iddiaçının nəzarət etdiyini, Raminin həyətdə olan qarajda dəmirçi işlədiyini belə bildirmişdir. Halbuki bu məsələ iddiaçı tərəfindən gizlədilirdi. Çox düşündürücü bir haldır ki, şahid İbrahimov da ondan bir neçə tin aralıda olan evin bütün sirlərini bilir. Çoxsaylı suallar arasında Babayev Abgülü və hətta Məmmədov Kamranı belə polislə evin qapısında gördüyünü bildirmişdir. İş üzrə iddiaçının oğlunun şahid olaraq məhkəməyə təqdim edilməsi gülünc olduğu halda, o da məhkəmədə şahid kimi dindirilmiş, o da bütünlüklə anasının xeyrinə ifadə vermişdir. Raminin ifadələrində olan ziddiyyətlər digər 2 şahidin ifadələrindəki ziddiyyətlərdən daha çoxdur. Sözsüz ki, bu da iddianın əsassız olduğunun göstəricisidir. Belə ki, Ramin Əliyev anasının ailə qurandan 2-3 ay sonra ər evində olan şəraitsizliyə görə gəlib ata-anası ilə birgə qaldığını bildirmişdir. Təbii ki, bu ifadə onu düşündürdüyü qədər, məhkəməni də düşündürməlidir. Guya baba və nənəsi ölənə kimi daim onların yanında tək iddiaçı və ailəsi qalıb və digər bacıları belə çox gec olaraq arada bir gəlib getmişlər. Babasının nədən öldüyünü xatırlamayan Ramin nənəsinin öldüyü zaman həmin evdə yaşadığını və işdə olduğunu bildirmişdir. Nənəsi ilə babasının ölümü arasında cəmi 5 il fərq olmuşdur. Bu necə bir kamillikdir ki, babası dünyasını dəyişən zaman 11 yaşı olan Ramin babasına dair heç nəyi xatırlamır və nənəyə dair hər şeyi xat ırlayır. Ramin daha irəli gedərək baba və nənələrinin yas mərasimlərini onların etdiyi bildirmişdir. Digər şahidin onu ifşa etməsindən sonra əlacsız qalan Ramin 2008-dən həmin qarajda köhnə maşınları alıb yığıb satmaqla usta kimi məşğul olduğunu demişdir. Daha sonra toyu olduğu zaman həmin evdən çıxdığını amma anasının tək orada yaşadığını qeyd etmişdir. Dayılarının həmin evlə bağlı iddiaları olduğuna görə o, anasını da götürüb guya 2016-cı ildə öz həyətində düzəltdiyi evə, yanına aparmışdır. Ramin Əliyev mübahisəli evin sənədlərinin kimdə olması sualına isə cavab olaraq bildirmişdir ki, evin sənədləri anasında imiş, bir gün dayısı Babayev Abgül gəlib sənədləri götürmüşdür. Daha sonra isə dayısı sənədlərin oğurlandığını deyib. Bu sonuncu fikirlər abstraktdır, ona görə ki, sözügedən sənəd m ötəbər və qiymətli bir kağızdır, oğurlanması ağlabatan deyil. Sözsüz ki, bu ifadə və digər şahid ifadələri bu ailənin məhkəmə üçün hazırladıqları nağılvari bir mətnin uydurmasından başqa bir şey deyil. Beləliklə, iddiaçının ərizəsində göstərdikləri sübutların heç biri həqiqəti əks etdirmir, iddiaçı bütün ərizələrində mübahisəli evdə yaşadığını qeyd etsə də, əslində isə o, polisə verdiyi izahatlarda başqa yerdə yaşadığını öz imzası ilə təsdiq etmişdir. Bundan başqa hazırda mübahisəli mənzil yaşayış üçün yararsız vəziyyətdədir. İddiaçı belə yalan fikirlərlə ilk gündən məhkəməni çaşdırmağa çalışmışdır. Babayeva miras əmlakı faktiki olaraq qəbul etməmiş və həmin əmlaka sahiblik etməmişdir. İddia müddətini, vərəsəliklə bağlı müddəti və əqdin etibarsızlığı ilə bağlı olan bütün müddətləri ötürən iddiaçı hazırda mübahisəli evin çıxarışı olmasını bilib, onu məhkəmədə mübahisələndirərək məhkəməni öz yalanlarına inandıraraq öz xeyirlərinə qətnamə çıxararaq onun qanuni əsaslarla əldə etdiyi evini əlindən almaq həvəsinə düşüb.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 izahatında bildirmişdir ki, iddiaçı onun bacısıdır. Mübahisəli ev atasına məxsusdur. Onlar ailədə səkkiz uşaq olmuş və onların hamısı ailə qurub ata evindən getmişlər. Həmin evdə iddiaçı yaşamışdır. Belə ki, iddiaçı Qala qəsəbəsinə ərə getmiş, lakin yaşamaq üçün şəraiti olmadığından qısa müddət sonra ata evinə qayıtmış və ailəsi ilə uzun illər orada yaşamışdır. Həmidə mərhum qardaşı Abgülün qızıdır, heç vaxt miras əmlakında yaşamamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi r.
11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs4 izahatında bildirmişdir ki, iddiaçı onun bacısıdır. Mübahisəli ev atasına məxsusdur. Onlar ailədə səkkiz uşaq olublar, hamısı ailə qurub ata evindən gediblər. Həmin evdə iddiaçı yaşamışdır. Belə ki, iddiaçı Qala qəsəbəsinə ərə getmiş, lakin yaşamaq üçün şəraiti olmadığından qısa müddət sonra ata evinə qayıtmış və ailəsi ilə uzun illər orada yaşamışdır. Son 3-5 ildir ki, həmin evdən köçmüşdür. İddiaçı mərhum qardaşı Abgülün qızıdır, heç vaxt miras əmlakda yaşamamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-1026/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia qismən təmi n olunaraq, Notariat ofisinin xüsusi notariusu X18 tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin X6 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
13. Məhkəmə mövqeyini onuna əsaslandırmışdır ki, miras qoyan X16 xx.xx.1994-cü ildə ölmüşdür. İddiaçı miras qoyan - atası X1 və onun ölümündən sonra əri, uşaqları ilə birlikdə miras əmlakda yaşamış, qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli mirası faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Bundan başqa, evin təsərrüfat və təmir işləri, о cümlədən, kommunal xərclər üzrə ödənişlər iddiaçı və onun ailə üzvləri tərəfindən həyata keçirilmişdir. Lakin iddiaçının mərhum qardaşı X9 qızı X15 miras əmlakı qəbul edən zaman birinci növbə vərəsələrin olmasına dair notariat ofisinə ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişdir. Notariat ofisi i sə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız X11 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə qeyd edilənlərə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə nəticəyə gəlmişdir.
14. Məhkəmə öz mövqeyini 1964-cü il 11 sentyabr tarixli Qanun ilə təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 532, 552, 554, 561, 562, 566-cı və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı və üçüncü şəxs X15 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
16. İddiaçı birinci instansiya məhkəməsinin q ətnaməsinin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmadan iş üzrə qətnamə qəbul etmişdir.
17. Üçüncü şəxs X15 qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir.
18. Üçüncü şəxs X6 apellyasiya şikayəti onun iddia tələbinə dair etiraz ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə bunlara hüquqi qiymət verəcəyini bildirsə də, qətnamədə şahid ifadələrini mötəbər qəbul edərək, həmin ifadələrə tənqidi yanaşmaq və onları qəbul etməmək üçün kifayət qədər əsaslar olduğu halda həmin ifadələr əsasında iddianı qismən təmin etmişdir. Digər tərəfdən, şahid ifadələrində hətta iddiaçının təqdim etdiyi versiya üzrə fərqli mülahizələr var, yəni şahidlərin iddiaçının sahəyə faktiki istifadəsi, oranı tərk etməsi və digər xüsusatlar barəsindən verdikləri izahatları da üst-üstə düşmür və bir-birini təkzib edir. İddiaçı ilkin olaraq həmin fərdi yaşayış sahəsinə dair oxunması çətin olan və köhnəlmiş kağızlar üzərində guya onunla təbii inhisar subyektləri arasında müqavilə bağlandığına dair sənədlər (müqavilələr) təqdim etmişdir. Lakin sonradan verilmiş sorğulara əsasən müəyyən olunmuşdur ki, təbii inhisar subyetklərində alıcı (abonent) kimi iddiaçının mərhum valideynləri qeydiyyatdadırlar, yalnız telefon rabitəsi üzrə abonent kimi fərdi yaşa yış evinin faktiki sahibi olmuş Abgül Babayevin adına qeydiyyat aparılmışdır. İddiaçı bildirir ki, guya o, evdən istifadə edərkən kommunal ödənişlər gəlmiş, zərurət olmadığı üçün müqavilələri yeniləməmişlər. Bu tamamilə uydurma olmaqla heç bir dəlillər ilə təsdiq olunmayan izahatdır. Əgər iddiaçı həqiqətən də dediyi kimi uzun müddət həmin fərdi yaşayış evindən istifadə edirdisə, ona göstərilən kommunal xidmətlərə görə yeni müqavilə bağlanmalı idi. Çünki məlum olduğu kimi evin sahibi olan sonuncu şəxs iddiaçının anası Məryəm Babayeva vəfat etdikdən sonra kommunal xidmətlər üzrə təbii inhisar subyektləri dəyişmiş və əgər iddiaçının dediyi kimi o, həqiqətən də evdən istifadə edirsə, onunla yeni xidmət göstərən subyektlər arasında müqavilələr bağlanmalı idi. Xüsusilə də sayğaclar yeniləndikd ə mütləq yaşayan, yəni həyatda olan bir şəxslə müqavilə bağlanmalı idi. Üstəlik aparılmış araşdırmalardan görünür ki, həmin fərdi yaşayış evində ümumiyyətlə hər hansı xidmət üzrə yeni sayğac yoxdur, həmçinin uzun müddətdir ki, telefon rabitə xidməti göstərilmir. Bütün bunlar isə iddiaçının həmin fərdi yaşayış evindən istifadəsinə və dolayısı ilə miras əmlakı faktiki qəbul etməsinə dair irəli sürdüyü iddia öz təsdiqini tapmır. Məhkəmə iddiaçının hansı səbəbdən dolayı 2019-cu ildən sona evlə əlaqəsinin kəsildiyinə dair hər hansı araşdırma aparmamışdır. Məhkəmə həmçinin iddiaçının mülahizəsinə əsaslansa belə, onun həmin evə qayıtma səbəbləri, evin onun istifadəsinə verilməsi və yaxud məskunlaşmanın müvəqqəti olub-olmamasına aydınlıq gətirməmişdir. Məhkəmə tərəfindən altı ay davam edən prosesi n mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq audio-video qeydiyyatı aparılmamışdır. Bu isə tam protokollaşdırılmamış şahid ifadələrinin, tərəflərin izahatlarının, çıxışların və sübutların tədqiqinin saxlanmasının təmin edilməməsi ilə nəticələnmiş və hazırda mübahisələndirilən qətnaməyə apellyasiya qaydasında lazımi qaydada qiymət verilməsini mümkünsüz etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6211/2023 nömrəli 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi) Vahid Sadıqov və Məhəmməd Rüstəmli) iddiaçı və üçüncü şəxs X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətna mə çıxarılmış, iddia tələbi rədd edilmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən - yalnız qətnamənin ləğv edilməli olması hissəsində əsaslı saymış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə düzgün olmayan qətnamə çıxarmışdır. Belə ki, işdən göründüyü kimi xx.xx.2021ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 miras qalmış miras əmlaka X6 tam miras payı müəyyən edilmişdir. İddiaçının tələbi sözügedən miras əmlak barədə Həmidə Məmmədovanın adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasından ibarətdir. İddiaçının fikrincə həmin sənədlər rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, digər vərəsənin, yəni onun mirası faktiki qəbul etdiyi nəzərə alınmamış və nəticədə o, atasına çatası miras payından məhrum edilmişdir. İddiaçı mirası faktiki qəbul etməsi nəzərə alınmaqla ona miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini tələb etmişdir. İddiaçı iddia ərizəsində bütün bu tələblərə cavab verməli olan şəxs kimi yalnız Notariat ofisini göstərmişdir.
21. Kollegiya qeyd etmişdir ki, iddiaçının tələbinə ilk növbədə, onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı ir əli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-in 50-ci maddəsi). Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdi. İş üzrə tələb vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi olduğundan mira sa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş X15 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilər. X28 iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir. MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin X15 ilə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ birinci instansiya məhkəməsində müzakirə predmeti olmamışdır.
22. Kollegiya həmçinin qeyd etmişdi r ki, mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün deyildir. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üç pilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Həmidə Məmmədova iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuşdur. Lakin qanunun mənasına görə üçüncü şəxsə qarşı hər h ansı tələb irəli sürülə bilməz, yaxud belə tələb təmin oluna bilməz.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MPM-in 54.1, 54.2, 385.1.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi cavabdeh şəxsə qarşı yönəlir. Cavabdeh şəxs mülki hüquq münasibətlərində subyektiv hüququna əsasən mülki münasibətlərin iştirakçılarına qarşı hüquq pozuntusu törətmiş şəxsdir. İrəli sürülən iddia üzrə X15 cavabdeh kimi çıxış edə bilməz. Çünki mülki hüquq münasibətlərinin yaranma əsası kimi çıxış edən vərəsəlik və dövlət reyestrindən çıxarışın verilməsinə səbəb olan hüquq pozuntusunu törədən və bununla iddiaçıya maddi və mənəvi xarakterli zərər vuran məhz Notariat ofisidir. Sadəcə olaraq, X15 özünün iddia etdiyi hüququndan istifadə edərək Notariat ofisinə müraciət etmişdir. Bu səhv əməlinə görə notariat orqanlarından uzaqlaşdırılan Notariat ofisinin rəhbəri isə qanunsuz hərəkətləri ilə bütün vərəsələrə maddi və mənəvi xarakterli zərər vurmuşdur. Digər tərəfdən, X15 cavabdeh kimi göstərilsə belə onun vərəsəlik şəhadətnaməsini ləğv etmək kimi səlahiyyəti yoxdur. Məhkəmə X6 miras qoyanın birinci dərəcə üzrə yaxın qohumu olmadığı üçün bu əmlaka heç bir halda iddia hüququnun olmamasını araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin edəcəyi digər addım işin birinci instansiya məhkəmə sinə aidiyyəti üzrə qaytarılması ola bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 etirazı daxil olmuşdur.
27. Kassasiya şikayətinə etiraz iddia tələbinə etiraz ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, dövlət reyestr qeydiyyatı əsasında mülkiyyətin mövcudluğunu qəbul edir. Reyestr məlumatlarına əsasən həmin evin mülkiyyətçisi Həmidə Məmmədovadır. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın reyestrin həqiqiliyi və tamlığı prezumpsiyasını təsbit etmişdir. Həmin prezumpsiyaya görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Beləliklə, ona məxsus əmlak dövlət reyestrində qeydiyyata alın mış və bununla bağlı çıxarış verilmişdir. Heç bir halda onun mülkiyyət hüquqları şübhə altına alma bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə rayon məhkəməsinin qətnaməsini prosessual əsaslarla, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin, mübahisəli evin hazırkı mülkiyyətçisinin cavabdeh kimi cəlb edilməməsi əsası ilə ləğv etmişdir. Dolayısı ilə apellyasiya mərhələsində mübahisəyə mahiyyəti üzrə hüquqi qiymət verilməmişdir. Bu məsələ birinci instansiya məhkəməsində qaldırılmış, həm onun vəkili, həm də işə baxan hakim iddiaçıya və onun vəkilinə şəxsin prosessual vəziyyətinin dəyişdirilməsini təklif etmiş, lakin onlar bununla razılaşmayaraq bildirmişlər ki, bu vəziyyət onlara daha əlverişlidir. Hesab edir ki, bu məsələ ilə bağlı apellyasiya məh kəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. İş üzrə tərəflərin düzgün müəyyən edilməsi prosesin gedişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, hazırkı işdə hüquqi qüvvəsi olan iki sənəd mübahisələndirilir. Biri vərəsəlik şəhadətnaməsi, digəri hüquqların dövlət reyestri haqqında çıxarış. Vərəsəlik şəhadətnaməsini vermiş notariat ofisinin cavabdeh qismində cəlb edilməsi qanuni olmaqla həm də məqsədə müvafiqdir. Ancaq çıxışa münasibətdə nəzərə almaq lazımdır ki, mülkiyyət sahibinin cavabdeh kimi cəlb edilməməsi məntiqsizdir. İddiaçı kassasiya şikayətində bunu başqa cür əsaslandırmağa çalışmışdır. Lakin nəzərə almaq lazımdır ki, mübahisələndirilən hər iki sənəd məhz üçüncü şəxsin iradəvi hərəkətlərinin nəticəsində tərtib edilmiş və əldə olunmuşdur. Mülki Prosessual M əcəllə
29. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
30. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkə mə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
32. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
33. Maddə 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları i stisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının tələbi miras əmlak barədə Həmidə Məmmədovanın adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasından ibarətdir. İddiaçı bu tələblərə cavab verməli olan şəxs kimi yalnız Notariat ofisini göstərmişdir. Halbuki, mülki-prosessual qanunvericilik yalnız iddia t ələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Odur ki, iş üzrə tələb vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi olduğundan adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş X15 bu tələbə cavab verməli şəxs, yəni cavabdeh ola bilər. X28 iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehin X15 ilə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ birinci instansiya məhkəməsində müzakirə predmeti olmamışdır. Hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün deyildir, iddia bu əsasla rədd edilməlidir.
41. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən göstərilən prosessual məsələyə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilm əklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6211/2023 nömrəli 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar