Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7150/2019 25.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Üçüncü şəxs üçüncü şəxs tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1995/2019 nömrəli iş üzrə 21 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Balakən rayon məhkəməsinin (hakim Hümbət Səlimovaa) 27 mart 2019-cu il tarixli, 2(019)-176/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndə 24 avqust 2007-ci ildə X9 adından tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, 133 manat ekspertiza xərcinin Cavabdehndən tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Vəzirxan Məlikov) 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Balakən rayonu Talalar bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər üçüncü şəxsna və Balakən rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən rayon məhkəməsin ə müraciət edərək Balakən rayonu Talalar bələdiyyəsində 24 avqust 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Balakən rayonunun Talalar kəndində anadan olmuş və orada qeydiyyatdadır. 1963-cü ildə xalası X10 tərəfindən 1 otaqlı ev tikilmişdir. Xalası həmin evdə tək yaşamışdır. 1976-cı ildə xalası onuövladlığa götürmüş və onun yanında yaşamasını xahiş etmişdir. 1977-ci ildə o, xalası ilə birlikdə həmin evə əlavə olaraq bir otaq da inşa etdirmiş, həmin vaxtdan iki otaqlı evin ümumi sahəsi 60 kvadrat metr, yaşayış sahəsi 45 kvadrat metr və köməkçi sahə 15 kvadrat metr olmuşdur. 1985-ci ildə xalası X10 vəfat etdikdən sonra iki otaqdan ibarət ev qanun üzrə vərəsəlik qaydasında anas ı X7 adına keçmişdir. 1989cu ildə o yenidən həmin evə əlavə otaqlar inşa etmişdir. Hal-hazırda həmin evin ümumi sahəsi 113,80 kvadrat metr, yaşayış sahəsi 59,30 kvadrat metr, köməkçi sahəsi 54,50 kvadrat metrdir. 02 aprel 1992-ci ildə anası X11 ona məxsus olan ndə yerləşən iki otaqlı daşdan tikilmiş 60 kvadrat metr yaşayış sahəsi və 15 kvadrat metr yardımçı sahəsi olan 0,12 ha torpaq sahəsində yerləşən evini qızı İddiaçı2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 05/01-348/14 nömrəli 23 iyun 2016-cı il tarixli məktubuna əsasən dəyişdirilməmiş və ləğv edilməmişdir. JN 141F nömrəli KOD 40113018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il t arixli 02 nömrəli qərarı ilə X14 və İddiaçı2 Mahamarasul qızının mülkiyyətinə ndə 0,12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Balakən rayon məhkəməsininin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/16 nömrəli qətnaməsi ilə 09 yanvar 2016-cı ildə ölmüş X9 Balakən rayonunun Talalar kəndində yerləşən, X2 və İddiaçı2 ilə ümumi birgə mülkiyyətdə olan 0,6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və İddiaçı2 ilə birgə mülkiyyətdə olan 0,12 hektar həyətyanı torpaq sahəsindəki payı miras qəbul edən vərəsələr İddiaçı1, X5 və İddiaçı2 arasında bölünməsi, X7nın 0,6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0,12 ha həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X3, 1/14 hissəsinə İddiaçı1 və 1/14 hissəsinə İddiaçı2 vərəsəlik hüququ üzrə payları müəyyən edilmişdir. Həm in işə apellyasiya şikayəti əsasında yenidən baxılmış və 0,12 hektar həyətyanı torpaq sahəsindəki payının 4/12 hissəsinə İddiaçı1 və 7/12 hissəsinə İddiaçı2 vərəsəlik hüququ üzrə payları müəyyən edilmişdir. Buna səbəb isə X3 Balakən rayonu Talalar Bələdiyyəsində 24 avqust 2007-ci ildə tərtib edilmiş saxta vəsiyyətnaməni apellyasiya məhkəməsinə təqdim etməsi olmuşdur. Vəsiyyətnamədə olan imzadan açıq aydın görünür ki, imza anasına məxsus deyildir. 02 aprel 1992-ci ildə Zaqatala rayonu Dövlət notariat kontorunda tərtib edilmiş vəsiyyətnamə ilə Balakən rayonu Talalar Bələdiyyəsində 24 avqust 2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməni eyniləşdirilsə görünər ki, həmin imzalar arasında oxşarlıq yoxdur. Həm hərflərin yazılışında, həmdə imzada fərq aydın görünür. X5 həmin vəsiyyətnamənin üzə çıxarmaqdan qorxmuşdur, çünki vəsiyyətnamə saxtadır. Bundan əlavə, X8lə anası ayrı yaşamış və onların heç zaman yaxşı münasibətləri olmamışdır. Həmin torpaqda və evdə daim özü və ailə üzvləri yaşamışlar. X8 özü atasına məxsus evdə yaşamışdar. Ona görə də həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Üçüncü şəxs üçüncü şəxs kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərin i pozmuş, işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla hüquqi qiymət verməmişdir. Belə ki, işdə olan 19 fevral 2019-cu il tarixli, 122 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 24 avqust 2007-ci il tarixli və 02 aprel 1992-ci il tarixli vəsiyyətnamələrdəki imzalar başqa-başqa şəxslər tərəfindən icra olunmuşdur. İşin bu halını Balakən rayon məhkəməsi 24 avqust 2007-ci il tarixli vəsiyyətnamədəki imzanın X14 tərəfindən icra edilməməsi kimi qiymətləndirmişdir. Halbuki, həmin ekspert rəyində 24 avqust 2007-ci il tarixli vəsiyyətnamədəki imzanın X14 tərəfindən icra edilməməsi qeyd edilməmişdir. Hesab edir ki, 02 aprel 1992-ci il tarixli vəsiyyətnamədəki imza X14 tərəfindən icra edilməmişdir. Bundan başqa İddiaçı1 Məmmədrəsul oğlu və İddiaçı2 hazırkı iddia ilə məhkəməyə müraciə t etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş bir illik müddəti ötürmüşdürlər. İddiaçı1 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,24 avqust 2007-ci il tarixdə Balakən rayon Talalar kənd X1 adından vəsiyyətnamə tərtib olunmuşdur ki, o, Dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,21 hektarını, həyətyanı torpaq sahəsindən 0,08 hektarını, bütün əmlakını, evini, onun adında olan kənardakı digər əmlakını oğlu üçüncü şəxsna vəsiyyət edir. İddiaçılar həmin vəsiyyətnamənin X12 tərəfindən verilmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 19 fevral 2019-cu il tarixli 122 №li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X9 adında olan 24 avqust 2007-ci il tarixli vəsiyyətnamədə «imza;» qrafasındakı imza (Səfyə sözündən ibarət) ilə, 2 aprel 1992-ci il tarixli 1c-114 saylı reyestrlə qeydiyyatdan keçmiş vəsiyyətnamədə «imza;» qrafasındakı İmza (Səfiyə sözündən ibarət)-öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179-cu maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1223.1-ci maddəsinə əsasn, əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, 02 aprel 1992-ci tarixli vəsiyyətnamə Zaqatala rayonu Dövlət notar iat kontorunda, mübahisə predmeti olan vəsiyyətnamə isə 24 avqust 2007-ci ildə isə Cavabdehndə tərtib edilmişdir. Həmin vəsiyyətnamələrin məzmunundan görünür ki, sonrakı vəsiyyətnamə əvvəlki vəsiyyətnaməni inkar edir (əvəzləyir). Çünki, Mülki Məcəllənin 1223.2-ci maddəsində göstərilmişdir ki, notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət notariat arxivinin 23 iyun 2016-cı il tarixli 05/01-348/14 saylı məktubundan müəyyən edilmişdir ki, X11 tərəfindən Zaqatala rayon dövlət notariat kontorunda 02.04.1992-ci il tarixdə 1c-114 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin 23.06.2016-cı ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinin üçüncü hissəsində göstərilmişdir ki, notarius və ya müvafiq icra hakimiyyəti orqanı vəsiyyətnaməni təsdiq edərkən əvvəllər vəsiyyətnamə təsdiq edildiyi ona məlum olarsa, aparılmış notariat hərəkəti barədə əvvəllər tərtib olunmuş vəsiyyətnamə nüsxəsinin saxlanıldığı dövlət notariat arxivinə, notariusa və ya müvafiq icra hakimiyyəti orqanına bildiriş göndərməlidir. Hazırkı işdə bu baş verməmişdir. Araşdırma nəticəsində apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan Balakən rayonu Talalar bələdiyyəsində 24 avqust 2007-ci ildə tərtib edilmiş vəsiyyətnamə onu tərtib edən şəxs tərəfindən imzalanmamış, eyni zamanda notariat haqqında qanunvericiliyin tələbləri də pozulmuşdur. Mülki Məcəllənin 1225.1-ci maddəsinə görə, vəsiyyətnamə, ümumiyy ətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qanunun mənasına görə vəsiyyətnamənin etibarsızlığına səbəb olan hallarla əqdlərin etibarsızlığına səbəb olan hallar eynilik təşkil etsə də, etibarsızlıq üçün kəsici müddətlərin tətbiqində bir-birindən fərqlənirlər. Belə ki, əqdin etibarsızlığı üçün iddianın irəli sürülməsi üçün qanun bir il kəsici müddət müəyyən etsə də vəsiyyətnamənin etibarsızlığı üçün xüsusi müddət yəni 2 il müddət müəyyən etmişdir. Həm də həmin müddət vəsiyyətnamənin tərtibi vaxtından deyil, mirasın açıldığı vaxtdan hesablanır. Belə ki, Mülki Məcəllənin 1231.1-ci maddəsinə əsasən, vəsiyyətnamənin qüvvədən düşmüş sayılması ba rədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Tərəflər arasında çox saylı mübahisələrdən də göründüyü kimi, üçüncü şəxs X8 Umarov iddiaçılara miras açıldıqdan sonra sonuncuların 02.04.1992-ci il tarixli vəsiyyətnamədən irəli gələn hüquqlarının həyata keçirmələrinə maneçilik törətmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin hazırkı iddia ilə məhkəməyə müraciət etmənin qanunla müəyyən edilmiş müddətinin ötürmələri barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxarkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlilləri tam, hərtərəfli və obyektiv qiymət vermiş, həm vəsiyyətnamədəki imzanın Səfiyyə Ömərovaya məxsus olması, həm də iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, miras qoyan X7 əmlakının nəvəsi Ömərova Təravət Yaqub qızına vəsiyyət olunmasına dair 02 aprel 1992-ci il tarixli vəsiyyətnamədəki imzanın miras qoyana məxsus olmasını təsdiq edən, vəsiyyətnamənin digər şəxslər tərəfindən imzalanmasını istisna edən kifayət qədər sübutlar vardır. Həmin vəsiyyətnamə notariatda təsdiqlənmiş, ləğv edilməmiş, 1c-114 reyestr nömrəsi qeydə alınmış, hər hansı bir şəxs, o cümlədən cavabdeh tərəfdən üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir. Üçüncü şəxs X8 Umarovun adına verilmiş 24 avqust 2007-ci il tarixli vəsiyyətnamə isə yerli özünü idarə orqanın sədri tərəfindən təsdiq edilsə də, bələdiyyədə reyestrdə qeydə alınmamış, oradakı imzanın miras qoyanan məxsus olmaması barədə ekspert rəy vermişdir. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq həmin sübutlara müqayisəli tədqiq edərək üçüncü şəxs X8 Umarovun adına verilmiş 24 avqust 2007-ci il tarixli vəsiyyətnamənin etibarsız olması qənaətinə gəlm işdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Üçüncü şəxs üçüncü şəxsnun kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1995/2019 nömrəli iş üzrə 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7150/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7150/2019
25.11.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver