Məhkəmə qərarları › İş №2(102)-715/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-715/2019

25.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-715/2019 25.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 yanvar 2019-cu il İş№ 2(102)-715/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, X3 vəkili İlyasova Gülnarə Qəzənfər qızının iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia üzrə iddiaçı X3 “Mitsubishi Pajero” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair iddia tələbinin təmin edilməməsi, onun qarşılıqlı iddia üzrə “xxxx” ASC və “xxxx” ASC-də yerləşdirilmiş əmanətlərin məbləğinin müəyyən edilərək, tərəflərin hər birinə ½ hissədə olmaqla bərabər bölünməsinə dair iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi tələbinə dair ilkin iddia ərizəsi ilə; Cavabdeh1 isə iddiaçı X5 qarşı birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Misirzadə, iş № 2(011)-1556/2018) ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, "Mitsubishi Pajero” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 29 avqust 2017-ci il tarixdə bağlanmış ''Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, “Mitsubishi Pajero” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildə X3 payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə Cavabdeh1 payı hesab edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında 14 saylı mənzildə X3 payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə Cavabdeh1 payı hesab edilməsi, qarşılıq lı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R,Qurbanov və A.İmanov, iş№2(103)- 7385/2018) cavabdehlər Cavabdeh1 Ələskər oğlu və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, işüzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia üz rə iddiaçı X3 “Mitsubishi Pajero” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair iddia tələbinin təmin edilməməsi, onun qarşılıqlı iddia üzrə “xxxx” ASC və “xxxx” ASC-də yerləşdirilmiş əmanətlərin məbləğinin müəyyən edilərək, tərəflərin hər birinə ½ hissədə olmaqla bərabər bölünməsinə dair iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: X3 vəkili İlyasova Gülnarə Qəzənfər qızı göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 13 avqust 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanı lmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 01 may 2004-cü il tarixli ÖM seriyalı, 191383 saylı qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünva nında yerləşən mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin kompüter çıxarışına görə, “Mitsubishi Pajero” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil 28 oktyabr 2016-cı il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 29 avqust 2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır və həmin tarixdə Cavabdeh1 Ələskər oğluna 26 dekabr 2019-cu il tarixdə qədər etibarnamə verilmişdir. Cavabdeh1 Ələskər oğlu ilə X7 12 mart 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. 29 avqust 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh1 “Mitsubishi Pajero” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili 15000 manata alıcı Cavabdeh2 satmışdı r. 28 oktyabr 2016-cı il tarixdə verilmiş AC seriyalı, 663901 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə, buraxılış ili 2010-cu il olan, universal tipli, “Mitsubishi Pajero” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 Ələskər oğlu olmuşdur. ASC “xxxx” Bankı tərəfindən verilmiş 520 saylı 23.02.2018-ci il tarixli məktuba əsasən, ASC xxxx” Bankının “Baş” filialında X3 adına USD valyutasında AZ60 FİAJC FCRU SD10 0000 6327 2001 saylı cari hesab mövcuddur və həmin hesabda vəsaitlərin qalıq məbləği 0.30 sent (0.51 qəpik) təşkil edir. Eyni zamanda, ASC "xxxx” Bankının “Baş” filialında X3 adma USD valyutasında plastik kart və əmanət hesabları mövcud olmuş və həmin hesablar 25.04.2016, 24.05.2016, 25.05.2016, 23.09.2016, 21.11.2016, 25.05.2017 və 29.11,2017-ci il tarixlərində bağlanmışdır. “xxxx” ASC tərəfindən verilmiş 16/1786 saylı 27.02.2018-ci il tarixli məktuba görə, X3 adına Bankın Mərkəzi filialında aşağıdakı bank hesabları aşkar edilmişdir: 03.02.1999-cu il tarixdə açılmış ******************** saylı cari bank hesabı var, hesabda olan qalıq 0,52 ABŞ dolları təşkil edir. Flesab aktivdir. 03.03.2009-cu il tarixdə açılmış ******************** saylı cari bank hesabının qalığı 0 avro təşkil edir. Hesab aktivdir. 28.01,2008-ci il tarixdə açılmış ******************** saylı kart hesabının qalığı 1,34 avro təşkil edir. Hesab aktivdir. 15.01.2016-cı il tarixdə açılmış ******************** saylı kart hesabının qalığı 2,55 manat təşkil edir. Hesab aktivdir. 05.08.2016-cı il tarixdə açılmış ******************** saylı kart hesabının qalığı 0 manat təşkil edir. Hesab aktivdir. 21.01.2011-ci il tarixdə açılmış ******************** saylı kart hesabı var. hesabda olan qalıq 0 manat təşkil edir. Hesab 22.04.2015-ci il tarixdə bağlanmışdır. 03.03.2009-cu il tarixdə açılmış ******************** saylı kart hesabı var, hesabda olan qalıq 0 ABŞ dolları təşkil edir. Flesab 22.04.2015-ci il tarixdə bağlanmışdır. Yuxarıda qeyd olunan hesablar üzrə yalnız 01.01.2009-cu il tarixdən 21.02.2018-ci il tarixədək olan çıxarışları təqdim edir və bildirilir ki, 2009-cu ildən əvvəlki dövrə aid olan çıxarışlar Mərkəzi Bankın “Bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatının 7-ci bəndinə müvafiq qaydada arxivə verilmiş və məhv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Ailə Məcə lləsinin 32.1, 32.2, 33.3, 33.4, 37.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 222.2, 225.6, 650, 337.1, 337.2, 337.4, 337.5-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 225.6-cı maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəf dən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa əsasən, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Müki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni il ə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Cavabdeh1 Ələskər oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şə rh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümləd ən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şik ayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Həmçinin kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. K assasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar