Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-716/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili Kərimov Siracəddinin, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12050/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Asan Xidmət Mərkəzinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiq ləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, son nəticədə, ünvan 1 ünvanına dair Cavabdeh1 ilə bağlanmış xx.xx.2018-ci il tarixli renta müqaviləsinin ləğv olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-2993/2019 saylı qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12050/2019 nömrəli qətnaməsi ilə (hakimlər X6, X4 və X11) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-2993/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 2 saylı «ASAN xidmət» mərkəzində not ariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsindəki 7 saylı evin 32-ci mənzilinə dair xx.xx.2018-ci il tarixli renta müqaviləsi və həmin müqaviləyə əsasən Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (reyestr № **********77-05101-093017; qeydiyyat № **********; qeydiyyat tarixi: xx.xx.2018) ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12050/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili X14 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12050/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edil məsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarına və iş üzrə sübutlaraq düzgün hüquqi qiymət verməmişdir. İddiaçı şahidləri birinci instansiya məhkəməsinə gətirməli olduğu halda apellyasiya instansiya məhkəməsində dindirilməsi barədə vəsatət vermiş və vəsatəti təmin edilmişdir. Halbuki, cavabdeh hesab edir ki, onlar saxta şahidlərdir. Bundan əlavə, cavabdeh iddiaçıya qulluq etmişdir. İddiaçı bu halı birinci instansiya məhkəməsində mübahisələndirməmiş, lakin apellyasiya icraatında mübahisələndirmişdir ki, bu da yolverilməzdir. Bundan əlavə, cavabdeh iddiaçıya məxsus evi təmir etdirmiş və buna səbəb renta müqaviləsi olmuşdur. Qeyd olunan bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. PROSESSUAL MƏSƏ LƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı X1 vəkili Kərimov Siracəddin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasınd aiştirak edən Cavabdeh1 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Cavabdeh 2 saylı Asan Xidmət Mərkəzi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqin i yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-2993/2019 saylı qətnaməsi ləğv edib, iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xx xxxxxxxx 2018-ci il tarixli vəsiyyətnaməyə əsasən X2 bütün əmlakını Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi AB y/s, ev 125, mənzil 67-də yaşayan Cavabdeh1 vəsiyyət etmişdir. xx xxxxxx 2018-ci il tarixli renta müqaviləsindən görünür ki, renta alan İddiaçı ünvan 2 ünvanda yerləşən mənzili renta ödəyicisi Cavabdeh1 mülkiyyətinə ver ir. Müqavilənin 4-cü bəndinə əsasən renta müqaviləsi üzrə öhdəliklər aşağıdakı kimi müəyyən edilmişdir: Renta ödəyicisi Renta alana onu aylıq zəruri qida, geyim, dərman, tibbi və sair xərclər və xidmətlərlə təmin etməyi, lazım olduqda şəxsi və məişət qulluğu ilə təmin etməyi və zərurət yarandığı halda pul məbləği verməyi öhdəsinə götürür. RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil Cavabdeh1 mülkiyyətindədir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçı ilə alt-üst qonşudur, 1-ci mərtəbədə iddiaçı, 2-ci məhkəmədə isə o yaşayır, cavabdehi isə tanımır. Həyat yoldaşı vəfat edəndən sonra Elmira xanım tək yaşayır. Evdə məişət işlərində (qaz kartı vasitəsilə sayğacı aktivləşdirir, su kranını dəyişmiş və s.) və hər hansı problem olanda Elmira xanıma köməklik göstərmişdir. Heç vaxt pul almamışdır. Təxminən 2 ay əvvəl su kranını dəyişmişdir. İndiyədək cavabdehi iddiaçının evində heç vaxt görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı 3-cü blokda yaşayır, o isə 1-ci blokda. İddiaçını 10-15 ildir tanıyır. Cavabdehi isə yaxınlıqdakı aptekin işçisi kimi tanıyır. Elmira xanım həyat yoldaşı vəfat etdikdən sonra tək yaşayıb, ola bilər ki, cavabdeh tibb bacısı kimi gəlib-getsin, amma iddiaçı tək yaşayır və cavabdehin iddiaçının mənzilinə gedib-gəlməsini, ona qulluq etməsini görməmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 864-cü maddəsinə görə, renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür (maddə 864.1.). 879-cu maddəsinə görə, renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər (maddə 879.1.). Əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər (maddə 879.2.). Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddianı rədd edən birinci instansiya məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, müqavilə bağlandıqdan dərhal sonra cavabdehin iddiaçının evinin döşəməsini əsaslı təmir etdirməsi, iddiaçının rahatlığı üçün qiymətli elektrik avadanlığı, təmir üçün tikinti materialları və s. almasının iddiaçının özü tərəfindən təsdiq olunması müqavilə öhdəliklərinin pozulması halının olmaması nəticəsinə gəlməyə əsas verir, əksinə, cavabdehin müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməsi, iddiaçının cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməsinə maneçil ik törətməsi kimi halların mövcudluğu həm iddiaçının izahatları, həm də cavabdehin özünün izahatı ilə sübuta yetirildiyindən renta müqaviləsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə yalnışdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli “Renta müqaviləsi”nin şərtlərinə görə, renta alan İddiaçı ünvan 2 ünvanda yerləşən mənzili renta ödəyicisi Cavabdeh1 mülkiyyətinə verir. Renta ödəyicisi Renta alana onu aylıq zəruri qida, geyim, dərman, tibbi və sair xərclər və xidmətlərlə təmin etməyi, lazım olduqda şəxsi və məişət qulluğu ilə təmin etməyi və zərurət yarandığı halda pul məbləği verməyi öhdəsinə götürür. Mübahisə doğuran və iddianın talehini həll edən hal cavabdehin müqavilə şərtlərinə (üzərinə götürdüyü öhdəliklərə) əməl edib-etməməsidir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının evinin döşəməsini əsaslı təmir etdirməsi, iddiaçının rahatlığı üçün qiymətli elektrik avadanlığı, təmir üçün tikinti materialları və s. almasına əsaslanaraq cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməsi nəticəsinə gəlmişdir. Apellyasiya instanisyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin əsas götürdüyü bu hallar tərəflər arasında bağlanmış renta müqaviləsi üzrə cavabdehin yerinə yetirməli olduğu öhdəlikləri əhatə etmir. Apellyasiya baxışı zamanı dindirilmiş şahid ifadələri və işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh renta müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikl əri yerinə yetirməmişdir. O, öhdəlikləri yerinə yetirdiyini, iddiaçını qida, geyim, dərman və digər tələbatlarını təmin etdiyini qeyd edərək, müqavilə üzrə bütün şərtləri yerinə yetirdiyini bildirmişdir. Belə olan halda müqavilə şərtlərinə əməl etməsi barədə sübutları məhkəməyə təqdim etmək iddiaçının deyil, cavabdehin vəzifəsidir. Cavabdeh isə müqavilənin yuxarıda qeyd olunan şərtlərinə əməl etməsini sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən sözügedən xx.xx.2018-ci il tarixli renta müqaviləsi ləğv edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzi fələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, cavabdeh renta müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. D igər tərəfdən qeyd edilməlidir ki, cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsində iştirak etdiyindən onun sübutları təqdim etmək üçün kifayət qədər imkanı olmuşdur. Buna baxmayaraq o bu imkandan istifadə etməmişdir. Bu baxımdan onun tərəfindən yeni sübutların təqdim edilməsi üçün qətnamənin ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün hər hansı qanuni əsas yoxdur. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı olan dəlillərə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə, yəni şahidlərin yalançı şahid olması, ifadələrinin yalan olması kimi hallara qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-716/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-716/2020
10.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver