Məhkəmə qərarları › İş №2(102)-7085/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7085/2021

08.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7085/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1211/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,40 ha torpaq sahəsi və 0,15 ha həyətyanı torpaq sahəsi və 3374,32 kv.metr ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi N oğlu və X7 məxsus olmuşdur. 06 iyul 2005-ci il tarixdə N oğlu 0,40 ha torpaq sahəsindən 0,20 ha hissəsini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Bundan başqa N özünə məxsus bütün əmlakı nəvəsi İddiaçı vəsiyyət etməsi barədə 05 dekabr 2006-cı il tarixdə vəsiyyətnamə qoymuş, vəsiyyətnamə X11 tərəfindən təsdiq olunmuşdur. 22 noyabr 2006-cı il tarixdə X8, 27 aprel 2007-ci il tarixdə N oğlu, 22 sentyabr 2007-ci il tarixdə X9 vəfat etmişlər. 04 fevral 2013-cü il tarixdə Cavabdeh2 anası X4 miras qalmış Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 3374,32 kv.metr kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 29 iyul 2009-cu il tarixdə İddiaçı adına ona vəsiyyət olunmuş 0,20 ha torpaq sahəsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 29 iyul 2009-cu il tarixdə 0,40 ha torpaq sahəsinin digər 0,20 hissəsinə Cavabdeh2 anası X6 ölümü ilə əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 29 iyul 2013-cü il tarixdə Cavabdeh2 anası X4 miras qalmış Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras alanlar yuxarıda göstərilən şəhadətnamələr üzrə əldə etdikləri torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar almışlar. Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və X2 ona məxsus 0,14 və 0,3374 ha torpaq sahələrindən çıxarılmaları və həmin torpaq sahələrinin ona təhvil verilməsini xahiş etmiş, Zaqatala Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. 11 avqust 2009-cu il tarixdə İddiaçı vərəsəlik qaydasında əldə etdiyi 0,20 ha torpaq sahəsini X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin noyabr ayında İddiaçı cavabdehlər Cavabdeh2 və Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X5 miras qoyanlardan əvvəl ölməsi ilə əlaqədar onun miras qoyanların birinci növbə vərəsəsi olmasını, babası N oğlunu n özünə məxsus bütün əmlakı ona vəsiyyət etməsini, miras əmlaka dair Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinin qanunsuz olmasını əsas göstərməklə onun adına verilmiş 04 fevral 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması və onların əsasında cavabdehin adına verilmiş Reyestrdən Çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia verərək bələdiyyə tərəfindən təsdiq edilmiş 05 dekabr 2006-cı il tarixli vəsiyyətnamədəki imzanın Na məxsus olmamasını, mübahisə predmeti olan 0,20 ha torpaq sahəsinin Nlara məxsus olmasını, 29 iyul 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin onun məcburi pay hüququnun nəz ərə alınmadan verilməsini və s. əsas göstərməklə 05 dekabr 2006-cı il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, 0,20 ha torpaq sahəsinə dair iddiaçının adına verilmiş 29 iyul 2009-cu il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş Reyestrdən Çıxarışın, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-153/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim: T.H.Həsənov) İddiaçı iddiası təmin edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İlkin iddia tələbi üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin işin hallarının tam və hərtərəfli araşdırılmadan, sübutl ara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1266/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayəti qismən - qətnamənin qarşılıqlı iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi, qarşılıqlı iddianın qismən təmin edilib N oğlu tərəfindən 0,20 ha torpaq sahəsinin İddiaçı vəsiyyət etməsi ilə əlaqədar verilmiş 29 iyul 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsası nda verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın tam rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1322/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri təmin edilərək qətnamə (qarşılıqlı iddiaya münasibətdə) ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1211/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)-153/2020 saylı qətnaməsi qarşılıqlı iddianın rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, mə hkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin onun tərəfindən irəli sürülmüş dəlillərin nəzərə alınmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yalnız qarşılıqlı iddia tələbinə dair hissədə baxıldığından və kassasiya şikayətində həmin qətnamənin ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hes ab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, qarşılıqlı iddia tələbində Zaqatala rayonunun X11 tərəfindən verilmiş 05 dekabr 2006-cı il tarixli vəsiyyətnamənin, Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 11 avqust 2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələb olunmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh2, işdən göründüyü kimi, 05 dekabr 2006-cı il tarixli vəsiyyətnamənin, 29 iyul 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 11 avqust 2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə 10 ildən artıq müddət keçd ikdən sonra – 2019-cu ilin noyabr ayında iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Cavabdeh2 vəsiyyətnamənin, şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi qanunda müəyyən olunmuş müddəti ötürməklə irəli sürdüyündən, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd olunmasını qa nuni və əsaslı saymışdır. İşin həmin halları qarşılıqlı iddia tələbinin rədd edilməsinin qanuni olması qənaətinə gəlmək üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İlkin iddia tələbi üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1211/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar