Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7131/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkilləri X11 və Məmişov X1, Cavabdeh2 MMC-nin nümayəndəsi X6 və vəkili X3, Cavabdeh1 və onun vəkili X8 işitirakı ilə, Cavabdeh2 MMC və Cavabdeh1tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7196/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Fərid Yaqubov) 2(011)-1505/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı, 234 nömrəli mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, ünvan 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı, 234 nömrəli mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Fuad Babayev, Elnur Həsənov) 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bak ı şəhəri Xətai rayon məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 MMC 74000 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh1 qaytarılması qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MTK-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı (Telnov) küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı, 234 nömrəli mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnam ə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı, 234 nömrəli mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: Cavabdeh2 MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmi şdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işə baxarkən MMC-nin nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ziddiyətlidir. Qətnamədə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qeyd edilsə də, Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə mübahisəli mənzil üzrə ödədiyi 74000 manat pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq ona qaytarılması göstərilmişdir. Halbuki birinci instansiya məhkəməsinin qətnmaəsində belə bir hal qeyd edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməlidir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyun 2019-cu il tarix li qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə onun vicdanlı alıcı olmasına əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı vəkilləri X11 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətlərinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh2 MMC-nin nümayəndəsi X12 və vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh1 və onun vəkili X14 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı vəkilləri X11 və Məmişov X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh3 MTK-nın nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə Cavabdeh3 MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“Kooperativ binada mənzil tikintisi haqqında” 18.06.2009-cu il tarixli müqavilə ilə Cavabdeh3 Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşən tikilməkdə olan binanın 234 nömrəli mənzili payçı İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzil binanın 3-cü giriş, 7-ci mərtəbəsində yerləşməklə, 3 otaqdan ibarətdir. Mənzilin ümumi dəyəri 5500 0 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh3 MTK tərəfindən verilmiş 18.06.2009-cu il tarixli arayışa əsasən, İddiaçı tərəfindən Cavabdeh3 MTK-nin kassasına 44000 manat, yəni 55000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. “Mənzil tikintisi haqqında” 17.12.2013-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh2 MMC ünvan, 2347-48-ci məhəllədə yerləşən tikilməkdə olan binanın 234 nömrəli mənzili payçı Cavabdeh1 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan mənzil binanın 3-cü giriş, 7-ci mərtəbəsində yerləşməklə, 3 otaqdan ibarətdir. Mənzilin ümumi dəyəri 74000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 MMC tərəfindən verilmiş 17.12.2013-cü il tarixli arayış ilə Cavabdeh1 tərəfindən 23 47-48-ci məhəllədə yerləşən binanın 234 nömrəli mənzilinin dəyəri tam ödənilmiş və onun cəmiyyətə heç bir borcu yoxdur. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-1411/2013 nömrəli, 15 may 2013-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər Cavabdeh3 MTK və qeyrilərinə qarşı “müqavilələrin etibarsız sayılması, mənzillərin qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı küçə sində, 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbədə 3 otaqlı 140,81 kvadrat metr olan 234 saylı mənzilə dair Cavabdeh3 MTK ilə İddiaçı arasında bağlanmış 18 iyun 2009cu il tarixli müqavilə və digər müqavilələrin etibarsız hesab edilməsi və həmin mənzillərin Cavabdeh2 MMC-yə qaytarılması qət edilmişdir. Üç dəfə apellyasiya qaydasında baxıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7059/2014 nömrəli, 09 dekabr 2014-cü il tarixli qətnaməsi ilə isə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər X4, X5, X18 və İddiaçı aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər X4, X5, X18 və İddiaçı qarşı müqavilələrin etibarsız sayılması və mənzillərin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2024/2015 nömrəli, 19 may 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7059/2014 nömrəli, 09 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ali Məhkəməsi Mülki Kollegiyasının qeyd olunan 2(102)-2024/2015 nömrəli, 19 may 2015-ci il tarixli qərarı ləğv edilməmiş və hal hazırda qanuni qüvvədədir. Məhkəmə çəkişmələrinin başlanmasına baxmayaraq, 17.12.2013-cü il tarixli müqaviləyə əsasən, ünvan, 2347-48-ci məhəllədə yerləşən tikilməkdə olan binanın 234 nömrəli mənzili Cavabdeh2 MMCnin direktoru tərəfindən Cavabdeh1 satılmış və sonuncu həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə m ülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus mənzilə dair bağlanmış müqavilə ləğv edilmədən, Cavabdeh2 MMC ilə Cav abdeh1 arasında qeyd edilən müqavilə bağlana bilməzdi. Qeyd edilən mənzil iddiaçıya məxsus olduğu halda, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanaraq, iddiaçıya məxsus mənzil cavabdehə satılmışdır. Bununla da mübahisəli mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış qeyd edilən müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, 17.12.2013-cü il tarixdə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından birinci instans iya məhkəməsi haqlı olaraq həmin müqaviləni etibarsız hesab etmiş, məhkəmə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətlərinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin MMCnin iştirakı n təmin etmədiyini qeyd etmişdir. Lakin işdən göründüyü kimi, MMC səlahiyyətli nümayəndəsi X12 apellyasiya instansiyası məhkəməsində işə baxarkən məhkəmə iclasında iştirak edərək izahat vermişdir. Cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ziddiyətli olduğunu, məhkəmənin birinci instansiya məhkəməsinin qətnanməsini dəyişdirimədən saxlamasına baxmayaraq Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə mübahisəli mənzil üzrə ödədiyi 74000 manat pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq ona qaytarılması göstərilmişdir. Kassasiya şikayətinin göstərilən dəlili barədə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən hər hansı bir maddi və ya prosessual hüquq pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən normaya istinad edərək hesab etmişdir ki, 17.12.2013-cü il tarixdə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, müqavilələr üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə mübahisəli mənzil üzrə ödədiyi 74000 manat pul vəsaiti cavabdehdən Cavabdeh2 MMC-dən alınaraq ona q aytarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmədən və ya dəyişdirimədən üqavilənin etibarszılığına dair Mülki Məcəllənin 337.5-ci maddəsinin tədbiq edilməsi düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnməmişdir. Əksinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvi aradan qaldırmış, daha düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllə 387.1-ci maddəsinə görə, Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kassasiya şikayətlərindən daha sonra görünür ki, cavabdehlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 iyun 2016-cı il tarixli qərarında eyni xarakterli iş üzrə fərqli mövqe nümayiş etdirildiyini, iddianın təmin olunması barədə kassasiya instansiyası məhkəməsinin qərarının konstitusiyaya və qanunlara uyğun olmasının mübahisənin də həmin qaydada həll edilməli olduğunu göstərmişlər. Məhkəmə kollegiyası tərəfindən Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarı nəzərdən keçirildikdə aydın oldu ki, kassasiya instansiyası məhkəməsinin qərarı M.Məmmədovun məhkəmə prosesslərində iştirakının təmin olunmadığına görə və etibarsız hesab edilmiş mənzilin alqı-satqısına müqavilənin nəticələri ilə bağlı Mülki Məcəllənin 337.5-ci maddəsi tədbiq olunmad ığına, habelə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tədbiqi düzgün olmadığına görə konstitusiyaya və qanunlara uyğun hesab edilməmişdir. Hazırki iddia tələbi üzrə isə iş fərqlidir. Maraqlarına toxunan bütün şəxslər işə cəlb edilmiş və işə tərəflərin iştirakı ilə baxılmış, etibarsız hesab olunmuş müqavilənin nəticələri kimi 74000 manatın Cavabdeh1 qaytarılması qət edilmiş, Cavabdeh3 MTK, “xxxx” MMC, İddiaçı və qeyriləri arasında hazırki mübahisənin predmeti olan mənzil və digər əmlaklarla bağlı tələblər üzrə mülki işə dair qanuni qüvvəyə minmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 19.05.2015-ci il tarixli qərarı Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə hazırki mübahisənin həllində preyudisial əhəmiyyət kəsb edir. Həmçinin hazırki iş üzrə mübahisənin predmeti olan mənzili C avabdeh1 satan “xxxx” MMC-nin ümumiyyətlə mənzilə aidiyyatı olmamış, həmin mənzil Cavabdeh3 MTK-ya məxsus olmuş, sonuncu isə İddiaçı satılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin qeyd olunan dəlili də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətlərində daha sonra göstərilmişdir ki, Cavabdeh3 MTK-nın fəaliyyəti 12.08.2008-ci il tarixdən 12.08.2010-cu il tarixə kimi dayandırılmışdır. Belə olan halda MTK 18.06.2009-cu il tarixdə alqı-satqı əməliyyatı aparıb mənzili İddiaçı sata bilməzdi. Bu səbəbdən həmin müqavilə əhəmiyyətsiz əqd sayılmalıdır. Kassasiya şikayətlərinin göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxs olan Cavabdeh3 MTK-nın fəaliyyətinin dayandırılması onun mövcudluğuna son qoyulması, fəaliyyət qabiliyyətinə xitam verilməsi, nəhayət öz əmlakı üzərində sərəncam vermək imkanından məhrum edilməsi anlamına gəlmir. Fəaliyyəti müvəqqəti dayandırıldığı halda vergi orqanlarına məlumat vermədən fəlaiyyət göstərməsi ilə bağladığı əqdlərin əhəmiyyətsiz sayılmasına deyil, dövlət qarşısında məsuliyyət daşımasına səbəb ola bilər. Digər tərəfdən isə Cavabdeh3 MTK ilə İddiaçı arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” 18.06.2009-cu il tarixli müqavilə hazırki iş üzrə mübahisələndirilməmişdir, həmin müqavilənin qanuliyi və əsaslılığı Ali Məhkəmənin Mülki Kollegiyasının yuxarıda göstərilən 19 may 2015-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir Cavabdeh1 kassasiya şikayətində göstərdiyi vicdanlı alıcı olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onun vicdanlı alıcı olması istisna edilir. Çünkli mübahisəli mənzillə bağlı cavabdehlə MMC arasında müqavilə bağlanan zaman mübahisəli mənzilin də predmetinə daxil olduğu məhkəmə mübahisələri olmuşdur. Cavabdeh MMC-dən mənzil alarakən həmin halları araşdırmalı, mənzillə bağlı digər şəxslərin hüquqlarının olub-olmamasını yoxlamalı olduğu halda bunu etməmişdir. Bu isə, sonuncunun vicdanlı alıcı olmasını istisna edir. Şərh edilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara alır: Cavabdeh2 MMC və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7196/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7131/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7131/2019
25.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver