Məhkəmə qərarları › İş №2(102)-715/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-715/2020

29.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-715/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)14158/2019 saylı qərardadından cavabdeh “xxxx” MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Bakı şəhəri Nə rimanov rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və iş materialları Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə qaytarılmışdır. İşin halları: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək xidmət haqqına görə artıq ödənilmiş 1767 manat məbləğində pul vəsaitinin MMC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə ilə “xxxx” MMC-nin İddiaçı qarşı 676 manat məbləğində borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Cavabdeh “xxxx” MMC qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmə kollegiyasının yuxarıda göstərilən qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Kassasi ya şikayətinin dəlilləri: Cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək xx xxxxxxxx 2019-cu il tarixli qətnamənin surətinin MMC-nin nümayəndəsinə xx xxxxxxxx 2019-cu il tarixdə təqdim edilməsini və MMC tərəfindən apellyasiya şikayətinin isə xx xxxxxxx 2019-cu il tarixdə verilməklə müddətin ötürülməməsini, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin halın nəzərə alınmamasını əsas göstərməklə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilib apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məluma tlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin surəti Nərimanov rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubu ilə hər iki tərəfə göndərilmiş və qə tnamə poçt xidməti tərəfindən “xxxx” MMC -yə xx xxxxxxxx 2019-cu il tarixdə rəsmi təqdim olunmuşdur. (i/v 72, 76) Lakin MMC tərəfindən qətnamədən apellyasiya şikayəti xx xxxxxxx 2019-cu il tarixdə, yəni 1 ay 6 gündən sonra verilmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olduqda, apellyasiya şikayətinin qanunda müəyyən olunmuş 1 aylıq müddətin ötürülməklə verilməsi təsdiq olunduğundan, apellyasiyanın qeyri-mümkün hesab olunması kollegiyaya görə qanuni və əsaslı olmuşdur. Göstərilən vəziyyətdə qətnamənin surətinin cavabdehin nümayəndəsi və vəkili S.H. İbrahimxəlilovaya xx xxxxxxxx 2019-cu il tarixdə verilməsinə dair işin 74-cü səhifəsində olan qəbz qətnamənin surətinin cavabdehə məhkəmə kollegiyasının müəyyən etdiyi kimi xx xxxxxxxx 2019-cu il tarixdə verilməsini inkar etmir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar