Məhkəmə qərarları › İş №2(102)-7114/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7114/2019

25.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7114/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli, 2(103)-8268/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.Əhmədova) 28.03.2019-cu il tarixli, 2(002)-489/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx" v ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaradağ rayonu üzrə icra şöbəsinə qarşı maraqlı şəxs qismində “X2” QSC-ni qeyd etməklə “qiymətləndirmənin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 10.06.2019-cu il tarixli, 2(103)-8268/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlaklarin Satışı üzrə Hərrac Mərkəz i" və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qaradağ rayonu üzrə icra şöbəsinə, maraqlı şəxs “X3” QSC-nə qarşı “qiymətləndirmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.12.2018-ci il tarixli hərracın nəticələrinin ləğv olunması və mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv.m, yaşayış sahəsi 50.04 kv.m və yardımçı sahəsi 20.66 kv.m olan 4 otaqlı mənzil barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı İddiaçı və vəkili Eminov Əziz Mürsəl oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ididaçı “X3 Azərbaycan” QSC ilə aralarında bağlanmış 01.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən həm in bankdan 32000 manat kredit götürmüş, yuxarıda adı qeyd edilən mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Qaradağ rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə borcun tutulması iddiaçının mənzilinə yönəldilmişdir. Mənzilin satılması üçün 24.12.2018-ci il tarixə hərrac təyin edilmiş, hərracda mənzilin satış qiyməti 4250 manat müəyyən edilmişdir. İddiaçı həmin qiymətlə razılaşmamışdır. Belə ki, həmin ev dəyərindən 2 dəfə ucuz qiymətləndirilmişdir. Ona görə də o, qeyd edilən tələblə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan məhkəmələr iddia tələbini təmin etməmişlər. Apellyasiya kollegiyası iddianın dəlilləri üzrə düzgün araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli, 2(103)-8268/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Eminov Əziz Mürsəl oğlu, cavabdehlər “Daşınar və Daşınmaz Əmlaklarin Satışı üzrə Hərrac Mərkəzi"nin, Qaradağ rayon İcra və Probasiya şöbəsinin və maraqlı şəxs “X3 Azərbaycan” QSC-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublik ası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(002)-3000/2017 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, İddiaçı əsas borc üzrə 25403,10 manat, faiz borcu üzrə 2573,18 manat, 11 manat müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərcinin) və 30 manat ödənilmiş dövlət rüsumu məbləği, ümumilikdə 28.807 manat 93 qəpik məbləğ tutularaq “X2 Azərbaycan” ASC-nin xeyri nə ödənilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı İ3 dekabr 2017-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(002)-3000/2017 qətnaməsinin dəyişdirilməsi, ipoteka, predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, rnəhəllə 21, 2A saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 85 000 manat müəyyən edilməsi, həmçinin qətnamənin cavabdeh apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3187/2018 saylı, 08 may 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 13 dekabr 2017-ci il tarixli, 2(103)-12051 /2017 saylı qətnaməsi iddiaçı təşkilatın kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Hərracın təşkilatçısı qismində Azərbaycan Respublikası Xammal və X1 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi çıxış etmişdir. Borcun təminatı qismində ipoteka predmetınə tələbin yönəldilməsinin əsası qismində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı 13.12.2017-ci il tarixli icra sənədi çıxış etmişdir. Borcun təminatı qismində ipoteka predmeti olan ünvan 1 çıxış etmişdir İlkin hərracın keçirilməsi vaxtı 24.12.2018-ci il tarixdə, saat 11:00 müəyyən olunmuşdur. Həmin hərracın nəticəsində həraracın keçirilməsi vaxtı 28.01.2019-cu il tarixə, saat 11:00-a müəyyən olunmuş, ilkin satış qiyməti 15 % azaldılaraq, 72250 manat, hərrac da iştirak üçün 5 % miqdarında behin məbləği 4250 manat məbləğində müəyyən olunmuşdur. “xxxx” MMC 01.02.2019-cu il tarixli məktubla İcra şöbəsinə müraciət edərək, 17/65-1204/4 saylı 13.11.2019-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəllə 21, ev 2A saylı, 24 saylı mənzilinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri" qəzetinin 01.02.2019-cu il tarixli nömrəsində elanın dərc edildiyi bildirmişdir. Daha sonra “X2 Azərbaycan” QSC 04 fevral 2019-cu il tarixli məktubla müraciət edərək, “X2 Azərbaycan” QSC-nin xeyrinə yüklü edilən və ipoteka predmeti olan mülkiyyət hüququ ilə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəllə 21, ev 2A saylı, 24 saylı mənzilin ipoteka saxlayan olaraq mülki qanunvericiliyə əsasən onlar tərəfindən satın alınmasına razı olduqlarını bəyan edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2(002)-3000/2017 saylı qətnaməsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi işi ilə bağlı ödənilməli olan kredit borcunun məbləğinin 28807.93 AZN təşkil etdiyini, habelə əmlakın bank tərəfindən hansı qiymətə alınması, kredit borcundan artıq olan məbləğin hansı hesaba köçürüləcəyi barədə müvafiq sənədlərin banka təqdim olunması barədə xahişini qeyd etmişdir. Apellyasiya kollegiyası əmlakın qiymətləndirilməsi və açıq hərracdan satılmasına dair sənədlərə əsasən qeyd etmişdir ki, cavabdeh hərrac təşkilatçısı olan «xxxx» MMC «İpoteka h aqqında» Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmiş, ipoteka saxlayan “X2” QSC-yə və ipoteka qoyan İddiaçı, həmçinin digər cavabdehə hərracın keçirilməsinə 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir.. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətipin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar göstərilmişdir. Nəticədə həmin hərracların keçirilməsi barədə iddiaçı məlumatlandırılmışdır. Göründüyü kimi, «xxxx» tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. Belə ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qi yməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti h aqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xə rclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə yoxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarına əməl etməklə qətnamə qəbul etmiş və qənaətini düzgün olaraq əsaslandırmışdır ki, iş materialları ilə hərrac mərkəzi tərəfindən həyata keçirilmiş qiymətləndirmənin qanunvericilik lə keçirilmə qaydasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Belə olan halda, mənzilin satılma məbləğinin hansı məbləğ təşkil etməsi hərracın keçirilmə qaydalarının tələblərinə əməl edildikdə həmin qiymətləndirmənin nəticələrinin ləğvi edilməsinə əsas verə bilməz. Odur ki, Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilə r. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli, 2(103)8268/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar