Məhkəmə qərarları › İş №2(102)-712/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-712/2020

04.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-712/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(006)-xx/18) İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «zam inlik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilərək İddiaçı ilə cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 416-16.12.2014-SM33 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qarşısında həmin zaminlik müqaviləsi üzrə zaminlik öhdəliyinə xitam verilməsi, İddiaçı əmək haqqından hazırkı dövrə qədər tutulmuş 2545 (iki min beş yüz qırx beş) manat pul vəsaitinin cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "Cavabdeh" ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, Z.Əliyev və R. Eyvazov, iş № 2(103)-xxx /19) apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin 13.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olumasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, onun zaminlik öhdəliyinə xitam verilməsi və əmək haqqından hazırkı dövrə qədər qanunsuz olaraq tutulmuş 2545 (iki min beş yüz qırx beş) manat pul vəsaitinin cavabdehdən alınıb ona qaytarıl ması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan iş ə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiy ası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 416-16.12.2014-SM33 saylı zaminlik müqaviləsinə görə İddiaçı X1 ilə Cavabdeh ASC arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 416-16.12.2014 saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşdur. Bu zaminlik müqaviləsi əsas götürülərək İddiaçı Cavabdeh ASC-də olan hesabından cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pul vəsaiti tutulmuşdur. İddiaçı bunu qanunsuz sayaraq E.Əliyevi tanımadığını, heç bir zaminlik müqaviləsi bağlamadığını və imzalamadığını bildirmiş və 21.06.2018-ci il tarixdə məhkəmədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, onun zaminlik öhdəliyinə xitam verilməsi və əmək haqqından hazırkı dövrə qədər qanunsuz olaraq tutulmuş 2545 (iki min beş yüz qırx beş) manat pul vəsaitinin cavabdehdən alınıb ona qaytarılması barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən məhkəmə-xətşünaslıq ekspertizasının xx xxx 2018-ci il tarixli, 22992 saylı rəyini əsas götürmüşdür. Həmin rəyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və İddiaçı arasında olan xx xxx 2014-cü il tarixli, 41616.12.2014-SM33 saylı zaminlik müqaviləsinin 3-cü vərəqəsində "Zamin adından İmzalanıb-İddiaçı" sözlərindən aşağıda "imza" qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olu nmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337-ci, MPM-nin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4-cü və s. maddələrinə istinad edərək bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğundur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzi fəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh h əmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-ci il tarixli, 2(103)-xxx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar