Məhkəmə qərarları › İş №2(102)-7092/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7092/2019

13.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7092/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı4 vəkili X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması, Cavabdeh1 torpaq sahəsindən çıxar ılması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli 2(107)-2140/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə iddia qaldırılmış, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 03 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adınaxxx kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması, Cavabdeh1 həmin torpaq sahəsindən çıxa rılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(046)-1488/2017 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia tələbi təmin edilmiş, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 ilə Cavabdeh1 arasında 03.03.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasındaxxx kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması,xxx kəndində yerləşən 1,69 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın bərpa edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 aid olunması qət edi lmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-526/2018, hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-6729/2018, hakimlər M.T.Əhmədova, Ə.M.Rüstəmov, Ə.G.Nurməmmədov) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətn aməsi ilə (iş № 2(107)-3017/2018, hakimlər A.A.Mahmudov, E.Ş.Hüseynov, V.İ.Məlikov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması, Cavabdeh1 torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu tarixli nömrəli qərarı ilə (iş № 2(102)-2915/2019, hakimlər G.Quliyev, Ə.Mirzəliyev, T.Qoldman) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Hüseynov sədrlik edən və məruzəçi G.Abbasov, R.Rövşən) 18 iyun 2019-cu il tarixli 2(107)-2140/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(046)-1488/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli 2(107)-2140/2019 nömrəli qətn aməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ədalətli məhkəmə araşdırılması hüququ pozularaq işin faktiki halları ətraflı araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddiaçının təqdim etdiyi saxta sübutlara qiymət verilərək məhkəmə öz mülahizəsi əsasında qətnamə qəbul etmişdir. Mübahisəli torpaq sahəsi qarşılıqlı razılıq əsasında 4000 manata satılmışdır. Bu iş materialları ilə tam sübuta yetirilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı4 vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respub likasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçılar və Cavabdeh1 arasındaxxx kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci ildə alqı-satqı müqaviləsi bağlanmış, 10.03.2017-cı ildə həmin torpaq sahəsinə dair Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır.xxx kəndində yerləşən 1,69 ha tor paq sahəsinin tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsində göstərilmiş qiymətini Cavabdeh1 iddiaçıları aldadaraq ödəməmişdir. Bu fakt İddiaçı2 Göyçay rayon prokurorluğuna müraciəti əsasında toplanmış HK-1316 saylı rədd materialında olan Cavabdeh1 və X1 izahatları ilə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.4, 339.2, 339.3 və 567-ci maddələrinə əsasən gəldiyi nəticələrə əsasən əqd üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün birbaşa əsas deyil, lakin pulu ödəmək vəzifəsi daşıyan şəxs həmin torpağın dəyərinin ödənildiyini və əlavə pul ödəməyəcəyini israrla bildirirsə, həmçinin müqavilənin dəyərinin ödənilməsi hər hansı bir sübutla təsdiqini tapmırsa, cavabdeh tərəf bu halı sübuta yetirə bilmirsə, bu hal qarşı tərəfə münasibətdə aldatma nəticəsində bağlanmış əqdin etibarsızlığı üçün əsas yaradır. Belə ki, əqdi bağlayan iddiaçılara əqdin dəyərinin ödənilməyəcəyi müqavilə bağlayana qədər onlara məlum olmamış, yalnız onlar həmin dəyəri ödənilməsi şərti ilə müqaviləni bağlamaq barədə iradə ifadəsi etmişlər. Əgər nəticədə əmlakı digər şəxsin mülkiyyətinə verməklə əldə edəcəkləri dəyər onlara çatdırılmırsa, bu halda etibarlı alqı-satqı müqaviləsinin bağlanmasında söhbət gedə bilməz. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin materiallarından görünür ki, iddiaçılar və cavabdeh arasındaxxx kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair 03.03.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsi iddiaçılar tərəfindən 4.000 manata cavabdehə satılmış, müqaviləni satıcılar (paylı mülkiyyətçilər) və alıcı imzalamışlar. Mülki Məcəllənin 568, 646, 647-ci, habelə Vergi Məcəlləsinin 150, 220-ci maddələrinin, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən Satıcı və Alıcıya izah edilmişdir. Bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandı ğı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İşin materiallarından görünür ki, 03.03.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasındaxxx kəndində yerləşən 1,69 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona 10.03.2017-ci il tarixli RX0995304 nömrəli çıxarış verilmişdir, torpaq sahəsi cavabdehə təhvil verilmişdir. İddiaçılardan İddiaçı2 cavabdehin müqavilə dəyərini ödəmədiyini və müqavilə bağlamazdan əvvəl də həmin məbləği ödəmək niyyətinin olmadığını, onları aldadaraq əmlaklarını ələ keçirdiyini bildirərək hüquq mühafizə orqanlarına müraciət etmiş, müraciəti əsasında Göyçay rayon Prokurorluğunda araşdırılma aparılmış, Cavabdeh1 izahat verərək İddiaçı2 ona 2.030 manat borcu olduğunu, həmin pulu torpaq sahəsi ilə əvəz etdiyini və onların bu barədə razılaşdıqlarını bildirmişdir Həmçinin işin materiallarından görünür ki, iddiaçılarla cavabdehin mərhum atası arasında həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş 24 may 2013cü il tarixli məhkəmə qətn aməsi ilə 2.030 manat pulun iddiaçının atasına verilməsi qət edilmişdir. Bununla bərabər apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəflə cavabdehin mərhum atası arasında olmuş pul mübahisəsi hazırki alqı-satqı müqaviləsinin müqavilə şərti olmamışdır. İddia tələbinin əsasını iddiaçılarla cavabdeh arasında bağlanmış 03 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-339-cu maddələrinə əsasən etibarsız hesab edilməsi təşkil edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır Həmin Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi m übahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddənin məzmunundan göründüyü kimi, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə kollegiyas ı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsası kimi əqdlərin etibarsızlığı ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslinin müvafiq maddələrinə istinad etsə də, nəzərə almamışdır ki, həmin normalara əsasən əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlam alıdırlar. Apellyasiya instansiyası məhkəməsi işin bu halına qiymət verməmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış əqd (alğı-satqı müqaviləsi) qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış və mülki qanunvericiliyin əqdlərin etibarsızlığı ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi üçün qanuni əsaslar mövcud olmadığı halda, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı ilə bağlı 337, 339-cu maddələrinə istinad etməkdə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik etmədən saxlayarkən səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən hazırki iş üzrə müqavilənin etibarsızlığı üçün heç bir əsas olmaması barədə əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilmiş göstərişlərə də əməl etməyərək Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərini pozmuşdur. Həmin normaya əsasən isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, hazırkı əqd üzrə torpağın dəyərinin ödənilməməsi və ya müqavilə bağlanan vaxt ödənilməməsi əqdin etibarsızlığı üçün deyil, pulu ödəmək vəzifəsi daşıyan şəxsin həmin torpağın dəyərini ödəməməsi sübuta yetirildiyi halda, müqavilənin ləğvi və ya müqavilə üzrə pulun ödənilməsi tələbinin irəli sürülməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyan ı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surə tdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Eyni Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfın imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Kollegiya hesab edir ki, iddia ərizəsində göstərilən əsaslar əqdin aldatma nəticəsində bağlanmasına və bu əsasla əqdin etibarsızlığına əsas vermədiyindən apellyasiya instansiya məhkəməsi bu iddianı təmin etməklə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Mülk i Prossesual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli 2(107)2140/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 ilə Cavabdeh1 arasında 03.03.2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adınaxxx kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması, Cavabdeh1xxx kəndində yerləşən 1,69 ha torpaq sahəsindən çıxarılması barədə iddia tələbləri rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar