Məhkəmə qərarları › İş №2(102)-7128/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7128/2019

25.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7128/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, üçüncü şəxs X2 vəkili X11 və cavabdehin vəkili X3 iştirakları ilə, Üçüncü şəxs X7 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7542/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İd diaçı və üçüncü şəxs X2 iddia tələbləri rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)5355/2018) İddiaçı və üçüncü şəxs X2 apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7542/2018 saylı, 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cəfərov X6 Yusif Baxış oğluna və üçüncü şəxs “xxxx” MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olmuş Bakı şəhəri, ***************** ünvanında yerləşən çox mərtəbəli binalardan ibarət yaşayış kompleksinə aid olan **** mər təbəli, "***” binasının 11-ci mərtəbəsində yerləşən 92,9 kv.m. ümumi sahəsi olan **** saylı mənzilə dair Cavabdeh adına bağlanılmış 19 fevral 20l6-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X7 Cavabdeh Baxış oğluna, İddiaçı və "xxxx” MMC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, **************** ünvanında yerləşən çox mərtəbəli binalardan ibarət yaşayış kompleksinə aid olan *** mərtəbəli, "****” binasının 11-ci mərtəbəsində yerləşən 92,9 kv.m. ümumi sahəsi olan **** saylı mənzilə dair Cavabdeh Baxış oğlunun adına bağlanılmış 19 fevral 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsin ə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 27 noyabr 2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, **************** ünvanında yerləşən çox mərtəbəli binalardan ibarət yaşayış kompleksinə aid olan 21 mərtəbəli, “***” binasının 11-ci mərtəbəsində yerləşən 92,9 kv.m. ümumi sahəsi olan**** saylı mənzili “xxxx” MMC-dən tam dəyərini ödəməklə almışdır. X1 Cavabdeh ilə geniş işgüzar və kommersiya əlaqələri olmuş, sonradan qardaşının Cavabdeh borcu yaranmış, Cavabdeh qardaşı F6 vaxtından əvvəl qaytarmasını tələb etmiş, qardaşı buna görə kömək üçün ona müraciət etmiş, o da bu səbəbdən özünə məxsus sözü gedən mənzili qardaşı F6 Cavabdeh olan borcunu qaytarsın deyə Cavabdeh verilməsi üçün X10ə etibarnamə vermişdir. F6 da həmin etibarnamə əsas ında mənzili 19 fevral 2016-cı il tarixdə notarial qaydada vermişdir. Həmin mənzilin qiyməti qardaşı F6lə Cavabdeh arasında olan razılaşmaya əsasən 170 000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Lakin, Cavabdeh yenidən F6 qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq F6 borcunu istəmişdir. Yasamal Rayon Məhkəməsinin 20.07.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh qardaşı F6 qarşı borc tələbi təmin edilmişdir. Yalnız bu zaman ona məlum olmuşdur ki, Cavabdeh iddia tələbində istədiyi borc məbləğindən ona verilmiş əmlakın dəyərini qəsdən çıxmamışdır. Bununla da Cavabdeh təkrarən qardaşı F6 170 000 ABŞ dolları tələb etmək niyyəti güdmüşdür. Belə olan təqdirdə hesab edir ki, ona məxsus mübahisəli mənzilin Cavabdeh adına rəsmiləşdirilməsinə dair 19 fevral 2016-cı il tarixli müqavilə etibarsızdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs X2 iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 29 oktyabr 1990cı il tarixdə nikaha daxil olmuşdur. 27 noyabr 2015-ci il tarixdə “xxxx” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, **************** ünvanında yerləşən çox mərtəbəli binalardan ibarət yaşayış kompleksinə aid olan *** mərtəbəli, “***” binasının 11-ci mərtəbəsində yerləşən 92,9 kv.m. ümumi sahəsi olan *** saylı mənzili İddiaçıla birgə nikahda olmaqla əldə etmişlər. Mənzilə dair müqavilə əri İddiaçı adına rəsmiləşdirilmişdir. O, özü ailəsi ilə birlikdə daimi olaraq Beyləqan rayonunun ********* kəndində yaşayır. 01 noyabr 2018-ci il tarixdə ona məlum olmuşdur ki, əri onun xəbəri və razılığı olmadan qardaşı F 6in Cavabdeh olan borcunu ödəmək üçün qardaşı F6 bu məqsədlə etibarnamə vermiş və həmin etibarnamə əsasında 19 fevral 2016-cı il tarixdə notarial qaydada mənzil Cavabdeh Baxış oğluna verilmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Baxış oğlunun vəkili X9 iddiaçının iddia tələbini və üçüncü şəxsin iddia tələbini qəbul etməyərək həm İddiaçı, həm də X2 iddialarına iddia müddəti tətbiq edərək iddiaların rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: 3-cü şəxs X7 kassasiya şikayətində Bakı Apellyasiya məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3, 152.8, 337, 359.3, 377.1-ci maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsinin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı 3-cü şəxs X2 vəkili X11 məhkəmə kollegiyasından kasassiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili X8 məhkəmə kollegiyasından kasassiya şikayətinin təmin olunmamasını, Bakı Apelyasiya məhkəməsinin 04 iyun 2019-cu il tarili qətnaməsinin qüvvədə qalmasını xahiş etdi. Məhkəmə kollegiyas ı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və 3-cü şəxs “xxxx” MMC heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlay araq haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsində tətqiq edilmiş “xxxx” MMC ilə Cavabdeh Baxış oğlu arasında bağlanmış 19 fevral 2016-cı il tarixli müqavilədən və müqaviləyə əlavə olunmuş sənədlərin surətindən göründüyü kimi “xxxx” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, **************** ünvanında yerləşən çox mərtəbəli binalardan ibarət yaşay ış kompleksinə aid olan 21 mərtəbəli, “****” binasının 11-ci mərtəbəsində yerləşən 92,9 kv.m. ümumi sahəsi olan **** saylı mənzil İddiaçı tərəfindən 88.255 manata alınmış və sonradan onun ərizəsi əsasında Cavabdeh Baxış oğlunun adına keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqların dan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzini n ödənilməsini tələb edə bilər. -337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» -337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, hazırda mübahisələndirilən, mübahisəli mənzilin Cavabdeh adına keçirilməsinə dair müqavilə 19 fevral 2016-cı il tarixdə bağlanmış, lakin, həmin tarixdən 2 il keçdikdən sonra iddiaçı və üçüncü şəxs X7 hazırkı tələbləri ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarından görünür ki, şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılm ası üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun ş əxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsəd ini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Üçüncü şəxs X7 mübahisəli müqavilədən 01.11.2018-ci il tarixdə xəbər tutduğunu bildirsə də işin faktiki hallarına qiymət verərək apelyasiya instansiya məhkəməsi həmin halı inandırıcı hesab etməmişdir. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası süb utlara qiymət verərək onu da qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisəli mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6-cı maddəsinin tələblərinə əsasən mənzilin Cavabdeh adına keçirilməsinə dair müqavilə bağlanarkən haqlı olaraq İddiaçı həyat yoldaşı C8 razılığı alınmamışdır.Mübahisəli mənzilin Cavabdeh adına keçirilməsinə dair 19 fevral 2016-cı il tarixli müqavilə bağlanarkən Mülki qanunvericiliklə müəyyən edilmiş şərtlər pozulmamışdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyatorlar apellyasiya şikayətlərində qə tnamənin ləğv edilməsini tələb etsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən, Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına qiymət verərək haqlı olaraq nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı və üçüncü şəxs X5 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 04 iyun 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. tarixli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar