Məhkəmə qərarları › İş №2(102)-716/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-716/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-716/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-716/2024 (Açar sözlər: buraxılmış prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1124/2023 nömrəli iş üzrə 08 dekabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı 13000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Qubadlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(028)-5/2023 nömrəli qətnaməsi ilə (hakim V.Ruvinov) iddia təmin olunmuş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2 2(105)-1124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətn aməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və İ.Dəmirov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə - 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Qətnamə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin qətnamənin surəti cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli müşayiətedici mə ktubla göndərilmiş, lakin zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh məhkəməyə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə qətnamə cavabdehə təqdim edilmişdir.

5. Cavabdeh (vəkili Vəkil2) xx.xx.2023-cü il tarixdə həmin qətnamədən kassasiya şikayəti və kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

6. Ərizə belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü ildə tarixdə ona təqdim edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatında bildirmişdir ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnam əsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Qətnamə onun şəxsi elektron kabinetində yerləşdirilsə də, onu əldə etməmişdir. Belə ki, elektron kabinetinə baxmamış və bu səbəbdən qətnamənin yerləşdirilməsindən xəbəri olmamışdır. Həmçinin, həmin dövrdə müalicə almaq məqsədilə Rusiya Federasiyasına getmiş və sanatoriyada olmuşdur. Məhkəmələr tərəfindən məhkəmə sənədləri elektron kabinetə yerləşdirilməklə yanaşı kağız daşıyıcı ilə də vəkil bürolarına göndərilir, lakin qeyd olunan qətnamə məktubla işlədiyi vəkil bürosuna göndərilməmişdir. Cavabdeh qətnaməni almadığı üçün sonradan məhkəməyə müraciət edərək qətnaməni əldə etmişdir və kassasiya şikayəti vermişdir, o isə yalnız şikayətin hüquqi əsaslandırma hissəsini etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

9. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, qətnamənin surəti cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli müşayiətedici məktubla göndərilmiş, lakin zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh məhkəməyə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə qətnamə cavabdehə təqdim edilmişdir.

10. Həmçinin, qətnamə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. 11. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin vəkili və nümayəndəsinin “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirildiyindən, qətnamədən kassasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır.

12. Qətnamədən kassasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablandıqda cavabdehin apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prоsessual müd dəti buraхdığı müəyyən olunur. Belə ki, kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir.

13. Kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

14. Cavabdehin müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6975-ci maddələrində nümayəndəlik institutunun prosessual hüquq və vəzifələri aydın şəkild ə verilmişdir ki, həmin normaların məzmunundan da aydın olduğu kimi, nümayəndə şəxsin vermiş olduğu etibarnamə əsasında onun adından hərəkət etmək iqtidarında olur. Etibarnamə qüvvədə olduğu müddətdə nümayəndə şəxslə prosessual hərəkətləri həyata keçirə bilmək üçün eyni statusda olur. Nümayəndə məhkəmə aktını əldə etməsi barədə tərəfə vaxtında məlumat verməmişsə, bu hal məhkəmə aktının tərəfə çatdırılmaması hesab edilə, onun hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz. Hazırkı halda nümayəndənin cavabdehə məhkəmə aktını elektron kabinet vasitəsi ilə əldə etməsi barədə məlumat verməməsi prosessual qanunvericiliyin pozuntusuna əsas verə bilməz. Əks halda bu vəziyyət prosessual hüquq və vəzifələrdən sui-istifadəyə şərait yaratmış olardı ki, bu da yolverilməzdir.

15. Məhkəmə öz mövqeyin i, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 10-1.3, 128.3, 129.1, 129.2, 130.1, 131.1,133.1, 135.5, 135.6, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını və qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almışdı r. Belə ki, onun ünvanına göndərilən qətnamə geri qaytarılmışdır. Məhkəmə isə onun hüquqlarını pozaraq yalnız elektron məhkəmə sisteminə istinad etmiş, göstərmişdir ki, həmin qətnamə vəkilinin elektron məhkəmə informasiya sistemindəki elektron kabinetində xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Vəkili bu barədə arqumentlərini bildirmişdir. Qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada aldıqdan sonra kassasiya şikayəti vermək qərarına gələrdisə, vəkillə müqavilə bağlaya bilər. Bəlkə də başqa vəkillə müqavilə bağlayacaqdı. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən iki ay sonra şikayət verə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən e dilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

23. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

26. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər

27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir.

33. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq m ünasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə şikayət geri qaytarılır.

35. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir.

36. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1124/2023 nömrəli iş üzrə 8 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar