Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7155/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli 2(103)6337/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 09 iyun 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov, iş № 2(003)-1535/2015) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsi nin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması tələbinə dair iddiası təmin edilərək yük yarımqoşqusuna dair Cavabdeh4 adına bağlanmış 13 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və “Mercedes Benz” markalı avtomobilə dair Cavabdeh3 adına bağlanmış 09 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, yük yarımqoşqusunun və avtomobilin İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: İ.S.Şirinov, T.S.Səmədov və T.M.Əliyev, iş № 2(103)-1586/2016) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 09 iyun 2015-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: Ə.Ə.Əliyev, M.T.Əhmədova və G.A.Quliyev, iş № 2(102)3778) Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və M.A.Bağırova, iş № 2(103)-8850/2016) Cavabdeh3 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin 09 iyun 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Mercedes Benz” markalı avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və avtomo bilin qaytarılması hissəsində ləğv edilmiş, iddianın həmin hissədə təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 09 iyun 2015-ci il tarixli qətnaməsindən 2019-cu ilin aprel ayında Cavabdeh4 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhər Xəzər rayon məhkəməsinin 09 iyun 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni yük yarımqoşqusuna dair Cavabdeh4 adına bağlanmış 13 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun Cavabdeh4 alınaraq iddiaçıya qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamışdır. İşin halları: “Damperli” markalı yük yarımqoşqusu mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və onun tərəfindən Cavabdeh1 adına həmin avtomobilin üzərində sərəncam hüququ verən 15 fevral 2014-cü il tarixli etibarnamə verilmişdir. 12 dekabr 2014-cü il tarixdə İddiaçı həmin etibarnamənin ləğv edilməsi barədə ərizə vermiş, 13 dekabr 2014-cü il tarixdə həmin etibarnamə ləğv edilmişdir. Göstərilən avtomobil 13 fevral 2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satılmış və bununla əlaqədar avtomobil onun adına rəsmiləşdirilməklə ona **ZA-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. 2015-ci ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobili və yarımqoşqunu idarə etmək üçün Cavabdeh1 etibarnamə verməsini, lakin sonucunun avtomobili oğlu Cavabdeh2 adına rəsmiləşdirməsini, sonra isə yük yarımqoşqusunun Cavabdeh4 sa tılmasını, razılaşdırılmış pul məbləğini isə Cavabdeh1 tərəfindən ona verilməməsini əsas göstərməklə avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin, o cümlədən Cavabdeh4 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının Cavabdeh4 nümayəndəsi və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İddiaçı və Cavabdeh1 Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi “Daymerli” markalı avtomobilə dair bağlanmış müqavilənin etibarsız hesab olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib İddiaçı həmin avtomobilə dair bağlanmış müqavilənin etibarsız hesab olunmasına dair iddiasını rədd edərkən Cavabdeh4 vicdanlı alıcı olmasına və bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinin tələblərinə əməl edilməməsinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366-cı maddəsinə görə etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. (366.1) Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bil məli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. (366.2) İşin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı tərəfindən mübahisəli avtomobilə dair müqavilənin ləğv edilməsi barədə Cavabdeh1 məlumat verilməmişdir. Eləcə də Cavabdeh4 da bu barədə məlumatı olması iş üzrə müəyyən olunmamışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 alqı-satqı müqaviləsini bağlamaqla səlahiyyəti olmayan şəxs sayıla bilməz. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhk əməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7155/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7155/2019
20.11.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver