Məhkəmə qərarları › İş №2(102)-716/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-716/2025

15.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-716/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1611/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 İddiaçı əmisi oğlu, Cavabdeh2 Cavabdeh1 həyat yoldaşıdır.

2. Bərdə rayonu Əmirli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi mərhum X2 İddiaçı miras qalmış, bu barədə ona xx.xx.2019-cu il tarixli, 2V-335 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. 3. xx.xx.2020-ci il tarixdə qeyd edilən əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

4. İddiaçı tərəfindən Cavabdeh1 iki dəfə- 22 yanvar 2020-ci il tarixdə AR-İ 995978 nömrəli və 09 iyul 2021-ci il tarixdə AR-İİ 285143 nömrəli etibarnamə verilmiş, hər iki etibarnamədə iddiaçı harad a yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlaka ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı hesab aparmağı və adından həmin etibarnamələrdə qeyd edilmiş digər hərəkətləri həyata keçirməyi sonuncuya həvalə etmişdir. 5. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətində olmuş Bərdə rayonu Əmirli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi Cavabdeh 2 4000 (dörd min) manata satılmışdır. Alqı-satqı müqaviləsini 09 iyul 2021-ci il tarixli etibarnamə əsasında iddiaçının adından Cavabdeh1 imzalamışdır. Torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Əmirli kəndində yerləşən 0,20 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Sözügedən torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə, **********04 saylı reyestr və ********** qeydiyyat nömrəli “Çıxarış” verilmişdir. İş üzrə Cavabdeh1 onun əmisi oğludur. Atasından miras qalmış əmlakı qəbul etməsi üçün əmisi oğlu Cavabdeh1 etibarnamə vermişdir. 2023-cü ilin sentyabr ayında ona məlum olmuşdur ki, verdiyi etibarnamədən sui-istifadə edən Cavabdeh1 onun iradəsi əleyhinə Ağdam Rayon Dövlət Notariat Ofisində xx.xx.2022-ci il tarixli alqı-satqı m üqaviləsi əsasında ona məxsus olan Bərdə rayonu Əmirli kəndində yerləşən 0.20 ha torpaq sahəsini 4000 manata formal olaraq digər Cavabdeh2 satmışdır. X5 Nurəliyevin arvadıdır. Cavabdeh1 onun mülkiyyət hüququnu mənimsəyərək torpaq sahəsini öz arvadına guya satması qanunsuzdur.

8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-376/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov), iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Ağdam rayon dövlət notariat ofisində təsdiq edilmiş 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış”ın etibarsız hesab ed ilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər iddiaçının 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsindən müqavilənin bağlandığı andan məlumatının olduğunu göstərərək, əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş bir illik müddətin keçdiyini bildirmişlər. Lakin cavabdeh tərəf iddiaçının 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsindən müqavilənin bağlandığı andan məlumatının olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının qeyd olunan müqavilənin mövcudluğundan 2023-cü ilin sentyabr ayında məlumat aldığını və həmin ilin oktyabr ayında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Belə ol an halda, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş bir illik müddət ötürülmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.

11. Hazırda baxılan mübahisədə isə Cavabdeh1 ona verilən Etibarnamədən isitfadə edərək mübahisəli torpaq sahəsini özünün arvadına satmaqla təmsil edilənin (mülkiyyətçinin) maraqlarından çıxış etməmiş, əksinə, özünün şəxsi marağını (mənafeyini) təmin etmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 354.2, 359.1, 359.2 və 359.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ap ellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-376/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının mülahizəsi bu olmuşdur ki, guya onun əvvəldən sona qədər proseslərdən xəbəri olmamışdır. Guya iddiaçı 2023-cü ildə bilmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehlər alqı-satqıya getmişdirlər. Ancaq mülki işin faktiki mahiyyəti bundan ibarətdir ki, iddiaçı 22 yanvar 2020-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Bundan sonra iddiaçı yenidən cavabdehə etimad və etibar göstərərək 19 iyul 2021-ci il tarxidə etibarnamə vermişdir. Hər iki etibarnamədə iddiaçının öz iradəsi ilə və sərbəst şəkildə, hərəkətlərinin mənasını başa düşdüyü vəziyyətdə təqdim edilmişdir. Baxmayaraq ki, iddiaçı və hüquqlarını müdafiə etdiyi cavabdehlər arasında alqı-satqıya dair proseslər 2020-ci ildən başlayıbdır və iddiaçı özü də 2020-ci ildən etibarən torpağa dair alqı satqının hüquqlarını müdafiə etdiyi cavabdehlər tərəfindən reallaşdığını bilirdi və hətta 2020-ci ildə, Bakı şəhərində yaşadığı üçün 4000 manat pulun Bakıda ona verildiyini qəbul etmiş və buna dair etriaz etməmişdir, lakin nədənsə 2023-cü ildən başlayaraq iddiaçı hazırkı mübahisəyə dair öz tələblərini səsləndirməyə başlamışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, ilk etiba rnamə Cavabdeh1 vərəsəlik şəhadətnaməsi alınması məqsədi ilə verilmişdir. İşin faktiki hallarından və məhkəmə iclasında aparılmış araşdırma zamanı tam sübuta yetişmişdir ki, vərəsəlik şəhadətnaməsi İddiaçı tərəfindən 25 dekbar 2019-cu ildə əldə edilmiş və həmin vərəslik şəhadətnaməsi əsasında torpağa dair çıxarış alınmışdır. Həmin hüquqi sənədlər iddiaçı tərəfindən əldə edildikdən sonra təkrarən 19 iyul 2021-ci il tarixdə Cavabdeh1 təkrarən etibarnamə verilmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1611/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (F.Mehdiyev (sədrliyi və məruzəsi ilə), hakimlər M.Mustafayev və R.Muradov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-376/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir.

16. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən aşağıdakıları qeyd etmişdir:

17. İş materiallarına görə, iddiaçı alqı-satqı müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılığı olmamışdır. Onun adından həmin hərəkətləri cavabdeh Fərman Məhəmmədəli buna səlahiyyəti olaraq yerinə yetirmişdir. Hazırki vəziyyətdə isə iddiaçı həmin torpaq sahəsinin yalnız sənədləşmələrin aparılması üçün etibarnamə verilməsini, onun məlumatı və icazəsi olmadan satıldığını bildirmişdir.

18. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdən torpaq sahəsi Cavabdeh2 təhvil verilmiş, həmi n vaxtdan da o torpaq sahəsindən təyinatı üzrə istifadə edir, torpaqla bağlı vergilər onun tərəfindən ödənilir, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı uzun müddət bu vəziyyətə etiraz etməmiş, nə torpaq sahəsi üzərində onun adından sərəncam vermiş cavabdehlərlə yaxın qohumluq münasibətləri olmalarına baxmayaraq cavabdehlər hər hansı bir iradları olmamışdır.

19. Bundan əlavə, 22 yanvar 2020-ci il tarixli, AR-İ 995978 nömrəli və 09 iyul 2021-ci il tarixli, AR-İİ 285143 nömrəli etibarnamələrə nəzər salınan zaman müəyyən olunur ki, İddiaçı həmin hər iki etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq “imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlaka ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı hesab aparmağı, adına olan daşınmaz əmlakın icarəyə və kirayəyə verməyi” və digər səlahiyyətləri cavabdeh Fərman Məhəmmədəliyə ötürmüşdür.

20. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinə dair hərəkətlər edilməsi üçün etibarnamə vermiş və bu zaman cavabdehə həmin əmlakı almaq, satmaq, bağışlamaq və s səlahiyyətləri verərək, onun həmin halların baş vermə ehtimalının olmasını nəzərə alaraq dolayısı yolla hansı bir əqdin bağlanmasına razılıq vermişdir.

21. Həmçinin, iddiaçı torpaq sahəsinin alqı-sa tqısına dair müqavilənin bağlanmasına zahirən razılığı olmasa da, onun həmin müqavilədən xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur.

22. Buna baxmayaraq, birinci instansiya məhkəməsi idddiaçının həmin müqaviləni sonradan bəyənməsi barədə hər hansı bir təşəbbüs irəli sürməməsi, əksinə iddiaçının müqavilənin bəyənilmədiyini göstərməsini qeyd etməklə kifayətlənmiş, onun uzun müddət hərəkətsiz qalmasına, mövcud vəziyyətlə razılaşmasına qiymət verməmiş, həmin məsələ ilə bağlı işin halları tam və hərtərəfli araşdırmamış, mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb ola biləcəyini nəzərə almamışdır.

23. Mübahisəyə bu qaydada hüquqi qiymət vermədən, sadəcə qanunvericilik normal arının sadalandığı, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 140, 144.1, 152.1, 324.1, 324.2, 324.3, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 357, 358.1, 358.2, 359.1, 359.3, 360.2, 362.1, 366.2, 567, 560.1, 560.3.4, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 03 mart 2023-cü il tarixli qərarı, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərarda dı, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

26. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3, 560.1, 560.3.4-cü maddələrinin pozulduğu göstərilərək qeyd edilmişdir ki, Cavabdeh1 ona verilmiş etibarnamədən istifadə edərək öz şəxsi maraqları üzrə əqd bağlayaraq iddiaçının əmlakını həyat yoldaşına sataraq özününküləşdirdiyindən və hər-hansı bir məbləğdə pul vermədiyindən bağladığı əqd etibarsızdır. Yalnız 2023-cü ilin sentyabr ayında iddiaçı torpağının satıldığını bilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdehlərin kassasiya şikayətinə yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı həmin torpaq sahəsinin yalnız sənədləşmələrin aparılması üçün etibarnamə verilməsini, onun məlumatı və icazəsi olmadan satıldığını bildirmişdir. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdən torpaq sahəsi Cavabdeh2 təhvil verilmiş, həmin vaxtdan da o torpaq sahəsindən təyinatı üzrə istifadə edərək torpaqla bağlı vergilər onun tərəfindən ödənilmiş, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı uzun müddət bu vəziyyətə etiraz etməmiş, torpaq sahəsi üzərində onun adından sərəncam vermiş cavabdehlərlə yaxın qohumluq münasibətləri olmalarına baxmayaraq cavabdehlər hər hansı bir iradları olm amışdır. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinə dair hərəkətlər edilməsi üçün etibarnamə vermiş və bu zaman cavabdehə həmin əmlakı almaq, satmaq, bağışlamaq və s səlahiyyətləri verərək, onun həmin halların baş vermə ehtimalının olmasını nəzərə alınaraq dolayısı yolla hansı bir əqdin bağlanmasına razılıq vermişdir. Həmçinin, iddiaçı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılığı olmasa da, onun həmin müqavilədən xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəf in iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

32. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

33. Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

35. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

36. Maddə 359.1. Əqd təmsilçi vasitə silə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

37. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

38. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün ə saslar mövcud deyil.

42. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

43. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətdə istinad edilən maddi hüquq normalarının pozuntusuna yol verildiyi müəyyən edilmir.

44. İşin hallarından görünür ki, iddiaçı tərəfindən mübahisiləndirilən alqı-satqı müqaviləsi onun Cavabdeh1 09 iyul 2021-ci il tarixdə verdiyi etibarnamə əsasında bağlanmışdır.

45. Etibarnamə birtərəfli əqd hesab olunur və məzmununda onu vermiş şəxsin təmsilçiyə verdiyi səlahiyyətlər öz əksini tapır. Hazırkı halda iddiaçının verdiyi 09 iyul 2021ci il tarixli etibarnamədə təmsilçinin onun adından ona məxsus daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı əqdlər bağlamaq səlahiyyəti nəzərdə tutulduğundan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən cavabdehin iddiaçının adından həmin müqaviləni bağlamağa səlahiyyəti olduğu müəyyən edilmişdir.

46. İddiaçı iddia ərizəsində 09 iyul 2021-ci il tarixli etibarnamənin atasından miras qalmış əmlakın qəbulu üçün, məhkəmə iclaslarında isə miras əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün verildiyini göstərsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamış, müəyyən edilmişdir ki, iddiaçıya miras əmlakla bağlı şəhadətnamə xx.xx.2019-cu il tarixdə verilmiş, əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı isə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə əqdin səlahiyyətsiz şəxs tərəfindən bağlanması əsası ilə etibarsız hesab edilməsinə dair tələbi əsassız hesab etmişdir.

47. İddia tələbinin əsaslılığı eyni zamanda Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri baxımından yoxlanılmalıdır. Həmin normanın dispozisiya şərtinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

48. Mülki qanunvericilikdə ər və arvad arasında mülki hüquqi əqdlər bağlanılmasını qadağan edən norma yoxdur. Lakin ümumi prezumsiyaya görə ər və arvadın birgə nikah dövründə əldə etdiyi gəlir onların ümumi birgə mülkiyyəti olduğu və bu gəlir hesabına əldə edilmiş əmlak da birgə mülkiyyət hesab edildiyi üçün ərin tə msilçi qismində öz arvadı ilə təmsil edilənin adından bağladığı əqd əgər ödənişin arvadın öz şəxsi vəsaiti hesabına edildiyi (nikahdan əvvəlki əmlak, bağışlanmış, miras qalmış pul vəsaiti və s) sübut edilməzsə və ya tərəflər arasında birgə nikah dövründə hər birinin adına əldə edilmiş əmlakın birgə mülkiyyət sayılmasını (qanuni rejimi) istisna edən nikah müqaviləsi olmazsa ərin öz arvadı ilə bağladığı əqd şəxsin özü barəsində bağlanmış əqd kimi qiymətləndirilə bilər.

49. Lakin formalaşmış məhkəmə təcrübəsinə görə (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-57/2024 saylı 3 ulduz indeksli qərarı) MMnin 359.3-cü maddəsinə əsasən ər və arvad arasında bağlanmış əqd bu əqdin bağlanmasına təmsil edilən özü razılıq verdikdə və ya əqd sonradan təmsil edilən tərəfindən bəyənildildə etibarlı hesab edilməlidir.

50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi əsasında satılmış torpaq sahəsi xx.xx.2022-ci il tarixdən alıcı Cavabdeh2 təhvil verilmiş, həmin vaxtdan da o torpaq sahəsindən təyinatı üzrə istifadə edərək torpaqla bağlı vergiləri ödəmiş, torpaq sahəsinin üzərində tövlə inşa edilmiş, alıcının əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

51. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı və cavabdehlərin yaxın qohum olduqları nəzərə alınarsa iddiaçının bu barədə məlumatının olmaması inandırıcı olmadığından onun bir ildən uzun müddət ərzində hərəkətsizlik nümayiş etdirərək bu vəziyyətə etiraz etməməsi və cavabdehlərdən öz əmlakını t ələb etməməsi əqdin bağlanılmasına əvvəlcədən razılığı olması kimi qiymətləndirilməlidir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçının öz əmisi oğlu olan cavabdehə 09 iyul 2021-ci il tarixdə verdiyi etibarnamənin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısı məqsədi ilə deyil, iddia ərizəsində qeyd edilmiş digər məqsədlə verildiyi məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir.

52. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş pozuntulara yol verilmədiyindən şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1611/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar