Məhkəmə qərarları › İş №2(102)-7148/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7148/2021

23.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7148/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Vəkil2 və Bakı Şəhəri 19 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit və ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd hesab olunmaqla etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil2 və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5403/2021 nö mrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış 15.07.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsində göstərilir ki, borcverən Cavabdeh1 borcalan İddiaçı 90.000 manat borc vermişdir. İddiaçı aldığı borcu 15.07.2017-ci ilə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilənin Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu Cavabdeh4 tərəfindən təsdiq edildiyi qeyd edilsə də, müqavilə Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu Cavabdeh5 tərəfindən imzalanmış və Cavabdeh5 adına olan möhürlə təsdiq edilmişdir. Bakı şəh əri 19 saylı notariat kontorunda bağlanmış 15.07.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsində göstərilir ki, ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilini 15.07.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi ipoteka saxlayan (borcverən) Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılaşmasına əsasən 100.000 manat qiymətləndirilmişdir. Bu müqavilə Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu Cavabdeh5 tərəfindən təsdiq edilmiş, imzalanmış və Cavabdeh5 adına olan möhürlə təsdiq edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli 2(004)-7887/2017 nömrəli qətnaməsi ilə İddiaçı Ca vabdeh1 və üçüncü şəxs Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı “Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 15.07.2016-cı il tarixli kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh1 İddiaçı qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, 15.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 90.000 manat pul və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 90.030 manat pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, tələbin ödənilməsinin 15.07.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin ümumi sahəsi 60 kv.m olan 3 otaqlı 7 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş pul hesabına İddiaçı Cavabdeh1 olan borcunun ödənilməsi, borcun ödənilməsindən artıq məbləğ qalarsa, həmin məbləğin İddiaçı qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli 2(102)-7237/2018 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-4155/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat ko ntorunun notariusları Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit və ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd hesab olunmaqla etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə 25.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat kontorunda İddiaçı və Cavabdeh1 arasında bağlanmış 15.07.2016-cı il tarixli 3M363 reyestr nömrəli kredit müqaviləsinin və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə dair 15.07.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsinin əhəmiyyətsiz əqdlər hesab olunmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 barəsində xüsusi qərardad çıx arılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun vasitəçiliyi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsindəki 26 nömrəli evin üç otaqlı 36 nömrəli mənzilini 02.12.2013-cü il tarixdə 66.640 manata (86.000 ABŞ dolları) Cavabdeh1 satmışdır. Cavabdeh2 mənzilin satışından əldə etdiyi 86.000 ABŞ dollarının 80.000 ABŞ dollarını ər-arvad kimi birlikdə yaşadığı Cavabdeh3 vermişdir ki, biznesini genişləndirsin, 6.000 ABŞ dollarını isə özünə saxlamışdır. Mirtalib Əliyev onun anasının dayısı oğludur. Mirtalib Əliyev mənzilin satışından əldə olunmuş puldan 80.000 ABŞ dollarını Cavabdeh2 alarkən, üstündə 50.000 manat pul qaytaracağına vəd etmişdir. X3 aldığı 80.000 ABŞ dollarını Cavabdeh2 qaytarmamış, ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir. Bir müddət keçəndən sonra Cavabdeh2 satdığı mənzili boşalmadığına görə Cavabdeh1 mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi təmin edilmiş, Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Cavabdehin şikayətlər təmin olunmamış, qətnamə dəyişdirmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh2 hüquq mühafizə orqanlarına müraciət edərək, mənzilini satarkən X1 onun aldatdığını və mənzilin pulunu ələ keçirdiyini bildirmişdir. Cavabdeh2 şikayətində mənzilin satışından əldə edilmiş vəsaitin X2 və İddiaçı tərəfindən ələ keçirilərək mənimsənildiyini yazmış və istintaq zamanı onun üzünə duraraq güya mənzilin pulunu X2 və İddiaçı verdiyini bildirmişdir. Pulun qaytarılmasını və İddiaçı tələb etmişdir. Bakı şəhər prokurorunun biri nci müavini Fazil Həsənəliyev 30.12.2014-cü il tarixdə X2 və İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlamış və istintaqın aparılmasını Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırmışdır. İstintaq zamanı Mirtalib Əliyev ifadəsində mənzilin satışından əldə olunan vəsaitin 80.000 ABŞ dollarını Cavabdeh2 özü aldığını və əlavə olaraq Cavabdeh2 50.000 manat qaytaracağını bildirsə də, Cavabdeh2 verdiyi pulu Mirtalib Əliyev həbs olunduğuna görə qaytarılmayacağını anlayaraq, İddiaçı şikayət etməyə başlamış və güya mənzilin pulunu İddiaçı verdiyini bildirmiş və onun üzünə durmuşdur. Bu səbəbdən 15.07.2016-cı ildə İddiaçı həbs etmişlər. İddiaçı qorxduğuna görə və oğlunun BDU-nin hüquq fakultəsində oxuduğunu, onun həbs olun masının gələcəkdə oğlunun işinə xələl gətirə biləcəyini düşünərək, Cavabdeh2 mənzilinin geri qaytarılması üçün Cavabdeh1 atası Məzahir həkimə yalvarmış və mənzili geri qaytarmasını, tezliklə ona yeni mənzil alacaqlarına söz vermişdir. Çünki, cinayət işinin istintaqını aparan müstəntiq Elnur Abdullayev və Yasamal rayon prokurorunun müavini Rasim Musayev onu şəxsən inandırmışlar ki, Yeganənin evini qaytarıb versələr, tez bir zamanda Mirtalib Əliyevin mənzilin pulunu Cavabdeh2 alaraq mənimsədiyini sübuta yetirəcəklər və onun mənzili geri qaytarılacaqdır. Bu səbəbdən o, Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma kamerasında 15.07.2016-cı il tarixdə müstəntiqin və Bakı şəhəri 19 saylı Notariat kontorunun nümayəndəsinin iştirakı ilə İddiaçı və Cavabdeh1 arasında 90.000 manat borcun veri lməsinə dair 15.07.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsi və İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin həmin borcun qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilməsinə dair 15.07.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Müqavilələr bağlanarkən notarius özü iştirak etməyib, fotoçəkiliş aparılmayıb. O, 15.07.2016-cı il tarixdə kredit və ipoteka müqavilələrini imzalayandan sonra onu həbsdən azad etmişlər. Cavabdeh1 isə onunla müqavilə bağladığına görə Cavabdeh2 mənzilini özünə qaytarmışdır. Cavabdeh1 mənzilin alınması üçün Cavabdeh2 verdiyi 86.000 ABŞ dolları özünə qaytarılmamışdır. Həmin pullar Mirtalib Əliyev və Cavabdeh2dır. Onu həbsdən buraxandan sonra dəfələrl ə müstəntiqin və prokurorun qəbulunda olmuş, Cavabdeh1 mənzilin alınması üçün verdiyi pulun geri qaytarılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Çünki, Cavabdeh1 pulu qaytarıldıqdan sonra, onun mənzili də özünə qaytarılmalı idi. Bir il gözlədikdən sonra Cavabdeh1 atası Məzahir Rəhimov pulu qaytarmağı tələb etmişdir. O, bir qədər də gözləməsini və ona vaxt verməsini xahiş etsə də, Məzahir Rəhimov razılaşmamış və gözləyə bilməyəcəklərini bildirmişdir. Bundan sonra o, Cavabdeh1 ilə aralarında bağlanmış 90.000 manat borcun verilməsinə dair 15.07.2016-cı il tarixli kredit müqaviləsinin və onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 42 nömrəli evin 7 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə dair 15.07.2016-cı il tarixli ipoteka müqaviləsinin ləğv edilməsin ə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmədə Cavabdeh1 ona 90.000 manat pul vermədiyi sübuta yetirilsə də, güya onun Cavabdeh2 əvəzində Cavabdeh1 mənzilin alınması üçün ödəyini pul vəsaitini qaytarmağı üzərinə götürməsi qənaətinə gəlməklə, məhkəmə onun iddiasını rədd etmişdir. Kredit və ipoteka müqavilələrini o, polis idarəsində təzyiq altında imzalamışdır, müqavilələrin Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 tərəfindən təsdiq edildiyi göstərilsə də, hər iki müqaviləni eyni şəxs imzalamış və müqavilələr bir notariusun reyestr kitabında qeydiyyata alınmışdır. Hesab edir ki, müqavilələr təzyiq altında bağlandığı və Cavabdeh1 ona 90.000 manat pulu vermədiyinə görə, müqavilələr əhəmiyyətsiz əqdlər olmaqla etibarsız hesab edilməli, ntoariusların barəsində isə tədbir görülməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-361/2021) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat kontorunun notariusları Cavabdeh4 və Cavabdeh5 qarşı “Bakı şəhəri 19 saylı Notariat kontorunda İddiaçı və Cavabdeh1 arasında bağlanmış 15.07.2016-cı il tarixli 3M-363 reyestr nömrəli kredit müqaviləsinin və 15.07.2016-cı il tarixli 3M-364 reyestr nömrəli ipoteka müqaviləsinin əhəmiyyətsiz əqdlər hesab olunmaqla etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin müəyyən edilmiş həqiqi hall arı ilə təsdiq edilir ki, Bakı şəhəri 19 saylı Notariat kontorunda İddiaçı və Cavabdeh1 arasında bağlanmış 15.07.2016-cı il tarixli kredit müqaviləsi və 15.07.2016-cı il tarixli ipoteka müqaviləsi yazılı formada bağlanmaqla, notarial qaydada təsdiq edilmiş, müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir, müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Çünki, müqavilənin tərəfləri kredit və ipoteka müqaviləsinin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqavilələri bağlayaraq imzalamışlar. Müqavilələrin bağlanmasının təşəbbüskarı Cavabdeh1 deyil, məhz İddiaçı özü olmuş, Cavabdeh1 bu müqavilələri bağlamağa təkidlə razılaşdırmışdır. İşin qeyd olunan faktiki halları və müqavilələrin qanuna uyğun b ağlanması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Kredit və ipoteka müqavilələri qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, iddiaçının 15.07.2016-cı il tarixli müqavilələri şəxsən bağlamış və müqavilələrin bağlanmasından məlumatı olmuşdur. İddiaçı müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmış, 15.07.2016-cı il tarixdə bağlanmış müqavilələri 25.08.2020-ci il tarixdə mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-5403/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəh əri Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(004)-361/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli alqı-satqı və ipoteka müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayətini onunla əsasland ırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5403/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməklə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Digər tərə flər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunverici liyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının şikayətində göstərilənlərə münasibətdə tam yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 269.5-ci maddəsinə əsasən girov və ipoteka borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Deməli, ipoteka müqaviləsi əsas müqavilə üzrə icra edilməyən və ya lazımınca icra edilməyən öhdəliyin icrasını təmin etmək məqsədilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. 270.1-ci maddəsinə əsasən ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf əsas öhdəliyinin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətdə üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edil ən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmal ar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasın da təsdiqlənməlidir. 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidləri n ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü m addəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5403/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar