Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-709/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 22 fevral 2019-cu il İş № 2(102)-709/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Mənsurova Lalə Nadir qızı, Maraqlı şəxs2 vəkili Paşayev Səbuhi Nəriman oğlunun iştirakları ilə, Maraqlı şəxs2 Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Maraqlı şə xs2 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması və vərəsəlik payının verilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. Lənkəran rayon məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Rzayev, iş 2(049)-6197/2017) iddia qismən təmin edilərək, mərhum X3 miras qalmış ünvan 1 ünvanında 760.60 kv.m torpaq sahəsində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinə vərəsələr Maraqlı şəxs2 3/6 hissədə, İddiaçı 1/6 hissədə, X6 1/6 hissədə və X22 1/6 hissəd ə payları müəyyən olunmaqla vərəsələr arasında bölünməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi), İ.Əsədov və Q.Kərimov, iş № 2(106)-2155/2018) cavabdehlər Maraqlı şəxs2 və X13 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran rayon məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən b axılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Maraqlı şəxs2 vəkili Paşayev Səbuhi Nəriman oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı vəkili Mənsurova Lalə Nadir qızı göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normala rını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya i nstansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən mülk altında 82.4 kv.m, ümumi 760.60 kv.m olan torpaq sahəsi X7 mülkiyyətindədir.09 avqust 1972-ci il tarixli 29 nömrəli Lənkəran şəhər icraiyyə komitəsinin iclas protokolundan çıxarışa görə, ünvan 3 ünvanında yerləşən köhnə evin sökülərək yerində yeni 3 otaqlı yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. X34 09 sentyabr 2015-ci ildə anadan olmuşdur. X11, İddiaçıdır. X14 10 mart 2009-cu il tarixdə anadan olmuşdur. X11, İddiaçıdır. X29 23 may 2017-ci ildə ölmüşdür. X29 və İddiaçı nikahlarını 25 iyul 2006-cı ildə bağlamışlar. X29 14 noyabr 1963-cü ildə anadan olmuşdur. Atası X11, anası X9r. ünvan 4 ünvanda yerləşən mülk altında 82.4 kvm, ümumi 760.60 kv.m olan torpaq sahəsi mərhum X7 mülkiyyətindədir. X15 ilə X11 ilə nikah münasibətində olmuşdur. Onların birgə nikahdan X29, Maraqlı şəxs1, X16, Cavabdeh1, X18, Maraqlı şəxs2, Cavabdeh3 və X23 adında uşaqları olmuşdur. X2 və iddiaçı X27 ilə 25 iyul 2006-cı ildə rəsmi olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2009-cu il tarixdə X6 və 2015-ci il tarixdə X22 adlı uşaqları olmuşdur. X3 həyat yoladaşı X11 19.01.2009-cu ildə, oğlanları X19 11.07.2001-ci ildə və X29 isə 23.05.2017-ci il tarixlərində vəfat etmişlər. X15 isə 20.12.2006-cı ildə vəfat etmişdir. Vərəsələrdən Maraqlı şəxs1, X16, Cavabdeh1, Cavabdeh3 və X20 analarından qalmış miras payı qəbul etməmişlər. Vərəsələrdən Maraqlı şəxs2 və X29 miras evdə yaşamış və mirası faktiki olaraq qəbul etmişlər. Digər vərəsə X19 isə X3 ölməmişdən əvvəl yəni miras açılmamışdan əvvəl vəfat etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən,qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən,qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəll ənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə müvafiq olaraq, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən,ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qə bul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən,mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən,vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252 -ci maddəsinə əsasən,əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Maraqlı şəxs2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi aşağıdakılara istinad etmişdir: “İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ subyektiv vərəsəlik hüququ) yoxdur. Çünki miras əmlak iddiaçının ərinin deyil, onun qayınanasının mülkiyyətində olmuşdur, buna görə də iddiaçı vərəsə sayılmır. Belə ki, Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın, öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci madd əsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qeyd olunan Məcəllənin 1160-cı maddəsinə əsasən isə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İddiaçının ərinin sağlığında miras əmlakı qəbul etməklə bağlı məhkəmədə iddiası olmamış, miras əmlakı qəbul etməmiş, mirasın qəbulu müddətində notariat kontoruna bu barədə ərizə verməmişdir. Mirasın qəbulu müddətində notariusa bu barədə ərizə verilmədikdə sonradan bu barədə tələbə yalnız məhkəmə baxıb mirasın qəbulu faktını müəyyən edə bilər. Əgər vərəsə özü sağlığında mirasla bağlı məhkəməyə iddia verməyibsə onun vərəsələrini n ümumiyyətlə belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Əkbər Əliyevin miras açıldığı vaxtdan ölən tarixədək mirası qəbul etməklə xarakterizə olunan hərəkətlər etməsinə dair mötəbər sübutlar yoxdur və sonuncunun susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. İddiaçı həyat yoldaşı tərəfindən mirasın qəbul edilməsi müddətində mirasın qəbuluna dair hərəkət etməsi barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının izahatından görünür ki, onun əri deyil, o özü ərinin ölümündən sonra 2017-ci ildə notariusa miras payı almaq üçün müraciət etmiş və notarius bundan imtina etmişdir. Halbuki iş materiallarında bu halı təsdiq edən sübut yoxdur. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh tərəf bildirmişdir ki, miras açılan vaxt Əkbər Əliyev mübahisəli evdə heç vaxt yaşamamış, mirasın qəbulu müddətində o daimi olaraq Ukrayna Respublikasında olmuş dur. Miras qoyan öldükdən sonra da Əkbər Əliyevin miras əmlaka sahiblik etməyə və ya həmin əmlakı idarə etməyə yönələn hərəkətlər etməsi müəyyən olunmur. Belə ki, bunu təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, iddia ərizəsində yalnız şəxsi mülahizə xarakterli fikirlər yazılmış və məhkəmə də bütün bu halları nəzərə almamışdır. İddiaçının əri mülkiyyətçinin ölümündən sonra miras əmlakda yaşamamış və onu qəbul etməmişdir (1983-cü ildən Ukraynada yaşamışdır). Belə ki, qanun mirasın qəbulunun 2 formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi (Mülki Məcəllə, maddə 124 3) Müəyyən olunmuşdur ki, iddiaçının əri qanunla müəyyən olunmuş müddət ərzində 1-ci formadan istifadə etməmişdir, yəni notariat orqanına ərizə verməmişdir, bu halını iddiaçının özü də etiraf edir, iş materialları ilə də təsdiq olunur. İddiaçı iddia etmişdir ki, əri mirası 2-ci formadan istifadə etməklə qəbul etmişdir. Lakin iddiaçının ərinin mirası 2-ci formadan da istifadə etməklə qəbul etdiyi iş materiallarında olan sübutlarla təsdiq olunmur, əksinə təkzib olunur.” Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki,
1. Mülki işin mater ialları ilə müəyyən edilir ki, daşınmaz əmlakın dövlət reyestrində ünvan 5 ünvanındakı əmlak qeydiyyata alınmamışdır. Arxiv sənədlərindən məlum olur ki, X7 adına 1970ci il 27 oktyabr tarixli “Torpaq qeydi” ilə 82,4 kv.m mülk altında 760.6 kv.m torpaq sahəsi qeydiyyata alınmışdır. Mülki işdə həmçinin 27 oktyabr 1970-ci il tarixli müqavilənin surəti mövcuddur. Həmin müqaviləyə əsasən X1 şəhəri, B.O.Abbasov küçəsi, ev 3 ünvanda yerləşən evi almışdır. Mülki işdən məlum olur ki, 28 iyul 1972-ci ildə X10 məxsus evin qəza vəziyyətində olması müəyyən edilmiş, 09 avqust 1972-ci il tarixdə Lənkəran şəhər icraiyyə komitəsinin 29 saylı protokolu ilə qəzalı evin yerində yeni 3 otaqlı evin tikilməsinə icazə verilmişdir. Mübahisəli ev və torpaq sahəsi alınandan sonra ölkədə aqrar islahatı keçirilmiş to rpaq sahələrinin istifadəçiləri və mülkiyyətçiləri müəyyən edilmişdir. Qeyd olunanlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırda miras qalmış evin, torpaq sahəsinin kimlərin adına qeydiyyata alınmasını, yəni hüquqi vəziyyətini müəyyən etməmişdir.
2. X7 adına mübahisəli ev qeydiyyata alındığı təqdirdə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqd im edən vərəsənin adına rəsmiləşdirilir. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin tələbinə riayət olunmasını, mirasla bağlı qeydiyyat orqanlarından müvafiq arayışın alınmasını təmin etməmişdir. Bundan əlavə ölkədə keçirilən aqrar islahatla əlaqədar bütün həyətyani sahələr üzrə müvafiq şəhadətnamələr verilməklə torpaq sahəsinə hüququ olanların dairəsi müəyyənləşdirilsə də, mübahisəli torpaq sahəsinə hüququ olanlar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mülkün yerləşdiyi torpaq sahəsinin kimlərə məxsus olması barədə müvafiq sənədin mülki işə əlavə olunmasını təmin etməmişdir.
3. Mübahisəli evin X10 məxsus olması qəbul olunduğu halda qeyd olunmalıdır ki, X15 20 dekabr 2006-cı ildə, İddiaçı əri X29 isə 23 may 2015-ci ildə ölmüşdür. X21 adından Notariat Kont oruna mirasın qəbulu ilə bağlı ərizə verilmiş olsa da məlum olur ki, həmin ərizə 07 iyun 2017ci il tarixdə verilmişdir. Həm də həmin ərizə X29 öldükdən sonra 07 iyun 2017-ci il tarixdə miras açıldıqdan 11 il sonra İddiaçı tərəfindən verilmişdir. Miras qoyanın oğlu miras qoyan anası Zinyətin ölümündən sonra 11 il yaşasa da o, özü mirası qəbul etməklə bağlı məhkəməyə müraciət etməmişdir.
4. Mülki işin materialları ilə müəyyən edilir ki, X5 Federasiyasında yaşamış və mirası qəbul etməmişdir. X4 tərəfindən qəbul olunmaması mülki işin materialları, o cümlədən İddiaçı ərizəsi ilə də təsdiq olunur. Mülki işə əlavə olunmuş (bax. iş vərəqə 214-215) ərizədə qeyd olunur ki, o X29 ilə ailə qurduqdan sonra kirayədə yaşamış, on bir il mübahisəli ev ilə maraqlanmamış, əri X29 miras qoyulan evdə deyil, ba cısının evində dünyasını dəyişmişdir. Cavabdeh istər məhkəmədə verdiyi izahatında, istərsə də apelyasiya şikayətində iddiaçı və onun mərhum ərinin miras qalan evdə yaşamadığını və miras faktını qəbul etmədiyini dəfələrlə qeyd edərək, iddia tələbinin əsassız olmağını əsaslandırmışdır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən,qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən,ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, b irinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin istinad olunan maddələrinin məzmunu ona dəlalət edir k i, apellyasiya instansiyası məhkəməsi X21 mübahisəli miras əmlakı qəbul etməsi qənaətinə gəlsə də, bunun mülki işdə olan heç bir sübutla əsaslandıra bilməmişdir.
6. Cavabdeh apelyasiya şikayətində mirasın iddiaçının əri tərəfindən qəbul olunmamasına istinad etmiş, lakin apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı iclasında nə iddiaçı, nə də cavabdehdən bu barədə heç nə soruşmamış, bu barədə heç bir araşdırma aparmamışdır.
7. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini cavablandırmamaqla tərəfin əsaslandırılmış məhkəmə qərarı almaq, yəni ədalətli məhkəmə baxışına olan hüququnu pozmuşdur. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilm işdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev